Aprelin 27-də Səttar Bəhlulzadə adına Xarici Dillər
Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivi maraqlı bir tədbirə tamaşa
etdi. Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan
Ramazanovanın birinciləri müəllimlərinin
rəhbərliyi ilə pedaqoji elmlər doktrou, professor Əjdər Ağayevin kiçik yaşlı məktəblilər
üçün yazdığı “Pişik balasının səhvi”
birpərdəli pyesini səhnələşdirib təqdim etdilər. Tamaşadan öncə çıxış edən
Şəcahan Ramazanova söylədi ki, pyeslə tanış olan kimi onun səhnə variantını
düşünmüş və şagirdlərini onun yüksək səviyyədə təqdim olunmasına hazırlamışdır.
Professor Əjdər Ağayev bu əsəri uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla
elə ustalıqla qələmə alıb ki, uşaqlar onu sevə-sevə oxuyur, asanlıqla qavrayır,
həvəslə ifa edirlər. O, ümidvar olduğunu bildirdi ki, birincilərin ilk işi olan
bu tamaşa rəğbətlə qarşılanacaq, etimadı doğruldacaqdır.4.28.2015
4.15.2015
İbtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir
Yazı Bakı şəhəri Nəsimi rayonu
164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Qafilə Əliyevaya həsr olunur...
Müəllimlik elə bir peşədir ki,
onu sevmədən, qəldən bağlanmadan uğur əldə etmək çox çətindir. Yalnız sevgi ilə
bu peşənin dərinliklərinə baş vurmaq, onun ən incə məqamlarını mənimsəmək
mümkündür. Uzun illik pedaqoji mətbuat təcrübəmdən belə qənaətə gəlmişəm ki,
ibtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir. Riyaziyyatı bilməklə
yaxşı riyaziyyat müəllimi, ədəbiyyatı bilməklə yaxşı ədəbiyyat müəllimi ola
bilərsən və s. Amma bir ibtidai sinif müəllimi olmaq bir neçə elm sahəsinin
incəliklərini təfəkkür süzgəcindən keçirib beyinlərə həkk etmək bacarığı tələb
edir. Həm də hələ formalaşmaqda olan kövrək uşaq beyninə... Bakının Nəsimi
rayonundakı 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyeva
da fəndən fənnə, dərsdən dərsə məharətlə adaptasiya olunaraq şagird qarşısına
ana dilini sevən, onun musiqisini, mədəniyyətini, təsviri incəsənətini,
təbiətini, ədəbiyyatını bilən bir müəllim kimi çıxmaq istedadına malikdir.
4.14.2015
HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM
Təlimdə o zaman səmərəli
nəticə almaq mümkündür ki, müəllim tədris etdiyi fənlə bərabər şagird qəlbinin
bir parçasına çevrilə bilsin.
“Təhsil və zaman” qəzetində
dərc olunmuş bu yazıda 318 saylı tam orta məktəbin və Bakı Modern Məktəbin
müəllimi Şirin Məmmədovanın iş təcrübəsindən bəhs edilir...
Hər bir dərs müəllimin
yaradıcı əsəridir, deyirlər. Doğrudur. Amma müəllim yaradıcı dərsin ərəsəyə
gətirilməsi üçün yaradıcılıq potensialına malik olmalı, şagird qəlbinin
incəliklərini, onun arzu və istəklərini duymalı, ürəyi dərsin hər bir anı ilə
döyünməli, hər məqamı bir mənaya çevirməyi bacarmalıdır. Əldən verilən an bir
daha geri qayıtmayacaqdır. Məhz həmin anların dəyərini bilən, dəqiqələri,
saniyələri belə öyrənmək üçün mühüm amilə çevirən müəllim təlimdə nailiyyətlər
əldə etməyə qadir ola bilər.
