HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...
Bu yazı Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovanın iş təcrübəsindən bəhs edir.
Bir neçə ilə əvvəlin söhbətidir. Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbə breyn-rinq yarışına dəvət olunmuşdum. Yarış başlayanda öyrəndim ki, təşkilatçı məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovadır. Breyn-rinq maraqlı mübarizə şəraitində keçdi. Əsasən riyazi suallardan təşkil olunan yarışmada məktəbin əksər riyaziyyatsevər şagirdləri iştirak edirdi. Bu tanışlığımızdan sonra Səxavət Yusifovanın Təhsil Şurası və “Təhsil və zaman” qəzeti ilə əməkdaşlığı başlandı. O, Təhsil Şurasının 164 nömrəli tam orta məktəbdə keçirilən, respublikamızın geniş pedaqoji ictimaiyyətinin qatıldığı “Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda elmi konfransda maraqlı çıxışı ilə diqqəti cəlb etdi. Yadımdadır ki, Səxavət Yusifova həmin konfransda müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsində pedaqoji mətbuatın rolundan bəhs etmişdi.
Ötən il Səxavət Yusifovanın daha bir maraqlı tədbirinə şahidlik etdim. O, öz yetirmələrini Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbə gətirmiş, burada keçiriləcək breyn-rinq yarışında mübarizəyə qoşmuşdur. Bu yarışda Səxavət Yusifovanın komandası qələbə əldə etdi. Səxavət Yusifovanın yetirmələrini qeyd etdiyim kimi bir neçə yarışda müşahidə etmişəm. Belə bir qənaətə gəlmişəm ki, onlar yalnız intellektləri ilə deyil, eyni zamanda, musiqi duyumları, şeir və mahnı ifaçılıqları, aktyorluq
qabiliyyətləri, rəqs məharətləri ilə də fərqlənirlər.Ötən il Səxavət Yusifovanın daha bir maraqlı tədbirinə şahidlik etdim. O, öz yetirmələrini Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbə gətirmiş, burada keçiriləcək breyn-rinq yarışında mübarizəyə qoşmuşdur. Bu yarışda Səxavət Yusifovanın komandası qələbə əldə etdi. Səxavət Yusifovanın yetirmələrini qeyd etdiyim kimi bir neçə yarışda müşahidə etmişəm. Belə bir qənaətə gəlmişəm ki, onlar yalnız intellektləri ilə deyil, eyni zamanda, musiqi duyumları, şeir və mahnı ifaçılıqları, aktyorluq
Səxavət Yusifovanın bu ilki birinciləri də, hesab edirəm ki, intellektual hazırlıqları baxımından əvvəlki buraxılışlarından geri qalmayacaq. Hər halda, ilkin müşahidələrim bu qənaətə gəlməyə əsas verir. Onlar “Həndəsi fiqurlar” mövzusuna sanki, dərs ilində öyrəndiklərinin hesabatı kimi yanaşmışdılar. Sanki demək istəyirdilər ki, biz birinci ilimizi necə məhsuldar keçirmişik, öyrənmək lazım olduğundan artığını öyrənmişik. Biz həndəsəni də, riyaziyyatı da, musiqini də, dilmizi də, təsviri incəsənəti də eyni səviyyədə sevmiş, eyni səviyyədə öyrənmişik. Biz ikinci sinifə hazırıq.
Qeyd etdiyim kimi, Səxavət Yusifovanın yetirmələrini müşahidə etdiyin ötən illər ərzində onların hər birini inyellektual cəhətdən hazırlıqlı görmüşəm. Onlar yalnız bilik əldə etməklə deyil, eyni zamanda, zəngin dünyagörüşünə malik olmağa da can atıblar. Mübariz, əzmkar ruhda olublar. Təsadüfü deyil ki, müşahidə etdiyim bütün bilik yarışlarının qalibi məhz Səxavət Yusifovanın yetirmələri olub. Mən, əlbəttə ki, birinciləri də bu mübariz və əzmkar ruhda görürdüm.
