1.16.2014

Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu

Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu
Hazırkı dövrdə təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipi üstünlük təşkil edir. Amma idarəetmənin dövlət-içtimai xarakterinin gücləndirilməsi, inhisarsızlaşdırma, funksiyaların yuxarıdan aşağı paylanması, ağırlıq mərkəzinin sinfə-auditoriyaya keçməsi, əsas hədəfin təhsil vərənə və alana yönəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. Bu baxımdan müasir təhsil sistemində idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların səmərəli seçimini ve istifadəsini, coxvariantlı qərarların qəbul edilməsini, bir sözlə təhsilə aid bütün prosesləri əhatə edən idarəçilik fəaliyyəti sistemi- pedaqoji menecment öz aktuallığını qoruyub saxlamaqda və inkişaf etdirməkdədir. 

«Pedaqoji menecment» anlayışı
Azərbaycan dilində onun sinonimi «idarəetmə» terminidir: müəssisə və təşkilata rəhbərliyin prinsip, metod və formalarının məcmusu.
Ümumilikdə menecment-təşkilatın sosial idarə olunmasıdır. Bir çox kontekstlərdə «sosial idarəolunma» və «menecment» anlayışları praktik olaraq uyğun gəlir.
Menecment – birbaşa şəkildə təsir göstərməni nəzərdə tutan fərdi yanaşma əsasında deyil, rəhbər və tabeçilikdəkilərin birgə fəaliyyətdə hədəflərə effektli şəkildə çatmaqçün komfortlu əməkdaşlıq şəraitinin yaradılması əsasında olan idarədir.
İdarəçi-menecer öz fəaliyyətində insanlarla özü arasında qarşılıqlı hörmətə əsaslanır, əmək fəaliyyətində insanlarla münasibəti inam və etibarlılıq əsaslnda qurur, özünü müvəffəqiyyətə yönləndirərək, digərlərinin də buna müvafiq olması üçün şərait yaradır.
Müasir elmi ədəbiyyatda menecment aşağıdakı kimi açıqlanır:
-insan əməyinin səfərbərliyi, onların intellekti, davranış motivləri, həmçinin maddi və texniki vəsaitlər vasitəsilə hədəflərin qoyuluşu və ona çatma mərhələləri;
- insan ətrafında dövr edən idarəçilik fəaliyyətinin xüsusi növü
-tabeçilikdə olanların əmək, intellekt və davranış motivlərindən istifadə olunaraq rəhbərliyin qoyulmuş hədəfi əldə etmə qabiliyyəti;
- müxtəlif təşkilatlarda insanlarla rəhbərliyin funksiyaları, fəaliyyət növü;
- idarəçilik funksiyalarının təsirli şəkildə həyata keçirilməsinə dəstək olan elm sahəsi.
Göstərilən təriflərdən belə qənaətə gəlinir ki, elmdə menecment həm «fəaliyyət növü», həm də «elm sahəsi» kimi qiymətləndirilir.
Pedaqoji menecmentin prinsipləri.
Təhsildə idarənin təşkilat-istehsal tərəfini əks etdirən ənənəvi prinsiplər sistemi pedaqoji menecment ideyalarının təhsil müəssisələrinin təcrübəsinə tətbiq edilməsilə əhəmiyyətli şəkildə təkmilləşmişdir.
Pedaqoji nöqteyi-nəzərdən aşağıdakı idarəetmə prinsiplərini ayırd etmek mumkundur;
-Insana hörmət və inam prinsipi;
-Insanın vəhdət baxış prinsipi;
-Əməkdaşlıq prinsipi;
-Sosial ədalət prinsipi;
-İdarəetmədə fərdi yanaşma prinsipi;
-Şəxsi stimullaşma prinsipi;
-Konsensus prinsipi;
-Kollektiv qərar qəbuletmə prinsipi;
-Məlumat əlaqələri prinsipi;
-İdarəetmənin muxtariyyəti prinsipi;
-Mütəmadi yenilənmə prinsipi və s.
