Psixopedaqoji məsələlər

Uşaqlarda inadçılıq
Uşaqlarda inadçılıq, uşağın müəyyən bir məqbul səbəbi olmadan, bir hərəkətdə israr etməsi, davranışını, düşüncəsini, vəziyyətini dəyişdirməməsi şəklində təyin oluna bilər. İnadçılıq uşağın ruhsal inkişafının bir nəticəsidir və ən çox 3-6 yaş arasında özünü daha qabarıq şəkildə göstərir. Bu yaşlarda inadçılıq normaldır. Çünki bu dönəmdə uşağın mən duyğusu və azad olma duyğusu inkişaf edir. Məsələn, uşaq hər şeyi özü etmək istəyir, etdiyi şeylər xoşuna gəlir, ətrafından gələn reaksiyalara qarşı müqavimət göstərməyə başlayır. Öz varlığını hiss etdirməyə, qəbul etdirməyə çalışır. Özünə görə o həmişə haqlıdır.
İnadçılığın davranış pozuqluğuna çevrilməsinə maneə törətmək üçün mütəxəssislər bu nöqtələrə diqqət yetirməyin lazım olduğunu söyləyir :
• Uşaq böyüdərkən daha xoşgörüşlü, səbirli və sakit olmalısınız ;• Uşağınıza qarşı sərt rəftarlardan uzaq olmalısınız ;• Uşağınızın öz şəxsiyyətini inkişaf etdirmə yolundakı addımlarına maneə törətməməlisiniz ;• Uşağa "inadçı" sözü ilə müraciət etməklə onun bu davranışını gücləndirməməlisiniz ;• Uşaq qışqırıb bağırdığında onun istəklərini yerinə yetirməməlisiniz ; • Uşaq bir mövzuda inadçı olduğunda uşağın diqqətini başqa istiqamətə çəkməli, inad etdiyi təqdirdə istədiyini əldə edə bilməyəcəyini uşağa açıqlamalısınız ;• Uşağınızın inadçı davranışları qarşısında, onunla inadlaşmağa və qarşıdurmaya girməməlisiniz ;• Uşağınızın təməl fiziki və psixi ehtiyaclarını qarşılamada gecikməməlisiniz ;• Ana-ata olaraq, uşağınızın təhsilində eyni üsulları mənimsəməli və tətbiq etməlisiniz ; • Uşağınızın inkişafı və psixologiyası ilə əlaqədar doğru məlumatlara sahib olmalısınız ;• Uşağınız sizinlə inadlaşarkən onu cəzalandırmaq yerinə inadının səbəbini tapıb, həll yolu tapma istiqamətində səy göstərməlisiniz ; • Ana-ata məsuliyyətinizə "anlayış və səbr" qabiliyyətlərinizi də əlavə etməlisiniz ;•Uşağınıza onu sevdiyinizi, sözlərinizlə, davranışlarınızla və toxunmalarınızla tez-tez hiss etdirməlisiniz ;
Son olaraq, unutmayın ki, uşaqların inadçılıq davranışları gücləndirildiyində böyüdükləri zaman da uyğunsuz davranışlar göstərəcəklər. Ətrafındakılarla mübahisə edən, uyğunlaşma təmin etməyən, daha dar baxış bucağına sahib bir fərdə çevriləcək. Bunun nəticəsində də yoldaş və dost çevrəsi daralacaq…



Davamlı nəsihətlə problemi həll edə bilməzsinizGənc oğulunuz və qızınızdakı dəyişmədən narahat olur və hər fürsətdə nəsihət verərək bunu dəyişdirəcəyinizi düşünürsünüzsə yanılırsınız. Bunun yerinə öz gəncliyinizi xatırlayın. Onlara güvən duyğusu verin, bəzi azadlıqlar tanıyın.

