Mehriban MƏMMƏDOVA,
129№-li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Yeniliklərə daim açıq olan
129№-li tam orta məktəb
rəhbərlik
başda olmaqla, təhsildəki yeniliklərə sevə-sevə qoşulur. Məktəbimizdə mütəmadi
keçirilən idman (dama, şahmat və s.), bilik yarışları (müxtəlif fənnlər
üzrə), şagirdlərin ayrı-ayrı
müsabiqələrdə, respublika əhəmiyyətli
tədbirlərdə iştirakı
onların dünyagörüşünün artmasında müstəsna rol oynayır. Məktəbimizdə ölkəmiz üçün əhəmiyyətli
olan tarixi günləri əks etdirən divar qəzetləri, bülletenlər buraxılır, disputlar keçirilir. Bu il “Tarixi ərazilərimizi
tanıyaq” devizi altında Şəki, Lənkəran,
Naxçıvan, Quba və digər bölgələrimizin tarixi keçmişi, bu günü, adət-ənənələri, milli mətbəxi, milli
geyimləri haqqında 6-cı sinif şagirdləri məlumatlar toplamış, tədbir
iştirakçılarına təqdim etmişlər.
Eyni
qaydada 7-ci sinif şagirdləri isə şairlərimiz, yazıçılarımız
haqqında məlumatlar əldə etmiş, maraqlı
kompozisiya hazırlamışlar.
Təqvimdə önəmli olan günlərimiz
məktəb foyesində şagirdlərin öz əl işləri, çəkdikləri rəsmlər, düzəltdikləri
fiqurlar, yazdıqları məqalələr şəklində sərgilənir. Təhsildə
mütaliənin
xüsusi yeri, önəmi olduğunu əsas tutaraq məktəb
foyesində vaxtaşırı kitab sərgiləri
təşkil olunur. Kitabxananın müdiri Ülkər Əmiraslanova şagirdlərə kitablar haqqında maraqlı məlumatlar
verir. Şagirdlərin təlim
və tərbiyəsi bütün məktəb kollektivinin əsas vəzifəsidir. Biz müəllimlər başa düşürük ki, hər şeydən öncə vətənpərvər
şagird hazırlamalıyıq.
Bu sahədə bizim Azərbaycan
dili və ədbiyyat müəllimlərinin xüsusi yeri var. Ana dilimizi şagirdlərə sevdirmək, onun qorunmasında bütün incəliklərini
şagirdlərə çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik. Şair və yazıçılarımızın ibrətamiz
həyat yolunu, onların əsərlərindəki vətənpərvərlik ruhunu gələcək gənc nəslə
aşılamaq bizim əsas borcumuzdur. Bu yaxınlarda “Ana dilimiz-mənəviyyatımızdır”
adlı geniş tədbir keçirdik. Bütün ədəbiyyat müəllimlərinin birgə hazırladığı bu tədbir məktəb
rəhbərliyi və digər müəllim və
şagirdlər tərəfindən rəğbətlə qarşılandı. Siddiqə
Rüstəmovanın hazırladığı “Əlibəy Hüseynzadə-150” adlı tədbir çox maraqlı keçdi.
Ensiklopedik biliyə malik olan bu şəxsiyyətin həyatı və fəaliyyəti şagirdlərə böyük məhəbbətlə
çatdırıldı.
Sevda Alıyeva və
Svetlana Əmirovanın “İlyas Əfəndiyev-100” adlı tədbiri gözəl
Qarabağımızı, onun füsunkar təbiətini, istedadlı insanlarını bir daha gözümüz qarşısında canlandırdı. İlyas
Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərindən
götürülən səhnəcik isə tamaşaçıları həm kövrətdi, həm də qurur hissini artırdı. Tədbir təşkilatçılarının
əslən Qarabağdan olması bu mövzuya çox həssaslıqla yanaşmalarından hiss
olunurdu.
Hər bir Azərbaycanlının qurur mənbəyi doğma vətənimiz,
maddi və mənəvi sərvətimiz, tariximiz, keçmişimiz, gələcəyimizdir. Bütün
bunların mərkəzində dahi şəxsiyyət,
işıqlı düha, xalqın xilaskarı Heydər Əliyev dayanır. Bu şəxsiyyətə olan böyük sevgimə rəğmən onun adına layiq olan bir
təqdimat keçirməyi qərarlaşdırdım. “Mən Azərbaycanlıyam” adlı bu sujetli təqdimatda
şagirdlər çox böyük fəallıq göstərdilər. Səslənən şeirlər, mahnılar, mühazirələr
Heydər Əliyev haqqında dahi insanların fikirləri, Ulu Öndərin özünün dilindən səslənən aforizmlər hər kəsin
maraq və rəğbətinə səbəb oldu. İstedadlı
şagirdimiz Elroman Əlizadənin dahi rəhbərə həsr etdiyi “Ulu Öndər” şeiri çox təsirli idi.
Təqdimatın sonunda məktəbimizin
direktoru Samir Mehdizadənin çıxışı maraqlı fikirlərlə yadda qaldı. O şagirdlərə çatdırdı ki, sözdə
hər kəs vətənpərvər ola
bilər, amma Heydər Əliyev əməldə vətənpərvər olan dahi şəxsiyyətdir.
Hər il müəllimlərimiz tərəfindən keçirilən “Xocalı
faciəsi”nə, “20 Yanvar” faciəsinə və digər önəmli günlərimizə aid tədbir və təqdimatlar
müəllim kollektivimizin əsl vətənpəvər ruhda olduğundan xəbər
verir. Belə kollektivi olan məktəbin şagirdləri də demək ki, etibarlı əllərdədir.
No comments:
Post a Comment