Onlar ilkin fəallıqlarını dərsin motivasiya hissəsində nümayiş etdirdilər. Müəllim monitorda şagirdlərinə çobanyastığı çiçəyi nümayiş etdirdi və bu çobanyastığının qeyri-adiliyi nədədir, deyə sual etdi. Onun ləçəkləri müxtəlif fiqurlardandır, deyə şagirdlər cavablandırdılar. Doğrudur, həm də hər bir ləçəkdə bir tapmaca var. Gəlin, onları qoparıb, tapmacaların cavabını tapaq, deyə müəllim sinfə müraciət edti. Şagirdlər bir-bir yaxınlaıb ləçəkləri qoparır və verilmiş tapmacaların cavablarını tapırdılar. Müəllimin dərs prosesini həm bu səviyyədə şagirdlərin maraqlı baxımından, eləcə də onların düşünməsinə şərait yaradılması aspektində qurması bir neçə cəhətdən əhəmiyyətli idi. Bununla o, şagirdləri dərsin ilk dəqiqələrindən düşündürücü suallar üzərində işləməyə kökləmiş və irəli sürdüyü suallarla idrak fəallığını təmin etmişdi. Ardınca əldə olunan cavabları krossvorda yazmaqla, dərsin mövzusunun “Həndəsi fiqurlar” olduğunu müəyyənləşdirən şagirdlər daha sonra ekranda verilmiş tapşırıqları kollektiv şəkildə işlədilər. Bu anda bir məqama toxunmaq istərdim. Müəllimin dərsin müxtəlif mərhələlərində şagirdləri qrup şəklində işlətməsi, bununla yanaşı, sinfi kollektiv sorğu-suala cəlb etməsi, bir-birilərinin cavablarına münasibət bildirmələrinə şərait yaratması dərsin daha effektli, canlı qurulmasına şərait yaradır. Xüsusilə son dövrlər, dərslərə verilən tələblərdə edilən yeni yanaşmalar, bəzən dərs prosesinə şagirdlərin bütünlüklə cəlb olunmasına maneçilik yaradır. Amma, şübhə yoxdur ki, təcrübəli müəllimlər şagirdləri bütünlüklə dərs prosesinə cəlb etməyin yolunu bilirlər ki, bunu da Səxavət Yusifovanın dərsində müşahidə edirdim. Prosesdən demək olar ki, heç kəs kənarda qalmırdı. Ümumən belə bir tendensiyanı da müşahidə edirdim ki, Səxavət Yusifova dərsdənkənar, sinifdənxaric, məktəbdənkənar tədbirlərin səmərəsindən istifadə etməklə, sinifdə vahid komanda birliyinin yaranmasına nail olub. Hamının bir ideya ətrafında birləşmək, vahid mövqe nümayiş etdirmək həvəsi və istəyi hər an duyulurdu. Nəzərə alsaq ki, onlar hələ birincilərdir, məktəbə ilk kövrək addımlarını atırlar, gələcəkdə onların bu düşüncələrinin daha geniş effekt verəcəyi istisna deyil. Dərs prosesində diqqətimi cəlb edən məqamlardan biri də ondan ibarət idi ki, uşaqlar monitorda nümayiş olunan əşyaların hissələrini birləşdirməklə həndəsi fiqur alır, eyni iki fiquru tapıb birləşdirir, artıq fiqurları müəyyənləşdirirdilər. Adətən uşaqlar hələ kiçik yaşlarından müxtəlif fiqurlar kəsib düzəltməyə meylli olurlar. Əlbəttə ki, uşaq fantaziyasının məhsulu olan bu kimi işlərin məktəbdə təcrübəli müəllimlər tərəfindən diqqətə alınması, onların sistemə salınıb inkişaf etdirilməsi şagirdin gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir. Bu mənada Səxavət Yusifovanın şagirdlərin yaradıcı işləməsinə diqqət yetirməsi əhəiyyətli hal kimi məni cəlb edirdi. Əgər şagirdlər monitorda gördükləri fiqurları öz fantaziyaları çərçivəsində birləşdirib həndəsi fiqurlar alırdılarsa, onu təcrübi olaraq da həyata keçirirdilər. Qısa zaman ərzində həndəsi fiqurların birləşməsindən yaranan ev, heyvan fiqurları, xalça əsl yaradıcı fantaziyanın məhsulu kimi görünürdü. Onlar yalnız bu fiqurları yaratmaqla kifayətlənmirdilər. Müəlimin verdiyi istiqamət əsasında fiqurların adlarını, ölçülərini müəyyənləşdirir, onların riyazi həllini meydana qoyurdular.
Səxavət Yusifovanın birincilərlə apardığı riyaziyyat dərsini müəllim və şagirdlərin birgə ərsəyə gətirdikləri yaradıcı dərs də adlandırmaq olardı. Ona görə ki, bu dərsin əvvəlindən sonunadək şagirdlər ancaq nə isə yeni bir iş meydana gətirirdilər. Ya monitorda, ya da kağız üzərində ərsəyə gətirilən fiqurların hər biri sanki şagird qəlbinin, yaradıcılıq arzu və istəklərinin sevinci kimi meydana çıxırdı. Onlar bu fiqurları böyük həvəslə hazırlayır, rəngləyir və təqdim edirdilər. Bir məqama da xüsusi diqqət yetirmək istərdim. Müəllimin sinfə ünvanladığı suallar da fərqli xarakter daşıyırdı. O, hər kəsə özünün anlaq səviyyəsinə müvafiq suallar ünvanlayır, nəticə olaraq, hər bir şagirdindən cavab almağa nail olurdu. Hər bir şagirdinə yeri gəldikcə fərdi yanaşır, fərdi tapşırıqlar verirdi. Ümumiyyətlə, təlim prosesində fərdi yanaşmaya üstünlük verən müəllim sinisdə qarşıya qoyulmuş təlim vəzifəsinin daha optimal şəkildə yerinə yetirilməsinə nail ola bilir.
Səxavət Yusifova yetirməlinin ərsəyə gətirdikləri həndəsi fiqurlar fonunda onların diqqətini həyatdan, cəmiyyətdən öyrəndiklərinə yönəldir, uzağa getmir, ətrafda gördükləri həndəsi fiqurlardan misal gətirmələrini sual kimi qoyurdu. Şagirdlər də etinasız qalmırdılar. Onlar ətrafda inşa edilən yaşayış evlərinin, müxtəlif həndəsi fiqurları xatırladan tikililərin görünüşünü misal gətirirdilər. Bu da öz növbəsində birincilərin problemə yanaşma, onun mahiyyətini dərketmə bacarıqlarına nümunə kimi göstərilə bilər. Diqqətimi cəlb edən ən mühüm məqam isə o idi ki, şagirdlər həndəsi fiqurlara sıradan bir fiqur kimi yanaşıb keçmir, onun əhəmiyyətini dərk etməyə çalışır, nəhayətdə bu fiqurların həyatda, cəmiyyətdə tətbiqini göstərirdilər. Əslində bu, şagirdin dərsdən əldə etdiyi nəticə kimi dəyərləndirilə bilər.
Dərs sona yaxınlaşır. Mən, balaca fidanların həndəsi fiqurlardan yaratdıqlarını nəzərdən keçirirəm. Onlar sanki, bir həyat lövhəsi yaratmışdılar. Bu lövhədə evlər, imarətlər, insanlar, heyvanlar, insanların gündəlik istifadə etdikləri əşyaları var idi. Bütün bunların hər biri kiçik uşaq qəlblərinin böyük arzusu kimi görünürdü...
Qeyd edim ki, Səxavət Yusifova qabaqcıl müəllim kimi Respublika və Beynəlxalq miqyaslı elmi-təcrübi konfranslara fəal olaraq qoşulur, maraqlı çıxışları ilə seçilir. O, Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransa da qoşulmuş, konfransda “Məktəbdə pedaqoji mətbuatdan səmərəli istifadənin pedaqoji-metodiki əhəmiyyəti” mövzusunda maraqlı çıxışı ilə Lvovlu həmkarlarının rəğbətini qazanmış, bir qrup Azərbaycanlı müəllimlə Lvov vilayətinin Turku şəhər məktəbinin iş təcrübəsi ilə tanış olmuşdur.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment