12.25.2014

Köçkün məktəblərimiz ^ Rubrikamızın qonağı Zəngilan rayon 26 nömrəli tam orta məktəbdir

YAXŞILAR CƏRGƏSİNDƏ

Təhsil Şurası erməni silahlı qüvvələrinin işğalından sonra köçkünlük həyatı yaşamağa məcbur olan təhsil ocaqlarımızla tanışlığı davam etdirir. Rubrukamızın bu dəfəki qonağı Zəngilan rayon 26 nömrəli tam orta məktəbdir.

Köçkünlüyün ilk illəribdən – 1993-cü ildən Bakı şəhərində fəaliyyət göstərən bu təhsil ocağı şəhərdəki fəaliyyətinin ilk illərindən ənənələrinə sadiq qalaraq böyük uğurlara imza ata bilib. Məktəbin direktoru Süleyman Abdullayevlə bir neçə il əvvəlki söhbətimizdə də, bu günlərdə apardığımız müsahibədə də təhsil ocağının nailiyyətlərinin ilbəil artdığını dilə gətirdi. Söylədi ki, bu gün Zəngilan müəllimlərinin çiyinlərində daha ağır yük var. Onlar öz işlərini köçkünlüyün ağır maddi-mənəvi yükü altında həyata keçirirlər. Və nə yaxşı ki, bu işin öhdəsindən şərəflə gəlməyi bacarırlar.
Süleyman Abdullayev məktəbin nailiyyətlərindən böyük fərəh hissi ilə danışır və öz nailiyyətlərini Azərbaycan təhsilinin nailiyyəti hesab etməklə, təhsilimizdə son dövrlər həyata keçirilməkdə olan dəyişikliklərin onların da fəaliyyətinə müsbət təsir etdiyini vurğulayır. Qeyd edir ki, köçkünlüyün ilk illərində dövlətimiz tərəfindən inşa edilərək 26 nömrəli məktəbin pedaqoji kollektivinə verilən

Azərbaycanda Ahiskalı türklərin məskunlaşmasının onların sosial həyatında əhəmiyyəti

Ahiskalı türklərin doğma yurd-yuvalarından Deportasiya edilməsinin 70 illiyinə, Azərbaycanı özlərinə ikinci vətən seçərək Saatlı rayonunda     məskunlaşmasının 56 illiyinə həsr olunur.

1933-cü ildə Avropada faşist partiyasının hakimiyyətə gəlməsi, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlanması, İtaliya və Yaponiya dövlətləri ilə Almaniya dövləti arasında həm iqtisadi əlaqələrin güclənməsi və eyni bir istiqamətdə siyasi baxışların birləşərək,  dünyanın yenidən bölüşdürülməsi, yeni-yeni xammal mənbələri olan ərazilərə sahib olmaq uğrunda apardıqları mübarizə və bu mübarizədə keçmiş SSRİ-nin oynadığı ikili siyasət ölkə daxilində gərginliyi artırmağa başladı.
Bu məqsədlə gələcəkdə baş verə biləcək arzuolunmaz gərginlik zamanı gözlənilən xoşagəlməz hadisələrdən qorunmaq üçün Qafqazda məskunlaşmış xalqlar arasında “etibarını” itirmiş ayrı-ayrı millətləri müəyyənləşdirib, onların əvvəlcədən zərərsizləşdirilməsi ilə əlaqədər bir sıra tədbirlər görülməsi planlaşdırıldı.

Həyata böyük məhəbbətlə…

1975-ci ilin 1 sentyabrı idi. Siyavər məktəbliləri təhsil ocağının həyətində cərgə ilə düzülüb ilk dərsin başlamasını gözləyirdilər. Bir azdan müəllimlər gəldi. Onların arasında bir nəfər şagirdlərin diqqətini cəlb edirdi. O da müəllimlərin əhatəsindən şagirdləri müşahidə edir, sanki ilk dərs deyəcəyi sinfi axtarırdı. Şagirdlər də yeni müəllimə laqeyd deyildilər. İlk baxışdan hamının diqqətini cəlb edən bu müəllim Pedaqoji İnstitutun tarix fakültəsini yenicə bitirib təyinatla məktəbə gələn Güloğlan Bağırov idi.

Güloğlan Bağırovun düşüncələrində tarix elminə olan sevgi hələ çox gənc yaşlarından yaranmışdı. Evlərində atasının qəzetlərindən tarixlə bağlı maraqlı məqamları tapıb oxuyar, onları yadda saxlamağa çalışar, uşaq təsəvvürləri ilə tarixi hadisələrin səbəb və nəticələrini araşdırar, suallara elə öz aləmində də cavab verərdi. Bəlkə elə bu sevgi idi ki, 12 yaşında olarkən anası Vılanaz xanıma: - mən ərəb dilini öyrənmək istəyirəm, ana mənə kömək et, demişdi. Anası da oğlunun bu istəyinə biganə yanaşmamış, onu ərəb dili müəlliminin yanına göndərmişdi. Vılanaz xanım özü cəmi dörd sinif oxusa da, övladlarının təhsilini ailənin bir nömrəli vəzifəsi hesab edirmiş.  Güloğlan ərəb dilini həvəslə öyrənməyə başlamış, tezliklə əlifbanı mənimsəmiş,  “Qurani – Kərimi” oxumuşdur. Şübhəsiz ki, Güloğlanın əmək təlimi müəllimi olan atası Baloğlan müəllim

11.28.2014

Mariya Montessori və onun "Montessori metodu "

  • Mariya Montessori dünyanın tanınmış pedaqoqları arasında özünəməxsus yer tutur. O, dünyanın bir çox ölkələrində təhsillə bağlı konfranslar keçirmiş, müəllimlər üçün təkmilləşdirmə mərkəzləri yaratmış, kitablar yazmış, dünyaya xeyir verən vətəndaş kimi yaşamış, özündən sonra elə bir metod qoyub getmişdir ki, indi də dünyanın bir çox ölkələrində (məs. Amerika Birləşmiş Ştatlarının bir çox ibtidai siniflərində) onun metodundan istifadə olunur.
    Onun adı dünya pedaqogika elminə böyük zəhmətlə, illərin təcrübəsindən sonra yaratdığı “Montessori metodu” ilə düşmüşdür. O, 1870-ci ildə İtaliyanın Çiravelle şəhərində doğulmuşdur. Bütün həyatını elmə həsr edən Montessori çox maarifpərvər, qadın hüquqları uğrunda mübarizə aparan insan kimi də

Müasir tərbiyə sistemində yeniliklərin tətbiqi

Pedaqogikada tərbiyə anlayışının məzmununu qısaca aydınlaşdırsaq, xüsusi vurğulamalıyıq ki, tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir.Tərbiyə dialektik prosesdir. Bu, onun fasiləsiz inkişafında, dinamikliyində, dəyişkənliyində özünü
göstərir.Tərbiyə prosesi müəyyən səbəblərə uyğun olaraq inkişaf edir. O, şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq dəyişir, müxtəlif şəraitlərdə və konkret situasiyalarda başqa cür olur. Elə olur ki, eyni tərbiyəvi vasitə bir şəraitdə şagirdlərə güclü, digər şəraitdə isə zəif təsir göstərir. Tərbiyə prosesinin dialektikası onun daxili və xarici ziddiyyətləri ilə bağlıdır. Məhz bu ziddiyyətlər tərbiyə

"Təhsil və zaman" qəzeti "Ən yaxşı məqalə" müsabiqəsi keçirir.

Hörmətli müəllimlər. Xəbər verdiyimiz kimi, "Təhsil və zaman" qəzeti "Ən yaxşı məqalə" müsabiqəsi  Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı tələblərə cavab verməlidir. 

1. Məqalə yüksək elmi-metodiki səviyyədə yazılmalıdır.
2. Nəzəri fikir təcrübə ilə təsdiqini tapmalıdır.
3. Mövzu orijinallığı və yeniliyi ilə seçilməlidir.
4. Üslub və orfoqrafik səhvlərə yol verilməməlidir.
5. Məqalənin dili aydın və anlaşıqlı olmalıdır.
6. Məqalə Times News Roman şriftində, 14-lük ölçüdə, 3 səhifə həcmində yazılmalıdır.
Müsabiqədə 1 1-ci, 2 2-ci, 3 3-cü yer nəzərdə tutulub.
Müsabiqə qaliblərinin mükafatlandırılması mənəvi dəyərləndirmə ilə həyata keçiriləcək.
Müsabiqəyə 2015-ci ilin may ayının sonunda yekun vurulacaq.
Məqalələr tehsil.zaman@mail.ru ünvanına göndərilə bilər.
Məqalənin sonunda ""Ən yaxşı məqalə" müsabiqəsi üçün" yazmağı unutmayın.

11.26.2014

TƏHSİL ŞURASI GÜRCÜSTANDA BEYNƏLXALQ ELMİ-TƏCRÜBİ KONFRANS KEÇİRDİ

Məlum olduğu kimi, Azərbaycan Təhsil Şurasıda uzun illərdir ki, təhsilimizin müxtəlif
problemlərinə, yeniliklərin elmi-nəzəri təhlilinə, qabaqcıl təcrübənin öyrənilib yayılmasına həsr olunmuş tədbirlər təşkil edilir. Bu tədbirlərdə Təhsil Şurasının üzvü olan qabaqcıl müəllimlər, həmçinin pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edirlər. Təhsil Şurasının ötən il noyabr ayının 22-də keçirilən Ümumi Hesabat Yığıncağı da müəllimlərin böyük marağına səbəb olmuşdu. Təhsil Naziri cənab Mikayıl Cabbarovun da iştirak etdiyi həmin yığıncaq Təhsil Şurasının fəaliyyətində bir sıra yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Şuranın sədri professor Əjdər Ağayev yığıncaqdakı çıxışında təşkilatın ötən beş illik fəaliyyətinə aydınlıq gətirməklə bərabər, qarşıda görüləcək işlər barəsində də
məlumat verdi. Bildirdi ki, Təhsil Şurası fəaliyyət göstərdiyi illər ərzində Dövlətin təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti daim dəstəkləmiş və ona öz töhfəsini vermişdir. Bu, bundan sonra da belə olacaqdır. O, qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə həyata vəsiqə qazanan “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” Təhsil Şurasının da gələcək fəaliyyətinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Ümumi Yığıncaqdan qısa müddət sonra Təhsil Şurası idarə heyətinin yığıncağında Şuranın “Təhsil Sahəsinin İnkişafı üzrə