129 nömrəli Məktəbin coğrafiya müəllimi
“Təhsil hər bir dövlətin,
ölkənin, cəmiyyət həyatının, fəaliyyətinin, mühüm bir sahəsidir”. Ulu Öndər
Heydər Əliyevin söylədiyi bu kəlam məktəbimizin müəllim və şagirdlərinin
devizinə çevrilmişdir. Şagirdlərimizin tarix, coğrafiya, ədəbiyyat, rus dili fənlərindən
aldıqları bilikləri daha yaxşı mənimsəməsi üçün məktəbimizdə tez-tez
ekskursiyalar təşkil olunur, keçmişimizdən bizə xəbər verən tarixi abidələrimizi,
görkəmli yazıçı və şairlərimizin ev muzeyinə, “Quba soyqırım memiorial kompileksinə”, Şəhidlər Xiyabanına ekskursiyalar təşkil
olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il
tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompileksi” 1918-ci
ilin may ayında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin
soyqırımının əyani sübutu olmuşdur. Bu qərar 1918-ci ildə ermənilərin bütün ölkə
hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının
qorunması və xalqımızın tarixində baş verən hadisələrin dərindən öyrənilməsinə
təsir göstərəcəkdir.
10 “A” sinif şagirdlərinin
məktəbimizin tarix müəllimi Nübar Səlimova və coğrafiya müəllimi Rəfiqə Hüseynova
ilə birlikdə ziyarət etdikləri “Quba soyqırımı memorial kompileksi”nə
ekskursiya onların dünyagörüşünə, həyata baxışlarına böyük təsir göstərmişdir.
Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan
torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və təcavüz siyasəti nəticəsində
1918-ci ilin mart-may aylarında Quba qəzasında 167 kənd tamamilə dağıdılmış, qəzanın
müsəlman və qismən də yəhudi əhalisi isə kütləvi şəkildə qətlə yetirilimişdir.
19.01.2015-ci il tarixdə
1-ci sinif şagirdləri sinif rəhbəri Səyyarə Vəliyevanın rəhbərliyi ilə Şəhidlər
Xiyabanını ziyarət etdilər. Xiyabanın önündə dayanmış bu birincilər onlara
baxdıqca düşüncələrində gələcəkdə vətəninə, xalqına layiq olacağına and içdilər.
Azərbaycanın ən gözəl güşələrindən
biri olan Şəki şəhəri füsunkar gözəlliyi ilə seçilir. Şəki şəhəri dedikdə “Şəki
xan sarayı” yada düşür.
7 “D” sinif şagirdləri sinif rəhbəri Gülxanım müəllimlə birlikdə 1789-1790-cı ildə Məhəmməd Həsən xan tərəfindən tikilmiş Şəki xan sarayına səyahət etdilər. Şagirdlər sarayın qarşısında dayanıb heyranlıqla dünyada analoqu olmayan ağac və şüşə parçaları bir-birinə geydirilmiş, həndəsi naxışları, nəbatat rəsmlərini, naxışların zənginliyini, rəng çalarlarını, binanın daxilində divara çəkilmiş quş şəkillərini, döyüş və ov səhnələrini, zövqlə işlənmiş taxçaları, güzgülü buxaraları seyr etdilər.
Gülxanım müəllim dünya şöhrətli türk şairi Nazim Hikmətin saray haqqında fikrini şagirdlərinə söylədi: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi”.

129 nömrəli məktəb Rus dili
fənni üzrə pilot məktəbidir. Ona görə də
şagirdlərimiz Rusiya səfirliyinin təşkilatçılığı ilə respublikada keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər. Müxtəlif şeir, tamaşa, rəqs müsabiqələrində dəfələrlə uğurla iştirak edən şagirdlərimiz mükafatlarla tərtif olunmuşlar.Bu il aprel ayının 25-də Rusiya mədəniyyət və İnformasiya mərkəzində “Puşkin İli” çərçivəsində keçirilmiş layihədə rus dili müəllimi Gülxanım Nağıyeva və şagirdlərimiz Kamalə, Nihad, Həlimə iştrak etdilər. Onlar Puşkinin əsərlərindən, şeir, mahnı və monoloqlar söylədilər.Şagirdlərimizin hazırladığı A.S.Puşkinin “Сказка о золотом петушке”səhnəciyi qonaqlar tərəfində rəğbətlə qarşılandı. Aprelin 29-da yenə də Rusiya Mədəniyyət Mərkəzində Bakı şəhər Rus dili fənni üzrə keçirilən seminarda nümunəvi bir məktəb kimi “Rusiyanın şəhərləri” çərçivəsində keçirilmiş lahiyədə 6 “B” sinif şagirdləri - İsa, Nicat, Miri və 8 “B” sinif şagirdləri Tural Abbasov və Jalə Həbibova tərəfindən Moskva şəhərinin tarixi, xalq yaradıcılığına həsr olunmuş şeirlər söylənildi. Moskvaya həsr olunmuş video-klip göstərildi. 8 “B” sinif şagirdi Ayaz Novruzov və məktəb xoru ilə birlikdə Moskvaya həsr olunmuş “Москва-звонят колокола” mahnısı ifa edildi. 129 nömrəli məktəbin 8 “B” sinfinin rəhbəri Kəmalə Nərimanova öz şagirdləri ilə birlikdə 02.12.2014-cü il tarixdə yazıçı dramaturq C.Məmmədqulzadənin ev muzeyində olmuşlar. Şagirdlər C.Məmmədqulzadənin həyat və yaradıcılığına həsr olunmuş şəkillər,fotoalbomlar vasitəsilə geniş məlumat əldə etdilər.

No comments:
Post a Comment