7.11.2016

Müstəqil görülən iş – şagirdin mənəvi inkişafının təməli

"Təhsil Və Zaman" qəzeti 02 iyul, 2016-cı il
Bu yazı Bakının Xətai rayonundakı 64 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülşən Mustafayevanın iş təcrübəsindən bəhs edir.

Gülşən Mustafayevanın 1-ci sinifdə apardığı “Mənim hüquqlarım” mövzusunda dərsi dinləyərkən dahilərdən birinin işlətdiyi bu ifadəni xatırlayırdım: “Bizim gələcəyimiz uşaqlara bu gün necə tərbiyə verməyimizdən asılıdır.” Gülşən Mustafayevanın 1-cilərinin təliminə yanaşmasında mənim diqqətimi cəlb edən ilk mühüm məqam onun şagirdlərinin şəxsiyyətinə böyük ehtiram bəsləməsi idi. Qarşısındakılar sanki onun ən doğma adamları idilər. Əslində də belə olmalıdır. Təlimdə qazanaılan uğurların təməlində dayanan ən mühüm amillərdən biri də məhz şagird şəxsiyyətinə qoyulan hörmətdən qaynaqlanır. Özünə ehtiramın mövcud olduğu bir mühitdə insan özünü rahat və gərəkli hesab edir. O, “Mənim hüquqlarım”ın tədrisi prosesini elə qurmuşdu ki, birincilərin baxış bucağı bu mühüm mövzunun dərk ediləməsi ilə üst-üstə düşsün. Seçilən iş formaları, iş üsulları, resurslar – hər bir məqam ölçülüb – biçilmiş, insan hüquqlarının düşüncələrdə əks olunması, bu haqda ilkin təsəvvürlərin formalaşması qarşıya məqsəd kimi qoyulmuşdur. Gülşən müəllim problem şagirdlərə daha aydın olsun deyə, Activİnspire proqramında hazırladığı slaydları nümayiş etdirdi. Slaydlar çox maraqlı məqamlarla zəngin idi. Orada uşaqların nəyi edə biləcəyi və nəyi etməli olmadığı məqamlar əks olunmuşdu. Müəllim problemi təzadlı şəkildə qoymaqla, elə dərsin əvvəlindəncə, şagirdlərini düşünməyə, götür-qoy etməyə dəvət etmişdi. Onların hər biri slaydlarda nümayiş olunanlara öz fikrini bildirmək həvəsində idilər. Hələ kiçik yaşlarından şagirdləri qoyulan problem ətrafında aktiv müzakirəyə cəlb etmək, onların öz fikirlərini müstəqil, eləcə də kollektiv şəkildə ifadə etmək bacarığını formalaşdırmaq, əlbəttə ki, müstəsna hal kimi dəyərləndirilə bilər. Xüsusilə də söhbət əgər uşaq hüquqlarından gedirsə, şagirdlərin fəallıq göstərmələri daha diqqətəlayiq hal kimi dəyərləndirilməlidir.

Kiçik uşaq qəlblərinin böyük arzusu

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...

Bu yazı Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovanın iş təcrübəsindən bəhs edir.

Bir neçə ilə əvvəlin söhbətidir. Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbə breyn-rinq yarışına dəvət olunmuşdum. Yarış başlayanda öyrəndim ki, təşkilatçı məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovadır. Breyn-rinq maraqlı mübarizə şəraitində keçdi. Əsasən riyazi suallardan təşkil olunan yarışmada məktəbin əksər riyaziyyatsevər şagirdləri iştirak edirdi. Bu tanışlığımızdan sonra Səxavət Yusifovanın Təhsil Şurası və “Təhsil və zaman” qəzeti ilə əməkdaşlığı başlandı. O, Təhsil Şurasının 164 nömrəli tam orta məktəbdə keçirilən, respublikamızın geniş pedaqoji ictimaiyyətinin qatıldığı “Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda elmi konfransda maraqlı çıxışı ilə diqqəti cəlb etdi. Yadımdadır ki, Səxavət Yusifova həmin konfransda müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsində pedaqoji mətbuatın rolundan bəhs etmişdi.
Ötən il Səxavət Yusifovanın daha bir maraqlı tədbirinə şahidlik etdim. O, öz yetirmələrini Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbə gətirmiş, burada keçiriləcək breyn-rinq yarışında mübarizəyə qoşmuşdur. Bu yarışda Səxavət Yusifovanın komandası qələbə əldə etdi. Səxavət Yusifovanın yetirmələrini qeyd etdiyim kimi bir neçə yarışda müşahidə etmişəm. Belə bir qənaətə gəlmişəm ki, onlar yalnız intellektləri ilə deyil, eyni zamanda, musiqi duyumları, şeir və mahnı ifaçılıqları, aktyorluq

Biologiya fənninin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə

"Təhsil Və Zaman" qəzeti 02 iyul 2016-cı il.
Aytel ASLANOVA,
Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin biologiya müəllimi

Müasir dərs nümunəsinin quruluşu, forma və metodu, qarşısında duran tələblər son vaxlar diqqət mərkəzində olan məsələlərdəndir.
Müasir dərs aşağıdakı əlamətlərlə xarakterizə olunur: aktuallıq, kreativlik, informativlik, sistemlilik, interaktivlik, kommunikativlik. Dərsin əsas məqsədi tədris prosesində şagirdin şəxsi keyfiyyətlərinin açılması və inkişaf etdirilməsidir. Müasir dərs dinamik və rəngarəng təşkil olunmalıdır. Bütün bunlara nail olmaq üçün dərs zamanı İKT və müasir pedaqoji texnologiyalardan istifadə edilməlidir.

