Nübar SƏLİMOVA,
129 nömrəli Məktəbin tarix müəllimi, metodst-müəllim
XXI
əsr BMT tərəfindən “Təhsil əsri” elan
edilmişdir. Təhsilə diqqət və qayğı ən vacib məsələlərdən biridir. Ölkə başçısı
cənab İlham Əliyev demişdir: “Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti
və səbəbi bilikdir, savaddır.” Ona görə də Azərbaycanda gənc nəslin yetişdirilməsi
və tərbiyə olunmasında təhsilin və məktəbin çox böyük əhəmiyyəti vardır. Bu
baxımdan da Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə də təhsilə və onun
keyfiyyətinə xüsusi diqqət edilir. Müstəqil düşüncəyə malik şəxsiyyət yetişdirmək,
formalaşdırmaq müəllimlərin qarşısında duran əsas vəzifələrdən biridir. Biz
tarix müəllimlərinin də əsas məqsədi gələcəyimiz olan şagirdlərin bir vətəndaş
kimi yetişdirilməsində, doğma vətənimiz Azərbaycanın dövlət müstəqilliyini
qorumaq, xalqının, millətinin azadlığı naminə canından keçməyi özünə şərəf bilən
şəxsiyyətlər formalaşdırmağa layiqli töhfəmizi verməkdir. Bunlara nail olmaq
üçün bütün məsuliyyətimizlə çalışmalıyıq.
2014-2015-ci
tədris ilində məktəbimizin tarix müəllimləri də müəyyən işlər görmüşlər. “Dünya
Azərbaycanlılarının həmrəliyi” gününə, “Xocalı soyqırımına”, “31 Mart Azərbaycanlıların
Soyqırımı Günü”nə həsr edilmiş tədbirlər
keçirilmişdir. Həmçinin “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla, Milli Qəhrəmanlar
Fariz Qəhrəmanov və Vahid Quliyevlə də məktəbimizdə görüş keçirilmişdir. Məktəbimizdə
il ərzində direktor S.Mehdizadə və dərs hissə müdiri H.Əliyeva dərsləri dinləmiş,
öz irad və təkliflərini bildirmişlər. Mən də tarix fənni üzrə metodbirləşmə sədri
kimi tarix dərslərində iştirak etmişəm və metodik tövsiyələrimi bildirmişəm.
V-VII siniflərdə tarix fənnini tədris edən müəllimlər öz dərslərini yeni tədris
proqramı (kurikulum) əsasında qurmağa çalışırlar. Bu siniflərdə fənni tədris edən
müəllimlər İKT, əyani vəsaitlərdən, illüstrasiyalardan istifadə edirlər.
Metodik cəhətdən dərsin mərhələləri ardıcıllıqla gözlənilirdi. Ekskursiyalar
tarix fənninin tədrisində mühüm rol oynayır. Şagirdlər ekskursiya zamanı daha çox informasiya
alırlar. Buna görə də bu tədris ilində tarix müəllimləri “Yanar Dağa”,
“Şirvanşahlar sarayına”, “Şəki xan sarayına”, “Şəhidlər xiyabanına”, “Bayraq meydanına” ekskursiyalar təşkil
etmişlər. Mən də tarix müəllimi kimi X
sinif şagirdlərini Qubaya apardım. Şagirdlər Quba məzarlığında erməni qatilləri
tərəfindən qətlə yetirilən insanların skeletlərini görüb dəhşətə gəldilər.
1918-ci ildə Qubada ermənilər 162 kəndi dağıtmış, 16 mindən çox adamı qətlə
yetirmişlər. Bu görüntülər düşmənə nifrəti daha da artırdı.
Azərbaycan
zaman-zaman yadellilərin işğalına məruz qalmışdır. Romalılar, Sasanilər, ərəblər,
ruslar və s. ölkəmizə hücum edərək sərvətlərimizi talamışlar. Ancaq Azərbaycan
bu işğallar zamanı məhv olmamış, dövlətçilik ənənələrini qoruyub saxlamışdır.
