“Təhsil və zaman” qəzetində dərc olunan bu yazı Mingəçevir Texniki-humanitar Fənlər Təmayüllü Liseyin müəllimi Mahiyə Məmmədlinin iş təcrübəsinə həsr olunub.
Mahiyə Məmmədlinin çoxdandır ki, tanıyıram. Təxminən on il əvvəl qəzetimizin əməkdaşı bu təcrübəli ibtidai sinif müəllimi haqqında məqalə təqdim etmişdi. Həmin məqalə qəzetimizdə dərc olunduqdan sonra Mahiyə müəllimin iş təcrübəsi haqqında geniş yazı hazirlamağı planlaşdırmışdım. Amma hər dəfə Mingəçevirə gedəndə buna imkan olmurdu. Sonralar eşitdim ki. Mahiyə Məmmədli Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Söz yox ki, Mahiyə müəllim bu adı uzun illik gərgin əməyinin nəticəsi olaraq almışdı. Hesab edirəm ki, bu kimi uğurların sırası daha da genişlənəcəkdir. Çünki bunun üçün müəllimin zəngin təcrübəsi-tədris etdiyi mövzunu həyatla ustalıqla əlaqələndirmək, tədrisi şagird şəxsiyyətinin formalaşmasına yönəli istiqamətdə qurmaq bacarığı var. Bu yaxınlarda Mingəçevirdəki Texniki-humanitar təmayüllü liseydə Mahiyə Məmmədlinin dərsində olarkən sadaladığım bu cəhətlərin şahidi oldum.
Mahiyə müəllimin işi haqqında ilkin təəssüratı onun müasir dövrün tələbləri, uşaqların zövq və istəkləri nəzərə alınaraq hazırladığı fənn kabineti yaradır. O, sinfinin tərtibatı ilə şagirdlərinin ətrafında ahəngdar mühit yaratmağa nail olmuşdu. Bu ahəngdar mühit onu məqsədə doğru aparırdı. Rəssamın, şairin, yazıçının ilham mənbəyi təbiət olduğu kimi, müəllimin də ilham mənbəyi sinif otaqları, şagirdlərinin baxışları, onların ruhi-mənəvi dünyasıdır. Bu dünya ilə təmas qura bilən müəllim rəssamın yaratdığı şedevr əsərə bərabər istedadlı gənc yetişdirməyi bacarır. Mahiyə Məmmədli yaradıcı müəllimdir. Yaradıcı müəllimin dərsini həyəcansız izləmək olmur. Təsəvvür edin ki, müəllimin yaradıcı axtarışlarının nəticəsini ilk olaraq siz seyr edirsiz. Bəlkə də müəllim kəşfinin şahidi olursuz. Yaxud da təbiətin möcüzəsini müşahidə edirsiz. Bəhrələr-şagirdlər gözləriniz qarşısında sanki çiçək kimi açılır...
Ümumiyyətlə, Texniki-humanitar təmayüllü liseydə rəhbərliyin tapşırığı əsasında müəllimlər fənn kabinetlərinin tərtibatına xüsusi diqqətlə yanaşırlar. Sözsüz ki, burada müəllimin yaradıcılıq imkanları da mühüm rol oynayır. Kabinetdə diqqəti ilk cəlb edən müəllimin yaratdığı “Kurikulum qatarıdır”. Burada Kurikulumu “Gələcəyə aparan yol” adlandıran müəllim bu guşədən istifadə etməklə şagirdlərin hüquq və vəzifələri haqqında məlumatlara da yer vermiş, hikmətli kəlamlarla onların “Gələcəyə aparan yol”unu daha da zənginləşdirmişdir. Ümumiyyətlə, Mahiyə Məmmədli dərs prosesinə yaradıcı yanaşmaqla, şagirdin öyrənmə prosesini səmərəli şəkildə həyata keçirməyi bacaran müəllimdir. Dərsdə də bunun şahidi oldum. İkinci sinifdə apardığı “Kobud” mövzusunun tədrisinə “Ögey Ana” filmindən fraqmentlə başladı. Fraqmentdə uşaqların bir-birilərinə qarşı kobudluğu əks olunmuşdu. Bu fraqmentdən sonra şagirdlər artıq dərsdə söhbətin nədən gedəcəyini özləri aydınlaşdırdılar. Bundan sonra şagirdlər mətni hissə-hissə oxudular. Müəllimin qoyduğu “Kobudluğun nəticəsi nə ola bilər?” tədqiqat sualı ətrafında çalışmağa başladılar. Sinif “Mehriban”, “Məlahət”, “Nəzakət”, “Sədaqət” adlandırılmala dörd qrupa bölündü. Müəllimin mövzunu mənimsətmək üçün