Bu prinsiplərin sayını birazda artirmaq olar. Yuxarıda qeyd olunan prinsiplərin hər birinin üzərində bir qədər ətraflı dayanaq.
İnsana hörmət və inam prinsipi hər bir pedaqoqun davranışını motivləşdirən sübutlarda əks olunan, pedaqoji kollektiv və bütün məktəbin həyat fəaliyyətinə daxildən işləyən idarəçi və pedaqoji kollektivin əsas prinsipi kimi çıxış edir.
Bu prinsipin tələbləri asagidakilardir: İnsanın şəxsi ləyaqətinə hörmət edin, hüquq və imkanlarını tanıyın; Mümkün olduqda şəxsiyyətə seçim azadlığı imkanı tanıyın; İnsana inanın; onun potensial imkanları tükənməzdir; Qarşılıqlı hörmət əsasında inam atmosferi yaradın; İnsanın özünü əks etdirə, imkanlarını aşkar edə biləcəyi şərait yaradın; Maksimal şəkilkdə təşəbbüsü, yaradıcılıq qabiliyyətlərini, özünü kollektivdə tapmaq bacarığını inkişaf etdirin; Hər bir pedaqoqun və uşağın kollektivdə şəxsi müdafiəsinə zəmanət verin.
İnsanın vəhdət baxış prinsipi. Insana professional fəaliyyətini həyata keçirən işçi kimi deyil, pedaqoji fəaliyyət mərhələsində bütün tələb, motiv, məqsəd, həyəcanını sərf edən şəxsiyyət kimi yanaşilir. Bu, təhsil müəssisəsinin dəyərlər sistemində ikinci əsas vacib movqedir. Bu prinsipdən asağıdakı konkret tələblər sıralanır:
Pedaqoqla münasibətlərinizi tabe olanla vəzifəli şəxs kimi deyil, insan-insan olaraq qurun;
Pedaqoqlarla münasibətləri ancaq vəzifə öhdəliklərilə kifayətləndirməyin, onların həyatı, daxili aləmi və arzuları ilə maraqanın, əks halda hər bir pedaqoqun soyuqluq hiss edəcəyi qaçılmazdır;
Yadda saxlayın ki, pedaqoq və uşağın həyatı yalnız təhsil ocağında keçirilmiş saatlarla məhdudlanmır. O daha geniş və zəngindir;
İdarəçi pedaqoji kollektivin üzvlərinin həyat tərzi ilə tanis olmalı, onların ümumi tələbatlarının nədən ibarət olduğunu bilməlidir;
Pedaqoqlarla yalnız formal-rəsmi şəraitdə deyil, həmçinin sadəcə səmimi söhbət edə biləcəyiniz şəraitdə də görüşün.
Əməkdaşlıq prinsipi kommunikasiyadan ünsiyyətə, subyekt-obyekt münasibətlərdən obyekt-subyekt münasibətlərə keçidi nəzərdə tutur. Bundan yaranan bəzi tələbləri misal gətirək:
İnsanla pedaqoji sistemin passiv elementi kimi deyil, aktiv faktor kimi hesablaşın;
Pedaqoqoların şəxsi keyfiyyətlərini tanıyın və nəzərə alın, bunun əsasında təhsil müəssisəsində yüksək məhsuldarlıq atmosferi yaradaraq onlar arasında optimal sosial-pedaqoji münasibətlər formalaşdırın. 
Pedaqoqda uşaqlara qarşı humanist münasibəti, səlahiyyəti, təşəbbüsü, məsuliyyəti qiymətləndirin.
Pedaqoqa yalnız məsuliyyət yaradacaq deyil, onların təhsil ocağında idarəetmə mərhələsində labüdlüyü və rolunu dərk edəcək atmosfer yaradın;
Öz müavinləriniz tərəfindən istənilən pedaqoji faydalı təşəbbüsün irəli sürülməsinə ehtiyatla yanaşın və onlardan da pedaqoqlara qarşı eyni davranışı tələb edin;
Rəhbər və pedaqoji kollektivin birgə fəaliyyətinin əsas şifrələri insaniyyətlik, şüurlu intizam, təşəbbüs, məqsədyönlü pedaqoji iş olmalıdır.
Əvvəlcə-düzgün diqqət, analiz, diaqnoz, sonra–qərar qəbul edilməsi -əməkdaşlığın əsası budur.
Sosial ədalət prinsipi. Hər bir pedaqoqun digərlərilə eyni bərabərlik əsasında olan kollektiv idarəçiliyi nəzərdə tutur. Bu prinsipdən irəli gələn bəzi tələblər bunlardir:
Ehtiyatla və vaxtaşırı sosial struktura daxil etməklə pedaqoqlar arasında yalnız təhsil vəzifələrini deyil, həmçinin ictimai vəzifələri də bərabər bölüşdürməyə can atın;
Yalnız «pedaqoji ulduzcuqlara» deyil, bütün pedaqoqlara öz professional və digər bacarıqlarını göstərməyə imkan verən şərait və zəmin yaradın;
Pedaqoqun əməyini qiymətləndirərkən onun əmək nailiyyətlərini və onların ictimai təsdiqini uyğunlaşdırın;
Unutmayın, pedaqoji kollektivdə sosial ədalətin zəmanətlərindən biri aşkarlıq, idarə aparatının bütün fəaliyyətinin kollektivdə sistematik işıqlandırılmasıdır;
Rəhbər nəzərə almalıdır ki, sosial ədalət səviyyəsi həmişə tam və ayrılıqda parametrlərə görə qiymətləndirilən ictimai rəydə əksini tapır;
Ədalətsizlik hissiyatı o vaxt yaranır ki, insan qəbul edir ki onun verdiyi əmək və nəticəsi, fəaliyyətin digər iştirakçılarınınkı ilə müqayisədə çox aşağı (ədalətsiz) qiymətləndirilmişdir. Burdan da münaqişələr yaranır.
İdarəetmədə fərdi yanaşma prinsipi, rəhbərlərin pedaqoqların fərdi xüsusiyyətləri, onların professional hazırlıq səviyyəsi, maraqları, həyati və sosial təcrübəsi hesabatının aparılmasını əhatə edir. Bu prinsipin bəzi tələbləri aşağıdakı kimi ifadə olunur:
Yadda saxlayın ki, fərdi yanaşma yalnız hər bir pedaqoqun iş sisteminin və onun şəxsiyyətinin dərin öyrənilməsinə arxalana bilər;
Bu öyrənmə əsasında pedaqoqla ünsiyyətin həcmi, tezliyi və formasını, onun sərbəstliyinin didaktik və metodik azadlığının səviyyəsini, bəzilərinin həvəsləndirilməsi və basqalarına qarşı tələblərin genişlənməsini fərdiləşdirin;
Pedaqoqla fərdi iş əsnasında ona malik olduğu müsbət professional xüsusiyyət və keyfiyyətləri möhkəmləndirməsinə yardımçı olun. Onda özünə qarşı professional əminlik yaradın;
Təhsil müəssisəsinin idarəsində fərdi yanaşmanın əsas məsələlərindən biri də pedaqoqların professional ustalıqlarının bərabərləşdirilməsi, geridə qalanların tədricən qabaqcıllara çatdırılmasıdır;
Hər bir pedaqoq üçün onun fərdi hədəfləri və ona çatma hüdudlarını müəyyənləşdirin, bununla siz onun müvəffəqiyyətə yolunu təmin edəcəksiniz.
Şəxsi stimullaşdırma prinsipi pedaqoqun işdə şəxsi marağını təmin edir, təhsil müəssisəsi və kollektiv qarşısında müəyyən öhdəliklər qəbul etməyə imkan yaradır. Bu prinsipdən yaranan bəzi tələblər bunlardirı:
Hər bir rəhbərin maddi və mənəvi stimullaşdırmanın aid olduğu yaxşı düşünülmüş stimullar sistemi olmalıdır. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, nəzakət, təbəssüm, diqqətli və qayğıkeş münasibət də tabeçilikdə olanlar üçün kifayət qədər təsirli stimullardır;
Rəhbərin pedaqoqolarla bütün işi onların fəaliyyətlərinin stimullaşdırılması əsaslnda qurulmalıdır: Əmək üçün şəraitin yaradılması, qarşılıqlı məmnuniyyət atmosferinin yaradılması, yaradıcı fəaliyyət sisteminin yaradılması, özünü maarifləndirmə üçün şəraitin yaradılması və s.
