7.12.2016

Təhsil Şurası Qabaqcıl müəllimlərin Birinci Respublika Forumunu keçirdi

Təhsil Şurası 4 iyun 2016-cı il tarixində Azərbaycan təhsilində ilk dəfə olaraq Qabaqcıl Müəllimlərin Birinci Respublika Forumunu keçirdi. Respublikamızın bütün
bölgələrindən qabaqcıl müəllimlərin iştirak etdiyi Forum Bakının Səbail rayonundakı 6 nömrəli məktəb-liseydə təşkil olunmuşdu. Forumda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, ADPU-nun fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzəli Murğuzov, BDU-nun psixologiya və sosiologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, TPİ-nin direktor müavini, dosent Ənvər Abbasov, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, sosioloq-alim Əhməd Qəşəmoğlu, Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Bakı şəhərindən və bölgələrdən məktəb rəhbərləri, QHT nümayəndələri iştirak edirdilər.
Dövlət Himninin ifasından sonra Forumu giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev söylədi ki, bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülür. İnşa edilən yeni məktəb binaları ən müasir texnoloji vasitələrlə təchiz edilir. Amma maddi-texniki baza nə qədər yüksək səviyyədə inkişaf etsə də, təhsilin inkişafında əsas rolu müəllim oynayır. Əjdər Ağayev ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasının müddəlarından, Strategiyanın təhsilimizin inkişafına yönəlmiş mühüm məqamlarından bəhs etdi.
Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası zərurətdən yaranıb
Ə.Ağayev vurğuladı ki, Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası təsadüfdən deyil, zərurətdən yaranıb. Təhsil Şurası bir neçə ildir ki, “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində həyata keçirilən işlər zamanı ölkəmizdə nə qədər qabaqcıl müəllimin olduğunu müəyyən etdik. Artıq bizim müəllimlər elə bir qabaqcıl iş təcrübəsinə malikdirlər ki, bunu hətta xarici ölkələrdə də qürurla nümayiş etdirmək mümkündür. O, Təhsil Şurasının bu yöndə həyata keçirdiyi tədbirlərdən – Gürcüstanda və Ukraynada keçirilmiş “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konranslardan bəhs etdi. Qeyd etdi ki, qabaqcıl müəllimlər Təhsil Şurasının keçirdiyi bu mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə böyük həvəslə qoşulur, öz təcrübələrini dünyaya yayırlar. Bu, yalnız bir müəllimin deyil, ümumilikdə Azərbaycan təhsilinin nailiyyətidir. Ə.Ağayev söylədi ki, Təhsil Şurası Azərbaycan təhsilinin uğurlarının dünya arenasına çıxarılmasında, eyni zamanda, müəllimlərin dünya təhsilində gedən yenilikləri öyrənməsində mühüm rol oynamağa, bu sahədə əhəmiyyətli layihələr həyata keçirməyə çalışır.

 Qabaqcıl təcrübə nədir? Qabaqcıl təcrübəyə necə nail olmaq mümkündür?

Professor Əjdər Ağayev Forumda “Qabaqcıl təcrübə nədir? Qabaqcıl təcrübəyə necə nail olmaq mümkündür?” mövzusunda məruzə ilə çıxış etdi. Ə.Ağayev qabaqcıl müəllimi qabaqcıl təcrübəni öyrənən, yayan və fəaliyyətini şəxsi yaradıcılığı, yenilikləri ilə zənginləşdirən müəllim kimi xarakterizə etdi. Söylədi ki, qabaqcıl təcrübə qazanılmış praktik bacarıq və vərdişlərin

Həyatımızın vacib sualları ətrafında düşüncələr

Bu yazı Bakının Xətai rayonundakı 204 nömrəli tam orta məktəbin informatika müəllimi Qiyafət Fərruxovanın iş təcrübəsindən bəhs edir.
"Təhsil Və Zaman" qəzeti 2 iyul, 2016-cı il...

Müəllimin, gündəlik həyatda nələrə ehtiyacımız olur? sualı sinifdə canlanma yaratdı. Şagirdlərin hər biri gündəlik həyatımız üçün zəruri olan vasitlərin adını çəkir, onların vacib xüsusiyyətlərini qismən xarakterizə edirdilər. Bunlar – pul, enerji, təbii ehtiyatlar, informasiya, iş alətləri, geyim və s. ibarət idi. Bəs bütün bunlar nə adlandırıla bilər? - Resurs. Bəs hansı resurslar forma və qoxu kimi xüsusiyyətlərə malikdir? Hansı resurslar tükənən resurslardır? Enerji resursları dedikdə nə başa düşürük? Uşaqların bu resurslar barədə cavabları bu barədə xeyli məlumatlı olduqlarından soraq verirdi. Onlar mineralları, enerji daşıyıcılarını xarakterizə edir, tükənən və tükənməyən enerjilərin xarakterik xüsusiyyətlərindən danışırdılar. 

7.11.2016

Müstəqil görülən iş – şagirdin mənəvi inkişafının təməli

"Təhsil Və Zaman" qəzeti 02 iyul, 2016-cı il
Bu yazı Bakının Xətai rayonundakı 64 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülşən Mustafayevanın iş təcrübəsindən bəhs edir.

Gülşən Mustafayevanın 1-ci sinifdə apardığı “Mənim hüquqlarım” mövzusunda dərsi dinləyərkən dahilərdən birinin işlətdiyi bu ifadəni xatırlayırdım: “Bizim gələcəyimiz uşaqlara bu gün necə tərbiyə verməyimizdən asılıdır.” Gülşən Mustafayevanın 1-cilərinin təliminə yanaşmasında mənim diqqətimi cəlb edən ilk mühüm məqam onun şagirdlərinin şəxsiyyətinə böyük ehtiram bəsləməsi idi. Qarşısındakılar sanki onun ən doğma adamları idilər. Əslində də belə olmalıdır. Təlimdə qazanaılan uğurların təməlində dayanan ən mühüm amillərdən biri də məhz şagird şəxsiyyətinə qoyulan hörmətdən qaynaqlanır. Özünə ehtiramın mövcud olduğu bir mühitdə insan özünü rahat və gərəkli hesab edir. O, “Mənim hüquqlarım”ın tədrisi prosesini elə qurmuşdu ki, birincilərin baxış bucağı bu mühüm mövzunun dərk ediləməsi ilə üst-üstə düşsün. Seçilən iş formaları, iş üsulları, resurslar – hər bir məqam ölçülüb – biçilmiş, insan hüquqlarının düşüncələrdə əks olunması, bu haqda ilkin təsəvvürlərin formalaşması qarşıya məqsəd kimi qoyulmuşdur. Gülşən müəllim problem şagirdlərə daha aydın olsun deyə, Activİnspire proqramında hazırladığı slaydları nümayiş etdirdi. Slaydlar çox maraqlı məqamlarla zəngin idi. Orada uşaqların nəyi edə biləcəyi və nəyi etməli olmadığı məqamlar əks olunmuşdu. Müəllim problemi təzadlı şəkildə qoymaqla, elə dərsin əvvəlindəncə, şagirdlərini düşünməyə, götür-qoy etməyə dəvət etmişdi. Onların hər biri slaydlarda nümayiş olunanlara öz fikrini bildirmək həvəsində idilər. Hələ kiçik yaşlarından şagirdləri qoyulan problem ətrafında aktiv müzakirəyə cəlb etmək, onların öz fikirlərini müstəqil, eləcə də kollektiv şəkildə ifadə etmək bacarığını formalaşdırmaq, əlbəttə ki, müstəsna hal kimi dəyərləndirilə bilər. Xüsusilə də söhbət əgər uşaq hüquqlarından gedirsə, şagirdlərin fəallıq göstərmələri daha diqqətəlayiq hal kimi dəyərləndirilməlidir.

Kiçik uşaq qəlblərinin böyük arzusu

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...

Bu yazı Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovanın iş təcrübəsindən bəhs edir.

Bir neçə ilə əvvəlin söhbətidir. Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbə breyn-rinq yarışına dəvət olunmuşdum. Yarış başlayanda öyrəndim ki, təşkilatçı məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifovadır. Breyn-rinq maraqlı mübarizə şəraitində keçdi. Əsasən riyazi suallardan təşkil olunan yarışmada məktəbin əksər riyaziyyatsevər şagirdləri iştirak edirdi. Bu tanışlığımızdan sonra Səxavət Yusifovanın Təhsil Şurası və “Təhsil və zaman” qəzeti ilə əməkdaşlığı başlandı. O, Təhsil Şurasının 164 nömrəli tam orta məktəbdə keçirilən, respublikamızın geniş pedaqoji ictimaiyyətinin qatıldığı “Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda elmi konfransda maraqlı çıxışı ilə diqqəti cəlb etdi. Yadımdadır ki, Səxavət Yusifova həmin konfransda müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsində pedaqoji mətbuatın rolundan bəhs etmişdi.
Ötən il Səxavət Yusifovanın daha bir maraqlı tədbirinə şahidlik etdim. O, öz yetirmələrini Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbə gətirmiş, burada keçiriləcək breyn-rinq yarışında mübarizəyə qoşmuşdur. Bu yarışda Səxavət Yusifovanın komandası qələbə əldə etdi. Səxavət Yusifovanın yetirmələrini qeyd etdiyim kimi bir neçə yarışda müşahidə etmişəm. Belə bir qənaətə gəlmişəm ki, onlar yalnız intellektləri ilə deyil, eyni zamanda, musiqi duyumları, şeir və mahnı ifaçılıqları, aktyorluq

Biologiya fənninin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə

"Təhsil Və Zaman" qəzeti 02 iyul 2016-cı il.
Aytel ASLANOVA,
Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin biologiya müəllimi

Müasir dərs nümunəsinin quruluşu, forma və metodu, qarşısında duran tələblər son vaxlar diqqət mərkəzində olan məsələlərdəndir.
Müasir dərs aşağıdakı əlamətlərlə xarakterizə olunur: aktuallıq, kreativlik, informativlik, sistemlilik, interaktivlik, kommunikativlik. Dərsin əsas məqsədi tədris prosesində şagirdin şəxsi keyfiyyətlərinin açılması və inkişaf etdirilməsidir. Müasir dərs dinamik və rəngarəng təşkil olunmalıdır. Bütün bunlara nail olmaq üçün dərs zamanı İKT və müasir pedaqoji texnologiyalardan istifadə edilməlidir.

Qarabağ xanəndəlik məktəbi

"Təhsil Və Zaman" 02 iyul, 2016-cı il.
Türanə MƏMMƏDOVA, 
Şəmkir rayonu Əliyaqublu kənd tam orta məktəbin müəllimi
Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Bu nəcib, həssas qəlbli xalqın vətəni Odlar yurdu, həm də sehrkar musiqi diyarı kimi məşhurdur. Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ənənələrindən də müəyyən dərəcə təsirlənmiş, daha da inkişaf edib müasir səviyyəyə çatmışdır. 
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmiş və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna mövqeyə malik olmuşdur. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tarixində mühüm yer tutur.