Sevda MƏMMƏDOVA,
129 nömrəli Məktəbin rəsm müəllimi
Təsviri incəsənəti olmayan xalq yaşaya
bilməz. Rəsm insanın ruhunun aynasıdır. Hər bir rəssam çəkdiyi rəsm və əsərlərdə
ya öz daxili dünyasını, ya da gözü ilə gördüyünü təsvir edir. Hər bir rəsmi çəkən
insan rəssam ola bilməz. Çünki ona ilham verən daxili dünyasıdır.Təsviri incəsənət
dedikdə bir çox məqamlar nəzərdə tutulur.
Məsələn: Qrafika, rəngkarlıq, heykəltəraşlıq,
xalçaçılıq, boyaçılıq, rəssamlıq və s. Bunların hər birində rəssamın böyük rolu
var.Həyatın, təbiətin, səmanın gözəlliyində belə rəsmin böyük rolu var.
Təsviri incəsənəti olmayan xalq yaşaya
bilməz və inkişaf edə bilməz. Bunu zaman göstərir. Təsviri incəsənət xalqın
tarixini, mədəniyyətini, keçmişini özünə əks etdirir. Təsviri incəsənət ta qədim
dövrdən yaşayır.
Bizim xalqımızın kökünün ta qədim dövrlərə
çatdığını incəsənətlə öyrənib, sübuta yetirmişlər.
Bunlara misal olaraq mağaraların
divarlarında, daş və qayaların üzərində qazma və oyma üsulu ilə, yaxud rənglə
işlənmiş əsərləri göstərmək olar. Məsələn: Füzulidə - Azıx mağarası, Abşeronda
– Qobustan, Naxçıvanda-Gəmiqaya və digər yerlər məşhurdur. Qobustan qayaları üzərində
“Yallını”-nı göstərmək olar.Torpağımızın yetişdirdiyi dünya şöhrətli rəssamlarımız
var. Bu rəssamlardan Səttar Bəhlulzadə, Lətif Kərimov, Kamil Əliyev və s. başqalarını
göstərmək olar. Bunların yaratdıqları rəsm əsərləri dünya muzeylərində göstərilmişdir.
Dünya inkişaf etdikcə təsviri incəsənət də inkişaf etmişdir. Biz bunları tədris
etdiyimiz siniflərdə şagirdlərin incə əl işləri və rəsmlərində də görürük.
Mütəmadi olaraq məktəbimizin foyesində
şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgilər təşkil edilir. Ulu Öndərimiz
Heydər Əliyevin 92 illiyinə həsr edilmiş sərgi məktəbimizin foyesində təşkil
edilmişdir. Bu rəsm sərgisində fəal iştirak edən şagirdlərimiz az deyil. Şagirdlərimizdən...
Onlarda: Rəna Həsənli 7 “D” sinfində oxuyur. Rəsmləri - Neft Daşları,
Kanoe, Qızıl balıq, Naxış, Natürmortlar və s.dir. Məktəbdə təşkil olunmuş bütün
rəsm sərgilərində fəal iştirak etmişdir. Rəsm sərgisinə görə - Hollandiya səfiri
ilə görüşü olub. Buna görə də “Sertifikat” almışdır.
Nərmin Əliyeva 7 “C” sinfində oxuyur. Yağlı boya, quaş, sulu boya və qələmdən
istifadə edərək mənzərə, portret, güldanda gül, dəniz mənzərəsi, gimnastiklər, meyvə
şəkilləri, lalə güllərindən təşkil olunmuş rəsmlər, sadə karandaşla həndəsi
fiqurlar, payız mövzusunda, güldanda gül, güldan, alma, armud (natürmort), düyülərlə
sülh quşu əsəri, qızılgül, qız və s. rəsmlər çəkmişdir.
Ayaz
Novruzov 8 “B” sinfinin şagirdidir. Fövqaladə Hallar Nazirliyi tərəfindən
keçirilən “Şeir və Rəsm” müsabiqəsində fəxri fərman almışdır. “Bizim qəhrəmanlar”
şeirinə rəsm çəkmişdir. Məktəbdə rəsm sərgilərində fəal iştirak edir.
Gilə
İsmayılova 9 “B” sinfində təhsil alır. Müztəlif maraqlı rəsmlər müəllifidir. Rəsmlərinə
görə “Sertifikat”lar almışdır. Gilə
hazırda Əzim Əzimzadə adına rəssamlıq
kollecinə hazırlaşır. Zəhra Dadaşova da bütün sərgilərdə fəal iştirak edir. Aplikasiya
üsulu ilə gül, günəbaxan, (mərci və qara çörək otu) rəsmləri maraq doğurur. Təhməz
Təhməzov Rəsm müsabiqəsində yer tutmuş və diplom almışdır.
Məktəbin
foyesində təşkil olunmuş Gül bayramı sərgisində 7 “D”, “A”, “B”, “C”, “Ç” sinif
şagirdlərindən: Səbinə Cabbarovanın -
Aplikasiya (Gəlincik), Şah İbrahim, Tanya - Güldanda gül rəsmi (boya), rəngli
kağızlardan güldanda gül, “Xocalı”, Fatma Həsənovanın - Gül Bayramına səbətin
üzərinə rəngli atlas lentlərdən düzəltdiyi güllər, 8 mart, Novruz bayramına aid
əl işləri, Raziyyə Kazımlının Gül buketi, Ruhiyyə Osmanlının Pinqivin (tum ilə),
bayraq (muncuq ilə) boya ilə rəsmləri, Kəmalə Əbilqasımzadənin toxunma əl işi, Sahibə Qədirovanın rəsm vərəqi üzərində
Güldanda gül- (toxuma və boya) səbət - hörmə ilə işləri, Ruhiyyə Bayramovanın zərli
saplardan səbətdə gül, Həlimə Bayramovanın
səbətdə gül, Muxtar Əlizadənin rəngli kağızlardan gül, Afaq Abbasovanın güllərdən
gül çələngi, Fidan Məmmədovanın rəngli
kağızlardan gül buketi, Mehman Mirzəyevin mənzərə, Vüsal Hətəmovun da eyni
zamanda mənzərə rəsmləri nümayiş olunur.
129
nömrəli tam orta məktəbdə tədris etdiyim Təsviri incəsənət dərsinə şagirdlərin marağı
çoxdur. Şagirdlərin məktəbin foyesində Beynəlxalq Müəllim gününə, “20 Yanvar”,
“Xocalı faciəsi”nə, “8 Mart”a, “Novruz bayramı”na, Ulu Öndərimiz Heydər
Əliyevin 92 illiyinə həsr edilmiş sərgiləri - müəllim kollektivi, məktəbdə təhsil
alan şagirdlər tərəfindən bəyənilmişdir.
Dünya
inkişaf etdikcə - Təsviri-İncəsənət gözəllikləri və incəlikləri ilə yaşayır.
Zaman göstərir ki, təsviri incəsənət yaşayır və yaşayacaqdır.
No comments:
Post a Comment