5.10.2014

HEYDƏR ƏLİYEV---91

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

5.09.2014

Həqiqətdən naxış hörən müəllim

...Cəmi bir neçə dəqiqə kifayət etdi ki, Şəcahan müəllimin 4-cü “d” sinfində yaratdığı qeyri-adi təlim mühitinin xoş aurası məni ağuşuna alsın. Və məndə belə bir fikir yaransın ki, Xarici Dillər Təmayüllü Gimnaziyazının bu kiçik bir guşəsində 30 nəfərə yaxın şagirdin sevimli müəllimləri ilə yaratdıqları qeyri-adi bir aləmə səyahət etmişəm. Bəs diqqətimi cəlb edən qeyri-adilik nədə idi? Şəcahan müəllim sinifdə buna necə nail olur? Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, müəllimin sinifdə yaratdığı mühit şagirdin təxəyyül imkanlarını hərəkətə gətirməyə, onun bacarıqlarını ümumiləşdirib konkret istiqamətə yönəltməyə hesablanmışdı. Sinifdə birinci dərs “Azərbaycan dili”ndən “”Lalə və Məryəm” mövzusu idi. Bu mövzunun incəliklərində xeyirxahlıq, sevgi, mənəvi sağlamlıq, psixoloji hazırlıq dayanırdı. Müəllim mövzunun verdiyi imkanlar və özünün ustalıqla yanaşması sayəsində uşaqları xeyirxahlıq duyğuları üzərində düşünməyə səsləyirdi. Xeyirxalıq hissi orta ümumtəhsil məktəblərinin birinci sinfindən uşaqlara aşılanmaqla onların mənəvi aləminin formlaşmasında mühüm təsirə malikdir. Amma mövzunun dərslikdə yer alması hələ işin hamısı demək deyil. Şəcahan Ramazanova mühüm mənəvi təsirə malik mövzuların tədrisini həyat həqiqətləri ilə əlqələli şəkildə öyrətməklə, şagird qəlbinin incəliklərinə
həqiqətdən naxış vurmağı bacaran müəllimdir. O, dərsdə elə bir şərait yaradır ki, şagird sanki dərsdə deyil, mövzuda hadisələrin cərəyan etdiyi həyatın özündədir. Bu hadisələr sanki onun öz ətrafında baş verir. Və şagird burada əsas simadır. Hadisələrin gedişini öz əlində saxlamağı, ona nəzarət etməyi bacarır. O, mövzu ətrafında qoyulan suallarla, tutaq ki, təkcə xeyirxahlıq duyğularını yetirmələrinin düşüncəsinə həkk etməklə kifayətlənmir, eyni zamanda, bu hisslərin elə dərsdəcə onların simasında meydana çıxarılmasına nail olur. Axı, ətrafda olan hər bir varlığın xeyirxahlığa, mənəvi dəstəyə ehtiyacı var. Xeyirxahlıq ən dəyərli mənəvi keyfiyyətdir.

5.08.2014

RUHUMU DİLLƏNDİRƏN ŞEİRLƏR VƏ YA NAMİQ HACIHEYDƏRLİ POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏRİM...


…Onun şeirləri daxili yaşantılarının, ruhi-mənəvi dünyasının sonsuzluğundan soraq verir. Onlar nə qədər sonsuzdurlarsa, şeirlərdə duyduğum məna rəngləri də elə sonsuzdur.
…Onun şeirləri böyük bir qövmün ruhunu ehtiva edir. Göy Tanrının cismimizə üfürdüyü ruhu.
…Onun şeirləri Tanrının nəfəsi ilə isinən göy tarla misallıdır. Eşq istisi ilə cücərən tarla.
…Onun şeirləri yerlə göy arasında İnsan adlı bir sirrin göylərə ucalan sədasıdır, səsidir.
…Onun şeirləri İnsan adlı bir sirrin Dünya adlı bir sirrin içində oduğunu deyil, DÜNYA adlı bir sirrin İnsan adlı bir sirrin içində olduğunu bəyan edir. 

…Onun şeirlərindəki Eşq Tanrıya tapınıb özünü ruhda tapan Eşqdir. … Onun misralarında inanırsan ki, içində tapdığın İlahi Eşq “Yeri titrədər, işığı şeytanın şərini dağıdar “.
Bu Eşq bütün var-dövləti, ləl-cəvahiratı yandırıb kül etmək qüdrətindədir. 

5.04.2014

“İşıq” haqqında düşüncələr... Zabil Pərviz, şair, yazıçı-publisist.

MÜASİR PEDAQOJİ ROMAN 

Öncə “İşıq” sənədli romanı mənə dahi Qazax yazıçısı Muxtar Auezovun “Abay” romanını, daha sonra pərəstiş etdiyim A.S. Makarenkonun “Pedaqoji poema” əsərini xatırlatdı. Əgər Makarenko “Pedaqoji poema yaratmışdısa, Böyükağa Mikayıllı pedaqoji roman yaratmağa müvəffəq olmuşdur.
Stolumun üstündə yeni çap olunmuş qalın, lakin nazik cildli 462 səhifəlik bir kitab var. Bilirəm məndən başqa kimlərə göndərilib, amma bir nüxsəni də mənə göndəriblər, özü də deyəsən ünvanına düz gəlib.

4.02.2014

İşığa doğru aparan yol

Böyükağa Mikayıllı. “İşıq” sənədli romanı. I kitab. Bakı, “MM – S” müəssisəsi, 2013.

         Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi proseslərdə baş verən böyük dəyişikliklər, heç şübhəsiz, insanların fərdi həyatına da nüfuz edir. Bu yolda indiki məqamlarda sözün böyük mənasında ziyalı olmaq, mədəni-mənəvi xislət sahibinə çevrilmək, milli ruh və ideyalara söykənmək hər birimizdən mətin iradə, yüksək əzmkarlıq, coşqun ruh tələb edir.

         İnsan və cəmiyyət problematikasının əbədiyaşar ünvanı olan ideal obrazlar nümunıəsinə tapınmaq cəhdi bütün zaman kəsiklərində olduğu kimi, bu gün də aktual bir seçim olaraq real düşüncəyə uyğun hümanist qayələrlə inkişaf edir.
         Bu zəmindən əsl insan, ləyaqətli şəxsiyyət, böyük vətəndaş imici qazanmış hər bir ideal tipin həyat və yaradıcı nümunəsindən istifadə etmək, şəxsi əmək və fəaliyyət yolunda onu özünə örnək bilmək nəcib və təşəbbüskar iş sayılmalıdır. Xüsusən, yaradıcı fəailiyyətlə məşğul olan adamların ahəngdar inkişafında estetik-mənəvi aspektlərin prioritet təşkil edən zənginliklərinin üzə çıxarılması gənc, böyüyən müasir nəsil üçün çox ibrətamiz bir həyat yoludur.

3.30.2014

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhf edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilmiş, yerli əhali qətlə yetirilmişdir. Azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

31 марта - ДЕНЬ ГЕНОЦИДА АЗЕРБАЙДЖАНЦЕВВ марте-апреле 1918 года армяно-болшевикские вооруженные объединения убили свыше 50 тысяч азербайджанцев, разграбили их дома, поехали десятки тысяч людей покинуть свои дома в Баку, Шемахе, Губе, на Мугани, Ленкорани. Только в Баку около 30 тысяч азербайджанцев были убиты с особой жестокостью, были уничтожены 58 деревень, около 7

3.20.2014

Novruzun mənşəyi və tarixi


Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər.