4.01.2015

Mənəvi zənginlik aşılamaq üçün...

Mingəçevirdəki 10 nömrəli tam orta məktəbə bu təhsil ocağının iş təcrübəsi haqqında yazı hazırlamağa getmişdim. Məktəbin direktoru, təcrübəli təhsil  işçisi  Xumarə Mikayılova təhsil ocağının fəaliyyətindən, həyata keçirilən tədbirlərdən həvəslə bəhs edir, söhbət əsnasında mütəmadi olaraq məktəbin kitabxana müdiri Gültəkin Əsgərovanın adını çəkirdi. Odur ki, Gültəkin müəllimlə görüşmək, onun işi ilə tanış olmaq  qərarına gəldim. Və peşiman olmadım. Tanışlıq məndə belə bir qənaət hasil elədi ki, Gültəkin Əsgərova 10 nömrəli tam orta məktəbin kitabxanasını məktəbin döyünən ürəyinə çevirə bilib.  Burada sanki hər bir kitab, hər bir qəzet, hər bir jurnal oxucusu ilə dil açıb danışır. Burada oxucu özünü elə bil ki, zəngin ədəbi mühitin içərisində hiss edir. Rəngarəng divar qəzetləri, bir-birindən maraqlı guşələr,  kitablar oxucuları sirli-sehrli bir aləmə çəkib aparır. Əslində kitabxana elə möcüzəli bir dünyadır. Əgər şagird kiçik yaşlarından bu möcüzəli aləmə düşərsə, bu aləm onun dərketməsini, həyata baxışlarını, zövqlərini formalaşdırar, onun hərtərəfli inkişafının təməlini qoyar. Təsadüfü deyil ki, 10 nömrəli tam orta məktəbin kitabxanası “Mütaliə qüdrətli

Müəllim şagird mənəviyyatının qurucusudur...

Müəllim şagird mənəviyyatının qurucusudur. Əsl müəllim üçün dərsin hər məqamı mühüm əhəmiyyət daşıyır. Müəllim o məqamlardan istifadə etməklə şagird təfəkkürünün dərinliklərinə nüfuz edə, ora elmə, biliyə məhəbbət toxumu səpə bilər. Zaman gəldikcə o toxum cücərəcək, cəmiyyətə fayda verəcək. Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin informatika və rus dili müəllimi Mətanət Bağırova da şagirdlərinin mənəvi dünyasına nüfuz edə bilən, onların formalaşmasına stimul yaratmağı bacaran müəllimlərdəndir.
Mətanət Bağırova 3-cü sinifdə apardığı informatika dərsində “Kompüter və informasiya” mövzusunun tədrisində  “Kollektiv iş”, “Qruplarla iş”, “Fərdi iş” formalarını tətbiq etməklə, sinfdə işgüzar mühiti təmin edə bilmişdi. Uşaqların informasiya-kommunikasiya texnologiyalarına sonsuz marağı hiss olunurdu. 

Şagird qəlbinə gedən yol...

Bir neçə ay əvvəl Şirvanda tədbirlərin birində 21 nömrəli tam orta məktəbin direktrou
Səadət Quliyeva ilə Təhsil Şurasının həyata keçrdiyi “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi barədə fikir mübadiləsi aparırdıq. Səadət müəllim müəllimərin iş təcrübəsinin respublikaya yayılması ənənəsinin Azərbaycan Təhsil Şurası tərəfindən pedaqoji ictimaiyyətin gündəminə gətirilməsindən məmnunluq ifadə edərək rəhbərlik etdiyi təhsil ocağında iş təcrübəsi ilə nümunə olan müəllimlərin çox olduğunu söylədi. Onlardan biri, məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin da iş təcrübəsinin yayılmasının tərəfdarı olduğunu dilə gətridi.

129 nömrəli tam orta məktəbdə maraqlı tamaşa

Məktəbin 3-cü sinif şagirdləri professor Əjdər Ağayevin “Pişik balasının səhvi” pyesini səhnələşdirdilər

Martın 16-da Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə Təhsil Naziri cənab Mikayıl Cabbarovun "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması" haqqında əmrinin icrası məqsədilə professor Əjdər Ağayevin uşaqlara həsr etdiyi "Pişik balasının səhvi" əsərinin səhnələşdirilmiş təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Şuranın idarə heyətinin üzvləri Həqiqə Məmmədova, İslam Baxşıyev, Akif Orucov, Böyükağa Mikayıllı, Yusif Əliyev, Şuranın üzvü Nizami Məmmədli, mətbuat nümayəndəsi Eldəniz Abbasov iştirak edirdilər.  Məktəbin 3-cü sinfinin rəhbərləri Elmira Hüseynova və Seçmə Canmirzəyevanın təşkilatçılığı ilə hazırlanan təqdimatı giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə bildirdi ki, onlar professor Əjdər Ağayevin yaradıcılığına təsadüfi müraciət etməyiblər. Əjdər Ağayevin  çoxşaxəli yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər, hekayələr mühüm yer tutur. Əjdər Ağayev Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi olmaqla bərabər, müasir Azərbaycan uşaq ədəbiyyatında da şair, nasir kimi özünəməxsus yeri ilə tanınır.

Zəngin təcrübə ilə üz-üzə

Mahiyyə Məmmədlinin çoxdandır ki, tanıyıram.
Təxminən on il əvvəl qəzetimizin əməkdaşı bu təcrübəli ibtidai sinif müəllimi haqqında məqalə təqdim etmişdi. Həmin məqalə qəzetimizdə dərc olunduqdan sonra Mahiyyə müəllimin iş təcrübəsi haqqında geniş yazı hazirlamağı planlaşdırmışdım. Amma hər dəfə Mingəçevirə gedəndə buna imkan olmurdu. Sonralar eşitdim ki. Mahiyyə Məmmədli Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Söz yox ki, Mahiyyə müəllim bu adı uzun illik gərgin əməyinin nəticəsi olaraq almışdı. Hesab edirəm ki, bu kimi uğurların sırası daha da genişlənəcəkdir. Çünki bunun üçün müəllimin zəngin təcrübəsi-tədris etdiyi mövzunu həyatla ustalıqla əlaqələndirmək, tədrisi  şagird şəxsiyyətinin formalaşmasına yönəli istiqamətdə qurmaq bacarığı var. Bu yaxınlarda Mingəçevirdəki Texniki-humanitar təmayüllü liseydə Mahiyyə Məmmədlinin dərsində olarkən sadaladığım bu cəhətlərin şahidi oldum.

3.23.2015

Sabahkı uğurların sorağı ilə

Valideyn-məktəb əlaqələrinin tənzimlənməsi – mühüm pedaqoji tələb
Bir neçə il əvvəlin söhbətidir. Qəzetin yeni sayının materiallarını hazırlayırdım. Əjdər müəllim tapşırdı ki, bir səhifəlik material üçün yer saxlayım. Vacib bir yazı olacaq. - Nə ilə bağlıdır deyə, soruşdum. Nizami rayonundakı 129 saylı tam orta məktəbə yeni direktor təyin olunub, Samir Mehdizadə. Bizi məktəbə dəvət elədi. Yeni dərs ili qarşısında məktəbdə valideynlərlə görüş keçiriləcək. Görüşdən məqalə hazırlayarsan.
Məktəbdə valideynlərlə çox maraqlı bir konfrans keçirildi. O vaxt Samir Mehdizadə məktəbə yenicə direktor təyin olunmuşdu. Həmin tədbirdə Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru, professor Mahir Tahirov, Nizami raron İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və digər qonaqlar iştirak edirdilər.

Gələcəyə yol açan müəllim

Bu yazı Səbail rayonundakı 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının iş təcrübəsi haqqındadır...

 Əyanilik hər bir fənnin tədrisində mühüm əhəmiyyətə malikdir. “Biologiya” da bu baxımdan istisna deyil. Amma əyani vəsaitlərin sinif otağında mövcudluğu heç də o demək deyildir ki, müəllim artıq dərs prosesində hər bir şeyə nail olacaq, mövzunu yüksək səviyyədə mənimsədəcəkdir. Əyani vəsaitlərin mövcudluğu işin hələ başlanğıcıdır. Əsas məsələ bu vəsaitlərin tədris prosesinə ustalıqla tətbiq olunmasıdır. Bakının Səbail rayonu Patamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblı dərs prosesində əyaniliklə nəzəriyyəni ustalıqla sintez etməyi bacaran, şagirdin təfəkküründə, təbiətin obrazını, bu obraza  məhəbbət yaratmaq qabiliyyətinə malikdir. Əslində Nübar Qayıblının yaratdığı biologiya kabineti onun tədris etdiyi mövzuların mini modelidir desəm, doğru olar. O, hər hansı bir mövzunu tədris edəkən sinifdə həmin mövzuya uyğun olaraq mühit yaratmaqla, şagirdin nəzərlərini, düşüncələrini bütünlüklə həmin mövzuya yönəltməyi bacarır.