Bu yazı Şəki şəhərindəki 14 nömrəli tam
orta məktəbin ibtidai sinif müəllimi Aynur Əlifovanın iş təcrübəsindən bəhs
edir.
Əgər biz elmdən bir damla belə qoparıb
götürə biliriksə, demək ki, bizim ruhumuzda o elm bir damla da olsa əks
olunmaqdadır. Damlalar artıdqca elm bir dəryaya çevrilib ruhumuza tükənməz güc,
enerji bəxş edir. Həyatın mahiyyəti elmdə əks olunmuşdur. Elm öyrənildikcə,
həyat da öyrənilir. Aynur Əlifovanın bir müəllim olaraq həyat amalını məhz bu
amilin təşkil etdiyinin şahidiyəm neçə müddətdir. Dərsini izləyərkən də buna
əmin oldum. Müəllim nə qədər çox elmə, elmi potensiala malik olarsa, təbii ki,
yetirmələrinə daha çox elm aşılaya biləcək. Mənim üçün o müəllimin işi
dəyərlidir ki, o müəllim dərsi yalnız keçəcəyi mövzu ətrafında deyil, həyat
həqiqətlərinin əks olunduğu bir ideya ətrafında cərəyan etdirə bilsin.
Həmin gün onun sinif otağı sanki Günəşin doğuşundan sonra təbəiətin bələndiyi gözəlliyi xatırladırdı. Hər bir şagird bu gözəlliyin bir parçasına çevrilmişdi. Sanki hər biri Günəşin bir zərrəsi idi. Bir azdan bu zərrələr işıq saçacaqdılar. Hər biri öz cavabları ilə öz biliklərini sevinclə təqdim edəcəkdilər.
Hələliksə söz müəllimindir. Aynur müəllimin “Dədə Qorqud”
filmindən nümayiş etdirdiyi fraqment əgər mözvu üçün motivasiya rolunu
oynayacaqdırsa da, bununla bərabər şagird düşüncələrinin üzərinə düşəcək Günəş
təsiri bağışlayacaqdı. Elə fraqment nümayiş olunduqca şagirdlərin baxışlarından
da bunu sezmək mümkün idi. – Siz hansı filmi izlədiz?, Filmdəki hadisənin
mənası nədir? Dədə Qorqud kimdir? O, igidə nə üçün Qazan adını verir? və.s.
Şagirdlər “Dədə Qorqud” filmindən fraqment izlədiklərini, Dədə Qorqudun müdrik
el ağsaqqalı olduğunu, igidə göstərdiyi şücaətə, meydanda qələbə qazandığına
görə Qazan adı verildiyini dilə gətirdilər. Vurğuladılar ki, əcdadlarımızın
adət - ənənəsinə görə igid oğlan və qızlar göstərdikləri igidliklərinə rəğmən
ad alar, el-oba içində seçilər, sevilərdilər. O, Azərbaycanın mənəviyyat,
zəngin adət-ənənə tarixinin bir parçası ilə əslində sinfə böyük bir çağırış
ünvanlamışdı. Fraqmetdə Buğacın öküzə qalib gəlməsi, el ağsaqqalı Dədə Qorqudun
Buğaca Qazan adı verməsindən bəhs edirdi. Həmin günün mövzusu isə “Ad bildirən
sözlər. Xüsusi isimlər” idi. Aynur müəllim ünvanladığı çağırışda şagirdlərinin
soy-kökümüzə, adət ənənələrimizə, bir sözlə, mənəvi dəyərlərimizə, tariximizə
ehtiram hissinin formalaşdırılması dayanmışdı. Elə bu fraqmentdən hiss olunurdu
ki, Aynur müəllim istənilən mövzunu mənəvi dəyərlərimizlə əlaqələndirməklə
şagirdlərinin dünyagörüşündə mənəviyyat simvolu formalaşdırır. Onun hər bir
dərsi sanki bir qəlb döyüntüsü idi. O qəlbin hər döyüntüsündən bir mənəviyyat
dəyəri boylanırdı. Sinfi və Aynur müəllimi müşahidə etdikcə gözlərim önündə
yaşıllaşan, çiçək açan, bar verən meyvə ağacı canlanırdı. Doğrudan da, onlar
asta-asta, addım-addım nəticəyə yaxınlaşdıqca, cavablarındakı məntiqlilik,
əhatəlilik, inteqravivlik daha dolğun mahiyyət daşıyırdı. Mənəvi dəyərlər onlar
üçün nəticəyə doğru gedən yolda bir istiqamətə çevrilmişdi. Müəllimin
fikirləri, kabinetdə əks olunan guşələrdə yer alan hikmətli kəlamlar əslində
hər biri istiqamət rolu oynayırdı. Aynur müəllim üçün mühüm olan bir dəyər də
şagirdlərinin düşüncəsində ana dilinin incəliklərinin əks etdirilməsi idi. O,
ana dilini mənəvi dəyər səviyyəsində təqdim edə bilirdi. Əslində mənəviyyat
ənənələrini ön plana çəkməsi də bu anlama gəlirdi. Yəni mənəvi dəyər aşılamadan
mənəvi diriliyimiz olan dilimizi necə öyrətmək, necə sevdirmək olar? Həmin gün onun sinif otağı sanki Günəşin doğuşundan sonra təbəiətin bələndiyi gözəlliyi xatırladırdı. Hər bir şagird bu gözəlliyin bir parçasına çevrilmişdi. Sanki hər biri Günəşin bir zərrəsi idi. Bir azdan bu zərrələr işıq saçacaqdılar. Hər biri öz cavabları ilə öz biliklərini sevinclə təqdim edəcəkdilər.
Sinfə ünvanladığı “Ad bildirən sözlərin kim?, nə? hara? suallarından hansına cavab verdiyini necə təyin etmək olar?” tədqiqat sualı ətrafında fikirlərini ümumiləşdirmək üçün müəllim şagirdlərə istiqamət verdi: Varlıqların adını bildirən sözlərə isim deyilir. İsim yalnız gözlə gördüyümüz varlıqların deyil, həm də təsəvvür etdiyimiz anlayışların adını bildirir. Məsələn, “qələm” və “qorxu” sözlərinin hər ikisi isimdir. Lakin qələmi gözlə görmək olur, qorxunu isə yalnız hiss etmək mümkündür. İsim – kim? nə? hara? suallarından birinə cavab verir. Xüsusi və ümumi isimlər olur. İnsan adını bildirən sözlər kim?, digər canlı və cansız varlıqlar nə? Yer adı bildirən sözlər isə, hara? sualına cavab verir. Bundan sonra üç qrupa ayrılan sinifdə yüksək əhva-ruhiyyə hökm sürürdü. Bunun da səbəbəri var idi. Birincisi o idi ki, müəllim hələ buna qədər sinifdə mənəvi dəyərlərə ehtiram mühiti yarada bilmişdi. İkincisi isə, mövzuya müvafiq verdiyi informasiya ilə sinifdə yaradıcı mühit formalaşdırmışdı. Bu mühit bütün sinfi öz ağuşuna almışdı.
Qrupların işinə diqqət yetirək: 1-ci qrup “Xüsusi isimləri böyük hərflə yazmaqla mətni köçürün: Keçmiş zamanlarda dəmirqapı dərbənddə qaraca çoban adında qoldan qüvvətli bir çoban vardı. Qaraca Çoban oğuz igidlərindən salur qazanın qoyunlarını otarırdı.
Günlərin bir günü salur qazan başının dəstəsi ilə ova getmişdi. Düşmən bundan xəbər tutub oğuz elinə hücum çəkdi. Qazan xanın evlərini yağmaladılar, anasını, arvadı burla xatunu əsir aldılar.” Şagirdlər mətnlə bağlı verilən tapşırığı yerinə yetirdikdən sonra “yağmalaq” sözünə yaxınmənalı sözü tapmaq, uyğunluğu müəyyən edərək, hara? sualına cavab verən sözər düzəldib yazmalı, yazdıqları sözərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirməli idilər.
İkinci qrupun da maraqı tapşırığı var idi. Onlar da işləyəcəkləri - Çox illər bundan əvvəl qubadlı, Laçın, tərəflərdə nəbi adlı qoçaq bir adamın adı dillər əzəri olmuşdu. Nəbi hökümətin ədalətsizliyinə qarşı mübarizə aparırdı. O, bozatın belində sevgilisi və silahdaşı həcərlə bir yerdə dağlara çəkilmişdi. Nəbinin igidliyi “qaçaq nəbi” adlı xalq dastanında tərənnüm edilmişdir – mətnindəki xüsusi ismləri seçib böyük hərflərlə yazdılar. “Ürəyi dağa döndü” ifadəsinə uyğun sözü tapıb qeyd etdilər.
Üçüncü qrupun tapşırığı da maraqlı məqamlarla zəngin idi. Tapşırıqda deyilirdi: “Handan-hana salur qazan yetişdi. Düzdə sərilib qalmış düşmənlərə baxdı. Üzünü qaraca çobana tutub dedi: - Çoban, de görüm, oğuz elini kim bu günə qoydu?” Qaraca Çoban olub – bitənləri qazan xana danışdı. Qazan xan əsdi, gurladı, qisas eşqi ilə alışıb – yanmağa başladı.” Bundan başqa üçüncü qrupun şagirdləri verilmiş mətndəki mürəkkəb sözləri seçib yazmalı, “Səhnədəki çıxışından sonra Aruzun anasının gözlərində sevinc göz yaşları görünürdü” cümləsindəki hansı sözlərin həm böyük, həm də kiçik hərflə yazıla bilər” tapşırığı üzərində işlədilər.
Müəllimin ünvanladığı bu sualların hər biri əslində şagirdlərin məntiqi təfəkkürünü, tənqidi düşünmə bacarığını, hadisələrə real, düşünüb-daşınıb qiymət vermək bacarığını meydana çıxarmaq məqsədi daşıyırdı. Bu, hələ son deyildi. Qoyulan tapşırıqlarda mühüm olan, mənəviyyat dərsi idi. Aynur müəllim yalnız dil deyil, həm də mənəviyyat dərsi, tarix, adət-ənənə, keçmişə ehtiram, gələcəyə inam dərsi keçirdi. Onun qruplara ünvanladığı sualların məzmunu qeyd etdiyim mənaları özündə daşıdığı kimi, şagirdlərin dil qaydalarına yiyələnmələrinə də yol açırdı. Amma yaradıcı müəllim sualların məzmunun elə məqamlarına diqqət çəkirdi ki, bu məqamlardan tariximizin müəyyən anları boylanırdı. Müasir dövrümüzlə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqları haqqında həll edilən tapşırıqlar isə öz növbəsində şagirdlərin tarixlə müasir dövrümüz arasında paralellər, müqayisələr aparmasına, düşmənlərimizi tanımalarına, onlar haqqında ilkin məlumatlar almasına yardımçı olurdu. Onlar öyrənirdilər ki, insan öz yurdunun keşiyində dayanmalı, onun uğrunda vuruşmalı, xeyirxah olmalı, bir sözlə, vətənin vətəndaşı olmağı bacarmalıdırlar. Aynur müəllimin məqsədi də elə bu idi.
Şagirdlərin həll etdikləri krossvord da öz növbəsində biliklərin möhkəmləndirilməsi ilə yanaşı, söz ehtiyatının zənginləşdirilməsinə, yaradıcı təfəkkürün inkişafına xidmət edirdi. Qeyd etmək yerinə düşər ki, Aynur Əlifovanın təqdim etdiyi dərsin bütün məqamlarından müəllimin yaradıcı əməyi, eyni zamanda şagirdlərinin yaradıcı fəaliyyətinə yaratdığı stimul diqqətimi cəlb edirdi. Fikirlər, düşüncələr, ideyalar bir-birini tamamlayır, dərsin əməkdaşlıq ruhunu yaradırdı. Onların sinifdə birlikdə yaratdıqları “Bacarıqlı əllər”, “Riyaziyyat bütün elmlərin açarıdır”, “Qiraət guşəmiz” adlı guşələr Aynur müəllimin şagirdlərinin hərtərəfli inkişafını diqqətdə saxladığının sübutudur. Yalnız elm deyil, həyati bacarıqlara yiyələnmək Aynur müəllimin şagirdlərinə aşıladığı ən mühüm keyfiyyətlərdir. Dərsin sonunda şagirdlərdən Talehin mənə təqdim etdiyi və “Qaraca Çoban” adlandırdığı rəsm sinfin həqiqətən də dərsin ruhunu anladıqlarından soraq verirdi. Bu, mənə həm də hər kəsin mövzuya yaradıcı yanaşmanın nəticəsi kimi göründü...
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment