Dadaşov Müşfiq Adil oğlu M. İbrahimov adına Biləsuvar
lisey – məktəb kompleksinin tarix müəllimi, tarix kafedrasının müdir
Xülasə: Kreativlik nədi, kreativlik tarixi, onun təhsildə
rolu və əhmiyyətini açıqlamağa çalışmışam. Eyni zamanda Azərbaycanda kreativ
düşüncə tarixinə qısaca nəzər yetirərək bu ənənənin müasir təhsil sistemimizdə
və təlimin təşkilindəki rolunu vurğulamışam.
Açar sözlər: Kreativlik,
Kostruktizm, “Afina akademiyası” , psixologiya assosiasiyası, atomistlər məktəbi,
“Lu” dövlətinin, şərq kreativliyi, antik dövr kreativliyi
Müasir təhsilimizin
dünyanın öncül təhsil sistemlərinə inteqrasiya olması və əməkdaşlığın genişlənməsi
bu sahədə təcürrübələrin artmasına, səmərəli
fəaliyyətin daha düzgün qurulmasına yardım etmiş oldu. Bununla bağlı bir sıra yanaşma və ifadələr təhsilimizə
daxil olur, yada həmin yanaşma və ifadələrə
münasibət yenilənərək, müasir tələblərə uygun təkmilləşirdi. Bu yanaşmalarda
müasir təhsildə kreativlik (yaradıcı) və onun əhmiyyəti müstəsna əhmiyyət kəsb
etməyə başladı. Bu zərurəti nəzərə alsaq
“Kreativ düşüncə və Təhsildə onun rolu” mövzusuna seçməyim təsadüfi
olmadığı görünər.
Kreativlik nədir ? Kreativlik - məsələni orijinal və
qeyri-adi, eyni zamanda faydalı şəkildə həll etmək kimi xarakterizə edilə bilər.
Ümumilikdə kreativ yanaşmaların formalaşması tarixinə
qısaca nəzər salaq. Bəşər cəmiyyətimizin ilk vaxtlarından başlayaraq insanın
formalaşması ilə bərabər onda özünəməxsus yaradıcılıq, düşüncə, cəmiyyətə və ətraf aləmə yanaşmalar da meydana gəldi. Təbii ki, ilk vaxtlarda bu dəyərlər
çox sadə düşüncə və yanaşmalar olmuşdu.
Cəmiyyət zaman keçdikcə inkişafa doğru dəyişirdi.
Bununla bərabər kreativlik konsepsiyasının dərk edilməsi (qəbul edilməsi)
yolları, eyni zamanda bu ifadənin özü də termin kimi dəyişir və inkişaf edirdi.
Qədim Şərq, antik dövrün Yunan-Roma mütəfəkkirləri bu sahədə bir sıra mühüm işlər
görmüşdür. İlk əvvəllər istər Qədim Yunanıstanda istərsə də Romada kreativlik
anlayışı incəsənət və poeziyaya şamil edilmişdi. Onlar fəaliyyət azadlığını
deyil, daha çox qanunlara tabeliyi əsas götürürdülər. Belə ki, Yunanıstanda
Platonun açdığı “Afina akademiyası” Avropada ilk
akademiya olmaqla yanaşı azad düşüncə, dövr üçün yeni, mütərəqqi ideya və fikirlərin
formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdi. Eləcə də Sokrat və Aristotelin düşüncələri,
Levkipp və Demokritin atomistlər məktəbi,
Protaqor və Gorgiyin sofistlər cərəyanı və s. bu sahədə böyük tövhələr vermişdilər. E.ə.
330-cu ildə Misirdə salınan İsgəndəriyyə şəhəri öz xüsusiyyətləri baxımından
yunan mədəniyyətinin intellektual beşiyi olan Afina şəhərinin varisi idi.
Buradakı qədim İskəndəriyyə kitabxanası
dövrünün və ondan öncəki tarixə aid olan zəngin düşüncələri özündə əks
etdirən kitablarla təchiz edilmişdi. Lakin 476-cı ildə Qədim Roma imperiyası
süqut etdikdən sonra Avropada bir müddət sivilizasiya özünün savadlılıq və mədəni
təşkilatlılıq baxımından tənəzzülü dövrünü yaşamış oldu.
Şərqin kreativ
düşüncəsi də öz xüsusiyyətləri və zəngin tarixi ilə diqqəti cəlb edir. Belə ki,
qədim Çində “Lu” dövlətinin mövcud olduğu dövrdə Konfutsi ölkənin ən nüfuzlu
filosofu olmuşdu. Onun yaradıcı fikirləri davamçıları tərəfindən “Analektlər”
adlı əsərdə yazıya alınmışdı. Tezliklə bu ideyalar Koreya, Vyetnam və Yaponiyada
böyük şöhrət qazanmışdı.
Kreativlik
anlayışını termin kimi ilk dəfə işlədən şəxs XVIII əsrin Polyak şairi Mateş
Kazimirz Sarbiyevski olmuşdur. Lakin o, bu ifadəni yalniz poeziyaya şamil
etmişdir. O və onun müasiri olmuş şəxslərin düşüncələrində kreativlik “Heç nədən
nəyisə yaratmaq” anlayışı kimi öz əksini tapırdı. Növbəti 150 illik bir zaman gedişində insanın
kreativlik ideyasına yanaşma dəyişməz qaldı. XX əsrin əvvəllərində isə
kreativlik incəsənətin monopoliya çərçivəsindən çıxaraq daha geniş elm sahələrini
əhatə etmiş oldu. Belə ki, bu termin ilk öncə təbiətşünaslıq və təbiət sahələrində,
daha sonralar isə sosial və s. sahələrə də siraət etmiş oldu.
XX əsrin ortalarında
kreatizm elmi yaradıcılığında bir start
oldu. Bu dönüş Amerika psixologiya assosiasiyasının tədqiqatçısı J.P. Qilfordun
(1950) adı ilə bağlıdır. Kreatizm
nəzəriyyəsini sistemləşdirməklə J.P. Qilford bu anlayışa xüsusi populyarlıq gətirmiş
oldu. Bundan ilhamlanan digər yaradıcılıq nəzəriyyəçiləri
məsələyə daha praqmatik yanaşaraq kreativlik texnikasını öyrənməyə və öyrətməyə
başladılar. Bu nəzəriyyəçilərdən 3 nəfərin tədqiqatı - Aleks Osbornun “Beyin həmləsi”
(1950), Henrix Alt Şüllerin “Yaradıcı problemi həll etmə nəzəriyyəsi” (1950) və Edvard de Bononun “Alternativ
(lateral) düşünmə” (1960) əsəri daha məşhurdur.
Kreativlik –
yaradıcılıq anlayışının Azərbaycanda da inkişaf tarixi çox zəngin olmuşdu. Müxtəlif
vaxtlarda ərazimizdə yayılmış dini ideologiyalarda (zərdüştlük, təktanrıçılıq,
islam və s.) eləcədə incəsənət və mədəniyyət sahəsində bu dəyərlərə geniş rast gəlinir. Eyni zamanda
XII əsr intibah dövrü şair və mütəfəkkirlərinin, XIII-XVIII əsrlər boyu yaşamış
müxtəlif elm və incəsənət xadimlərinin , XIX əsrin maarifçilərinin
yaradıcılığında qeyd olunan yanaşma geniş mövqe tutmuşdu.
Uzun illər sovetlər
imperiyasının müstəmləkə hakimiyyəti altında qalan Azərbaycan müstəqillik əldə
etdikdən sonra öz inkişaf istiqamətini də dəyişərək dünyaya inteqrasiya yolunu
seçdi. Bu istiqamətdə, xüsusən də təhsil sahəsində mühüm islahatlar həyata
keçirildi. Həyata keçirilən islahatlar və
dəyişiklər təhsil sahəsində yeni
yanaşmalara, inteqrasiya, sərbəst və azad düşüncə psixologiyasına, produktiv
düşüncə tərzinə əsaslanan təhsil sisteminin formalaşmasına geniş imkanlar açdı.
Zərurətləri nəzərə alaraq təhsil sahəsində kreativliyə xüsusi yer verildi. Kenet Robinson fikirincə desək “Kreativliyin təhsildə olan əhəmiyyəti,
təhsildə savadlılığın əhəmiyyəti qədər vacib ölçülə bilər”.
Uğurlu şəxs - yaradıcı bacarığı olan, yalnız
özünü yox, digər insanların da yaşayışını gözəl etmək niyyətində
olan, analitik və intellektual bacarıqlarına malik, özünün və digərlərin
baxışlarına qiymət verməyi bacaran, praktiki intellektual bacarığına sahib olun
insanı saymaq olar.
Lakin unutmayaq ki, kreativlik zaman tələb edir və
effektli nəticənin hər zaman əldə etmək olmur. Bunun üçün fəaliyyət sahəsində məqsəd
və bundan irəli gələn nəticələr dəqiq müəyyənləşməlidir. Təhsildə kreativliyi tətbiq
edərkən təhsil alanlarda aşağıdakı bacarıqların olması vacibdi.
·
Problemli vəziyyətlərə
dair yeni alternativ fərziyyələrin irəli
sürmə bacarığı
·
Problemli vəziyyətlərin
təhlil etmək bacarığı
·
Münaqişələri həll
etmək bacarığı
·
Yaradıcı
tapşırıqları tərtib etmə bacarığı
Strateji kreativ proses müəyyən bir işin dərk olunması və konkret hədəflərin təyin
olunmasından başlanır. Həmçinin bu təlim prosesində dinləyicilərin istək və
ehtiyacları da aktiv şəkildə nəzərə alınmalıdır. Nəticədə isə toplanılmış təcrübə
kreativ düşüncə tərzi vasitəsilə dinləyicilərə ötürülür.
Əksər
hallarda yeni kreativ yanaşma məhsullarının praktikaya tətbiq olunması
nəticələrin səviyyəsinin yüksəlməsinə müstəsna
töhfələr vermiş olur.
Yaradıcı dərsləri xarakterizə edən prinsiplərə isə
aşağıdakı kimidi:
·
Tapşırıqların
“açıqlıq prinsipi” - tapşırıqlar
açıq sual əsasında qurulmalıdır.
·
İdrakı mühitin
yaradılma prinsipi – müxtəlif öyrədici və stimullaşdırıcı vəsaitlərin mövcud olması
·
İdrakı fəaliyyətin
təşkili prinsipi– uşaqların fəal sual verməsi üçün sağlam mühitin yaradılması
·
Uşaqların yeni ideyaların irəli sürməsi prinsipi
·
Yaradıcı
mühitin təşkili üçün şəxsi nümunədən istifadə olunması prinsipi
·
Təhlükəsiz
psixoloji mühitin yaradılması prinsipi
·
Uşaqlar tərəfindən
irəli sürülən ideyalara hörmətlə yanaşma prinsipi
Kreativliyi inkişaf etdirməyin ən gözəl yolu - uşaqlıqda
necə biri olduğunuza nəzər salmaqdır. Rəsm çəkirdiniz? Hekayələr yazırdınız?
Uşaqlıqda necə ilhamlanırdınız? Yəqin ki, ilhamlanmaq üçün heç vaxt vasitələr
axtarmırdınız. Uşaqlıqda siz müəyyən çərçivələrdə fəaliyyət göstərməmisiniz.
Siz sözün əsl mənasında azad idiniz. Və beləliklə insanlar sizə dünyaya və işlərinizə
yenidən uşaq gözləri ilə baxmağı və hər şeyi məcburiyyət kimi qəbul etməməyi məsləhət
görürlər və bu başlanğıc üçün çox böyük addımdır.
Kreativliyin mükəmməl bilik, çeviklik, inkişaf
etmiş ideyalar, fikir orijinallığı kimi
əsas xüsusiyyətlərə bölünür.
Onuda nəzərdə saxlayaq ki,
hər kəs ən azından gündəlik həyatında belə kreativdir. Hər kəs şəxsi
maraqlarından asılı olaraq kreativliyini artıra bilər.
Ədəbiyyat siyahısı:
1. Грэм Уоллес написал книгу «Искусство мыслить»
2. Toni Byuzen nəzəriyyəsi “ Mental Kartlar”
3. Edvard de Bononun “Alternativ (lateral) düşünmə” (1960)
No comments:
Post a Comment