"Təhsil
Və Zaman" qəzeti, 10.11.2016.
Azərbaycan Təhsil Şurası oktyabrın 8-də
Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Məktəbəqədər
Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirdi. Forum “Məktəbəqədər
təhsil müasirlik müstəvisində” mövzusuna həsr olunmuşdu. Forumda Azərbaycan
Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin məktəbəqədər
təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Təhsil Şurası İdarə heyətinin
üzvlərindən professorlar Mirzəli Murğuzov, Asəf Zamanov, Nazim Kazımov, əməkdar
müəllimlər Aliyə Təhmasib, Həqiqə Məmmədova, “Təhsil və zaman” qəzetinin
redaktoru Böyükağa Mikayıllı, Kəmalə Qədirova, Samir Mehdizadə, Sevinc
Abbasova, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Yusif Əliyev, eləcə də
respublikamızın ayrı-ayrı rayonlarından məktəbəqədər təhsil sahəsinin
mütəxəssisləri, bu sahənin tədqiqatçıları iştirak edirdilər.
Forumu giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev Azərbaycanda məktəbəqədər təhsil sahəsinin inkişaf tarixindən, bu sahədə zaman-zaman həyata keçirilən inkişafyönümlü layihələrdən, həmçinin dünya təcrübəsindən bəhs etdi. Ə.Ağayev Azərbaycanda məktəbəqədər təhsil sisteminin yeniləşməsinə, burada fundamental işlərin görülməsinə zəruri ehtiyac olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, uşağın inkişafı, təlimi, təhsili, tərbiyəsi işinin özülü məktəbəqədər təhsil müəssisələrində qoyulur. Təəssüf ki, ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunması aşağı səviyyədədir. Buna baxmayaraq, səmərəli iş təcrübəsi olan məktəbəqədər təhsil müəssisələri və bu müəssisələrdə çalışan qabaqcıl mütəxəssislər vardır. Məktəbəqədər təhsil müəssisələri üçün tikilən yeni binalar, bu binaların müasir texnologiyalarla təchiz olunması gələcəkdə bu sahədə nailiyyətlərin əldə olunacağından soraq verir. Qabaqcıl təcrübəni ümumiləşdirmək, yaymaq, mövcud problemləri müzakirə etmək və aradan qaldırmaq yollarını müəyyənləşdirmək üçün məktəbəqədər təhsil müəssisələrində çalışanların toplantısını keçirməyə ehtiyac vardır. Bu ehtiyacı və mütəxəssislərin arzusunu nəzərə alaraq Təhsil Şurası Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirməyi nəzərdə tutmuşdur. Forumun məqsədi məktəbəqədər təhsil işçilərinin peşəkarlığının artırılmasında modernləşmədən istifadənin nümayişi və qabaqcıl təcrübənin təbliğidir.
Məktəbəqədər təhsil müasirlik
müstəvisində
Təhsil nazirliyinin sektor müdiri
Nərminə Alnağıyeva “Məktəbəqədər təhsil müasirlik müstəvisində” mövzusunda
çıxış etdi. O, məktəbəqədər təhsil işçiləri üçün mühüm əhəmiyyətli hesab etdiyi
bu foruma çıxışını ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: “Təhsil
həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, milli mənafe
əsasında qurulmalıdır.” Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil ailənin,
cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların ilkin yaş
dövründə intellektual,
estetik, fiziki, psixi inkişafını, eləcə də istedad və qabiliyyətlərinin üzə
çıxarılmasını, sağlamlıqlarının qorunmasını, təbiətə, ətraf mühitə
münasibətlərinin formalaşmasını, nəhayət məktəbə hazırlanmasını təmin edir. Hazırda
ölkə üzrə 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, 117239
uşaq bu müəssisələrə cəlb edilmişdir. Məktəbəqədər təhsilə bu yaşda olan
uşaqların 14 faizi cəlb edilmişdir ki, bu əlbəttə kiçik rəqəmdir. Sevindirici
haldır ki, son illər məktəbəqədər təhsil sahəsində genişmiqyaslı tədbirlər,
proqramlar həyata keçirilməyə başlamışdır. Bakıda, eləcə də regionlarda yeni
məktəbəqədər təhsil müəssisələri tikilmiş, əsaslı təmir olunmuş,
bərpa-gücləndirilmə işləri aparılmışdır. Məktəbəqədər təhsil müəssisələri, eyni
zamanda lazimi avadanlıqlarla da təchiz olunmuşdur. Cəmiyyətimizin müxtəlif
sahələrinin inkişafına öz layiqli töhfəsini verən Heydər Əliyev Fondu təkcə
məcburi köçkün ailələri üçün salınmış yaşayış məntəqələrində 50-dən artıq
məktəbəqədər müəssisə tikib istifadəyə vermişdir. Məlum olduğu kimi 2014-cü
ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
iştirakı ilə Fondun Məktəbəqədər təhsilin inkişafı Proqramının təqdimatı
keçirilmişdir. Bu proqram özündə Azərbaycanda məktəbəqədər təhsilin fundamental
şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Nərminə Alnağıyeva qeyd etdi ki, ölkəmizdə dövlət məktəbəqədər sektoru ilə yanaşı, özəl məktəbəqədər sektor da inkişaf edir. Qeyd etdi ki, əgər 2000-ci ildə ölkədə yalnız 3 özəl məktəbəqədər müəssisə var idisə, bu gün onların sayı 90-ı keçmişdir.
Nərminə Alnağıyeva daha sonra məktəbəqədər təhsil sahəsində beynəlxalq təşkilatlarla əlaqələrdən də bəhs etdi. Eyni zamanda qeyd etdi ki, məktəbəqədər təhsil müəssisələri ilə təhsil nazirliyinin birbaşa əlaqəsi olmasa da, Təhsil nazirliyi orta məktəblərdə məktəbəhazırlıq qrupları təşkil etməklə məktəbəqədər təhsil müəssisələrinin işinə öz dəstəyini vermişdir. Nərminə Alnağıyeva söylədi ki, məktəbəhazırlıq qrupları bu gün artıq çox geniş bir arealda fəaliyyət göstərməkdədir. Bu qrupların yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların məktəbə hazırlığını təmin etməkdir. Nərminə Alnağıyeva onu da vurğuladı ki, məktəbəhazırlıq qruplarında təlim keşəcək bütün müəllimlər üçün metodiki materallar hazırlanmışdır. O, təəssüf hissi ilə qeyd etdi ki, bəzi rayonlarda bu iş düzgün təşkil olunmamış, bu da öz növbəsində haqlı narazılığa səbəb olmuşdur. Beləki, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına gedən uşaqların ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına cəlb olunması prosesi getmişdir. Bu da uşaq bağçalarında uşaqların sayının azalmasına, qrupların bağlanmasına yol açmışdır ki, bunun da nəticə etibarilə gələcəkdə tərbiyəçilərin işsiz qalmasına yol aça biləcəyi labüddür. Bağçada olan uşaq elə bağçada da qalmalı, sadəcə məktəbəqədər müəssisəyə gedə bilməyən uşaqlar məktəbdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına gəlməlidirlər. Bəzən valideynlər arasında belə bir söz-söhbət dolaşır ki, məktəbdə təşkil olunan məktəbəhazırlıq qrupları bağçalardan daha keyfiyyətli təlim verir. Xeyir, bu, belə deyildir. Hər iki sahədə eyni proqramla işlənir. Eyni tələbkarlıq həyata keçirilir. Sadəcə olaraq məkan dəyişilir.
Nərminə Alnağıyeva daha sonra məktəbəqədər təhsil sahəsində normativ hüquqi sənədlərin hazırlanması, dövlət standartlarının, məktəbəqədər təhsilə kurikulum sənədlərinin tətbiqi, eləcə də bütün bunların məktəbəqədər təhsil sahəsində çalışan əməkdaşlara çatdırılması, bu sahədə çalışanlar üçün təlimlərin keçirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
Nərminə Alnağıyeva onu da qeyd etdi ki, Təhsil Nazirliyinin işçi qrupunun da iştrakı ilə Məktəbəqədər Təhsil haqqında qanun layihəsi hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim olunmuşdur. O, ümidvar olduğunu bildirdi ki, bu qanunun qəbulundan sonra bu sahədə daha dinamik inkişaf üçün şərait yaranacaqdır.
O, eyni zamanda məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərdən də bəhs etdi. Söylədi ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı kifayət qədər deyil. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası zəifdir. Məcburi köçkün ailələri bəzi müəssisələrdə hələ də yaşamaqdadır. Uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi faizi ölkə üzrə aşağıdır. Məktəbəqədər təhsil müəssiələrinin bir qismində müvafiq ixtisası olmayan kadrlar yerləşdirilib. Xüsusən kənd bağçalarında müxtəlif yaş səviyyələrində olan uşaqlar eyni qruplarda yerləşdirilirlər. Bütün bunlar əlbəttə ki, təlimin keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir.
O, ümidvar oludğunu bildirdi ki, ölkəmizdə məktəbəqədər təhsil prioritet sahə olaraq qalacaq, bu sahənin inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verəcəkdir.
Məktəbəqədər təhsilin aktual təlim
modellərində oyun vasitəsilə öyrətmə
ADA Universitetinin dosenti Ülviyyə
Mikayılova ”Məktəbəqədər təhsilin aktual təlim modellərində oyun vasitəsilə
öyrətmə” mövzusunda çıxışında vurğuladı ki, 21-ci əsrdə kreativ və innovativ
yanaşma olmadan heç bir millət inkişaf edə bilməz. Mövzunun adından da
göründüyü kimi, Ülviyyə Mikayılova məruzəsində yalnız Azərbaycanda deyil, eləcə
də Avropada aktual təlim modellərindən bəhs etdi. “Özünü idarə etmək nə
deməkdir?”, “Biz nəyi bilirik?”, “Oyunların dəyəri və əhəmiyyəti”,
“Məktəbəqədər təhsildə oyunların böhranı”, “Məktəbəqədər təhsildə oyun
böhranı”, “Oyun qıtlığı nəyə gətirib çıxarır?”, “Avropadan üç model”, “Valdorf
yanaşması”, “Valdorf modeli üzrə məşğələ”, “Valdorf modelində pedaqoqun rolu”,
“Montessorinin təlimləndirici yanaşması”, “Montessori modeli üzrə məşğələlər”,
“Montessori modelində pedaqoqun rolu”, “Recio Emiliya yanaşması”, “Recio
Emiliya modeli”, “Recio Emiliya modelində pedaqoqun rolu”, “Uşaq bağçalarımıza
oyunun qayıtmasının şərtləri”, “Məktəbəqədər kurikulumumuzda oyun”, “Təlimə hazır
olmaq nə deməkdir?” kimi bölmələrə ayırdığı məruzəsində Ülviyyə Mikayılova
mövzunu ən incə nüanslara qədər xarakterizə etməklə iştirakçıların diqqətini
cəlb etdi. O, Azərbaycanın, eləcə də Avropanın məktəbəqədər təhsil sahəsində
aktual təlim modellərini diqqətə çatdırmaqla, uşaqların tərbiyəsində bütün
bunların əhəmiyyətli cəhətlərini meydana qoydu. Ülviyyə Mikayılova məktəbəqədər
təhsil sistemində oyunları uşaqların inkişafında mühüm əhəmiyyətli faktor kimi
vurğulamaqla qeyd etdi ki, tez-tez oynamaq imkanı olmayan uşaqlar əylənmək və
özünü məşğul etmək bacarığı imkanından məhrum edilirlər. Onlar böyüklərin
təlimatı olmadan bunu necə etmək lazım olduğunu bilmirlər. O, oyun qıtlığının
gətirib çıxara biləcəyi problemlərdən də bəhs edərək söylədi ki, bu problemlər
əsasən uşaqlarda normal inkişaf üçün problemlərin yaranmasından, uşağın
inkişafı üçün kompleks problemlərə yol açılmasından, şəxsiyyətin
formalaşmasının həlledici məqamlarının inkişafının deformasiyasından, idarə
oluna bilməyən davranış təcavüzünün artmasından və s. dən ibarətdi.
Azərbaycanda məktəbəqədər təhsilin
məzmunu və təşkili məsələləri
Təhsil Problemləri İnstitutunun şöbə
müdiri, dosent Laləzar Cəfərova “Azərbaycanda məktəbəqədər təhsilin məzmunu və
təşkili məsələləri” mövzusunda çıxış etdi. Söylədi ki, Təhsil Şurasının
Məktəbəqədər Təhsil İşçilərinin Forumunu keçirməsi bu təşkilatın bu sahəyə
diqqəti kimi dəyərləndirilə bilər. Məktəbəqədər təhsil dövründə məktəbəqədər
yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi bir vəzifə kimi
qarşıya qoyulur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və
vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir. Bu dövrdə onların bir
şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Həmçinin Məktəbəqədər təhsil
- ümumi mədəniyyətin formalaşmasına, fiziki, intellektual, mənəvi, estetik və
şəxsi keyfiyyətlərin inkişafına, ilkin təlim fəaliyyətinin və məktəbəqədər
yaşlı uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə istiqamətlənib.
Dövlətin Məktəbəqədər təhsil siyasətindən bəhs edən L.Cəfərova vurğuladı ki,
Məktəbəqədər təhsil statusunun tərtibatı çətin yol keçib. Nəticə kimi
məktəbəqədər yaşlı uşağın təhsil məkanı bu gün “pillə”, “təhsil səviyyəsi”,
“təlim və tərbiyə prosesində uşaqların inkişafı” kimi anlayışlarla qeyd olunur.
Məktəbəqədər təhsilin inkişaf tarixinin mərhələlərini tədqiq edərkən birmənalı
şəkildə müəyyənləşdirmək olar ki, hər bir mərhələ müəyyən quruluş və məzmunla
səciyyələnib: ötən əsrin 60-70-ci illəri-məktəbəqədər tərbiyə, (məktəbəqədər
müəssisələrdə çalışan pedaqoji işçilərin tərbiyəçi adlanması buradan qalıb)
80-90-ci illərdə isə buna təlim anlayışı da əlavə edilib. “Təhsil haqqında
Azərbaycan Respublikasının Qanununda (2009) ilk dəfə 18-ci maddədə
“məktəbəqədər təhsil” termini işlədilir və məktəbəqədər təhsil təhsilin ilkin
pilləsi kimi müəyyənləşdirilir. Məktəbəqədər təhsil cəmiyyətdə dəyərli, sosial
əhəmiyyət kəsb edən bir mərhələ kimi tanınmalı, məzmun isə uşaqların tam və
hərtərəfli inkişaf tələbatlarını ödəmək üçün məktəbəqədər təhsilin xüsusi
məqsəd və vəzifələrinə uyğun olmalıdır.
Bu gün isə hələlik məktəbəqədər təhsilin imkanları, məqsədi və dövlət tələbləri, cəmiyyətin gözləntiləri, ailələrin tələbləri baxımından real vəziyyət arasında aşkar ziddiyyət var.
Laləzar Cəfərova daha sonra məktəbəqədər təhsilin məqsədindən, məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsindən, bu zaman təhsilin məzmunu və ictimai inkişafın məzmununun qarşılıqlı asılılığının nəzərə alınmalı olduğunun vacibliyindən bəhs etdi. Vurğuladı ki, Azərbaycanda Məktəbəqədər təhsil sisteminin modernləşdirilməsinə XX əsrin sonlarından başlanılsa da, məqsədyönlü şəkildə əsaslı dəyişikliyin aparılması XXI əsrdə davam etdirmişdir. Bu dəyişikliklərə ilk növbədə 12 aprel 2007-ci il tarixdə “Azərbaycan Respublikasında Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007-2010)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam (2089 nömrəli) imzalamasından sonra başlanılmışdır. Bu da öz növbəsində bu sistemdə fundamental xarakterli işlərin əsasını qoymuşdur.

Stress və narahatlığın idarə olunması
Psixoloq Aysel Həsənova “Stress və
narahatlığın idarə olunması” mövzusunda çıxış etdi. Müasir dövrdə informasiya
bolluğu, maddi və mənəvi problemlər insanlarda müxtəlif narahatlıqlar və stres
yaradır. Bəs bunların öhdəsindən necə gəlmək olar? Aysel Həsənova çıxışında
irəli sürdüyü tövsiyələri öz gündəlik həyatında tətbiq etdiyi və faydasını hiss
etdiyi nümunələr kimi diqqətə çatdırdı. Auditoriya qarşısında nümayiş etdirdiyi
müxtəlif əl hərəkətləri ilə stresin və narahatlığın aradan qaldırılmasının
mümkün olduğunu söylədi.
Aysel Həsənova söylədi ki, məktəbəqədər təhsil müəssisəsinə gələn istənilən uşaq anasından ayrılmağın stresini yaşayır. Bəzi uşaqlar bağçaya xoşluqla, bəziləri isə ağlayaraq gəlirlər. Ağlayaraq gələn uşaqlar analarından ayrılmaq istəməyən uşaqlardır. Valideynlər bilməlidirlər ki, uşağı bağçaya təhvil verib dərhal da getmək olmaz. Bağçaya gələn uşaqda anasını itirəcək deyə böyük qorxu yaranır. Bu qorxu böyük stresdir. Valideyn uşağa evdə bağçanın nə olduğunu aşılamalıdır. Uşaqda bağça haqqında təsəvvür formalaşdırmalıdır.
Aysel Həsənova söylədi ki, bəzən diaqnozun düzgün qoyulmaması səbəbindən aqressiv, xüsusi qayğıya ehtiyacı olan uşaqlar bağçaya gətirilir. Bu da bağçada müəyyən problemlərin yaranmasına yol açır. Aysel Həsənova belə uşaqlara xüsusi yanaşmaların, metodların mövcud olduğunu diqqətə çatdırdı və həmin metodlar barəsində məlumat verdi, onların uşaqların təlim-tərbiyəsindəki əhəmiyyətini xarakterizə etdi. Müəllim özü necədirsə, onun qrupu da həmin əhvalda olur. Aysel Həsənovanın sözlərinə görə, müasir dövrümüzdə interaktiv uşaqlar çoxdur, amma qapalı uşaqlar daha çoxdur. Odur ki, müəllimlər bu uşaqlara yanaşma texnologiyalarını mənimsəməli və onlarla işləyərkən diqqətli olmalıdırlar. Müəllim bərkdən danışırsa, o qrupda səs-küy olacaq. Müəllim asta danışacaqsa, o qrupda uşaqlar yatacaqlar.
Aysel Həsənovanın məruzəsinin maraqlı tərəflərindən biri də stress yaşayan, narahatlıq keçirən müəllimin bu vəziyyətdən çıxması üçün verdiyi tövsiyələr oldu. Bu tövsiyələr auditoriya tərəfindən maraqla qarşılandı.

Məktəbəqədər təhsildə İKT-nin tətbiqi
imkanları
“Smart Texnologies” şirkətinin direktoru
Ülviyyə Əhmədova “Məktəbəqədər təhsildə İKT-nin tətbiqi imkanları” mövzusunda
çıxış etdi. Söylədi ki, İKT məktəbəqədər təhsilin də həyatında mühüm amilə
çevrilib. Biz elə etməliyik ki, İKT –nin uşaqların həyatında səmərəli rolunu
təmin edək. O, DİQQƏTİ RƏHBƏRLİK ETDİYİ TƏŞKİLATIN HAZIRLADIĞI SLAYDLARA
YÖNƏLTDİ. Qeyd etdi ki, bunlar interaktiv təhsil resurslarıdır. Bu vəsaitlərin
yayılması çox faydalı olardı. Bu resurslar uşaqlar üçün tamam yaradıcı bir
mühit yaradır. Uşağa imkan verir ki, izləməklə yanaşı bu tapşırıqları həm də
icra edir. Psixoloqlar belə qənaətə gəliblər ki, uşağın görməsi ilə işləməsi
eyni anda baş verirsə, daha səmərəli nəticə almaq mümkündür. Ülviyyə
Əhmədovanın nümayiş etdirdiyi resurslar maraqla qarşılandı.
Dünyada nə qədər uşaq varsa, onlara bir
o qədər də yanaşma var
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin kafedra müdiri Mirzəli Murğuzov Forumla bağlı təəssüratlarını
bölüşdü. Diqqətə çatdırdı ki, Forum sözün həqiqi mənasında böyük maraqla davam
edir. Körpələrlə işləmək çox maraqlı və çətindir. 21-ci əsrdə tərbiyə
məsələləri çox aktuallaşb. Dünyada nə qədər uşaq varsa, onlara bir o qədər də
yanaşma var. Və bu yanaşmaların hər birinin önündə sevgi dayanır. Uşağa
sevginin olduğu yerdə yüksək bilikdən də danışmaq olar. Sistem nəzəriyyəsində
göstərilir ki, hər şeyi başlanğıc həll edir. Məktəbəqədər təhsil də uşaq üçün
həyatla, dünya ilə tanışlığın başlanğıcıdır. Siz də bu başlanğıcı qoyanlarsız.
Uşaq qarşısındakının ona olan münasibətini çox gözəl anlayır. Sevinirəm ki,
uşağa sevgi verməyi bacaran sizin kimi tərbiyəçilər var. Uşağın həssaslığı
bizim həssaslığımızdan dəfələrlə artıqdır. Bunu sözgəlişi demirəm. Bu fikrin
əsasında nanotexnologiya elmi dayanır. Hissəciklərin həssaslığı tamın
həssaslığından dəfələrlə artıqdır.
Uşaqlarda yaradıcı təfəkkürü necə
inkişaf etdirməli
UNİSEF-in eksperti Şərafət Şirinli
“Uşaqlarda yaradıcı təfəkkürün inkişafı” mövzusunda məruzə etdi. O, məruzəsində
ilkin olaraq söylədi ki, Azərbaycan uşaqları istedadlıdırlar. Amma biz
valideynlər övladlarımızın tərbiyəsində bəzən yanlışlıqlara yol veririk.
Emosional-psixoloji tərbiyəmiz düzgün qurulmur. Biz yerlərdə UNİSEF olaraq
vəziyyəti öyrəndik. Çox yaxşı psixoloqlarımız və tərbiyəçilərimiz var. Qeyd
etmək istərdim ki, uşaqların yaradıcı təfəkkürünün inkişaf etdirilməsi
sahəsində problemlərimiz mövcuddur. Təxəyyül az və ya çox formada bütün
uşaqlarda anadangəlmə var. Biz bu təxəyyülü inkişaf etdirməli və yaradıcı
təfəkkürə gətirib çıxarmalıyıq. Sonra isə yaradıcı təfəkkürü inkişaf
etdirməliyik. Bu isə, əlbəttə ki, müəllimin özünün yaradıcılıq imkanları ilə
bağlıdır. Hesab edirəm ki, bağça və ibtidai sinif müəllimləri bu zaman
valideynlərdən kömək istəməlidirlər. Valideyn görməlidir ki, müəllim və
tərbiyəçi nə işlər görür. Bu tanışlıq onu evdə də bu işləri davam etdirməsinə
yardımçı olmalıdır.
Şərafət Şirinli – yaradıcı təfəkkürün inkişafına nə mane olur? – deyə auditoriyaya müraciət etdi. Belə qənaət əldə olundu ki, yaradıcı təfəkkürün inkişafına mane olan ən önəmli faktor sevginin olmamasıdır. Uşaq ana bətnində olan zaman və sonradan anadan və ətrafdakı insanlardan özünü sevməi öyrənir. Şərafət Şirinli uşağın ayrı-ayrı yaş səviyyələrində psixoloji, emosional, intellektual inkişafından, bu inkişafın onun şəxsiyyət kimi formalaşmasına təsir imkanlarından bəhs etməklə, müəllimin, tərbiyəçinin pedaqoji-psixoloji yanaşma metodologiyasından söhbət açmaqla, auditoriyada maraqlı diskussiv mühit yaratdı. Müəllim auditoriyaya nə qədər böyük sevgi verirsə, bir o qədər böyük sevgi ilə qarşılaşır. Uşaqla işləmək, əslində çox asandır. Çünki onların qəlbi kövrəkdir. Siz onlara sevgini verdiyiniz zaman onların yaradıcı təfəkkürü çiçəyə su veriləndə boy atdığı kimi inkişaf edəcəkdir. Əgər müəllim avtoritardırsa, yaradıcı təfəkkürdən söhbət belə gedə bilməz. Müəllim daim öz üzərində işləməli, elmini, biliyini artırmaqla yanaşı, onu şagirdlərinə sevgi ilə verəmyi də öyrənməlidir. Yalnız bundan sonra o, şagirdinin yaradıcı təfəkkürünün inkişafına stimul verə biləcək. Biz inkişaf etdikcə, bizim yanımızdakılar da inkişaf edəcək.

Bizə elə gəlir ki, bütün dünyanın
uşaqları eynidir, amma belə deyil.
Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov “Kukla teatrı və uşaq” mövzusunda məruzəsində söylədi ki, aktyor da müəllim kimi, tamaşaçını, öz sənətini sevməlidir ki, onu böyük uğurla həyata keçirə bilsin. Uşaq qəlbi çox həssasdır. Ona qarşı səmimi olmadınsa, o bunu dərhal duyur. Əgər biz uşaqları hiss etmək, onların arzu və istəklərini anlamaq istəyiriksə, onları sevməliyik. Təəssüflər olsun ki, biz böyüdükcə, nə vaxtsa uşaq olduğumuzu unuduruq. Qurban Məsimov öz bağça müəllimindən bəhs edərək söylədi ki, bu günə qədər də onu xatırlayır və onun tövsiyyələri hər zaman qulaqlarında səslənir.
Qurban Məsimov söylədi ki, bizə elə gəlir ki, bütün dünyanın uşaqları eynidir, amma belə deyil. Biz dünyanın ayrı-ayrı ölkələrində tamaşalar verərkən bunu hiss edirik. Kukla teatrı həmişə olduğu kimi bu gün də uşaq üçün çox əhəmiyyətlidir. Uşağın estetik zövqünün, mənəvi dünyasının, dünyagörüşünün formalaşmasında Kukla teatrının rolunu danmaq olmaz. Biz görürük ki, uşağın birinci dəfə kukla teatrına gəlməsi ilə sonrakı gəlişlərinin arasında nə qədər böyük fərq var. Teatr uşağın şüuraltına ən yüksək mənəvi dəyərləri aşılamaqla, onun gələcəkdə şəxsiyyət kimi formalaşmasına yol açır. Bu gün dramaturji material həddindən artıq azdır. Uşaqlara təqdim etmək üçün nağılların sayı geniş deyil. Müasir uşaqlara elə nağıllar təqdim etməiyik ki, bu onun mənəvi dünyasını zənginləşdirsin. Ədəbiyyatımız yeni obrazlarla, yeni qəhrəmanlarla uşaqların görüşünə gəlməlidir. Uşaqlar davamlı cizgi filmlərinə böyük həvəslə baxırlar. Sonra da həmin qəhrəmanlara bənzəmək istəyirlər. Xarici, yad mədəniyyətin məhsulu olan bu cizgi filmləri uşaqları öz təsiri altına almağı bacarır. Və uşaqların bu sevgiləri gəlcəkdə heç də yaxşı nəticə vermir. Çünki onlar bizim mentalitetə yaddırlar. Son vaxtlar mütaliə sanki dəbdən düşüb. Gəlin uşaqlarımızı seriallara deyil, kitablara həvəsləndirək.

Cizgi filmləri və bədii personajların
uşağın inkişafina təsiri
Animasiya studiyasının bədii rəhbəri, ssenarist, rejissor, əməkdar mədəniyyət işçisi Elçin Axundov "Cizgi filmləri və bədii personajların uşağın inkişafina təsiri" mövzusunda məruzə etdi. Söylədi ki, doğrudan da nağıl personajlarının yenilənməsinə ehtiyac duyulur. O, qeyd etdi ki, yaratdığı nağıl qəhrəmanları maketlərində bunları mütləq olaraq nəzərə alır. Bu, eyni zamanda animasiya filmlərində də nzərə alınmalıdır deyən Elçin Axundov 1968-ci ildə çəkilən Cırtdan animasiya filmi ilə sonralar çəkilən filmlərdə bu fərqin hiss olunduğunu diqqətə çatdırdı.
Mənə elə gəlir ki, teleşirkətlərdə uşaq psixoloqları çalışmalıdır

Elçin Axundov da xarici cizgi
filmlərinin uşaqlar üçün pis örnək olan məqamlarla dolu olduğunu diqqətə
çatdırdı. Onlarda elə məqamlarla rastlaşmaq mümkündür ki, bu məqamlar uşaqların
mənəvi inkişafında yanlışlıqlara gətirib çıxara bilər. Bəzi xarici cizgi
filmlərində nalayiq sözlərin, səslərin eşidilməsi adi hala çevrilib. Mənə elə
gəlir ki, bizim teleşirkətlərdə uşaq psixoloqları çalışmalıdır. Onlar
baxmalıdırlar ki, Azərbaycanda hansı filmi göstərmək olar, hansını yox...Biz öz
mentalitetimizə uyğun gənclik yetişdirməliyik. Biz uşaqlara elə obrazlar təqdim
etməliyik ki, uşaq onlara inansın. Çox yaxşı olardı ki, Azərbaycan Təhsil
Nazirliyi ilə Mədəniyyət nazirliyi uşaqların mənəvi tərbiyəsində birgə addımlar
atsınlar, eyni məsuliyyəti daşısınlar. Bu gün bizə eyni zamanda istedadlı gənc
animatorlar lazımdır. Biz az da çəkə bilərik. Amma əsas odur ki, keyfiyyətli
filmlər çekək. Heç də bütün cizgi filmləri bütün yaş qrupları üçün müvafiq
deyildir.
Elçin Axundov qeyd etdi ki, bizə animasiya ilə bərabər, uşaqlar üçün yazılan ədəbiyyat da lazımdır. Təəssüflər olsun ki, biz bu cəhətdən kasıbıq. Elçin Axundovun hazırladığı film və cizgifilm personajlarının, uşaqlar üçün kitabların təqdimatı forum iştirakçılarının böyük marağına səbəb oldu.
Elçin Axundovun çıxışına əlavə olaraq Laləzar Cəfərova vurğuladı ki, bu gün uşaqlarımızın öyrədici cizgi filmlərinə ehtiyac var. Həm də bu cizgi filmləri zaman-zaman yenilənməlidir. Uşaqlar bir şeyi təkrar-təkrar izlədikdə yorulurlar. Yeni mətnlər, ideyalar meydana qoyulmalıdır ki, bu, uşaqların tərbiyəsinə müsbət təsir göstərdin.

Yaxşi Müəllim öz davranışı və təfəkkürü
ilə şagirdinə yaradıcı təfəkkür aşılayır
Veteran təhsil işçisi, əməkdar müəllim
Həqiqə Məmmədova da Forumun yüksək səviyyədə təşkilindən məmnunluq ifadə etdi.
Həqiqə Məmmədova yaxşı müəllimliyi, tərbiyəçiliyi xarakterizə edən məqamlardan
bəhs etdi. Yaxşi Müəllim öz davranışı və təfəkkürü ilə şagirdinə yaradıcı
təfəkkür aşılayır dedi.
Böyük bir tərkibdə məktəbəqədər təhsil
işçilərini bir arada görmək çoxdankı arzumuz idi. Təhsil Şurasına minnətdarıq
ki, bizim bir araya gəlməyimizə yardımçı oldu.
“Məktəbəqədər və ibtidai təhsil”
jurnalının şöbə redaktoru Xalidə Həmidova “Uşaq şəxsiyyətinin formalaşmasında
məktəbəqədər təhsil mütəxəssisinin təsir imkanları” mövzusunda məruzə etdi. O,
söylədi ki, böyük bir tərkibdə məktəbəqədər təhsil işçilərini bir arada görmək
çoxdankı arzumuz idi. Təhsil Şurasına minnətdarıq ki, bizim bir araya
gəlməyimizə yardımçı oldu.
Xalidə Həmidova məruzəsi çərçivəsində iştirakçılara bir inteqrativ dərs nümayiş etdirəcəyini diqqətə çatdırdı. İnteqrativ dərs nümunəsində müəllimin yaradıcı işləməsindən və bu yaradıcı dərsin hansı səmərəli nəticələrə gətirib çıxardığı əks olunurdu. Xalidə Həmidovanın auditoriyaya ünvanladığı çağırış maraqla qarşılandı. Bu çağırış hər bir valideynin övladına sevgi ilə yanaşması, ona ruhlandırıcı sözlər deməsi, onun potensialına inam ifadə etməsi ilə bağlı idi.

Forumun ənənə halında keçirilməsi çox
yaşı olardı.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin məktəbəqədər təhsil fakültəsinin dekanı, professor Şəhla
Əliyeva çıxışında qeyd etdi ki, Təhsil Şurası Məktəbəqədər Təhsil İşçilərinin
Birinci Forumunu keçirməklə ilkə imza atdı. Bununla yanaşı mövzuların rəngarəngliyi
və aktuallığı da Foruma marağı artırırdı. Pedaqoqların, psixoloqların,
rejissorların, animatorların bir araya gəlib rəngarəng mövzularda çıxışlar
meydana qoymaları Forumun öyrədicilik mahiyyətini, məhsuldarlığını
yüksəltmişdir. Şəhla Əliyeva qeyd etdi ki, bu Forumun ənənə halında keçirilməsi
çox yaşı olardı. Forumda çox aktual məsələlər qaldırıldı və mütəxəssislər
tərəfindən bu məsələlərə mükəmməl şərh verildi. Forumun ən müsbət cəhətlərindən
biri də onun praktikliyi idi.
Qeyd edək ki, çıxışlar informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi şəraitində, əyanilik, təcrübənin praktik olaraq
nümayişi fonunda aparıldı. Məktəbəqədər təhsil sahəsində dünya təcrübəsinin,
eləcə də Azərbaycanda qabaqcıl iş təcrübəsinin nümayişi, bu sahədə yeni
texnologiyaların tətbiqindən əldə olunan nəticələrin təhlili böyük maraq
doğurdu.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olundu
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olundu
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment