VƏTƏNDAŞ
HAZIRLIĞI ÜÇÜN TƏMƏL
"Region
məktəbləri ilə tanışlıq" layihəsi çərçivəsində "Təhsil və zaman"
qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunan bu məqaləm Mingəçevir
şəhər 4 nömrəli tam orta məktəbin iş təcrübəsindən bəhs edir...
Mingəçevir
şəhərindəki R. Mirabov adına 7 nömrəli tam orta məktəbdə bir neçə il əvvəl
olmuşdum. Xatırlayıram ki, o zaman məktəbin ciddi təmirə ehtiyacı var idi.
Maddi-texniki baza zəif idi. Onu da xatırlayırm ki, maddi-texniki bazanın
zəifliyinə baxmayaraq tədrisin keyfiyyəti, məktəbin əldə etdiyi uğurlar şəhərin
digər məktəbləri ilə müqayisədə heç də geri qalmır, bəzi göstəriciləri ilə
digərlərini qabaqlayırdı. Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovla Təhsil
Şöbəsindəki söhbətimizdə də o, bu cəhəti vurğuladı və məsləhət gördü ki,
məktəbin təmirdənsonrakı vəziyyəti ilə yerində tanış olaq.








