1.25.2014

Əjdər Ağayev Zəkalar liseyində

ZEKALAR LISEYI 
287n məktəb
Təhsil Şurasının "Azərbaycanda
Təhsilin İnkişafı üzrə Dövlət
Strategiyası"na Dəstək" Proqramı
çərçivəsində həyata keçirdiyi
"Elektron tədris resurslarının
hazırlanması və tətbiqi qaydaları"
üzrə kurslar 
 25 və 26 yanvar 2014-cü
il
tarixdə keçirilir.

1.22.2014

Mikayıl Cabbarov ƏMR verdi

Mikayıl Cabbarov ƏMR verdi




Mikayıl Cabbarov ƏMR verdi
Təhsil Nazirliyi vahid informasiya siyasətinin təmin olunması istiqamətində yeni qaydalara keçir. Modern.az saytının xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” yeni əmr imzalayıb.

Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin daha səmərəli qurulması zərurəti yaranıb.

1.20.2014

20 YANVAR faciəsindən 24 il ötür...

20 YANVAR 1990-CI İL
(QANLI YANVAR)


1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.


20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Mənim möcüzəli dünyam

Mənim möcüzəli dünyam
Riyaziyyat haqqında düşüncələrim “Bədənin səadəti sağlamlıqdır, əqlin səadəti bilikdir”. Falesin bu fikirlərinə istinad olaraq əlavə etmək olardı ki, əqli daha da zənginləşdirən riyazi biliklərdir. Riyaziyyat məlumatlar və müəyyən üsullar, həllər yığınağı ilə ağ kağız, lövhə üzərində misal, məsələ həlli ilə bitmir. Möcüzəli dünyam adlandırdığım riyaziyyatın özünəməxsus təfəkkür potensialı var: Bələ ki, araşdırılmaqla hələ də tam kəşf olunub tamamlanmayan riyaziyyat insan təfəkküründə məntiqin təməl daşını qoyaraq onu formalaşdırır, tərbiyələndirir, insanın düşüncəsinə istiqamət verir və onu doğru-düzgün nizama salır.

1.19.2014

Xavər Sayılova-----Həyat dolu bir insan

Həyat dolu bir insan

(Bu məqaləni bir neçə ay bundan əvvəl tanınmış məktəbşünas Xavər Sayılovanın 70 illiyi münasibətilə yazmışdım. Bu gün bu gözəl insanın ölüm xəbərindən sarsıldım. Allah Sizə rəhmət eləsin Xavər xanım. Sizin nurlu xatirəniz hər zaman qəlbimizdə yaşayacaqdır.)
19.01.2014

Təxminən on ilin söhbətidir. Redaksiyanın tapşırığı ilə Əli Bayramlıya şəhərin məktəblərindən yazı hazırlamaq üçün ezam olunmuşdum. Şəhər Təhsil Şöbəsi müdirinin otağında hansı məktəblərin iş təcrübəsindən yazmaq barədə məsləhətləşirdik. Təhsil Şöbəsinin müdiri bir neçə məktəbin adını çəkdi. Həmin məktəblərin fəaliyyətini, oradakı təlim-tərbiyə işinin mövcud vəziyyətini dövrün tələbləri səviyyəsində təşkil olunması baxımından xarakterizə etdi. Şəhərdəki 9 saylı tam orta məktəbin işini isə xüsusi olaraq vurğuladı. Söylədi ki, əgər Əli Bayramlı təhsili haqqında tam təsəvvür əldə etmək istəyirsizsə, bu məktəbdə də olmağınız vacibdir.