3.08.2017

Vaqif və Şahin Mirzəyev qardaşları Rusiyada çempion oldular .

Həmyerlilərimizdən xoş xəbər
Vaqif və Şahin Mirzəyev qardaşları Rusiyada çempion oldular .

Bu günlərdə Rusiyanın Xanti – Mansiyski Muxtar Vilayətinin Nyaqan şəhərindən sevindirici xəbər aldıq. Bu şəhərdə yaşayan həmyerlilərimiz Vaqif və Şahin Mirzəyev qardaşları əlbəyaxa döyüş növü üzrə daha bir uğura imza atıblar. Məğlubedilməz qardaşlar bu dəfə Xantı-Mansiyski Vilayəti şəhərlərarası çempionatının qalibi olublar.
Qeyd edək ki, Vaqif 12, Şahin isə 13 yaşından idmanın əlbəyaxa növü ilə məşğul olmağa başlayıblar. Qısa müddət ərzində böyük uğurlara imza atan qardaşlar Vilayətdə əlbəyaxa döyüş növü üzrə ən yaxşı idmançılar sırasına çıxıblar. 50 kiloqramda döyüşən Vaqifin məşqçisi Yevqeni İvanoviç Vasilyev, 70 kiloqramda döyüşən Şahinin məşqçisi isə
İxtiyar Bəxtiyar oğlu Axundovdur. Qardaşlar idmana qədəm qoyduqları təxminən iki il müddət ərzində Vilayətin bütün şəhərləri üzrə keçirilən yarışlardan qələbə ilə dönüblər. Bu günə kimi 13 medal əldə edən Vaqif və Şahin Mirzəyevlər əlbəyaxa döyüş növü üzrə Vilayət çemipionu hesab edilirlər. Onlar bu döyüş növü üzrə Vilayətdə öz çəkilərində demək olar ki, hər kəsə qalib gəlməyi bacarıblar.
İndi Mirzəyev qardaşları daha böyük yarışlara hazırlaşırlar. Qarşıdakı hədəflərdə Rusiya, eləcə də beynəlxalq yarışlarda iştirak və uğur əldə etmək dayanır. Onlar bu böyük hədəflərə çatacaqlarına inanırlar. Buna əsas da var. Mütəmadi olaraq aparılan məşqlər, məşqçilərin qoyduğu tələblərə tam əməl olunması, eləcə də yüksək ruhi və mənəvi – psixoloji hazırlıq Mirzəyev qardaşları üçün geniş perspektivlər vəd edir. Biz də həmyerlilərimizin bugünkü nailiyyətlərindən sevinir, qürur hissi keçirir, gələcək uğurlarına inanırıq.
Qeyd edək ki, Vaqif və Şahin Mirzəyev qardaşları əslən Neftçala rayonunun Xıllı qəsəbəsindəndirlər. Ailələri ilə birgə Nyaqan şəhərində yaşayan qardaşlar nümunəvi təhsilləri ilə də seçilirlər.
“Təhsil və zaman”
“Təhsil və zaman” qəzeti 03.03.2017


No comments:

Post a Comment