5.21.2015

Xoşbəxt o müəllimdir ki, onu əbədiyyət bəxş etmiş kamil insan olaraq xatırlasınlar


 Aynur ZAMANOVA,

 129 №-li Məktəbin informatika müəllimi 
İsgəndərdən soruşurlar: “Atanı çox sevirsən, yoxsa müəllimini?” Cavab verir: “Müəllimimi. Atam məni fani dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”.
Coxlarının ilk müəllimi ata və anası olmuşdur. Dilimizi onların dili ilə açmışıq, dunyaya göz açdığımızda onların gözü ilə baxmışıq. İlk dəfə yaxşı nədir, pis nədir kəlmələrini də onlar bizə öyrədiblər. Daha sonra bağçada tərbiyəçilərimiz, bundan sonra isə orta məktəb müəllimlərimiz, ali məkrtəb müəlimlərimiz həyatımızda dərin izlər buraxır. Xoşbəxt o müəllimdir ki, onu əbədiyyət bəxş etmiş kamil insan olaraq xatırlasınlar.
Kimdir müəllim? Müəllim - anadan olandan ölənə qədər, bütün həyatı boyu dünyanı rəngbərəng edən, onu istiqamətləndirməyə çalışan, doğru yol göstərəndir; millətinə həyat yolunda rəhbərlik edən, əxlaqını və xarakterini inkişaf etdirən və ona əbədiyyət şüurunu aşılayan, yer üzündə mələk xislətini özündə cəmləşdirən bir varlıqdır. Onun sehrli əllərində ən dəyərsiz şeylər belə, tayı-bərabəri olmayan ləl-cəvahirata çevrilər. Qısa bir zamanda, qarşısına aldığı yüzlərcə insana hisslərini aşılamaq müəllimdən başqa heç kimə qismət olmamışdır. Müəllim - əsrlərdir insanların həyatını yönləndirən, rəngarəng edən və həyatımızın ayrılmaz bir hissəsidir. Müəllim canlı varlıqdır, ancaq digər varlıqlardan fərqli vəzifə daşıyır. Müəllim - cəmiyyətə şəxsiyyət yetişdirir. Müəllim eyni zamanda bioloji, mədəni, əxlaqi, sosial, dərrakəli, hissiyyatlı, fiziki, ruhi gücə sahib varlıqdır.

Vətənə məhəbbət dərsləri 24 May 2014

İradə ƏLİYEVA,

"Azərbaycan" 
 Müəllim adı bütün zamanlarda şərəfli olub. İstər şəhərdə, istərsə kənddə insanlar bu peşə sahiblərinə həmişə hörmət, ehtiram bəsləyiblər. Yüksək müəllim adını daşıyanlar isə daim bunun məsuliyyətini, mənəvi cavabdehliyini hiss ediblər. Axı onlara xalqın ən qiymətli sərvəti - gənc nəsil, vətənin sabahı etibar edilib.
Müəllim nümunə deməkdir. Təsadüfi deyil ki, ziyalı sözünü işlədəndə də nədənsə, ilk növbədə, insanın gözü önünə müəllimlər gəlir. Çünki ömürlərə işıq müəllimin biliyindən, ziyasından düşür.
Hansı fənni tədris etməsindən asılı olmayaraq bu peşə sahibləri ziya, bilik bəxş edəndir. Haqqında danışacağımız müəllimin keçdiyi fənn isə bir qədər qeyri-adidir. O, artıq 30 ildən çoxdur orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı ilə məşğuldur.
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar Əliyevin pedaqoji fəaliyyəti ən yaxşı müəllimlik nümunələrindəndir. Keçdiyi həyat yolu isə şagirdlərinə, yetirmələrinə bir örnəkdir.

Dil böyük bir aləmdir

 Rəbiyyə BAYRAMOVA,
129 nömrəli Məktəbin ingilis dili müəllimi

 Hal-hazırda elm və texnika o qədər inkişaf edib ki, hamı dünyanın istənilən ölkəsinə gedə bilir. Yalnız bir şərtlə, o da dil bilmək. Müasir dövrdə insanları bir-birinə yaxınlaşdıran, onlar arasında ünsiyyət  yaradan yeganə faktor dildir. Məktəbimizdə belə dillərdən biri sözsüz ki, ingilis dilidir. İngilis dilini öyrənmək elmi biliklər xəzinəsinə baş vurmaqdır. Xarici dil bilmək gələcəkdə iş tapmaq şansını artırır. İngilis dilini nəyə görə öyrənmək lazımdır?
İngilis dilinin öyrənilməsinin fərdi və ümumi əhəmiyyəti:
Bu gün ingilis dilini öyrənmək bir sıra səbəblərə görə zəruri əhəmiyyət kəsb edir:

