Bu gün cəmiyyəti narahat edən ən aktual mövzulardan biri də mənim fikimcə ailə və məişət problemidir.Gündəlik həyatımızda bu problemlə tez-tez qarşılaşırıq. Bu gün tez-tez rast gəlinən ailələrin dağılmasına, ailə faciələrinə səbəb nədir? Bunu yaradan səbəblər çoxdur:ailədə hüquqların qorunub saxlanılmaması, qadın - kişi münasibətləri, ailənin sevgi üzərində qurulmaması, ailə başçısının sosial və maddi vəziyyətə görə digər ölkələrə üz tutması və.s. Bütün bunlar ailənin dağılmasına gətirib çıxardır. Ailənin cəmiyyətdə rolu böyükdür.
2.22.2014
Uğur verilmir - Uğur qazanılır
Bir insan heç vaxt hara getdiyini bilmədiyi zamankı qədər uzun yol gedə bilməz.
(Oliver Kromvel)
Həyatda uğur qazanmaq üçün bəzən bizə nə lazımdır, deyə düşünürük. Uğur nədən başlayır? Uğur əldə etmək üçün bilik, bacarıq, zəhmət və daha nələr vacibdir? XXI əsrin tələblərindən yanaşsaq uğur qazanmaq üçün vacib amillərin sırasında ən ümdə məsələ Məqsəddir. Nədir məqsəd ?
Süleyman Ələsgərov - 90
Xalq ruhundan doğulan bəstəkar
Ləyaqətli ömrü boyu müxtəlif nəsillərdən olan insanların xoşbəxt gələcəyi, musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışan bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 90 illiyi tamam olur. 22 fevral 1924-cü ildə Şuşada anadan olan Süleyman Ələsgərov Tanrının xalqımıza bəxş etdiyi qənimət insanlardan idi. Elcanlı, dostcanlı bu böyük insanla ünsiyyətdə, yaradıcılıq əlaqəsində olan hər kəs onu dahi Üzeyir bəyin yadigarı kimi tanıyır, sevir, dəyərləndirirdilər. Bəri başdan deyim ki, dövlətimiz də onun hər zaman görünən nümunəvi əməyini, musiqi sənətimizin, musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətləri layiqincə qiymətlən¬dirmişdir. O, yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərində Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, xalq artisti fəxri adlarına, habelə Üzeyir Hacıbəyov adına Respublika Dövlət Mükafatı Laureatı tituluna layiq görülmüşdür
“Şəxsiyyət və zaman”
Müəllim, alim, ziyalı
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Millim Məclisin deputatı Yaqub Mikayıl oğlu Mahmudovu anadan olmasının 75 illiyi münasibətilə təbrik edir, ona möhkəm gümrahlıq, yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Təhsil Şurasının İdarə Heyəti
Hər bir insan həyatının artıq müəyyənləşmiş bir dönəmində bu yerə qədər gəldiyi yola nəzər salır, ona dəstək olmuş insanları xatırlayır, unutmadıqlarını bir daha yada salır. Və təbii ki, xatırlananlar sırasında yaxşılıqları ilə seçilənlər birinci olur. Mən də bu günlərdə birdən-birə indiyə kimi yaşadıqlarımı, yaşantılarımda mənə həmdərd olanları yada saldım və ürəyimdən belə bir hiss keçdi: görəsən, xatırlanan bu insanlar unudulmadıqlarını bilirlərmi?
Dərs prosesinə yeni baxış müəllim istedadından xəbər verir
Müəllimin peşə qabiliyyətləri sırasında akademik - didaktik, ünsiyyət, konstruktiv təşkilatçılıq və iradi-emosianal qabiliyyətlər mühüm yer tutur. Bütün bu sadalanan keyfiyyətləri, qabiliyyətləri cəm halında özündə birləşdirən müəllimin şübhəsiz ki, uğurları, fəaliyyəti boyunca əsl müəllim adına layiq bir şəxs olduğu istər onu əhatə edən kollektivin, istərsə də cəmiyyətin diqqətini cəlb edir. Geniş və dərin biliyə malik olmaqla, elmin son nailiyyətlərini şagirdlərinə çatdırmaqla, pedaqoji-metodik ustalığıyla, demokratik-işgüzar üslubuyla, fərdi yanaşma bacarığıyla və s. keyfiyyətli təlimi şərtləndirən amilləri, keyfiyyətləri özündə cəm etməklə müəllim öz müqəddəs adının müdafiəçisi, öz müqəddəs peşəsinin icraçısıdır.
Mənim möcüzəli dünyam
Mənim möcüzəli dünyam
Riyaziyyat haqqında düşüncələrim “Bədənin səadəti sağlamlıqdır, əqlin səadəti bilikdir”. Falesin bu fikirlərinə istinad olaraq əlavə etmək olardı ki, əqli daha da zənginləşdirən riyazi biliklərdir.
Riyaziyyat məlumatlar və müəyyən üsullar, həllər yığınağı ilə ağ kağız, lövhə üzərində misal, məsələ həlli ilə bitmir. Möcüzəli dünyam adlandırdığım riyaziyyatın özünəməxsus təfəkkür potensialı var: Bələ ki, araşdırılmaqla hələ də tam kəşf olunub tamamlanmayan riyaziyyat insan təfəkküründə məntiqin təməl daşını qoyaraq onu formalaşdırır, Böyükağa Mikayıllının "Olaylara" müsahibəsi
"Valideynlərimiz olmadığından bizə repetitor tutan yoxdur"
Böyükağa Mikayıllı: “Valideyn düşünür ki, başqası kimi onun da övladı mütləq ali məktəbə daxil olmalıdır”
Hər il ümumilikdə 100 mindən artıq abituriyent ali məktəbə sənəd verir. Sənəd verən 100 min nəfərdən təxminən 30 faizi ali məktəbə daxil olur. Qəbul ola bilməyənlərin bir qismi ali məktəblərə yenidən sənəd verir, digər qismi isə şansını sınamaq haqda heç düşünmür də. Ümumi nəticələr bunu göstərir. Hələ ali məktəbi bitirdikdən sonra bir qisim tələbələrin öz ixtisası üzrə çalışa bilməməsini nəzərə alsaq işsizlik probleminin get-gedə daha da artdığını müşahidə edə bilərik.
Subscribe to:
Posts (Atom)
