Tədbir MAHMUDOV,
Neftçala şəhərindəki “Təhsil muzeyi” nin rəhbəri,
Respublikanın əməkdar müəllimi.
Respublikanın əməkdar müəllimi.
"Təhsil və
zaman" qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunmuş bu yazı
uzun illər Neftçala rayon qəzetinə rəhbərlik etmiş Vaqif Əliyevin ömür yolundan
bəhs edir.
İllər gəlib
keçdi ömürdən, illər!
İllər görməmişdik bu illər kimi!
Səməd Vurğun.
İllər görməmişdik bu illər kimi!
Səməd Vurğun.
Yaşasaydı 80
yaşı olacaqdı Vaqifin. Ancaq ölümün daş üzü, buz nəfəsi ömrünün çiçəklənən bir
vaxtında, müdriklik və kamillik dövründə dostlarına, doğmalarına, ən əsas
ailəsinə daha çox lazım olan bir vaxtda gözlənilmədən sıramızdan qoparıb uzaq
bir səfərə, gedər-gəlməz bir səfərə apardı,Vaqifi.
İllər nə tez
gəlib keçdi, ömürdən keçən illər! Vaqif , səni bizdən düz 19 il bir vaxt
ayırır. Amma elə bilirəm ki, bunların hamısı lap dünən olub. 21 may 1998-ci il.
Oğlun Vasif bu bəd xəbəri mənə telefonla çatdıranda, lap çaşıb qaldım, bilmədim
nə edim. Bir neçə dəqiqə özümdə olmadım. Sonradan özümü topladım, birlikdə
keçirdiyimiz ağrılı-acılı, bəzən də bəxtəvər günlərimiz kino lenti kimi
gözlərimin önündən gəlib keçdi. Nəhayət, həmişə gəldiyim küçəyə, evə gəlməkdə
çətinlik çəkirdim, sanki ayaqlarımdan daş asılmışdı.