9.04.2014

Elmi düşüncənin yaşaması üçün zaman süzgəcindən keçməsi əsas şərtdir...

Elmi düşüncənin yaşaması üçün zaman süzgəcindən keçməsi əsas şərtdir...
Tusinin kitabxanasında üç pəncərə var idi. Üç tərəfdən otağa günəş işığı sanki bir hikmət kimi süzülürdü. Gündüzlər hər bir pəncərədən divar boyunca düzülmüş kitabların üzərinə şəfəq saçırdı. Gecələr isə otağı şam işığı aydınladırdı. Döşəməyə üzəri buta naxışlı palaz salınmışdı. Qədmi əlyazmaların düzüldüyü rəf kitabxananın baş tərəfində idi. Yan rəflərə nisbətən müasir dövrün kitabları və Tusinin öz əsərləri düzülmüşdü. Əjdər onları müşahidə edərkən içində hiss edirdi ki, hər bir əsər elə bil ki, ona Tusinin gözləri ilə baxır. Hər bir əlyazma müəllifinin ruhu elə bil ki, otaqda dolaşır. Əjdər kəndlərindəki kiçik, amma zəngin kitabxananı xatırladı. Yadındaydı tez-tez kitabxanaya gedərdi.

Müəllim peşəsini sevərsə...

Yaqut Ələsgərova biologiya müəllimidir. Eyni zamanda poeziyanın, ədəbiyyatın vurğunudur. Elə buna görə də onun dərslərində təbiətin poetik səsini dinləmək mümkündür. Bu səs müəllimin öz səsi ilə qovuşanda, şübhəsiz ki, daha da, cazibədar, cəlbedici səslənir. Yaqut müəllimin təbiətə, poeziyaya vurğunluğu təsadüfü deyil. Axı o, Azərbycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri salyanlı Aşıq Bəylərin övladıdır. Görkəmli aşığın ailəsində Yaqut hələ uşaq yaşlarından poeziyaya vurğun olub. Ailə mühiti ona ədəbiyyat, mənəvi dəyərlər, eləcə də xeyirxahlıq duyğuları aşılayıb. Aşıq Bəylər xeyirxah insan olub. Bunu Salyanda onu tanıyanların hər biri təsdiq edə bilər. Həm də aşığın bu xeyirxahlığı heç vaxt özünü xeyriyyəçi kimi tanıtmaq məqsədi daşımayıb. Ötən əsrin 60-70 – ci illərində Salyanda belə bir tendensiya var imiş. İmkanlı adamlar gecələr ərzaq dolu çantaları kasıb ailələrin qapısı ağzına qoydurarmışlar. Heç kəs də bilməzmiş ki, bu payı kim göndərib. Belə xeyriyyəçilərdən biri də Aşıq Bəylər olub. Yaqut Ələsgərovanın böyüdüyü ailə mühitinin özəlliklərindən biri də ailədə həmişə yaradıcı insanların tez-tez qonaq olması olub.

7.16.2014

AKADEMİK ƏYYUB BƏŞİROVDAN TÖVSİYƏLƏR

Heyvandarlıq fiziologiyası sahəsində dünyada məşhur alim akademik Əyyub Bəşirov son illərdə insanın uzunömürlülüyü problemi üzrə araşdırmalar aparır. O, artıq bir sıra əməli nəticələr almışdır. Qənaətlərini birinci növbədə öz üzərində tətbiq edir.
Akademik 1 ildir ki, sağlamlıq eksperimenti məqsədi ilə Bodrumda yaşayır. Ürəyi 2 dəfə əməliyyata məruz qalmış professor Əjdər Ağayevə böyük rəğbət bəsləyən alim ona vaxtaşırı məsləhətlər verir. Çoxları üçün maraqlı olacağını nəzərə alaraq, Onun bu günlərdə mobil telefonla verdiyi məsləhəti oxucuların diqqətinə çatdırırıq: - Salam Əjdər müəllim! Əyyubdur Türkiyədən. Necəsən, qardaş? Səsin xoşuma gəldi. Deyəsən, Allaha şükür yaxşısan. Tövsiyələrimi yadından çıxartma. Hər gün eyni vaxtda ye, yeməyin keyfiyyətli olsun, həblərini eyni vaxtda qəbul elə, 9 saat gecə, 1 saat gündüz yat, istirahət elə, hər gün bacardığın qədər (mümkünsə 10-11 km.) piyada gəz, atıl-düş dabanların yerə dəysin – beyninə qan yaxşı işləsin...