Yetkinlik çağına gələn gənc övladınızın sizi yalnız cibxərcliyi qaynağı, evi də bir otel kimi görməyə başladığını düşünüb əsəbiləşir və getdikcə sizdən uzaqlaşdığı üçün kədərlənirsiniz. Gənc uşaqlarıyla ünsiyyət və uyğunlaşma problemi yaşayan bütün ailələr kimi, tapdığınız hər fürsətdə nəsihət verməkdən və çətinliklərini paylaşması üçün məcbur edib yalvarmaqdansa edə biləcəyiniz başqa bir şey var: İllər əvvəlinə dönüb eyni yaşlarda nələr düşündüyünüzü və ailənizlə yaşadıqlarınızı xatırlamaq. Sanki özləri heç gənc olmamış kimi hərəkət edən, gənclərin etdiklərinə təəccüb edən ata-analara öz gənclik dövrlərini təkrar düşünməyi təklif edirik. Uşaqlıq dövründə insanlar ana atalarını təqlid edirlər. Xüsusilə qızlar analarını, oğlanlar atalarını. Yetkinlik çağında isə uşaq fərdiləşmə müddətinə girir. Ana atasından ayrı bir adam olduğunu görür və özünün nə olduğunu deyil də daha çox nə olmadığını təyin etməyə başlayır. Onlardan fərqli olduğunu düşünür və fərqli bir şeylər etmə səyinə girir. Məhz bu mərhələdə ailələr təlaşlanmağa başlayır və əvvəlki kimi özlərinə açılmadığı, uzaqlaşdığı düşüncəsiylə şikayət etməyə başlayırlar. Halbuki gənclər bu dövrdə ata-ana xaricində modellər axtarmağa yönəlir. Müğənnilər, artistlər, fərqli fikir axınlarının nümayəndələri gənclərin ilk qarşısına çıxan modellər olur. Ailələrin övladları dəyişdikcə nəsihət verməyə başlayan analarin , bu dövrdə gənc övlada ediləcək ən böyük yaxşılığı özünə sağlam rol modelləri tapa bilməsidir.
Gənclərin özünə aid zövqləri, fikirləri olan ayrı bir fərd olduğunun qəbul edilməsi və buna hörmət edilməsi çox əhəmiyyətlidir. Valideynlərin, gənc övladlarını fərqli bir adam olaraq qəbul edib hörmət etmələri və bunu səmimi bir şəkildə hərəkətlərinə də əks etdirərək hiss etdirmələri lazımdır. Fikirlərinə, zövqlərinə, əşyalarına, geyim tərzinə, otağı üçün etdiyi seçimlərə, istifadə etdiyi bəzək əşyalarına davamlı müdaxilə edib, tənqid edən, bəyənmədiklərini davamlı dilə gətirən ailələr, uşaqlarından daha böyük reaksiya görürlər. Çünki, gənclər bunu seçiminə qarışmaq olaraq deyil, insan olaraq dəyər verilməmək şəklində qəbul edirlər və daha mühüm məsələlərdə tərslik etməyə başlayırlar. İzah etmədiyi şeyləri öyrənmək üçün onu yarımmüdafiəçisi kimi izləmək, özündən gizli yoldaşlarını axtarıb birlikdə getdikləri yerləri soruşmaq, otağını qarışdırıb gizli dəftərlərini oxumaq da doğru deyil. Siz bunu hər nə qədər onu təhlükələrdən və pis yoldaşlardan qorumaq düşüncəsiylə etsəniz də, uşağınız bunum mahiyyətinə varmadığı zaman özünə güvən duyulmadığını düşünərək ailədən daha çox uzaqlaşacaq. Gənclərə səhv etmə variantı da buraxmalısınız ki, səhv etməyib müvəffəqiyyətli olduğunda bunu da özü etmiş olsun. Özünə aid səhvləri və müvəffəqiyyətləri olmasına imkan vermək lazımdır. Hər şeyini nəzarət edib doğru etməsini təmin edən valideynlər, uşaqlarının səhv etmə azadlığını da əlindən almış olurlar. Qoruma və sərbəst buraxma tarazlığını qura bilməyən, həddindən artıq qoruyucu valideynlər uşaqların şəxsiyyət inkişafına da mənfi istiqamətdə təsir edirlər. Ata-analar onun etdiyi gözəl şeyləri fərq edib bunu fərq etdiyini hiss etdirməlidir. Təşviq və təqdir ilə özünə güvənildiyini bilmək gənclər üçün çox əhəmiyyətli bir romantik mühit təmin edir. Ailələr daha çox səhvləri araşdırmaqdansa, yaxşı şeyləri görüb təqdir etməli, ona güvəndiklərini də göstərməlilər.
Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq.
Gənclərdə dəyişmə necə başlaryır?
Gənclər uşaqlıq dövründə ana atasını təqlid edirlər. Yetkinlikdə fərdiləşən gənc nə olmadığını sorğulamağa başlayır.
Gənc, ata-ana xaricində modellər axtarmağa başlayır. Bu yaşdakı gənclərin artıq öz fikirləri, zövqləri, geyim tərzləri, rəftarları vardır.
Ana ata nə edər?
Ümumiyyətlə, "Bizim zamanımızda belə şeylərmi vardı?" şəklində reaksiyalar verərlər.
Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər. Davamlı nəsihət verə bir hal içinə girirlər.
Valideynlərin rəftarı necə təsir edir?
Ana atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihət onların reaksiyasını çəkir.
Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünülər. Ana atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır.
Ana ata nə etməlidir?
Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də acımasız formada tənqid etməyin.
Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın.
Yetkinlik çağında onun ən yaxşı yoldaşı siz olun
Yetkinlik dövrü, uşaqlar üçün və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, ‘mənim etdiyim doğru' dediyi, davaçı olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız.
