İncixanım ABBASOVA,
“Texnologiya – İdman” kafedrasının rəhbəri
Yola saldığımız dərs ilində texnologiya
və rəsm dərslərində şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkil olunması
onların böyük marağına səbəb olub. Bu sərgilər məktəbdə keçirilən tədbirlər,
tanınmış şəxslərlə görüşlər zamanı və əlamətdar günlər münasibətilə təşkil
olunmuşdur. Rəsm sərgiləri əsasən “20 yanvar”, “Hamımız Mübarizik” , “Xocalı –
23” , “Heydər Əliyev – 92”, “Qələbə - 70 “ mövzularında təşkil olumuşdur. “20
yanvar” və “Hamımız Mübarizik” rəsm müsabiqəsində qalib gələn şagirdlərə məktəb
rəhbərliyi tərəfindən “Fəxri Frəman” verilmişdir. Şagirdlərin yaradıcılıq
bacarıqlarını inkişaf etdirmək üçün məktəbdə “Şəms” qızlar qrupu təşkil olunub.
Həftədə bir dəfə dərsdən sonra yaradıcı işlərə maraq göstərən qızlar həmin
qrupun işinə cəlb olunurlar.
Şagirdlərin əl işləri ilə 4 may 2015-ci il tarixində Mərdəkandakı “Heydər
Parkı”nda təşkil olunmuş “Gül bayramı”
məktəbimizi təmsil etdik. Mayın 16 – da məktəbimizdə professor Əjdər Ağayevlə
görüş keçirildi. Bu tədbirdə bir neçə müəllimlə yanaşı Kifayət Allahverənova da
“Əməyin tərbiyədə rolu” mövzusunda məruzə etdi. Görüşdə şagirdlərin əl işlərindən
ibarət sərgi də təşkil olunmuşdu.
Məktəbdə il ərzində idman sahəsində də həm
məktəbdaxili, həm də rayon səviyyəsində yarış və müsabiqələr olub. Bu yarışlar
da yuxarıda sadaladığım mövzularla əlaqədar keçirilib. Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Şən startlar”, Heydər Əliyevin 92
– ci il dönümü ilə əlaqədar yarışları, voleybol yarışı,
yüngül atletika oyunlarında şagirdlərimiz həm fərdi, həm də komanda şəklində
yarışıb və fərqləniblər.
No comments:
Post a Comment