11.26.2014

Məqsədimiz əsl şəxsiyyət yetişdirməkdir.

Bütün dünyada olduğu kimi müstəqil və günü –gündən inkişaf edən ölkəmizdə də təhsil sistemi dəyişməkdə, yeniləşməkdədir. Bu halda biz müəllimlərin üzərinə də böyük öhdəliklər düşür. Çünki, gələcəyin vətəndaşı olan bu günün şagirdlərini müstəqil həyata hazırlamaq kimi çətin və şərəfli bir məsuliyyət biz müəllimlərin çiyinləri üzərindədir. Buna görə də
ümumtəhsil məktəblərində şagirdlərin ahəngdar və hərtərəfli inkişafının təmin edilməsi, müxtəlif bacarıq və vərdişlərin məqsədyönlü və sistemli şəkildə inkişaf etdirilməsi mühüm vəzifələrdən biridir.“Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”nda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi humanistlik və demokratiklik əsas götürülmüşdür.Yəni, milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, ətraf mühitə, insanlara qayğı və hörmətin, tolerantlıq və s. prioritet kimi qəbul olunmuş, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət, ictimai əsasla təşkilində və idarə edilməsində

Məişət, kənd təsərrüfatı və sənaye tullantıları qiymətli xammaldır.

Kimya, biologiya, coğrafiya dərslərində bəzi mövzuların tədrisində ekologiyanın qorunması, yaşıllıqların məhv edilməsi, su hövzələrinin çirklənməsi, zibilliklərin artması, qlobal istiləşmə, xəstəliklərin çoxalması, havanın zəhərlənməsi, bitki və heyvanat aləminin, o cümlədən, meşələrin azalması, bunların törətdiyi fəsadlar nəticəsində uşaqların cırlaşması, bitki və heyvanlarda müxtəlif xəstəliklərin əmələ gəlməsi, bəzi
canlıların nəslinin azalması kimi fəsadları törədən səbəbləri şagirdlərə çatdırmaq lazımdır. Sənaye tullantıları nə qədər çox emal edilərsə və zərərsizləşdirilərsə canlı aləmə vurulan zərbə də bir o qədər az olar. Xalq təsərrüfatının, kənd təsərrüfatının və sənayenin intensivliyi artdıqca zərərli maddələrin yer səthində səpələnməsi, havanın, suyun, torpağın çirklənməsini də gücləndirir. Bu vəziyyətdən çıxmaq üçün indi işlənən xammalı yenisi ilə əvəz etmək və ya tullantıları əhəmiyyətli dərəcədə emal edərək zərərsizləşdirməkdən, təkrar istifadə oluna biləcək şəklə, yeni xammala çevirməkdən ibarətdir. Məhz bu yol tullantısız texnologiya deməkdir.

Zaqatalanın faydalı bitkiləri

Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Respublikamızda meşələrin əksər sahələri Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ bölgəsində yerləşir. Zaqatala Böyük Qafqazın cənub yamaclarında yerləşir. Zaqatalanın bitki örtüyü olduqca müxtəlif və zəngindir. Burada müxtəlif növ dərman və texniki bitkilər həm yabanı halda, həm də mədəni halda bitir. Meşələrimiz faydalı dərman və texniki bitkilərlə zəngindir. Biologiya dərslərində şagirdlərə yeri gəldikcə bu bitkilərin əhəmiyyətini başa salmaq, onları toplayaraq evdə xalq təbabəti üsulu ilə dərman kimi istifadə etmək, eyni zamanda əczaçılıq apteklərinə təhvil vermək lazımdır. Bu bitkilərdən aşağıdakıları misal göstərmək olar. 1. İtburnu- İtburnunun meyvələrində efir yağı, üzvi turşular, B qrupu, P, K və C vitamini vardır. İtburnu təbii vitamin mənbəyi olduğu üçün ondan sinqa, vitamin çatışmazlığı, qan azlığında, babasildə, aterosklerozda və soyuqdəymədə, böyrək, sidik kisəsi xəstəliklərində sidik qovucu kimi istifadə olunur.

Ürəkdə öyrətmək arzusu olanda

   Hər bir müəllimin özünün pedaqoji taktikasının olması labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək etmək, qarşısına tələblər qoymaq mümkün deyil. Əgər belə olarsa, dərsdən hansısa səmərəni gözləmək yersizdir. Səmərə o zaman əldə olunur ki, müəllim dərs prosesinə yaradıcılıqla yanaşaraq, təlim prosesini şagirdlərinin qavrama, dərketmə səviyyəsində qursun, yaradıcı işləməyə şəraiti təmin etsin, müstəqillik vərdişləri aşılasın, təfəkkürün inkişafına yol açsın. Əslində hər bir fənn şagird təfəkkürünü inkişaf etdirmək baxımından əhəmiyyətə malikdir. Yaradıcı müəllim mövzunun
imkanlarından istifadə etməklə şagirdinin təfəkkür imkanlarını genişləndirə, onun qarşısında dünyanın möcüzələr qapısını aça bilər. Amma riyaziyyatın imkanları bu baxımdan daha da genişdir. Nahaq yerə demirlər ki, riyaziyyat bütün elmlərin açarıdır. Bu yazımım qəhrəman Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva da riyaziyyat müəllimidir. 2012-ci ilin dekabrında Şirvanda qabaqcıl müəllimlərlə görüş zamanı tanış olmuşam onunla. Bir müddət sonra məni açıq dərsinə dəvət etdi. Sevinc Niftiyeva elə ilk dəsindəcə peşəkarlıqla yaradıcılığı məharətlə uzlaşdıra bilən bir müəllim kimi diqqətimi cəlb etdi.  Obrazlı yanaşsam, deyə bilərəm ki, onun dərsində sanki rəqəmlər özləri də dil açıb danışırdılar. Sevinc Niftiyeva həmin dərsdə informasiya-kommunikasiya texnologiyalarından məharətlə istifadə edərək, dövrün tələblərini əhatə edən bir dərs təqdim edə bilmişdi. Orada diqqətimi cəlb edən məqamlardan biri də o olmuşdu ki, açıq dərs heç bir hazırlıq görülmədən

Bir arzunun sorağında

     Onu çoxdandır ki, qiyabi olaraq yaxşı müəllim kimi tanıyıram. Haqqında çalışdığı, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimlərindən çox eşitmişəm. Həmişə də çalışqan, mütaliəni sevən, metodiki hazırlığını daim təkmilləşdirməyə can atan müəllim kimi xarakterizə olunub Kəmalə Əliyeva. Amma şəxsi tanışlığım yox idi. Bir də onu bilirdim ki, Kəmalə Əliyeva ömrünün 40 ilə yaxın bir dövrünü Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbə rəhbərlik etmiş, Şirvan ictimaiyyətinin dərin hörmətini qazanmış, iki il əvvəl dünyasını dəyişmiş Xavər Sayılovanın gəlinidir. Şübhə yoxdur ki, Kəmalənin bir müəllim kimi formalaşması məhz Xavər xanımın adı ilə bağlıdır.

Onunla ilk tanışlığımız məktəbdə keçirdiyi açıq dərsə təsadüf etdi.
Kəmalə Əliyeva dördüncülərlə “Azərbaycan dili” dərsində maraqlı bir dərs qurmuşdu. Bu dərsdə diqqətimi cəlb edən çox məqamlar oldu. Onların hər biri haqqında yeri gəldikcə bəhs edəcəm. Amma hiss etdiyim ən mühüm məqam Kəmalə müəllimin şagirdlərinə ötən 4 il ərzində qəlbən bağlana bilməsi və bu bağlılığın təlim prosesində özünü biruzə verməsi oldu. Qarşılıqlı anlaşma şəraitində qurulan dərs sinifdə o qədər səmimi mühit yaratmışdı ki, hər kəs bir-birini necə deyərlər “işarədən anlayırdı.” Əsl müəllim şagirdini baxışlarından duyan,

11.12.2014

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.

Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

11.01.2014

Mirikənd məktəbində xaos

Şamaxıda olarkən yolüstü Mirikənd kənd tam orta məktəbinə baş çəkdim. Məqsədim kənd məktəbində müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə, pedaqoji mətbuatı mütaliə, eləcə də fəal təlim texnologiyalarını tədris prosesinə tətbiqetmə imkanları ilə tanış olmaq idi. Amma təəssüflər olsun ki, tanış olmaq istədiklərimin heç biri ilə bağlı məktəbdə ürəkaçan vəziyyətlə qarşılaşmadım. Direktor Mirəli Əmrahov məktəbdə yox idi. Təhsil müəssisəsi direktor müavini Məmmədağa Xəlilovun ümidinə qalmışdı. Məmmədağa Xəlilov isə məktəbi özünəməxsus tərzdə idarə etməyi qərara almış, nəticə də isə xaotik vəziyyətə yol açmışdır. Məktəbdə rastlaşdığım birinci xaotik vəziyyət davamiyyətlə bağlı idi. Məktəbin 11-ci sinfində 4 nəfər şagird təhsil alır. Amma məktəbdə olduğumuz gün onlardan iki nəfəri dərsə gəlməmişdi. Məmmədağa Xəlilov iki nəfərin böyük rəqəm olmadığını bildirsə də, əslində iki nəfərin 50 faiz olduğunu ona xatırlatdım. Acınacaqlı vəziyyət isə 10-cu sinifdə idi. Məktəbin 10-cu sinfi, ümumiyyətlə, məktəbdə yox idi. Məmmədağa Xəlilov bu sinfin məktəbin çağırışaqədərki hərbi hazırlıq müəllimi Cahir Beydiyev tərəfindən dərs keçmək, tir atmaq üçün məktəbin həyətinə apardığını desə də, nə məktəbin həyətində, nə də yaxınlıqda sinfi tapa bilmədik. Məmmədağa Xəlilovdan hərbi müəllimin mobil nömrəsini soruşduq ki, əlaqə saxlayaq. Qəribə bəhanə ilə boyun qaçırdı. Dedi ki, guya onun nömrəsindən hərbi müəllimin nömrəsinə zəng getmir. Digər müəllimlərin telefonu ilə zəng edək, dedim. Cavabı bu oldu ki, onlar hərbi müəllimin nömrəsini bilmirlər. Əgər müəllim peşəsinin sahibi olan bir adam həqiqəti deməkdən boyun qaçırırsa, o, gələcək nəslin formalaşması kimi mühüm bir vəzifənin öhdəsindən necə gələ bilər? Belə nəticəyə gəldik ki, Çahir Beydiyev sinfin bütün şagirdlərini vaxtından əvvəl evə buraxıb. Yaxud da sinif, ümumiyyətlə, heç həmin gün məktəbə gəlməyib. Şübhə yoxdur ki, direktor müavininin də bundan xəbəri var və həmin sinfdə dərs aparan müəllimlərin də… Əgər həmin gün sinif məktəbə gəlməyibsə, bəs o sinfə dərs deyən müəllimlər nə iş görüblər? Axı dərsin kiçilməsinə dövlət tərəfindən vəsait ayrılır. Müəllim keçmədiyi dərs üçün necə əmək haqqı ala bilər?