Həcər ZEYNALLI, Məktəbin VII “a” sinif şagirdi
Biz kurikulumla dərs keçən sinif olduğumuzdan
qruplarla, iş vərəqləri ilə işləməliyik. Tünzalə müəllim də bunun üçün bizə şərait
yaradır.
Oxuduğum 230 nömrəli tam orta məktəbdə fənlərə dair
aylıqlar təşkil olunur və həmin aylıqlarda o fənnə aid müxtəlif tədbirlər,
müsabiqələr keçirilir.
Bu il də məktəbimizdə fevral ayı “Riyaziyyat ayı”
elan olunmuşdu. Fevral ayında riyaziyyata aid tədbir, müsabiqələr və testlər
keçirildi.
Tünzalə müəllimə riyaziyyata aid maraqlı tədbir
hazırlamaq tapşırılmışdı. O, tədbirin ssenarisini hazırlayıb dərslərimizin
birində sinfə gətirdi və oxudu. Sinfimizdən rollara aid uşaqlar seçildi. Sonra
isə məşqlərə başladıq.
Hər məşqdə bir maraqlı nüans üzə çıxırdı. Müəllim də
ssenariyə həmin nüansı əlavə edirdi. Məşqlərdə çox əylənirdik.
Artıq hər şey hazır idi. Təkcə tədbirə ad seçmək
qalmışdı. Bu zaman da Tünzalə müəllim bizim fikirlərimizi öyrəndi. Hər kəs bir
söz dedi. Lakin sonra tədbirin adınI aforizmlərdən seçməyi qərarlaşdırdıq. Nəhayət
tədbirin adını “Riyaziyyat əqlin gimnastikasıdır” qoyduq. Hər şey hazır oldu.
Tədbir günü hər kəs həyəcanlı idi. Müəllimimizin və
bir neçə şagirdin köməyi ilə səhnəciklərə uyğun geyimlər hazırlanmışdı.
İştirakçılar öz geyimlərini geyindi. M.Namazov və M.Aranlı qonaqlarımız idi.
Onların qarşısında çıxış etmək bizi daha da həyəcanlandırırdı.
Tədbir bitdi.Yadigar qalsın deyə bir neçə şəkil çəkdirdik.
Tədbirimizin başa gəlməsində Tünzalə müəllim və
bizimlə yanaşı, məktəbimizin direktoru Elşən müəllimin də böyük rolu olmuşdu.
Biz onlara öz minnətdarlığımızı bildiririk.
Bu tədbir yaddaşımda iştirak etdiyim ən maraqlı tədbir
kimi qaldı.
.
No comments:
Post a Comment