7.05.2015

İnkişaf rəqabət mühitində yaranır

Dilarə Məmmədova, 230 nömrəli tam orta məktəbin kimya müəllimi
Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər.
Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumlar  gənclər arasında müxtəlif intellekt yarışları keçirir. Ümumilikdə bu yarışların hamısı gənclərin inkişafına hesablanıb. Gənclər nə qədər bu yarışlara çox qatılsa, bir o qədər gələcəyini təmin etmiş olur.

Azərbaycanın intellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir. İntellektli gənclər  bilik və bacarıqları ilə dünyanın istənilən ali məktəbinə daxil ola bilir. Çünki onlar bu yarışlarda çox şey öyrənir. Bu yarışlar əslində böyük bir təlim-tərbiyə, maarif məktəbidir".
2014-2015 ci tədris ili də Fuad Fərhadoğlu adına 230 № li tam orta məktəbdə  məktəblərarası və məktəbdaxili yarışların keçirilməsi baxımından bol oldu.
İlk belə müsabiqə Nizami rayonu 129 nömrəli tam orta məktəbdə təşkil olunan  Bakı şəhərində fəaliyyət göstərən ümumitəhsil məktəbləri arasında “İntelletual Olimpiada” oldu ki, məktəbimizin komandası sözü gedən yarışda əvvəlcə III, daha sonra isə II yerə layiq görüldü.
Bu tipli yarışlarda daha yaxşı nəticə əldə etməsi və potensial intellekt bazasını formalaşdırmaq üçün məktəbdaxili müsabiqələrə start verildi. İlk olaraq IX-XI siniflər arasında Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan ədəbiyyatı haqqında biliklərini nümayiş etdirməsi üçün şagirdlərin mübarizəsi təşkil olundu.
Noyabr ayında isə şagirdlərin təkcə Azərbaycan haqqında deyil, ümumi intellektual səviyyələrini aşkarlamaq və qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq naminə VI-XI siniflərin şagirdlərini qarışıq komandalar şəklində mübarizəyə cəlb etdik.Yarımfinal və final mərhələlərindən ibarət olan yarışmada 60-a yaxın  şagird 8 komandada baş sındırmalı oldu. Ən yaxşı nəticə göstərən dörd komanda finalda üz üzə gəldi.
Dövlət himninin səslənməsindən sonra final mərhələsini açıq elan edən  məktəbin direktoru Elşən Qafarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğuladı. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, təşkil olunan yarışın şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilməsi vacib və əhəmiyyətlidir.. Eyni zamanda nəticələr ciddi təhlil edilib və araşdırılmalıdır.
Elşən Qafarov ümumilikdə, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdən müəyyənləşdirməyə kömək etdiyini dedi. İstedadlı şagirdlərlə işin düzgün qurulması üçün məktəblərə zəruri dəstəyin göstərilməsi isə 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri oldu.
Yarışın təşkilatçısı – məktəbin kimya müəllimi Dilarə Məmmədova isə öz çıxışında bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.
Mərasimdə  I, II və III yeri tutan komandalara diplom və hədiyyələr təqdim olundu. Təbii ki, təqdim olunan hədiyyələr arasında daha çox diqqət çəkən  Azərbaycan Respublikasının Dövlət Bayrağı oldu.



No comments:

Post a Comment