6.21.2014

Təhsil Şurası "Respublikanın təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi" layihəsi


Təhsil Şurası "Respublikanın təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi" layihəsinin tətbiqinə başladı. Bu layihə çərçivəsində Təhsil Şurasının əlaqələndiriciliyi ilə Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəblə Şirvan şəhərindəki 1 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumu Təhsil Şurasının sədri professor Əjdər Ağayevin tövsiyəsi ilə Şuranın idarə heyətinin üzvü, Proqram rəhbəri Böyükağa Mikayıllı, Şirvan şəhər 1 nömrəli məktəb-liseyin direktoru Rəfiqə Rzayeva və 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə imzaladılar.
İmzalama mərasimində Şirvan şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Elçin Həsənov və Təhsil Şurası idarə heyətinin üzvü Sevinc Niftiyeva da iştirak etdilər.

5.27.2014

O, hər bir şagirdinin qəlbinə onların gələcək arzularının rəsmini həkk edirdi

Nəsimi rayonundakı 240 saylı tam orta məktəbin müəllimi Pəri Qasımova haqqında olan bu yazı “Təhsil və zaman” qəzetində dərc olunub...
Hər bir fəaliyyətin əsasında ideya, hər bir ideyanın əsasında isə yenilik dayanır. Fəaliyyət o zaman özünün müsbət nəticəsini verir ki, yeniliklərlə müşaiyət olunsun, müasirliyə söykənsin. Təhsil elə bir sahədir ki, burada qabaqcıl ənənələrə, yeniliklərə istinad etmədən fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq mümkün deyil. Mən uzunmüddətli müşahidələrim nəticəsində yenilikçi fəaliyyəti özünün iş prinsipinə çevirən çox müəllimlər tanımışam. Və təqdirəlayiq hal hesab edərəm ki, yenilikçi kimi tanıdığım müəllimlərin hər birinin digərindən fərqli olan cəhətlərini müşahidə etmişəm. Hər birində digərinə bənzməyən məqamların şahidi olmuşam. Pəri müəllimi tanıyanda onun necə bir müəllim olması haqqında heç bir məlumatım yox idi. İçtimai fəallığı, təlim kurslarında mütəmadi olaraq iştirakı, qəzetlərdə çıxış etdiyi

5.14.2014

Müəllimlərin attestasiyasının necə keçiriləcəyi açıqlandı

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən iyunda paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu BŞTİ müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyev bildirib. O qeyd edib ki, sınaq qiymətləndrilməsi 3 istiqamətdə -

5.13.2014

YENİYETMƏLƏRİN ƏXLAQ TƏRBİYƏSİNDƏ MÜTALİƏNİN ROLU

Hələ XIII əsrdə ustad Yunus Əmrə deyirdi ki, ELM – ÖZÜNÜ BİLMƏKDİR. Bu ifadənin çox dərin mənası var. Axı elm öyrənmək təkcə qrammatik qaydaları bilmək, hesablama aparmaq, təbiət qanunlarına bələd olmaq, yaxud tarixi araşdırmaq deyil. Bəli, bunları bilmək vacibdir, lakin elmin təkcə bundan ibarət olduğunu düşünənlər yanılırlar. İnsan – özü bir elmdir. Dünyadakı bütün insanlar biri-birilərinə bənzədikləri qədər də fərqlənirlər. Hər insan bir yeni dünyadır, bir yeni elmdir və kəşf edilməsini gözləyir. Bu dünyanın öz qanunauyğunluqları, xüsusiyyətləri var. Lakin başqa “dünya”ları öyrənməzdən qabaq hər kəs ən əvvəl özünü – iç dünyasını tanımalıdır. Buna kiçik yaşlardan başlamaq məsləhətdir. İnsanı öyrənməyin yolu isə kitablardan keçir. Tərbiyənin təməli qoyulandan uşaqlarda kitaba, ədəbiyyata maraq oyatmaq lazımdır. Bəzi valideynlər, təəssüf ki, uşaqlarla vaxt keçirməkdən, ünsiyyətdə olmaqdan qaçır, onlara saatlarla televizor, telefon və kompyuterlə vaxt keçirməyə icazə verirlər. Can qurtaran bu üsulla övladlarına əslində pislik etdiklərinin fərqinə varmırlar.