2.10.2015

Azərbaycanda Ahıskalı türklərin məskunlaşmasının onların sosial həyatında əhəmiyyəti (Əvvəli ötən sayımızda)

Xalq içərisində verilmiş fərmanların çatışmazlıqları barədə ilkin mülahizələr, müzakirələr, bu
vəziyyətdən çıxış yolları araşdırılmasına başlandı. Xalqın qeyrətli, müdrik və cəsarətli övladları heç nədən qorxmadan Moskvaya-Mərkəzi Komitəyə, SSRİ Ali Sovetinin Rəyasət heyətinə yazılı mürciətlər edirdilər. Xalqın adından dövlət rəhbərlərinin qəbuluna düşməklə onların həyatında yol verilmiş haqsızlığın bərpası uğrunda mübarizəyə başladılar. Lakin bu müraciətdən o dövrdə heç bir konkret cavab əldə olunmadı. Qəbula gedən nümayəndələrə məsləhət görüldü ki, indiki vaxtda sizin müraciətinizə baxılmayacaq və baxılarsa da, sizin xahişinizi yerinə yetirmək mümkün olmayacaq. Müraciət edənlər Mərkəzi Komitənin binasında olarkən Azərbaycan respublikasının o zaman Mərkəzi Komitədə işləyən nümayəndəsi  İslam İsrafilzadə

ELEKTRON LÖVHƏDƏ RİYAZİYYATIN TƏDRİSİ

İsmayıllı rayon Cülyan kənd tam orta məktəbində 15 ildir ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Bu gün müasir təlim metodlarından istifadə etməklə dərslərimdə böyük ugurlar qazandıgımı acıq-aşkar hiss edirəm. Cəbr və həndəsə dərslərində müasir təlim metodlarından və İKT-dən  istifadə edərək ugurlu nəticələr əldə edirəm.
Bu yaxinda V sinifdə riyaziyyat dərsində “KVADRAT, DÜZBUCAQLI VƏ ÜÇBUCAGIN PERIMETRI“ mövzusunda acıq dərs kecirtdim. Dərsimdə interaktiv üsulların bir coxundan istifadə etdim və 45 dəqiqə ərzində  məqsədimə nail oldum.

Coğrafiya qalib gəlmək elmidir

Əziz oxucu! “Coğrafiyanı öyrənmək nə üçün lazımdır?“ sualına siz yəqin ki, belə cavab verərdiniz: dünyanı tanımaq, uzaq-uzaq ölkələr və o ölkələrdə yaşayan insanların həyat tərzi, məşğuliyyəti, eləcə də təbiətdə baş verən təbii hadisələrin səbəbini öyrənmək üçün. Bəzən orta məktəb şagirdləri coğrafiyanı televizorda, mətbuatda rast gəldiyi krossvrdlara, çaynvordlara cavab tapmaq üçün öyrənir. Nə gizlədək,  çox təəssüf ki, coğrafiyanı qiymət xatirinə oxuyan şagirdlərimiz də var.
Gəlin bir anlığa düşünək ki, coğrafiya orta məktəbdə tədris olunan heç də adi bir fənn deyil. Məsələn, coğrafiyanın “qalib gəlmək haqqında elm” olduğu barəsində heç düşünmüsünüzmü? Mənim fikrimcə, şagirdlərimizə coğrafiyanı sevdirməyin daha bir yolu onun məhz bu tərəflərini açıqlamaqdır.
Qədim dövrlərin məğlubedilməz sərkərdələri sayılan Mete xan, Atilla, Şah İsmayıl Xətai, Babək və s. əslində həm də coğrafiyaçılar olmuşlar.

Tələbə yaradıcılığı...................... Aç əlini səmaya...


Aç əlini səmaya...Mütləq bir şey düşəcəkdir ovucuna. Buludlardan süzülən bir damla su, yağış ya ağaclarda gah xəzəl olmuş saralmış-solmuş, ömrünü başa vurmuş, gah da yamyaşıl təzə doğmuş bahar  ətirli külək vurmuş heç eyləmiş bir  yarpaq.Torpaqdan qopan tozdu hava, o da gəlib hopacaqdır ovucuna. Aç əlini səmaya...Aç əlini göylərə...Axı göylərdədi həyatımızın hikməti. Taleyimizin, qismətimizin yazarı-Təkbirimiz! Ya Kərim Allahımız! Nə vaxtsa gedəcəyik torpağa.

“Promethean Activboard‎” – “Ağıllı lövhə”nin təbiət fənnlərinin tədrisində rolu

Böyük potensiala, dərin məzmuna malik olan hikmətli sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır. Müxtəlif tarixi dövrlərdə yaşamış filosoflarımızın, şair və yazıçılarımızın, ictimai-siyasi, dövlət, elm və mədəniyyət xadimlərimizin  qiymətli kəlamları bu gün bəşəriyyətin mənəvi zənginlik mənbəyinə çevrilmişdir.

Təhsil fasiləsiz prosesdir. Bu gün Azərbaycanda əsas  problemlərdən biri təhsilin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Bu prosesdə uğurlu iştirak etmək üçün  müasir tələblərə cavab verən təhsilə malik olmalıyıq. Təhsilımız daim təkmilləşdirilməlidir. Bütün bunlar təhsil işçilərinin, biz müəllimlərin  üzərinə düşən böyük vəzifədir. Təhsil sistemində aparılan islahatlara, müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə interaktivlik-yeni texnologiyalardan istifadə üstünlük təşkil edir. İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil səviyyəsinə  inteqrasiya etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulur. İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Elektron dərslərin tətbiqi  müasir məktəblərdə, litseylərdə geniş vüsət almış və uşaqların maraq obyektinə çevrilmişdir. Eyni zamanda, elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olmuşdur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elektron kitabxanalar, elektron test sistemi, elektron təhsil bugünki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiya əhatəsi daha da genişlənir və əlçatılmaz  obyektlər şagirdlərin canlı müşahidəsinə çevrilir, şagirdlərin xəyal etdikləri hadisələr reallaşır. Elə isə gəlin birlikdə elektron dərslərin müsbət və mənfi cəhətləri ilə tanış olaq:

ŞƏHİDLƏR UNUDULMAZ...

 Ələkbərov Azər Əlizadə oğlu 27 iyul 1973-cü ildə Salyan rayonunun Gəncəli kəndində dənizçi ailəsində anadan olmuşdur. Orta məktəbini Gəncəli kənd orta məktəbində almışdır. Onun arzusu orta məktəbi bitirəndən sonra dənizçilik məktəbinə daxil olub, atasının yolunu davam etdirmək idi.Azər orta məktəbi bitirdikdən sonra birinci il dənizçilik məktəbinə qəbul oluna bilmədi. 3 iyun 1992-ci ildə Salyan rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırıldı. İlk gündən N saylı hərbi hissənin artilleriya divizionunda xidmətə başladı. Az müddətdə rabitəçi peşəsinə yiyələndi və bu sahədə ustalaşdı. Komandirin bütün tapşırıqlarını şərəflə yerinə yetirdi. Beş dəfə hərbi hissə komandanlığının yazılı təşəkkürünü qazandı. Döyüş yoldaşları arasında böyük nüfuz sahibi oldu. Azər 16 iyun 1993-cü ildə Ağdam rayonunun Qalayçılar kəndinin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. İgid şəhidimiz 1993-cü ilin iyun ayında doğulduğu kəndin qəbristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində çıxış edən hərbi hissə komandiri Ələkbər son sözünü belə bitirdi. Mən əsgər yoldaşımı yox, qardaşımı itirdim. Şəhidlər heç zaman unudulmurlar. Onlar hər birimizin qəlbində yaşayırlar.
İndi onun dənizçi olmaq arzusunu qardaşları Natiq və Elşad davam etdirirlər.

Hacı Əlvan HƏŞİMOV. 

“İşıq” 2-ci hissə

Əjdər üçün dünyanın mütərəqqi pedaqoji fikir tarixi, zəngin keçmişə malik olan məktəblər, qabaqcıl müəllimlərin iş təcrübəsi  həmişə böyük maraq kəsb edirdi. Bu istiqamətdə apardığı tədqiqatlar fakt, fikir, ideya zənginliyi ilə seçilirdi. O, dünyanın aparıcı fikir adamlarının xüsusilə təlim-tərbiyə, şəxsiyyətin formalaşmasının pedaqoji-psixoloji  istiqamətləri sahəsində fikirlərini  tədqiqata cəlb edir, bu sahədə özü də orijinal fikirlər irəli sürürdü. Bu yazılar, bu fikirlər əvvəllər də yazdığımız kimi, ruhi-mənəvi bağlılığın nəticəsi kimi dərin analitik aspektdə meydana çıxırdı. Onun ruhi-mənəvi bağlılıq qurduğu tarixin görkəmli şəxsiyyətləri, elm adamlarının milli mənsubiyyəti də fərqli idi. Əsas məqsəd dünyanın qabaqcıl pedaqoji düşüncəsini zəmanəsinə gətirmək idi. Birmənalı olaraq deyə bilərəm ki, Əjdər Ağayev şəxsiyyətin formalaşdırılması probleminin köklərini klassik fikir, mənəviyyat, mədəniyyət qaynaqlarında axtarırdı. Övlad tərbiyəsini bu qaynaqlar üzərində qurmağı tövsiyə edirdi.