Məktəbimizin
Uşaq Birliyi Təşkilatı 2014-2015-ci dərs ilində öz işini müvafiq fəaliyyət
planı, eləcə də Uşaq Birliyi Təşkilatlarının əsasnaməsi əsasında həyata keçirmişdir. Fəaliyyət
planına əsasən il ərzində şagirdlərin estetik dünyagörüşünün, həyati
bacarıqlarının formalaşması məqsədilə müxtəlif tədbirlər təşkil olunmuşdur.
Bununla yanaşı, şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasının geyilməsinə,
nizam-intizama nəzarət olunmuş, şagirdlərlə fərdi söhbətlər təşkil edilmiş,
qarşıya çıxan problemlərin həllinə səy göstərilmişdir. Dərs ilinin əvvəlində məcburi
köçkün, aztəminatlı, valideyn himayəsindən məhrum olan uşaqlar müəyyənləşdirilir.
Bunu etməkdə məqsədimiz ondan ibarətdir ki, bu kateqoriyadan olan ailələrin
uşaqlarına məktəb tərəfindən müəyyən köməkliklər olunsun. Yola saldığımız dərs
ili ərzində məktəbdə fəaliyyət göstərən Şagird parlamentinin işinin sistemli təşkil
olunması sahəsində də müəyyən işlər görülüb.
Məktəbdə
Uşaq Birliyi Təşkilatının fəaliyyətinin forma və məzmunu uşaqların yaş xüsusiyyətləri,
həyatın tələbləri nəzərə alaraq yenilənir və ya dəyişdirilir. Biz 230 nömrəli
tam orta məktəbin kollektivi bu yeniliklərə cavab vermək əzmi ilə işləyirik.
No comments:
Post a Comment