4.01.2015
Novruzu “Turac”la qarşıladılar
Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Turan Hüseynova rəhbəri olduğu ikinci sinif şagirdləri
ilə Novruz bayramını özünəməxsus şəkildə qeyd etdilər. Onlar tanınmış yazıçı,
şair, pedaqoq Solmaz Amanovanın “Turac” əsərini
səhnələşdirməklə tamaşaçıları heyran etməyi bacardılar. Öncə bu əsər
haqqında... Əfsanəyə görə keçmiş
zamanlarda Turac adlı qız zalım bir xanımın evində qulluqçu işləyirmiş. Xanım
onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin
bir günü xanım onu çağırıb deyir:
-A qız, bu saat su isidib başımı, ayaqlarımı
yuyursan.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Mənəvi tərbiyə əsas məqsəddir
Hələ bir
neçə il bundan əvvəl olduğu kimi, bu dəfə də Mingəçevirdəki İsmət Qayıbov adına
10 nömrəli tam orta məktəbin direktoru Xumarə Mikayılova bizimlə söhbətə məktəbin
şagirdlərinin əldə etdiyi nailiyyətlərlə başladı. Bunu da onunla əlaqələndirdi
ki, uşaq ailənin güzgüsü olduğu kimi, şagird də məktəbin aynasıdır. Biz müəllimlərimizin
peşəkarlığından, öz işlərinə məsuliyyətlə yanaşmalarından, əldə etdikləri
nailiyyətlərdən nə qədər bəhs etsək də, bütün bunlar şagird uğurları ilə müşaiyət
olunmazsa, heç bir əhəmiyyəti yoxdur. Təcrübəli məktəb rəhbəri qeyd edir ki, məktəbin
şagirdləri beynəlxalq miqyaslı bilik, idman yarışlarında, müsabiqələrdə uğurlu
nəticələri ilə pedaqoji kollektivi sevindirirlər. Məktəbin 11-ci “a” sinif şagirdi
Fərid Əhədli Beynəlxalq İngilis dili test sisteminin bilik yarışında 9 mümkün
baldan 7,5 bal toplayaraq qaliblər sırasında olub. Fərid İndoneziyanın Bali şəhərində
keçirilən beynəlxalq olimpiadada da nailiyyət əldə edib. Məktəbin digər şagirdi
Qabil Yusifov Əlillər günü münasibətilə keçirilən “Həyat əlillərin gözü ilə” rəsm
müsabiqəsində birinci yeri tutub. 8-ci sinif şagirdi Ruqiyyə Əmrahlının iştirak
etdiyi müsabiqə həm də maraqlılığı və orijinallığı ilə diqqəti cəlb edib. O, “Mənim
15 metr boyum olsaydı həyatı necə görərdim?” mövzusunda beynəlxalq tədbirə
qatılıb. Ruqiyyə uğurlu nəticə əldə etdiyi bu müsabiqədə maraqlı fikirləri ilə
yadda qalıb. Bölgədən soraq Vasif QASIMOV, bölgə müxbiri
YENİ
MƏKTƏB BİNASINA EHTİYAC VAR
Pedaqoji
kollektiv ümid edir ki, tezliklə onlar üçün də yeni məktəb binası inşa
ediləcək. O zaman uğurların da sırası genişlənəcək.
Hər bir təhsil ocağının nailiyyətlərinin əsasında
mükəmməl idarəetmə sisteminin yaradılması, savadlı pedaqoji kadr potensialı,
maddi-texniki baza dayanır. Ümumiyyətlə, yaxşı və keyfiyyətli bir tədrisin həyata
keçirilməsi üçün məktəb rəhbərliyinin yüksək idarəetmə qabiliyyəti önəmli rol
oynayır.
Bu gün ölkəmizdə məktəblərin maddi-texniki
bazasının müasirləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması istiqamətində
əsaslı işlər aparılır. Ancaq şəraitsiz məktəblərimiz hələ də qalmaqdadır. Lakin
bu, heç də o demək deyildir ki, lazımı şəraiti olmayan məktəblərdə tədris
lazımı səviyyədə həyata keçirilmir. Xeyr. Elə məktəblərimiz var ki,
maddi-texniki bazası nə qədər zəif olsa da, əldə etdiyi nailiyyətləri heç də az
deyil. Bu kimi məktəblərlə respublikamızın hər yerində rastlaşmaq mümkündür. Gədəbəydə
olarkən Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə də bu barədə söhbətimiz
oldu. O, qeyd etdi ki, bu gün Gədəbəy təhsilində əldə olunan uğurlar az deyil.
Son illər ali məktəblərə qəbul olunan məzunların sayının artması və eləcə də, məktəb
şagirdlərinin istər olimpiadalarda, istərsə də, idman yarışlarında uğurlu
çıxışları buna misal ola bilər.
Təhsil Şurası Qarabağ həqiqətləri mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi
6-7 mart
2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə
birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və
praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdi.
Elmi-praktik konfransda Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri BPKİYİ-nun rektoru, professor
Asəf Zamanov, ADPU-nun kafedra müdiri professor Mirzəli Murğuzov, Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Qafqaz
Universitetinin professoru Erdal Karaman, Böyükağa Mikayıllı, Həqiqə Məmmədova,
Aliyə Təhmasib, Samir Mehdizadə, Kəmalə Qədirova, Sevinc Niftiyeva, konfransın
təşkilat komitəsinin üzvləri Nizami Məmmədli, Arif İbrahimov, eləcə də
respublikanın qabaqcıl müəllimləri, Qarabağ həqiqətləri mövzusunda araşdırma
aparan tədqiqatçılar, təhsil işçiləri iştirak edirdilər. Konfransda ilk olaraq
ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqrımdan bəhs edən dərs
nümayiş olundu.
Subscribe to:
Posts (Atom)