qoyduğu sullara diqqət yetirdikdə görmək mümkündür ki, o, şəxsiyyətin hərtərəfli inkişafında mənəvi keyfiyyətləri mühüm amil hesab etməklə, şagirdlərinin də məhz bu istiqamətdə işlərinə şərait yaratmışdır. Məlum olduğu kimi, ikinci sinifdə “Kobud” mövzusunun qəhrəmanı yoldaşlarına, nənəsinə qarşı kobudluqla davranan Vasifdir. O, ikincilərin həmyaşıdıdır. Mahiyə müəllim sinifdə problemli situasiya yaradaraq mövzunun qəhrəmanı haqqında müxtəlif fikirlərin səslənməsinə nail oldu. İrəli sürülən fikirlər mətndəki obrazın xarakterini açmaqla bərabər, şagirdlərin də müstəqil fikir yürütmək bacarıqlarını meydana qoyurdu. Bu, həm də o qənaətə gəlməyə əsas verirdi ki, Mahiyə müəllim ikincilərində müşahidə qabiliyyətini formalşadıra bilib. Və yalnız müşahidə qabiliyyəti deməzdim. Şagirdlərin irəli sürdüyü fikirlər məntiqi əsaslılığı ilə maraq doğururdu. Hiss olunurdu ki,
Diqqəti cəlb edən amillərdən biri də müəllimin dərs prosesini “Həyat bilgisi”, “İnformatika” ilə
Mahiyə Məmmədlinin şagirdlərində müşahidə etdiyim bir üstün cəhət də onların mövzunun mahiyyətinə varmaq bacarıqları idi. Qrup işlərinin təqdimatında da bu, müşahidə olunurdu. Şagirdlərin hər biri qoyulmuş sualları özünəməxsus tərzdə cavablandırırdı. Müəllim sinifdə Vasifin əməllərinin müzakirə meydanını xatırladan bir mühit yarada bilmişdi. Hər kəs sərbəst şəkildə öz fikrini söyləyir, nəticəyə gəlir, təkliflər irəli sürürdü. Fikirlər aydınlaşdıqca kobudluğun nə qədər mənəvi qüsur olduğu meydana çıxırdı. Bir-biri ilə bəhsə girmiş şagirdlər sanki qarşılarına daha mükəmməl fikirlər söyləməyi məqsəd kimi qoymuşdular. Etiraf edim ki, sinifdə müəllimin mükəmməl metodiki, psixoloji yanaşması ilə yanaşı, şagirdlərin də bir-birindən maraqlı cavabları diqqətimi cəlb edirdi. Onların ahəngdar nitqləri müəllimlərinin nitqinə bənzəyirdi. Onların hər biri “Gələcəyə aparan yol” qatarının sərnişinləri olmaqla, sanki doğan günəşi qarşılamaq həvəsi ilə yola çıxmışdılar. Günəş isə onlar üçün elm qapısı idi.
Dərsin sonrakı mərhələsində şagirdlər şair Zahid Xəlilin “Lovğa” şeirini oxudular. Şagirdlərin cavablarından, müəllimin verdiyi istiqamətlərdən belə bir nəticə hasil oldu ki, kobudluğun sonu təkliklə nəticələnir. Gərək kobudluq etməyəsən, səmimi, mehriban olasan ki, dostların da çox olsun. Əgər güclüsənsə, bunu gərək yalnız xeyirxah əməllərə sərf edəsən.
Mahiyə Məmmədlinin bir müəllim olaraq qarşısına qoyduğu məqsəd şagirdlərində elmə, biliyə, müxtəlif peşələrə maraq oyatmaqla bərabər, həm də milli-mənəvi dəyərlərimizə, qan yaddaşımıza, tarixi keçmişimizə məhəbbət hissi formalaşdırmaqdır. Bu məqsədlə sinifdə mütəmadi olaraq təşkil olunan, dəyərlərimizin aşılanmasını özündə ehtiva edən tədbirlər şagirdlərin sonsuz marağı ilə qarşılanır. Xocalı soyqrımı, 20 Yanvar faciəsi, 31 mart Azərbaycanlıların soyqrımı günü, eləcə də əlamətdar günlərdən bəhs edən mövzuların tədrisinə sinif bütünlükdə xüsusi tədbirlərlə hazırlaşır. Bu kimi tədbirlər silsiləsinə şəhərin tarix diyarşünaslıq muzeyinə təşkil olunan ekskursiyalar da daxildir. Şagirdinin mənəvi tərbiyəsini qarşısına məqsəd kimi qoyan Mahiyə müəllimin bu səpkili tədbirləri bir nümunə olaraq daim təqdir edilir.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment