VƏTƏNDAŞ
HAZIRLIĞI ÜÇÜN TƏMƏL
"Region
məktəbləri ilə tanışlıq" layihəsi çərçivəsində "Təhsil və zaman"
qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunan bu məqaləm Mingəçevir
şəhər 4 nömrəli tam orta məktəbin iş təcrübəsindən bəhs edir...
Mingəçevir
şəhərindəki R. Mirabov adına 7 nömrəli tam orta məktəbdə bir neçə il əvvəl
olmuşdum. Xatırlayıram ki, o zaman məktəbin ciddi təmirə ehtiyacı var idi.
Maddi-texniki baza zəif idi. Onu da xatırlayırm ki, maddi-texniki bazanın
zəifliyinə baxmayaraq tədrisin keyfiyyəti, məktəbin əldə etdiyi uğurlar şəhərin
digər məktəbləri ilə müqayisədə heç də geri qalmır, bəzi göstəriciləri ilə
digərlərini qabaqlayırdı. Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovla Təhsil
Şöbəsindəki söhbətimizdə də o, bu cəhəti vurğuladı və məsləhət gördü ki,
məktəbin təmirdənsonrakı vəziyyəti ilə yerində tanış olaq.
Öncə qeyd edim ki,
məktəbin direktoru Anar İsmayılov 2000-ci ldə Mingeçevir şəhər liseyinin
(Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey) məzunu olub. 2000-2004-cü
illərdə Gəncə Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr pilləsini
bitirib. 2004-2006-ci illərdə GDU-da Azərbaycanın yeni və ən yeni tarixi
ixtisası üzrə magistr dərəcəsi alıb. AMİ Mingeçevir filialında müəllim
işləyib.2014-cü illər həmin universitetin doktoranturasını bitirib. 2013-cü
ildən bu təhsil ocağına rəhbərlik edir.
7 nömrəli tam
orta məktəb 1977 – ci ildən fəaliyyətə başlayıb. Qırx il öncə istifadəyə
verilən məktəb bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək,
fikrimcə yanılmarıq. Məktəbin 3 mərtəbədən ibarət olan binasında kitabxana, oxu
zalı, kimya, fizika və biologiya laborotoriyaları, coğrafiya, riyaziyyat,
Azərbaycan dili və ədəbiyyat, informatika və linqafon kabinetləri var. Məktəbdə
598 şagird təhsil alır. 28 sinifdə və 2 məktəbə hazırlıq qurupunda
komplektləşən bu şagirdlərin təlim – tərbiyəsi ilə 61 müəllim məşğul olur ki,
bunlardan 52 nəfəri ali təhsilli, 9 nəfəri isə orta ixtisas təhsillidir.
Anar İsmayılov söyləyir ki, məktəbin məzunları ali məktəblərə qəbul imtahanında daim yüksək nəticə göstərirlər. 2013 – 2014 – cü tədris ilində, ali məktəbə sənəd verən 41 şagirddən 22 nəfəri (yəni sənəd verənlərin 54%-i) qəbul olmuş, onlardan 1 nəfəri 600 – dən, 3 nəfəri isə 500 – dən artıq bal toplamışdır. 2014-2015-ci tədris ilində ali məktəbə sənəd verən 28 nəfər məzundan 10 nəfər ali məktəbə qəbul olmuş, onlardan bir nəfəri 600-dən yuxarı, 1 nəfəri isə 500 –dən yuxarı nəticə göstərmişdir.
Anar İsmayılovun sözlərinə görə, şagirdlərin müxtəlif mövzulu müsabiqə və yarışlarda iştirak etməyə maraqları böyükdür. Sözsüz ki, bu marağın təmin olunmasında əsas amil məktəbin pedaqoji kollektivinin, xüsusilə məktəbdə şagirdlərin yaradıcılıq meyllərinin stimullaşdırılmasına yaradılan mühitdir. Əldə olunan uğurların hər birinin mükəmməl əsası var. Hər bir nailiyyət gərgin zəhmətə, işgüzarlığa, istedada, pedaqoji, metodiki işə bələdliliyə, zəngin təcrübəyə söykənir.
Şagirdlərin müsabiqə və yarışlarda iştirakı məsələlərinə toxunan A.İsmayılov vurğulayır ki, 2015-2016- cı tədris ilində “Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən inşa müsabiqəsinin Respublika turunda məktəbin XIb sinif şagirdi Səbinə Mustafayeva II dərəcəli diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmin tədris ilində ali məktəbə sənəd verən 38 nəfər məzundan 19 nəfər ali məktəbə qəbul olub, onlardan 1nəfəri 600 – dən, 3 nəfəri 500-dən,6 nəfər 400 baldan yuxarı nəticə göstərib.

Qeyd edim ki,
hazırda 7 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8
iyun 2015 – ci il tarixli 644 №li əmrinə əsasən “Tam orta təhsil səviyyəsində
təhsilin təmayüllər üzrə təşkili” pilot layihəsində Respublikanın 50 məktəbi
sırasındadır. Anar İsmayılovun sözlərinə görə, “Tam orta təhsil səviyyəsində
təhsilin təmayüllər üzrə təşkili” pilot layihəsi çərçivəsində təşkil edilmiş
“Texniki fənlər” və “Riyaziyyat-iqtisadiyyat” istiqamətli siniflərin qəbul
imtahanlarında yüksək nəticə göstərmələri üçün kompleks tədbirlər həyata
keçirilir. Keçirilən dərslərə ciddi nəzarət edilir, bu dərslərdə məktəb
rəhbərliyinin, sinif və fənn birləşmə rəhbərlərinin, valideyinlərin iştirakı
həyata keçirilir, mütəmadi test yoxlamaları aparılır, nəticələr müzakirə
olunur. Pedaqoji kollektiv təmayül siniflərindən uğurlu nəticələr gözləyir.
Anar İsmayılov
onu da vurğulayır ki, məktəbdə İKT – nin təlim prosesinə tətbiqi sahəsində
məqsədyönlü işlər aparılır. Şagirdlərin və müəllimlərin istifadəsində olan 54
kompüter , 3 proyektor, 1 Promethean interaktiv lövhə tədris prosesində
səmərəli istifadəyə cəlb edilib. Məktəbdə müəllimlərin İKT – sahəsində bilik və
bacarıqlarının yüksəldilməsi üçün müntəzəm məktəbdaxili təlimlərlər keçirilir.
Təlimlər “ Promethan interaktiv ” lövhənin tətbiqi üzrə təlimçi sertifikatı
almış Elnur Şəfiyev tərəfindən aparılır. Aparılan təlimlər sayəsində məktəbin
müəllimlərinin əksəriyyəti artıq öz dərslərini Promethean aktiv lövhə ilə
qurmağı bacarır. Əlbəttə ki, bu da öz növbəsində məktəbdə təlim keyfiyyətinin
yüksəldilməsinə, şagirdlərin təlim marağının artmasına yol açır. Yeri gəlmişkən
qeyd edək ki, məktəbin tarix müəllimi Elnur Şəfiyev 2014 – 2015 – ci tədris
ilində keçirilmiş “Elektron Təhsil” müsabiqəsində “ Ən yaxşı təlimçi işi”
nominasiyası üzrə Fəxri Fərmanla, 2015- 2016 –cı tədris ilində isə “Elektron
lövhədən istifadə etməklə qurulan ən yaxşı dərs modeli” nominasiyası üzrə
Fərqlənmə Diplomu ilə tətif edilmişdir.
Ümumən, Anar İsmayılov söhbətinə davam edərək söyləyir ki, bu gün məktəbdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli iş aparılır. Müəllimlər vaxtaşırı olaraq ixtisasartırma və İKT kurslarına cəlb edilirlər. Gənc müəllimlərlə aparılan məqsədyönlü işin nəticəsində məktəb üzrə “Elektron Təhsil” müsabiqəsində müxtəlif nominasiyalar üzrə layihə ilə iştirak edən müəllimlərin sayı ildən ilə artır. Məktəbdə tez-tez fənn müsabiqələri və bilik yarışları keçirilir.Fənn müsabiqələrinin qalibləri məktəb üzrə təşkil edilmiş “Fənn olimpiadalarına hazırlıq mərkəzi”nə cəlb edilirlər. Bu da öz növbəsində Respublika miqyasında keçirilən nüfuzlu yarışmaya hazırlıq işinin daha keyfiyyətli aparılmasına imkan yaradır. Ümumiyyətlə, məktəbdə hər il ümumi orta təhsili bitirən şagirdlərin buraxılış imtahanlarında yüksək nəticələr göstərməsi üçün tədbirlər planı hazırlanıb həyata keçirilir. Tədbirlər planına əsasən şagirdlər arasında mütəmadi olaraq sınaq yoxlamaları aparılır. Sınaqlarda zəif nəticə göstərən şagirdlər fənn müəllimləri tərəfindən əlavə məşğələlərə cəlb edilirlər. Anar İsmayılov 2014-2015-ci tədris ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdikləri nəticəyə görə şəhər məktəbləri arasında ön sıralarda olmasını,onların hər iki fəndən yüksək nəticə göstərmələrini, müvəffəq qiymət alanların məktəb üzrə 86% təşkil etməsini məhz görülən işlərin məntiqi nəticəsi hesab edir. Onu da qeyd edək ki, IX sinfi bitirən şagirdlərdən iki nəfəri ümumi orta təhsil haqqında xüsusi nümunəvi şəhadətnamə almışdır. 2015-2016-cı tədris ilində isə IX siniflər arasında hər iki fəndən müvəffəq qiymət alanlar 96% təşkil etmişdir. IX sinfi bitirən şagirdlərdən 5 nəfəri ümumi orta təhsil haqqında xüsusi nümunəvi şəhadətnamə almışdır. XI sinif üzrə 1 nəfər şagird məktəbi əla qiymətlərlə bitirdiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə gümüş medalla və xüsusi attestatla təltif edilmişdir.

