1.16.2014

Müəllimlərin sertifikatlaşdrılması gözlənilir

Müəllimlərin sertifikatlaşdrılması gözlənilir

Orta məktəb müəllimlərinin sertifikatlaşdırılmadan keçirilməsi nəzərdə tutulur. Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqlarının artırılacağı gözlənilir. Zəif nəticə əldə edən müəllimlər isə işlərini itirə bilərlər.
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, bu sistem tətbiq olunsa, orta məktəblərdə müəllim işləyənlər sertifikatlaşdırmadan keçdikdən sonra onlara nəticələri özündə əks etdirən sənəd veriləcək: “Əgər müəllim nəzərdə tutulan yüksək nəticəni əldə edərsə, onda o, əmək fəaliyyətini davam etdirəcək və əmək haqqına əlavələr ediləcək”.

Böyükağa Mikayıllının "İşıq" sənədli romanı

Yazıçı-jurnalist Böyükağa Mikayıllının "İşıq" sənədli romanı çapdan çıxıb

Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu

Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu
Hazırkı dövrdə təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipi üstünlük təşkil edir. Amma idarəetmənin dövlət-içtimai xarakterinin gücləndirilməsi, inhisarsızlaşdırma, funksiyaların yuxarıdan aşağı paylanması, ağırlıq mərkəzinin sinfə-auditoriyaya keçməsi, əsas hədəfin təhsil vərənə və alana yönəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. Bu baxımdan müasir təhsil sistemində idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların səmərəli seçimini ve istifadəsini, coxvariantlı qərarların qəbul edilməsini, bir sözlə təhsilə aid bütün prosesləri əhatə edən idarəçilik fəaliyyəti sistemi- pedaqoji menecment öz aktuallığını qoruyub saxlamaqda və inkişaf etdirməkdədir. 

Sevinc Niftiyeva yaradıcı müəllim kimi

31.01.2013 / 12:15

Hər bir elm sahəsini öz incəlikləri olduğu kimi, onun dəiİn qatlarnda mövcud olan möcüzəsi də vardır. Ona görə dərin qatlarında deyirəm ki, möcüzəni görmək və onu aşkara çıxarıb təqdim eləmək heç də asan deyildir. Şübhəsiz ki, tədris etdiyi fənnin incəliklərini-möcüzəsini şagirdinə təqdim eləmək müəllimin ustalığından, bilik və bacarığından, eyni zamanda öz işinə bəslədiyi məhəbbətindən asılıdır. Şirvan şəhərindəki 9№li tam orta mktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevanın Yanvarın 14-da 5-ci sinifdə «Onluq kəsrlərin natural ədədlərə vurulması» mövzusunda keçdiyi açıq dərsdə də müəllim şagirdlərini, eləcə də dərsi dinləyənləri riyaziyyatın sehirli aləminə qərq eləməklə, möcüzələr dünyasına aparmışdı.

Azərbaycan Respublikası Təhsil Şurasının hesabat yığıncağı keçirilib

Noyabrın 22-də Azərbaycan Respublikası Təhsil Şurasının
 hesabat yığıncağı keçirilmişdir.

Yığıncaq iştirakçılarını salamlayan Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir. Təhsil Şurasının Azərbaycanda təhsilin inkişafı ilə bağlı Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu vurğulayan Ə.Ağayev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təhsilin yeni keyfiyyət mərhələsinə yüksəlişinə zəmin yaratdığını nəzərə çatdırmışdır.

HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM

HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM
Bu yazı Bakı şəhərindəki 318 saylı tam orta məktəbin və Bakı Modern Məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədovanın pedaqoji fəaliyyətinə həsr olunub. 
Hər bir dərs müəllimin yaradıcı əsəridir, deyirlər. Doğrudur. Amma müəllim yaradıcı dərsin ərəsəyə gətirilməsi üçün yaradıcılıq potensialına malik olmalı, şagird qəlbinin incəliklərini, onun arzu və istəklərini duymalı, ürəyi dərsin hər bir anı ilə döyünməli, hər məqamı bir mənaya çevirməyi bacarmalıdır. Əldən verilən an bir daha geri qayıtmayacaqdır. Məhz həmin anların dəyərini bilən, dəqiqələri, saniyələri belə öyrənmək üçün mühüm amilə çevirən müəllim təlimdə nailiyyətlər əldə etməyə qadir ola bilər.