Qarabağ xanəndəlik məktəbi

"Təhsil Və Zaman" 02 iyul, 2016-cı il.
Türanə MƏMMƏDOVA, 
Şəmkir rayonu Əliyaqublu kənd tam orta məktəbin müəllimi
Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Bu nəcib, həssas qəlbli xalqın vətəni Odlar yurdu, həm də sehrkar musiqi diyarı kimi məşhurdur. Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ənənələrindən də müəyyən dərəcə təsirlənmiş, daha da inkişaf edib müasir səviyyəyə çatmışdır. 
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmiş və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna mövqeyə malik olmuşdur. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tarixində mühüm yer tutur.

6.12.2016

Milli istiqlal dərsi



Bu yazı Sumqayıt şəhərindəki 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Məmmədovanın iş təcrübəsindən bəhs edir.
Mövzunun mahiyyətinə varmağı, hər hansı bir əsərdəki obrazın hiss və duyğularını, hadisələrin tarixi inkişaf dinamikasını, tarxilik və müasirlik vəhdətini açmağı bacaran müəllim şagirdlərinin uğura gedən yolunun təməlini qoya bilər. Əvvəllər mənə elə gəlirdi ki, yalnız, insan ruhuna, insanın mənəvi dünyasına yaxınlığı baxımından ədəbiyyat şagirdin mənəvi keyfiyyətlərinin formalaşmasında müstəsna fəndir. Amma istedadlı müəllimlərin dərslərini dinlədikcə, görürdüm ki, tədris etdiyi fəndən asılı olmayaraq, əgər müəllimin ürəyində öyrətmək istəyi, şagirdinin mənəvi aləmini duymaq, ona onun arzu və istəkləri prizmasndan yanaşmaq istedadı varsa, o müəllim şagirdinin şəxsində yüksək əxlaqi mənəvi keyfiyyətləri formalaşdıra biləcək. Mən Şəlalə Məmmədovanı da məhz belə bir müəllim kimi tanıyırdım.

6.02.2016

Qabaqcıl müəllimlərin I Respublika Forumu keçiriləcək

Təhsil Şurasının Mətbuat Xidmətinin məlumatı...

Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Şurası tərəfindən 4 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasında Təhsil Sahəsinin İnkişafı istiqamətində Dövlət Strategiyasının tələblərinə uyğun olaraq müəllim peşakarlığını və metodiki ustalığını artırmaq məqsədilə Qabaqcıl müəllimlərin I Respublika Forumu keçiriləcəkdir. Forumun məqsədi qabaqcıl təcrübə yollarının araşdırılması, qabaqcıllıq kriteriyalarının müəyyənləşdirilməsi, bu sahədə mövcud vəziyyətin təhlili və perspektivlərin araşdırılmasıdır. 
Qabaqcıl müəllimlərin Forumu respublikada ilk dəfədir ki, keçirilir. Azərbaycanın bütün rayonlarından nümayəndələrin iştirak edəcəyi Forumda ümumtəhsil məktəblərində tədris olunan bütün fənlər üzrə müəllimlər öz iş təcrübələrini təqdim edəcəklər. 
Təhsil Şurası qabaqcıl müəllimlərin birliyini təmin etməklə ən yaxşı iş təcrübəsinin öyrənilməsi və yayılmasını həyata keçirir. 
Forum, eyni zamanda, pedaqoji prosesin keyfiyyətli qurulmasına mane olan amilləri də araşdıracaq, Təhsil Nazirliyinə və hökumətə müvafiq təkliflərini verəcək.
Forumda mütəxəssis alimlərin məruzələri ilə yanaşı, qabaqcıl müəllimlərin müsabiqə yolu ilə seçilmiş çıxışları da dinləniləcək.
Forum başlamazdan əvvəl ayrı-ayrı məktəb şagirdlərinin əl işləri və rəsmləri sərgilənəcək.

“Heç vaxt təslim olmamaq” dərsi

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...
Bu yazı Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovanın iş təcrübəsndən bəhs edir.
Hər bir insanın şəxsi-mənəvi keyfiyyətləri onun hansı ruha, hansı əxlaqa, hansı dəyərlərə sahibliyi ilə formalaşır. Ürəyin, ruhun sahib olduğu mənəvi keyfiyyətlər insanın ən dəyərli nemətləridir. Zaman-zaman müəllimin qarşısında dayanan ən ali vəzifə də, məhz yetirmələrinin mənəvi dünyasının zənginləşməsi, onun ürəyinin, qəlbinin ən dərin qatlarında mərhəmət, xeyirxahlıq, haqq-ədalət toxumlarını cücərtmək olmuşdur. Əlbəttə ki, bu, bu gün də belədir. Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovanın 8-ci sinifdə “Heç vaxt təslim olma” mövzusunda apardığı dərs yalnız mövzuda əks olunan iradəli, mətin, cəsur şəxsiyyətlərin mənəvi dünyasını xarakterizə etmək deyil, həm də şagirdlərdə bu keyfiyyətlərin formalaşdırılmasına yönəlmişdi. Qarşıya qoyulan məqsədlərdən də bunu aydın görmək mümkün idi. Onlar dil bacarığından istifadə etməklə fiziki qüsurlu insanların həyat eşqindən ruhlanaraq bu insanların cəsarətliliyi haqqında tapşırıqları icra etməli, mövzu ilə bağlı fikirlərini bildirməli, mətndən fiziki qüsurlu insanlar haqqında fakt və hadisələri seçib qruplaşdırmalı, fiziki qüsurlu insanlar haqqında kiçik mətnlər yazmalı idilər. Ən nəhayətdə isə onlar bu insanların mənəvi dünyasını xarakterizə etməli, onları yüksək zirvələrə aparan zəngin mənəvi aləmlərindən bəhs etməli idilər.