5.26.2015

Ustad müəllimin ustad dərsi

  O, dərs apardığı sinfi «Azərbaycan», «Qarabağ», «Bakı», «Təbriz» olmaqla dörd qrupa
bölmüş, Azərbaycanın böyük mütəfəkkir şairi Məhəmmədhüseyn Şəhriyarın həyat yaradıcılığı mövzusu ətrafında birləşdirmişdi. Əslində Şəhriyar mövzusu ideya baxımdan özündə milli birliyi ehtiva edir. Bacarıqlı  müəllim bu amildən istifadə etməklə şagirdlərinin təfəkküründə milli hisslərin oyadılmasına təkan verə bilər. Qruplar ayrı-ayrılıqda fəaliyyət göstərib mübarizə aparsalar da, bütövlükdə bir ideya ətrıfında birləşmişdilər: Mənəvi dəyərlərimizin, tariximizin müəyyən mərhələsinin öyrədilməsi. Mənəvi dəyərimizin baş rolunda isə Məhəmmədhüseyn Şəhriyar çıxış edirdi.
Şuşa Rayon Təhsil Şöbəsinin məsləhətçisi Əyyub Əbdüləzimovun (ŞırlanlıRamana qəsəbəsində yerləşən  Malıbəyli kənd 1№li tam orta məktəbdə 11-ci sinifdə təşkil etdiyi ustad dərsi Şəhriyarın həyat yaradıcılığına həsr olunmuşdu. Həmin gün Malıbəyli məktəbində sözün həqiqi mənasında bir Şəhriyar işığı parlayırdı. Həmin işığın ətrafına Təhsil nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, həmin institutun elmi katibi, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor  Akif Abbasov,

5.25.2015

İŞIĞA QOVUŞMAQ ÜÇÜN

Professor Vidadi Xəlilov "İşıq" haqqında yazır:
İŞIĞA QOVUŞMAQ ÜÇÜN...

Hər dəfə Qadir Allahın yaratdığı insanların keçdiyi ömür yollarından, yaşam anlarından söz düşəndə unudulmaz şairimiz Süleyman Rüstəmin zəngin məna çaları ilə aşılanan sözləri yadıma düşür:
                      Çox zaman dil demir, ürək deyəni,
                       Mənə ürəyini , görüm səni.
                       Qaranlıq gecəyə hüsnünlə bir an,
                      Ay təki nur, işıq saç görüm səni!...
 İstedadlı yazıçı-publisist, jurnalist Böyükağa Mikayıllının qələmə aldığı görkəmli ziyalımız-pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar müəllim Əjdər Ağayevin mənalı ömür yoluna həsr etdiyi «İşıq» sənədli romanı haqqında yazarkən həmin misralardan yan keçə bilmədim. Necə deyərlər, lap yerinə düşdü. Bəli, öz eşqi, varlığı ilə çırpınan hər bir insanın ürəyindən keçənləri dil deməlidir. Əgər ürək-qəlb xatirələri ilə yaşanılan ömürdə olub-keçənləri dil demirsə, kimin-kim olmasını haradan bilək? Sözümün bu yerində antik dövrün dahi filosof alimlərindən sayılan Sokratın hər yerdə heyrət heyranlıq yaradan deyimi yadıma düşdü:
- Danış səni görüm! Danış səni görə bilim?
Bax elə çox böyük məna tutumu ilə səslənən bu sözlərin təsiri ilə Böyükağa Mikayıllının yeni üslubda, yeni janrda yazdığı «İşıq» sənədli romanını vərəqlədim. Adinin özündə qeyri adi görünən bu kitabın ilk səhifələrindən başlayaraq, ayrı-ayrı bölmələrinin hər birində indiki, gələcək nəslimiz üçün nümunə ola biləcək bir alim-yazıçı ömrünün, hərtərəfli istedad sahibinin həyatı hiss -həyəcan doğuran epizodlarla nəzərə çatdırılır. Belə bir mövqe təsadüfi deyil. Müəllif on ildən çox bir müddət ərzində pedaqoji jurnalistikanın inkişafı sahəsində öz dəsti xətti ilə tanınan və hazırda «Təhsil və zaman» qəzetinin baş redaktoru kimi səmərəli fəaliyyət göstərən professor Əjdər Ağayevlə bu şərəfli yolda birgə çalışır. İşıqlı gələcəyin yolu ilə irəliləyir, qarşıya qoyulan vəzifələrin həlli yolunda inamla addımlayırlar.