4.01.2015

Novruzu “Turac”la qarşıladılar

Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turan Hüseynova rəhbəri olduğu ikinci sinif şagirdləri ilə Novruz bayramını özünəməxsus şəkildə qeyd etdilər. Onlar tanınmış yazıçı, şair, pedaqoq Solmaz Amanovanın “Turac”  əsərini səhnələşdirməklə tamaşaçıları heyran etməyi bacardılar. Öncə bu əsər haqqında... Əfsanəyə görə keçmiş zamanlarda Turac adlı qız zalım bir xanımın evində qulluqçu işləyirmiş. Xanım onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin bir günü xanım onu çağırıb deyir: 
-A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyursan. 
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir: 
-Səni parça-parça olasan, bəs necə oldun?! 
Turac deyir: 
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir: 
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım. 

Mənəvi tərbiyə əsas məqsəddir

Hələ bir neçə il bundan əvvəl olduğu kimi, bu dəfə də Mingəçevirdəki İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbin direktoru Xumarə Mikayılova bizimlə söhbətə məktəbin şagirdlərinin əldə etdiyi nailiyyətlərlə başladı. Bunu da onunla əlaqələndirdi ki, uşaq ailənin güzgüsü olduğu kimi, şagird də məktəbin aynasıdır. Biz müəllimlərimizin peşəkarlığından, öz işlərinə məsuliyyətlə yanaşmalarından, əldə etdikləri nailiyyətlərdən nə qədər bəhs etsək də, bütün bunlar şagird uğurları ilə müşaiyət olunmazsa, heç bir əhəmiyyəti yoxdur. Təcrübəli məktəb rəhbəri qeyd edir ki, məktəbin şagirdləri beynəlxalq miqyaslı bilik, idman yarışlarında, müsabiqələrdə uğurlu nəticələri ilə pedaqoji kollektivi sevindirirlər. Məktəbin 11-ci “a” sinif şagirdi Fərid Əhədli Beynəlxalq İngilis dili test sisteminin bilik yarışında 9 mümkün baldan 7,5 bal toplayaraq qaliblər sırasında olub. Fərid İndoneziyanın Bali şəhərində keçirilən beynəlxalq olimpiadada da nailiyyət əldə edib. Məktəbin digər şagirdi Qabil Yusifov Əlillər günü münasibətilə keçirilən “Həyat əlillərin gözü ilə” rəsm müsabiqəsində birinci yeri tutub. 8-ci sinif şagirdi Ruqiyyə Əmrahlının iştirak etdiyi müsabiqə həm də maraqlılığı və orijinallığı ilə diqqəti cəlb edib. O, “Mənim 15 metr boyum olsaydı həyatı necə görərdim?” mövzusunda beynəlxalq tədbirə qatılıb. Ruqiyyə uğurlu nəticə əldə etdiyi bu müsabiqədə maraqlı fikirləri ilə yadda qalıb.

Bölgədən soraq Vasif QASIMOV, bölgə müxbiri

YENİ MƏKTƏB BİNASINA EHTİYAC VAR

Pedaqoji kollektiv ümid edir ki, tezliklə onlar üçün də yeni məktəb binası inşa ediləcək. O zaman uğurların da sırası genişlənəcək.

Hər bir təhsil ocağının nailiyyətlərinin əsasında mükəmməl idarəetmə sisteminin yaradılması, savadlı pedaqoji kadr potensialı, maddi-texniki baza dayanır. Ümumiyyətlə, yaxşı və keyfiyyətli bir tədrisin həyata keçirilməsi üçün məktəb rəhbərliyinin yüksək idarəetmə qabiliyyəti önəmli rol oynayır.
Bu gün ölkəmizdə məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması istiqamətində əsaslı işlər aparılır. Ancaq şəraitsiz məktəblərimiz hələ də qalmaqdadır. Lakin bu, heç də o demək deyildir ki, lazımı şəraiti olmayan məktəblərdə tədris lazımı səviyyədə həyata keçirilmir. Xeyr. Elə məktəblərimiz var ki, maddi-texniki bazası nə qədər zəif olsa da, əldə etdiyi nailiyyətləri heç də az deyil. Bu kimi məktəblərlə respublikamızın hər yerində rastlaşmaq mümkündür. Gədəbəydə olarkən Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə də bu barədə söhbətimiz oldu. O, qeyd etdi ki, bu gün Gədəbəy təhsilində əldə olunan uğurlar az deyil. Son illər ali məktəblərə qəbul olunan məzunların sayının artması və eləcə də, məktəb şagirdlərinin istər olimpiadalarda, istərsə də, idman yarışlarında uğurlu çıxışları buna misal ola bilər.