Sevindirici haldır ki, məktəbin şagirdləri Təhsil Nazirliyi ilə bərabər Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərə də həvəslə qoşulurlar. 2015-2016-cı tədris ilində adı çəkilən nazirliyin “İstedadların Hazırlığı Laboratoriyası” layihəsi çərçivəsində keçirilən online imtahanda məktəbin 10 nəfər şagirdi iştirak etmiş, onlardan 3 nəfər final turuna vəsiqə qazanmışdır. Final turunda məktəbin “Texniki fənlər” təmayüllü XIa sinif şagirdi Yasin Əzizli III yer tutmuş , bürünc medalla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Anar İsmayılov
2016-cı ilin 25 noyabrında məktəbdə keçirilən “Açıq qapı” günündən bəhs etdi.
Vurğuladı ki, həmin gün tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri ilə
bərabər valideynlər də iştirak edirdilər. "Müasir təlim strategiyalarının
və İKT-nin tədrisdə tətbiqi ilə nümunəvi dərslərin nümayişi" mövzusuna
həsr edilmiş "Açıq qapı” gününün əhəmiyyətindən bəhs edən A.İsmayılov
bildirdi ki, belə tədbirlərdə valideynlərin də iştirakı onların yeni təlim
strategiyalarının tələblərindən məlumatlı olmalarına, bununla da, məktəblə daha
intensiv və səmərəli əməkdaşlıqlarına yol açılır.
Bu bir
həqiqətdir ki, gənclərin vətəndaş kimi formalaşması, onların gələcəyin layiqli
şəxsiyyəti kimi yetişməsinin əsası onun təhsil aldığı məktəbdə peşəkar, öz
işinin ustası olan müəllimlər tərəfindən qoyulur. Anar İsmayılov söyləyir ki, 7
nömrəli tam orta məktəbdə belə müəllimlər çoxdur. Çoxillik zəngin təcrübə
gənclərin elm, bilik, savad alması yolunda necə həvəslə sərf olunursa,
gənclərin vətəndaş kimi yetişməsi işinə də bu dərəcədə məsuliyyətlə yanaşılır.
Məktəbdə bu istiqamətdə də müəyyən sistem yaradılmışdır. Bu barədə çox yazmaq
olar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun olaraq
məktəbdə şagird özünü idarəetmə orqanı- Şagird Parlamenti və şagird elmi
cəmiyyəti “Kiçik Akademiya”nın fəaliyyətini, bədii-texniki yaradıcılq, idman
sahəsində xüsusi istedadı ilə seçilən şagirdlərə yaradılan hərtərəfli şəraiti
gənclərin həyata, cəmiyyətə, vətəndaşlıq mövqeyinin qazanmasına atılan ilk
addımlardan da hesab etmək olar. Mütəmadi olaraq keçirilən sinifdənxaric və
məktəbdənkənar tədbirlərdə şagirdlərə vətənpərvərlik , milli qürur hissləri
aşılanır, milli dəyərlərimizə hörmət hissləri təbliğ edilir. Böyük Vətən
müharibəsi, Qarabağ müharibəsi veteranları ilə görüşlər, ədəbi –bədii kompozisiyalar,
ümumilikdə zəngin proqrama malik sinifdənxaric, məktəbdənkənar tədbirlər
şagirdlərin mənən zənginləşməsinin, onların şəxsiyyət yetkinliyinin mükəmməl
təməllərini qoyur.
B.ƏLİSƏFAOĞLU
No comments:
Post a Comment