11.18.2016

"İbtidai sinifdə tədris: yeni yanaşmalar, innovasiyalar" mövzusunda elmi-təcrübi konfrans


Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Şurası bu ilin dekabr ayının sonunda "İbtidai sinifdə tədris: yeni yanaşmalar, innovasiyalar" mövzusunda elmi-təcrübi konfrans təşkil edəcək. Konfransda öz iş təcrübəsi ərtafında çıxış etmək istəyənlər çıxışlarını 30.11.2016-cı il tarixinə qədər tehsil.zaman@mail.ru ünvanına göndərə bilərlər.

Aqrar inqilabın böyük alimi

Akademik Eyyub Bəşirov-90
Akademik Eyyub Bəşirov - Roma Papasının öz portretini hədiyyə etdiyi azərbaycanlı
Akademik Eyyub Bəşirov Azərbaycanda heyvandarlığın inkişafında öz rolu olan tanınmış alimdir. Akademikin bir çox elmi əsərlərindən, tədqiqatlarından həm ölkədə, həm də dünyada geniş istifadə olunur.
Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirov gələn il 90 illiyi qeyd edəcək. Yubileyi ilə bağlı jurnalist Əfqan Məmmədovun "Azərbaycan və dünya aqrar elminin inkişaf tarixində akademik Eyyub Bəşirov yaradıcılığının rolu və əhəmiyyəti" məqaləsini ixtisarla "Ekspress"in oxucularına təqdim edirik.

BƏSTƏKAR HACIBABA HƏSƏNOVUN MUSİQİ DÜNYA

Yazı "Təhsil və zaman" qəzetində dərc olunub.
Bu dünyanın sirli-soraqlı qapılarını açmazdan əvvəl gəlin bir anlığa keçən əsrin ikinci yarısından çəkilişinə başlanan və 1958-ci ildə kütləvi şəkildə geniş ekranlarda nümayiş etdirilən «Ögey ana» filmindən ucqar dağ kəndlərinə yol tikintisində çalışan fəhlələrin, mühəndislərin nahar fasiləsi zamanı verilən konsertlə bağlı epizodu yada salaq. Hələ o dövrdə hamı tərəfindən sevilən xalq artisti Əbülfət Əliyevin ifa etdiyi «Eşqimin novrağı» mahnısından «o körpəmin anasıdır, öz körpəmin anasıdır» misralarının musiqiylə təsirli bir ahəng yaratdığını həyəcansız dinləmək olmur. Minlərlə, milyonlarla tamaşaçıların çox az bir qismi bilir ki, həmin ecazkar və bəstəkarın özünün dediyi kimi yerinə düşən mahnının müəllifi Hacıbaba Həsənovdur. Yarım əsrdən çoxdur ki, «Ögey ana» filmi dünyanın ən məşhur kino-teatr salonlarında, televiziya ekranlarında nümayiş etdirilir. Heyrət-heyranlıq yaradır və belə bir sual da meydana çıxır: 

Rafiq İmrani: “Azərbaycan mədəniyyətini gur axan çaya bənzətmək olar”

Müsahibimiz sənətşünaslıq doktoru, professor Rafiq İmranidir.
Arayış: Rafiq İmrani 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adna Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasnı bitirib. 1979-cu ildən Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda elmi-tədqiqat işi ilə məşğul olub. Musiqi və muğam tarixinə aid 6 kitabı çap olunub. 
Metodik və dərs vəsaitlərinin, 60-dan yuxarı elmi məqalənin müəllifidir. 1988-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda namizədlik, 1994-cü ildə isə “Azərbaycan muğamlarının tarixi və elmi-nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
R.İmrani Azərbayca

Akif Xalıqov: “Biz təhsili dəyər kimi qəbul edirik”

Yazı 2015-ci ilin noyabrında "Təhsil Və Zaman" qəzetində dərc edilmişdir.

2010-cu ildən “Elektron məktəb” statusu ilə fəaliyyət göstərən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey bu gün təkcə Lənkəranda deyil, regionda bu statusu daşıyan yeganə təhsil müəssisəsidir. Məlum olduğu kimi, 2009-cu ildən reallaşdırılmasına başlanmış “Elektron məktəb” layihəsinə respublikanın 50 təhsil müəssisəsi cəlb edilib. Bəs bu layihənin mahiyyəti nədən ibarətdir? “Elektron məktəb” statusu təhsil müəssisəsinin həyatına hansı dəyişiklikləri gətirir? Bu dəyişikliklər məktəbin perspektiv inkişafında hansı əhəmiyyətə malikdir? Əslində 6 nömrəli məktəb-liseyə gələndə bu kimi suallara cavab tapmağa ümidli idim. Məktəbin direktoru, tanınmış məktəbşünas Akif Xalıqov bu istiqamətdə suallarımı dolğun

11.14.2016

Təhsil Şurası Məktəbəqədər Təhsil işçilərinin Birinci Respublika Forumunu keçirdi

"Təhsil Və Zaman" qəzeti, 10.11.2016.

Azərbaycan Təhsil Şurası oktyabrın 8-də Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirdi. Forum “Məktəbəqədər təhsil müasirlik müstəvisində” mövzusuna həsr olunmuşdu. Forumda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Təhsil Şurası İdarə heyətinin üzvlərindən professorlar Mirzəli Murğuzov, Asəf Zamanov, Nazim Kazımov, əməkdar müəllimlər Aliyə Təhmasib, Həqiqə Məmmədova, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Kəmalə Qədirova, Samir Mehdizadə, Sevinc Abbasova, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Yusif Əliyev, eləcə də respublikamızın ayrı-ayrı rayonlarından məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri, bu sahənin tədqiqatçıları iştirak edirdilər. 

Forumu giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev Azərbaycanda məktəbəqədər təhsil sahəsinin inkişaf tarixindən, bu sahədə zaman-zaman həyata keçirilən inkişafyönümlü layihələrdən, həmçinin dünya təcrübəsindən bəhs etdi. Ə.Ağayev Azərbaycanda məktəbəqədər təhsil sisteminin yeniləşməsinə, burada fundamental işlərin görülməsinə zəruri ehtiyac olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, uşağın inkişafı, təlimi, təhsili, tərbiyəsi işinin özülü məktəbəqədər təhsil müəssisələrində qoyulur. Təəssüf ki, ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunması aşağı səviyyədədir. Buna baxmayaraq, səmərəli iş təcrübəsi olan məktəbəqədər təhsil müəssisələri və bu müəssisələrdə çalışan qabaqcıl mütəxəssislər vardır. Məktəbəqədər təhsil müəssisələri üçün tikilən yeni binalar, bu binaların müasir texnologiyalarla təchiz olunması gələcəkdə bu sahədə nailiyyətlərin əldə olunacağından soraq verir. Qabaqcıl təcrübəni ümumiləşdirmək, yaymaq, mövcud problemləri müzakirə etmək və aradan qaldırmaq yollarını müəyyənləşdirmək üçün məktəbəqədər təhsil müəssisələrində çalışanların toplantısını keçirməyə ehtiyac vardır. Bu ehtiyacı və mütəxəssislərin arzusunu nəzərə alaraq Təhsil Şurası Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirməyi nəzərdə tutmuşdur. Forumun məqsədi məktəbəqədər təhsil işçilərinin peşəkarlığının artırılmasında modernləşmədən istifadənin nümayişi və qabaqcıl təcrübənin təbliğidir.

Məktəbəqədər təhsil müasirlik müstəvisində
Təhsil nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva “Məktəbəqədər təhsil müasirlik müstəvisində” mövzusunda çıxış etdi. O, məktəbəqədər təhsil işçiləri üçün mühüm əhəmiyyətli hesab etdiyi bu foruma çıxışını ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, milli mənafe əsasında qurulmalıdır.” Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil ailənin, cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların ilkin yaş

Həyatın ən mühüm suallarından biri

Bir dərs yalnız texnologiyanın tətbiqi ilə deyil, müəllimin ənənəviliyi və müasirliyi sintez etmək bacarığı, bu bacarığı reallaşdırmağa yardımçı olan təfəkkür genişliyi ilə zənginləşir.
286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadənin 6-cı sinifdə “Həyati bacarıqlara əsaslanan təhsil” fakültativ kursundan apardığı dərs informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan, müəllim və şagirdlərin real həyata obyektiv baxışları, bu baxışların realizəsi fonunda davam etdi. Dərsin maraqlı olduğu qədər də həyatilikdən doğan mövzusu, əslində fikirlərin tətbiqi üçün geniş imkan yaratmışdı. Əlbəttə ki, müəllim də öz növbəsində bu imkanı stimullaşdırırdı. “Övlad-valideyn, şagird-müəllim” münasibətləri mövzusunun tədrisi əslində müəllimdən pedaqoji ustalıqla yanaşı, həm də zəngin həyat təcrübəsi tələb edir. Daha doğrusu müəllim öz həyat təcrübəsini pedaqoji ustalıqla meydana qoyub həyatın bu zəruri sullarına cavab almalıdır.
Dərsdə ilk olaraq diqqətimi cəlb edən müəllimin şagirdlərini mükəmməl tanıması idi. Əlbəttə ki, bu, dərs prosesində mühüm pedaqoji-psixoloji amildir. Xüsusən də həyati mövzuların tədrisində bu, daha ciddiliyi ilə özünü biruzə verir.  Şübhə yoxdur ki, əgər müəllim hər bir şagirdini yaxından tanıyır, onun xarakteristikasını bilir, ailə mühitinə, psixoloji durumuna bələddirsə, bu, amil dərs prosesinin daha səmərəli alınmasına şərait yadacaqdır.