Bu gün də xalqımız sınaq qarşısındadır. Qarabağ yağı düşmən - erməni
daşnaklarının əlindədir. Xalqımızın mədəniyyət beşiyi olan Şuşaya, xarı bülbülə
həsrətik. Bu tədris ilindən VIII siniflərdə “Qarabağ tarixi” fənni tədris edilməyə
başlandı. Şagirdlərin bu fənnə maraqları daha çoxdur. Onlar bu fənni öyrəndikcə
bilirlər ki, Qarabağ əzəli Azərbaycan torpaqlarıdır. Ermənilər bura XIX əsrdə
ruslar tərəfindən köçürülüblər. Azərbaycan xalqı öz ərazi bütövlüyünü hansı
yolla olursa olsun bərpa edəcək.
Müasir
təhsilin əsas tələblərindən biri şagirdlərdə müstəqil bilik əldə etmək
bacarığının formalaşdırılmasıdır. Şagird özü təlim prosesində apardığı tədqiqat
və araşdırmalar nəticəsində yeni bilik, bacarıq və vərdişlərə yiyələnməlidir.
Yaradıcı təfəkkürün inkişaf etdirilməsi müəllimin qarşıya qoyduğu ən mühüm vəzifələrdən
biridir. Bunun üçün müəllim fəal təlim üsullarından düzgün istifadə etməyi
bacarmalıdır. Bir müəllim kimi mən də öz
dərs dediyim siniflərdə fəal təlim üsullarından istifadə etməyə çalışıram.VIII
sinifdə “Ağqoyunlu Uzun Həsənin dövlət
siyasəti” mövzusunun tədrisi zamanı rollu oyunlardan istifadə etdim. Əvvəlcədən
şagirdlərə rolları payladım, aparıcıları müəyyən etdim. Dərsi keçən zaman
Ağqoyunlu dövlətinin bayrağını göstərib motivasiya qurdum. Azərbaycanın üçrəngli
bayrağı ilə müqayisə etdim. Tədqiqat sualı qoydum. Aparıcılar XV əsr Uzun Həsənin
Diyarbəkirdəki sarayı haqqında məlumat verdilər, Uzun Həsəni təqdim etdilər:
Azərbaycan
torpaqlarının müstəqilliyi uğrunda mübarizə aparan dövlət xadimi, həqiqi siyasətçi,
Azərbaycan diplomatiyasında özündən öncəki hökmdarlardan fərqli olaraq Avropa
dövlətləri ilə əlaqə saxlayan hökmdar olmuşdur. Uzun Həsən Ağqoyunlu hökmdarı
kimi tarixdə məxsusi ad qazanmışdır. O hər şeydən əvvəl haqq-ədaləti,
qanunların aliliyini, dövlətin mənafeyini düşünürdü. Dünya hərb sənətində
meydana gələn yeniliklərlə tanış olaraq güclü ordu yaratdı. Beynəlxalq siyasi əlaqələrin
qurulmasında elmin, maarifin, sənətkarlığın
inkişafında mühüm xidmətlər göstərmişdir. Şərqdə ilk diplomat qadın kimi
şöhrət tapan Sara xatun beynəlxalq siyasi münasibətlərin həllində, dövlətin
idarə olunmasında Uzun Həsənə kömək etmişdir. Sara xatunla II Mehdinin görüşünü
təsvir edən şagirdlər bu səhnəni canlı göstərə bildilər. Aparıcılar Təbriz
sarayında Venesiya elçisi ilə Uzun Həsənin görüşünü, onun qonaqpərvərliyini məharətlə
ifa etdilər. Sonra müzakirələr başaldı. Şagirdlər hadisələri canlı gördükləri
üçün fikirlərini sərbəst çatdıra bildilər. Qızğın müzakirədən sonra şagirdlər
belə nəticəyə gəldilər ki, Avropa ilə ilk diplomatik əlaqə yaradan Uzun Həsən
olmuşdur.
Qiymətləndirmə meyarlar əsasında aparıldı. Evə
tapşırıqda “Ağqoyunlu” dövlətinin xarici siyəsəti ilə müasir Azərbaycan
Respublikasının xarici siyasətinin müqayisəsinə aid təqdimat hazırlanması
tapşırıldı. Rollu oyun zamanı şagirdlərin şəxsi münasibəti formalaşır, şəxsiyyətlərə
ayrı-ayrı mövqelərdən qiymət verilir, fərqli rəylər yaradlır, tənqidi, məntiqi
və yaradıcı təfəkkür formalaşır. Beləliklə, mən qarşıma qoyduğum bütün məqsədlərə
nail oldum. Şagirdlər bilikləri özləri əldə etdilər. Mən ancaq bələdçi oldum.
No comments:
Post a Comment