TARİXİN İBRƏT DƏRSLƏRİ

Sevil QULİYEVA,
   129 nömrəli Məktəbin coğrafiya müəllimi
 
Sinifdənxaric işlərin əsas məqsədi şağirdlərə təbiətdə və sosial sahədə özlərini aparmağı öyrətmək, öz qabiliyyətlərini maksimum göstərməkdən ibarətdir.
Coğrafiyada sinifdənxaric işlərin əsas vəzifələri bunlardır:
1.    Şagirdlərin fənnə idrak maraqlarını formalaşdırmaq
2.    Coğrafiyanın həyatla əlaqəsini artırmaq
3.    Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək
Sinifdənxaric işlər ilk növbədə təlimin diyarşünaslıq prinsipinin həyata keçirilməsi üçün əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq, Mən “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi və ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə” həsr olunmuş   tədbiri keçirtdim. Maraqlı olacağını nəzərə alıb tədbirin ssenarisini oxucularla bölüşmək istərdim.

I HİSSƏ
Tədbiri 10 “c” sinif şagirdi  FƏRİD MƏMMƏDOV “Qarabağ” şikəstəsilə başladı.
Tədbirin planı:
1.    Azərbaycan II Dünya müharibəsində
2.    Azərbaycan Sovet dönəmində
3.    Azərbaycanın müstəqil olması
4.    Azərbaycan müasir dövrdə

Təsviri İncəsənətin gözəllikləri və incəliklər

Sevda MƏMMƏDOVA,

129 nömrəli Məktəbin rəsm müəllimi

Təsviri incəsənəti olmayan xalq yaşaya bilməz. Rəsm insanın ruhunun aynasıdır. Hər bir rəssam çəkdiyi rəsm və əsərlərdə ya öz daxili dünyasını, ya da gözü ilə gördüyünü təsvir edir. Hər bir rəsmi çəkən insan rəssam ola bilməz. Çünki ona ilham verən daxili dünyasıdır.Təsviri incəsənət dedikdə bir çox məqamlar nəzərdə tutulur.
Məsələn: Qrafika, rəngkarlıq, heykəltəraşlıq, xalçaçılıq, boyaçılıq, rəssamlıq və s. Bunların hər birində rəssamın böyük rolu var.Həyatın, təbiətin, səmanın gözəlliyində belə rəsmin böyük rolu var.
Təsviri incəsənəti olmayan xalq yaşaya bilməz və inkişaf edə bilməz. Bunu zaman göstərir. Təsviri incəsənət xalqın tarixini, mədəniyyətini, keçmişini özünə əks etdirir. Təsviri incəsənət ta qədim dövrdən yaşayır.

Gəlin, kitab oxuyaq

Faizə ƏZİMOVA,
129№li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Məlum olduğu kimi, Təhsil naziri cənab Mikayıl Cabbarov  “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması” haqqında müvafiq əmr imzalamışdır. Bu əmrə əsasən 129№li tam orta məktəbdə də xüsusi fəaliyyət planı hazırlanıb.Fəaliyyət planına əsasən məktəbdə Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı tərtib edilərək, məktəbin elanlar lövhəsinə asılmışdır. Məktəb kitabxanasında xüsusi bölmə yaradılaraq, dünyaca məşhur yazıçı və şairlərin əsərləri sərgilənir. Əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran”, Braziliya yazıçısı Paulo Koelhonun “Əlkimyagər”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Nobel mükafatı laureatı Orxan Pamukun “Mənim adım Qırmızı” kimi bestseller əsərləri haqqında qısa məlumat verilərək şagirdlər mütaliəyə cəlb edilir.

Məktəbdə maraqlı tədbirlər sistemli olaraq keçirilir

Nuranə SEYİDOVA, 129 nömrəli məktəb , UBT rəhbəri

Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidələrinə və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Bilikli, tərbiyəli uşaq hazırlayırıqsa - bir neçə ildən sonra savadlı, peşəkar və vətənini sevən gənci gördükdə onunla və haqlı olaraq  özümüzlə fəxr edirik. Dünyanı uşaqlarsız, uşaqları məktəbsiz, məktəbliləri isə dərsdən sonra, yəni asudə vaxtlarda keçrilən tədbirlərsiz təsəvvür etmək mümkün deyil. Şagirdlər üçün təşkil olunan tədbirlər və bu tədbirlər zamanı onlara aşılanan bir çox hisslər, xüsusilə də vətənpərvərlik, mərdlik, tolerantlıq, qayğıkeşlik kimi hislər bütün dövrlərdə olduğu kimi müasir elektron dövrümüzdə də öz aktuallığını itirməmişdir.
Məktəbimizdə şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət etmiş, davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə müntəzəm olaraq əlaqə saxlamışıq. Davamiyyətin güclənməsinə çalışmışıq, gündəliklərin yığılıb yoxlanılması, şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət etmişik.