Nüşabə QURBANOVA,
Hər bir müəllimin ən böyük istəyi
keçdiyi mövzunun şağirdlər tərəfindən asanlıqla
mənimsənilməsinə nail olmaqdır. Biz fizika müəllimləri də 2014-2015-ci tədris
ilini uğurla başa vuraraq buna nail olmağa çalışırıq. İstər dərslərimizdə, istərsə
də dərsdənkənar işlərimizdə istedadlı şağirdlərin aşkarlanması istiqamətində
mühüm işlər aparırıq. Məqsədimiz dövlətin təhsilə diqqət və qayğısının nəticəsi
olaraq nəticələrimizi yüksəltmək və ölkəmiz üçün bilikli, savadlı, vətənpərvər
vətəndaşlar yetişdirməkdir. Bunun üçün məktəbdə şağirdlərin olimpiadaya
hazırlanmasında, divar qəzetlərinin çıxarılmasında, şağirdlərin əl işlərinin
hazırlanmasında fizika müəllimləri mühüm işlər görmüşdür. Metodbirləşmənin
hazırladığı “Gənc fizik” divar qəzeti daim yeniliklərlə müəllimlər və şağirdləri
xəbərdar edir. Texnologiyanı tədrisə tətbiq etmədən nəticələrin
yaxşılaşdırılmasına nail olmaq inandırıcı deyil.
Tədris prosesində uyğun
texnologiyalardan istifadə, kompyüterlərdən istifadənin artırılması, “göz qavraması” üçün daha çox əyani
vasitələrdən istifadə edilməlidir. Yeni pedaqoji texnologiyaların tətbiqi təlim
prosesinin əsas hərəkətverici qüvvələri olan şagirdlərin idrak maraqlarının təşkili
və inkişaf etdirilməsinə imkan verir. Mən də öz dərslərimdə çalışıram ki,
müasir dərsi layihiləşdirərkən yeni pedaqoji texnologiyalardan və İKT-dən
istifadə edim. Bu interaktiv yanaşmada bir çox texnoloji proqramları təlim
texnologiyası ilə sintez etmək bir pedaqoq kimi biz müəllimlərdən yüksək bilik
və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daim öz üzərimdə işləyirəm,
müxtəlif treninqlərdən, kurslardan keçərək öz biliklərlərimi artırmağa
çalışıram və dərslərimdə tətbiq edirəm. Şübhəsiz uşaqlar öz maraqlarına səbəb olan hər bir görüntünü yüksək
həvəslə öyrənməyə çalışırlar. Bu mənada fizika müəllimləri şagirdlərdə dərsə
maraq oyatmaq və fənni mənimsətmək üçün bütün vasitələrdən istifadə edirlər. Müəllimlərimizdən
7-ci siniflərdə dərs deyən Sevda Qasımova özünün bütün dərslərini təcrübələrlə,
şagirdlərin düzəltdiyi əl işləri ilə, diskussiyalarla quraraq fizikanı şagirdlərə
sevdirir. Onun dərsləri maraqlı və məzmunlu keçir. Məktəbimizin fizika müəllimi
Rübabə Həsənova da şagirdlərin fizika fənninə olan meyl və maraqlarını artırmaq
üçün müxtəlif təlim metodlarından istifadə etməyə çalışır. Müəllimlərmizdən Məhluqə
Hüseynova sinif rəhbəri kimi təşkil
etdiyi ekskursiyalarda müxtəlif texniki eksponatlarla şagirdləri tanış edir.
Məktəbin direktoru Samir
Mehdizadə məktəbdə həyata keçirilən tədbirlərdə pedaqoji kollektivin qarşıya
qoyduğu məqsədə çatmasına, məktəbdə müvafiq şəraitin yaradılmasına, şagirdlərin
yaradıcılıq işlərinə cəlb olunmasına, istedadlı şagirdlərin aşkara
çıxarılmasına, qabaqcıl iş təcrübəsinin öyrənilməsinə çalışır, məktəbdə fəaliyyət
və münasibətlərə xüsusi diqqət göstərir. Ona görə bütün müəllimlər, o cümlədən
fizika müəllimləri çox həvəslə işləyirlər. Hər bir müəllimin dərs proqramı,
gündəliyi və dərsə aid materialları yerində olmaqla özlərinə qarşı çox tələbkardırlar.
Buna görə də biz direktorumuza minnətdarıq və ona quruculuq işlərində müvəffəqiyyətlər
arzulayırıq.
No comments:
Post a Comment