Təhsil Şurası Qarabağ həqiqətləri mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi


Konfransda ABŞ-nın Qarabağ Fondunun icraçı direktoru xanım Diana Kohen Altman da iştirak etdi.
6-7 mart 2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdi. Elmi-praktik konfransda Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri BPKİYİ-nun rektoru, professor Asəf Zamanov, ADPU-nun kafedra müdiri professor Mirzəli Murğuzov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Qafqaz Universitetinin professoru Erdal Karaman, Böyükağa Mikayıllı, Həqiqə Məmmədova, Aliyə Təhmasib, Samir Mehdizadə, Kəmalə Qədirova, Sevinc Niftiyeva, konfransın təşkilat komitəsinin üzvləri Nizami Məmmədli, Arif İbrahimov, eləcə də respublikanın qabaqcıl müəllimləri, Qarabağ həqiqətləri mövzusunda araşdırma aparan tədqiqatçılar, təhsil işçiləri iştirak edirdilər. Konfransda ilk olaraq ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqrımdan bəhs edən dərs nümayiş olundu.

Müxtəlif iş formalarında qiymətləndirmə vasitələri


Fənn kurikulumlarının tətbiqinə başlandığı vaxtdan məzmunla yanaşı, qiymətləndirmə və dərs  prosesinin gedişatında müxtəlif yeniliklər tətbiq olunmağa başladı. Saysız-hesabsız iş üsullarından istifadə, iş formalarının dərsin mərhələlərinə uyğun olaraq seçilməsi müəllimlərin diqqət mərkəzində dayanan ən mühüm məsələlərdən birinə çevrildi.
Mütəxəssislərin də bildirdiyi kimi, “Nə qədər müəllim varsa, o qədər də üsul var”. Hər bir müəllim öz bacarıqlarından istifadə edərək sinfin səviyyəsinə uyğun iş üsullarından istifadə edə bilər. İş formaları isə bildiyimiz kimi dörddür. (Fərdi iş, cütlərlə iş, kiçik qruplarla iş, böyük qrup və ya kollektivlə iş)

Mənəvi zənginlik aşılamaq üçün...

Mingəçevirdəki 10 nömrəli tam orta məktəbə bu təhsil ocağının iş təcrübəsi haqqında yazı hazırlamağa getmişdim. Məktəbin direktoru, təcrübəli təhsil  işçisi  Xumarə Mikayılova təhsil ocağının fəaliyyətindən, həyata keçirilən tədbirlərdən həvəslə bəhs edir, söhbət əsnasında mütəmadi olaraq məktəbin kitabxana müdiri Gültəkin Əsgərovanın adını çəkirdi. Odur ki, Gültəkin müəllimlə görüşmək, onun işi ilə tanış olmaq  qərarına gəldim. Və peşiman olmadım. Tanışlıq məndə belə bir qənaət hasil elədi ki, Gültəkin Əsgərova 10 nömrəli tam orta məktəbin kitabxanasını məktəbin döyünən ürəyinə çevirə bilib.  Burada sanki hər bir kitab, hər bir qəzet, hər bir jurnal oxucusu ilə dil açıb danışır. Burada oxucu özünü elə bil ki, zəngin ədəbi mühitin içərisində hiss edir. Rəngarəng divar qəzetləri, bir-birindən maraqlı guşələr,  kitablar oxucuları sirli-sehrli bir aləmə çəkib aparır. Əslində kitabxana elə möcüzəli bir dünyadır. Əgər şagird kiçik yaşlarından bu möcüzəli aləmə düşərsə, bu aləm onun dərketməsini, həyata baxışlarını, zövqlərini formalaşdırar, onun hərtərəfli inkişafının təməlini qoyar. Təsadüfü deyil ki, 10 nömrəli tam orta məktəbin kitabxanası “Mütaliə qüdrətli

Müəllim şagird mənəviyyatının qurucusudur...

Müəllim şagird mənəviyyatının qurucusudur. Əsl müəllim üçün dərsin hər məqamı mühüm əhəmiyyət daşıyır. Müəllim o məqamlardan istifadə etməklə şagird təfəkkürünün dərinliklərinə nüfuz edə, ora elmə, biliyə məhəbbət toxumu səpə bilər. Zaman gəldikcə o toxum cücərəcək, cəmiyyətə fayda verəcək. Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin informatika və rus dili müəllimi Mətanət Bağırova da şagirdlərinin mənəvi dünyasına nüfuz edə bilən, onların formalaşmasına stimul yaratmağı bacaran müəllimlərdəndir.
Mətanət Bağırova 3-cü sinifdə apardığı informatika dərsində “Kompüter və informasiya” mövzusunun tədrisində  “Kollektiv iş”, “Qruplarla iş”, “Fərdi iş” formalarını tətbiq etməklə, sinfdə işgüzar mühiti təmin edə bilmişdi. Uşaqların informasiya-kommunikasiya texnologiyalarına sonsuz marağı hiss olunurdu.