Onun üçün əlinizdən gələni etdiyinizi düşünürsünüz. Amma buna baxmayaraq uşağınız sizin etməsini istədiyiniz hər şeyə etiraz edir. İçinə qapalı və davamlı problem yaradan, davaçı olan uşağınızın bu davranışlarının səbəbini heç cür anlamırsınız. Bu vəziyyət yetkinlik çağına gəlmiş bütün uşaqlarda görülən ümumi bir davranış pozuqluğu olaraq qiymətləndirilir, belə vəziyyətdə uşaqlara yoldaş kimi yaxınlaşmaq lazımdır.
Uşağınızla yoldaş olun
Xüsusilə yetkinlik yaşına gəlmiş uşaqlarına valideynlərin yoldaş kimi yaxınlaşmaları lazımdır. Onların problemlərini paylaşmaları və uşaqlarına ana-ata statusu ilə deyil, sirlərini və problemlərini paylaşa biləcəkləri dostları olmalısınız.
Uşağınıza yoldaş kimi yaxınlaşmağa çalışırsınız; amma sizə hələ bir şey izah etmir. Yoldaş kimi davranmanın "Bu gün məktəbdə nə etdin?" deyə soruşma olmadığını, qarşılıqlı görüş və fikirlər mübadiləsidir. Uşaqlarına yaxınlaşmaq istəyən valideynlərin əvvəlcə özlərinin açılması lazımdır. Məsələn gün içərisində nələr etdiyinizi izah edərək aranızdakı yoldaşlığa başlaya bilərsiniz.
Gecikməmisiniz.
Uşağınızla yoldaş olmaq üçün gecikmədiniz. Ona yaxınlaşıb "Mənə beş dəqiqəni ayıra bilərsənmi?" deyərək yoldaşlığa başlaya bilərsiniz.
Ana danışmağa başlarsa, uşaq da özünü izah etmə ehtiyacı duyacaqdır. Beləliklə uşaqlarınız çətinliklərini sizlərlə paylaşmağa başlayacaq.
Ailədə ümumiyyətlə ata iş həyatına ilişmiş, ana hər şeyi çiyinləməkdən yorulmuş və dözümü qalmamışdır. Uşaq ona yaxınlaşdıqca ondan uzaqlaşmasına və uşağın öz içinə qapanmasına səbəb olur. Onsuz da ailə ümumilikdə bir araya gələ bilmir. Bu vəziyyət də bir-birindən qopuq əlaqələri meydana gətirir.Yetkinlikdə ailə arasında yaşanacaq bu qopuqluq uşağın problemlərinin daha da böyüməsi mənasını verir.
"Yetkinlik fırtına dövrüdür"
Uşağınız bir şey izah edəndə onu dinləyin. Hətta sizə məktəbdə köçürdüyünü söylədiyində həddindən artıq reaksiya verməməyə çalışın. Daha soyuqqanlı olun. Daha sonra bu hərəkətinin səhv olduğunu izah edə bilərsiniz. Ancaq izah etdiklərini ağızına tıxayarcasına ‘nə qədər ayıb' deyib kəssəniz uşağınızın sizdən uzaqlaşmasına səbəb ola bilərsiniz. Yetkinlik dövründəki uşaqlara normalda etdirdiyinizi etdirə bilməzsiniz
Ən yaxın yoldaşınıza davrandığınız kimi davranın.
Yetkinlik dövründə uşağınızda həm fiziki, həm ruhi, zehni həm də ictimai dəyişmələr və inkişaflar müşahidə edə bilərsiniz. Səbəbini anlaya bilmədiyiniz içə qapanmalar uşağınızın yaşadığı bu dəyişmələrin bir nəticəsidir. Valideynlər bu dövrün keçici olduğunu bilməli və uşağa tamamilə yoldaş tərəfindən yaxınlaşmalıdır.Valideynlər, uşaqlarına ən yaxın yoldaşlarına davrandıqları kimi davranmalıdırlar.
Yetkinlik dövründə özünü, bədənini, şəxsiyyətini tanımağa çalışan gənclər, özlərinə başqalarının gözüylə baxmağa çalışırlar. Bu dövrdə sıx olaraq yaşanan duyğusal əlaqələr isə daha çox ictimailəşmə səyiylə əlaqədardır.
