12.25.2014

Köçkün məktəblərimiz ^ Rubrikamızın qonağı Zəngilan rayon 26 nömrəli tam orta məktəbdir

YAXŞILAR CƏRGƏSİNDƏ

Təhsil Şurası erməni silahlı qüvvələrinin işğalından sonra köçkünlük həyatı yaşamağa məcbur olan təhsil ocaqlarımızla tanışlığı davam etdirir. Rubrukamızın bu dəfəki qonağı Zəngilan rayon 26 nömrəli tam orta məktəbdir.

Köçkünlüyün ilk illəribdən – 1993-cü ildən Bakı şəhərində fəaliyyət göstərən bu təhsil ocağı şəhərdəki fəaliyyətinin ilk illərindən ənənələrinə sadiq qalaraq böyük uğurlara imza ata bilib. Məktəbin direktoru Süleyman Abdullayevlə bir neçə il əvvəlki söhbətimizdə də, bu günlərdə apardığımız müsahibədə də təhsil ocağının nailiyyətlərinin ilbəil artdığını dilə gətirdi. Söylədi ki, bu gün Zəngilan müəllimlərinin çiyinlərində daha ağır yük var. Onlar öz işlərini köçkünlüyün ağır maddi-mənəvi yükü altında həyata keçirirlər. Və nə yaxşı ki, bu işin öhdəsindən şərəflə gəlməyi bacarırlar.
Süleyman Abdullayev məktəbin nailiyyətlərindən böyük fərəh hissi ilə danışır və öz nailiyyətlərini Azərbaycan təhsilinin nailiyyəti hesab etməklə, təhsilimizdə son dövrlər həyata keçirilməkdə olan dəyişikliklərin onların da fəaliyyətinə müsbət təsir etdiyini vurğulayır. Qeyd edir ki, köçkünlüyün ilk illərində dövlətimiz tərəfindən inşa edilərək 26 nömrəli məktəbin pedaqoji kollektivinə verilən

Azərbaycanda Ahiskalı türklərin məskunlaşmasının onların sosial həyatında əhəmiyyəti

Ahiskalı türklərin doğma yurd-yuvalarından Deportasiya edilməsinin 70 illiyinə, Azərbaycanı özlərinə ikinci vətən seçərək Saatlı rayonunda     məskunlaşmasının 56 illiyinə həsr olunur.

1933-cü ildə Avropada faşist partiyasının hakimiyyətə gəlməsi, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlanması, İtaliya və Yaponiya dövlətləri ilə Almaniya dövləti arasında həm iqtisadi əlaqələrin güclənməsi və eyni bir istiqamətdə siyasi baxışların birləşərək,  dünyanın yenidən bölüşdürülməsi, yeni-yeni xammal mənbələri olan ərazilərə sahib olmaq uğrunda apardıqları mübarizə və bu mübarizədə keçmiş SSRİ-nin oynadığı ikili siyasət ölkə daxilində gərginliyi artırmağa başladı.
Bu məqsədlə gələcəkdə baş verə biləcək arzuolunmaz gərginlik zamanı gözlənilən xoşagəlməz hadisələrdən qorunmaq üçün Qafqazda məskunlaşmış xalqlar arasında “etibarını” itirmiş ayrı-ayrı millətləri müəyyənləşdirib, onların əvvəlcədən zərərsizləşdirilməsi ilə əlaqədər bir sıra tədbirlər görülməsi planlaşdırıldı.

Həyata böyük məhəbbətlə…

1975-ci ilin 1 sentyabrı idi. Siyavər məktəbliləri təhsil ocağının həyətində cərgə ilə düzülüb ilk dərsin başlamasını gözləyirdilər. Bir azdan müəllimlər gəldi. Onların arasında bir nəfər şagirdlərin diqqətini cəlb edirdi. O da müəllimlərin əhatəsindən şagirdləri müşahidə edir, sanki ilk dərs deyəcəyi sinfi axtarırdı. Şagirdlər də yeni müəllimə laqeyd deyildilər. İlk baxışdan hamının diqqətini cəlb edən bu müəllim Pedaqoji İnstitutun tarix fakültəsini yenicə bitirib təyinatla məktəbə gələn Güloğlan Bağırov idi.

Güloğlan Bağırovun düşüncələrində tarix elminə olan sevgi hələ çox gənc yaşlarından yaranmışdı. Evlərində atasının qəzetlərindən tarixlə bağlı maraqlı məqamları tapıb oxuyar, onları yadda saxlamağa çalışar, uşaq təsəvvürləri ilə tarixi hadisələrin səbəb və nəticələrini araşdırar, suallara elə öz aləmində də cavab verərdi. Bəlkə elə bu sevgi idi ki, 12 yaşında olarkən anası Vılanaz xanıma: - mən ərəb dilini öyrənmək istəyirəm, ana mənə kömək et, demişdi. Anası da oğlunun bu istəyinə biganə yanaşmamış, onu ərəb dili müəlliminin yanına göndərmişdi. Vılanaz xanım özü cəmi dörd sinif oxusa da, övladlarının təhsilini ailənin bir nömrəli vəzifəsi hesab edirmiş.  Güloğlan ərəb dilini həvəslə öyrənməyə başlamış, tezliklə əlifbanı mənimsəmiş,  “Qurani – Kərimi” oxumuşdur. Şübhəsiz ki, Güloğlanın əmək təlimi müəllimi olan atası Baloğlan müəllim