Konsensus prinsipinin həyata keçirilməsi rəhbərə pedaqoqların sərbəst baxış və müxtəlif nəzər nöqtələrini kollektiv razılığa gətirmək, insanları konfrontasiyadan əməkdaşlığa keçirtmə şərtlərinə imkan verir.Bu prinsipin bəzi tələbləri bunlardir:
Bu prinsipin əsasında kollektiv üzvlərinin problemlərin müzakirəsi və qərar qəbulunda nəzər nöqtələrinin obyektiv qiymətləndirilməsi dayanır;
Rəhbər xüsusi dəqiqlik və məntiqlə öz nöqteyi-nəzərini əsaslandırmalıdır ki, kollektivdə «tənqidi çoxluq» onu qəbul etsin;
Rəhbərin əsas aləti yalnış mülahizələrin məntiqli analizi olmalıdır. O, həmkarların mülahizələrində ziddiyəti aşkar etməyi bacarmalı, onların bu ziddiyətləri dərk etməsinə və öz nöqteyi-nəzərincə labüd olduqda yenidən baxılmasına nail olmalıdır;
Kollektiv qərar qəbul etmə prinsipi – İdarəçiliyin insanların daimi icraçı olmaq istəmədkləri inancına əsaslanan demokratikləşmə alətlərindən biridir. Prinsipin əsas tələbləri bunlardir:
Hər qərar kollektiv şəkildə qəbul edilməli deyil (bu operativ hallara, mühafizəkarlığa, işlərin təkrarlanmasına aiddir). Təhsil müəssisəsinin fəaliyyətində vacib rol oynayan, demək olar ki, kollektivin hər bir üzvünə aid olan qərarlar kollektiv şəkildə qəbul olunur (onun Nizamnaməsinin qəbul olunması, iş rejiminin müəyyənləşdirilməsi, inkişaf Proqramının qəbulu və s.);
Əsasında qərar qəbul ediləcək informasiya ilə kollektivin hər bir üzvü tanış olmalıdır;
Pedaqoqlar qərarın hazırlanmasında aktiv iştirak etdikləri halda, bu qərar kollektivin böyük hissəsi tərəfdən aktiv dəstəklənəcəkdir; 
Məlumat əlaqələri prinsipi. Kollektivin bütün üzvləri arasında əlaqə qurulmsını, informasiya, təcrübə mübadiləsini təmin edir. Prinsipin bəzi tələbləri aşagidakilardir:
Prinsip pedaqoqlara səlahiyyətlərin bölüşdürülməsi, kollektiv qərar qəbul etmə, bütün işçilərin vahid statusunun bərqərar edilməsi və s. mərhələlrində həyata keçirilir; 
Məlumat əlaqələrini uzun müddətli proqram hazirlayaraq məqsədəuyğun şəkildə formalaşdırmaq vacibdir;
Əlaqələrin belə sistemini formalaşdırdıqda pedaqoqlar arasında dostluq münasibətlərini, qeyri-formal münasibətləri diqqətə almaq lazımdır. Bir tərəfdən bu, iş keyfiyyətini yaxşılaşdırır, digər tərəfdən administrasiya müxalifət mənbəyi və təhsil müəssisəsinin hədəfləri ola bilər. 
İdarəçiliyin muxtariyyəti prinsipi. Nizamlı menecerlər qrupunun (təhsil müəssisəsi daxilində məhdud rəhbərlərin) formalaşmasında mütləq şərtlərdən olub idarəçiliyin demokratikləşməsinin vacib alətlərindən biridir. Muxtariyyət pedaqoqoların professional fəaliyyətlərinin keyfiyyətinə nəzarəti desentralizasiya etməyə imkan yaradır. Prinsipin həyata keçirilməsinə bəzi tələblər aşagidakilardir:
Idarənin muxtar sahələrinin başında mütləq idarəedici fəaliyyətlə məşğul olma arzusunu bildirən yüksək ixtisaslı pedaqoqlar dayanmalıdırlar;
Yaxşı olardı ki, idarənin konkret sahələrinə rəhbərlik edən pedaqoqlar (metodik birləşmə, diaqnostik müşayiət komandası, təhsil-proqram təminatı komandası, uşağın pedaqoji dəstək komandası və s.) yığışsınlar və pedaqoji kollektiv iclasında təsdiqlənsinlər;
Muxtar bölmələrin başında dayanan bütün pedaqoqlar müvafiq hazırlıq keçməlidirlər.
Daimi yenilənmə prinsipi. Təhsil müəssisəsinin funksional rejimdən inkişaf rejiminə keçməsinə zəmin yaradır. Bu prinsip–təhsil müəssisəsində yeni texnologiyalar, metodik təlim və tərbiyənin mənimsənilməsi prosesinin təşkili, təşkilati və psixoloji strukturların, habelə digər strukturların dəyişdirilməsinə rəhbərlik edən əsasnamədir. Onun həyata keçirilməsinin əsas tələbləri bunlardir:
İstənilən iri miqyaslı dəyişiklikləri kollektivdə müəyyən psixoloji abi-hava yaradaraq əvvəlcdən hazırlamaq lazımdır;
Dəyişiklik mütləq müvəffəqiyyətə aparan detallı plan (layihə) və hesab əsasında olmalıdır. Əgər müvəffəqiyyətə əminlik yoxdursa, yaxşı olardı ki, bu dəyişiklik aparılmasın;
Kollektiv nəzəri və təcrübi olaraq dəyişikliyin həyata keçirilməsinə hazır olmalıdır;
Dəyişikliklərə qarşı cıxılıb, çıxılır və çıxılacaq, bunu nəzərə alaraq konsensus axtarmaq, insanları qaçılmazlıq ideyasına və dəyişikliklərin aparılmasının əsaslı olmasına yönəltmək lazımdır;
Təhsil müəssisəsində dəyişikliklər prosesi, hər şeydən əvvəl pedaqoqun özündə, onun şəxsiyyətində dəyişiklik prosesidir.
Yuxarıda təsvir olunan prinsiplər sistem halındadır. Effektli şəkildə idarəçiliyin həyata keçirilməsi üçün onların hər biri, onlarla əlaqədar olan digər prinsiplərin icrası vasitəsilə «işləyir». Müasir təhsil sistemində idarəetmə prosesi, ümumiyyətlə, bütöv bir fəaliyyətin təşkili mürəkkəb sistemdir. Bu mürəkkəbliyi aradan qaldırmağın əsas yollarından biri pedaqoji menecmentin prinsiplərinə düzgün əməl etmək və bu prinsiplərdən irəli gələn məsələləri, tələbləri demokratik şəkildə həyata keçirməkdir. Burada ən vacib amil insanın şəxsi ləyaqətinə hörmət edilməli, qarşılıqlı hörmət əsasında inam atmosferi, insanın öz imkanlarını aşkar edə biləcəyi şərait yaradılmalıdır. Bir sözlə, dəstəkləyici mühit təşkil olunmalıdır. Belə olduqdan sonra idarə edən şəxs məqsədlərini həyata keçirib istənilən nəticəni əldə edə bilər. Həmçinin idarəçi kollektiv üzvlərinin həyat tərzini, onların ümumi tələbatlarının nədən ibarət olduğunu bilməli və onların təminatı üçün maraqlı olduğunu özlərinə hiss etdirməlidir. Bəzən işə zərər olmadan qarşılıqlı güzəştə getməyi bacarmalıdır. Necə ki, idarəetmə sahəsi üzrə alim, professor Ramiz Məmmədzadə demişdir: “Əsl rəhbər, əsl lider həm qayğikeş, həm tələbkar olmalidir.” 

Fizuli ADIŞİRİNOV, Təhsil meceri, magistr, Şəki şəhər 11saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

No comments:

Post a Comment