"Mən uşaq deyiləm, otağıma icazəsiz girməyin, evə istədiyim saatda gələrəm, yoldaşlarımı özüm seçərəm, paltarlarımın rəngi və modeli mənim zövqümə görə olmalı, alınımdakı sızanaqdan nifrət edirəm, bu məktəbə getmək istəmirəm, heç kim məni anlamır, dünyadakı bütün döyüşlərin dayandırılması və uşaqların yetim qalmaması üçün çalışmalıyıq, bir gün çox zəngin olub bütün yoxsullara kömək etmək istəyirəm.." Hər kəsə çox tanış gələn bu ifadələri həyatlarının müəyyən bir dövründə bütün insanlar istifadə edir. Uşaqlıqdan çıxıb yetkin bir insan olmağa doğru ilk addımların atıldığı bu dövrdə, zehni, fiziki və ictimai sahədə böyük inkişaflar yaşanır. Bədən xəttləri diqqətə müəyyənləşir, boy uzanır və hər kəs öz cinsiyyətinin şəxsiyyətini qazanır. Beyin bir yetkin səviyyəsinə çatır və konkret düşünmə dövründən daha mücərrəd anlayışların qəbul edilə bildiyi bir dövrə keçilir.
Sərhədlərin xaricinə çıxmaq istəyirlər
Yetkinlik dövrünə damğasını vuran ən əhəmiyyətli hadisələrdən biri ailələrlə yaşanan qarşıdurmanın yanında qarşı cinslə olan yoldaşlıqların duyğusal dünyalarda meydana gətirdiyi fırtınalardır. Bu dövrdə fiziki inkişafla birlikdə cinsi duyğular da oyanır. Uşaqların yoldaşları ümumiyyətlə qohum, qonşu və sinif ətrafından olur; ancaq yetkinlik dövründə gənclərə bu kifayət etməz və sərhədlərinin xaricinə çıxmaq istərlər. Fərqli mühitlərə girib fərqli yoldaşlar əldə edərək özünü qəbul etdirməyə, bəyəndirməyə çalışırlar. Məhz bu zaman qız-oğlan yoldaşlıqları gündəmə gəlir. Ancaq, bu dövrdəki platonik eşqlər cinsi mənadan məhrumdur. Gənc, qarşı cinsin özünə necə baxdığını, necə qiymətləndirdiyini, qarşı cinsin gözündə necə göründüyünü araşdırar. Mən nəyəm, nə olacağam, başqaları məni necə görür, suallarına cavab axtarar. Yetkinlik dövründəki eşqlər əslində gəncin özüylə əlaqədar məlumat axtarışıdır."
Təhqir və şiddət ailədən uzaqlaşdırar
Bu nöqtədə ana atalarla gənclər arasında qarşıdurmalar çıxa bilir. Gənci hələ uşaq olaraq görən bir çox ailə, uşağının qarşı cinslə olan yoldaşlığını və marağını duyğularıyla yaşamasından narahat olduqları üçün məhdudlaşdırmalara gedir və təzyiq tətbiq edir. Bu dövrdə yaşanacaq təhqir və şiddət gəncləri ailələrindən uzaqlaşdıracaqdır, ailələr öz mənəvi dəyərləri çərçivəsində qız və ya oğlan yoldaşlarına necə yaxınlaşması lazım olduğunu uşaqlarına izah etməlidirlər. Gənclərlə düzgün ünsiyyət qurmağa çalışmaq lazımdır. Gənclərin ailələriylə əlaqələri onsuz da sağlam deyilsə, gənc hec kimin özünü sevmədiyini və hörmət göstərmədiyini düşünürsə çöldəki insanlarda sevgi və maraq/əlaqə axtarışına girə bilir. Dünyada yalnız bir adamın özünü anladığına və dəyər verdiyinə inanan gənc, bu yoldaşlığı da maneə törədilməyə çalışıldığında evdən qaçma, intihar etmə kimi
fərqli hərəkətlərə yönələ bilər və ya böhrana, depressiyaya girə bilər.Təzyiq, uşaqlarda gizli partlamalara səbəb olur. Evdən uzaqlaşınca ətəyinin boyunu qısaltmaq, çöldə makiyaj edib evə gəlmədən təmizləmək, evdə izləyə bilmədiyi televiziyaya qarşı yoldaşlarının evlərində həddindən artıq maraq göstərmək, ailəsinin istəmədiyi yoldaşlarıyla gizlicə görüşmək kimi. Çox sərbəst ailələrdə də uşaq öz sərhədlərini təyin edə bilmir. Ailənin içində mütləq qaydalar olmalı; amma elastiklik də edilə bilməlidir bəzən. Qaydalar uşağın da fikri soruşularaq qoyulmalıdır. Sağlam ünsiyyətin təməlində özünü qarşıdakının yerinə qoyma və dinləmə var. Ailələr, uşaqlarının yoldaşlarını da yaxşı izləməlidirlər. Ətrafında yaxşıyoldaşı varsa, o uşağa çox da müdaxilə etməyə, araşdırmaya ehtiyac yoxdur. Məktəb müvəffəqiyyəti izlənilirsə, kimlərlə yoldaşlıq etdiyi bilinirsə, yoldaşlarıyla paylaşdığı hər şeyi ailəsiylə də paylaşmasını istəmək doğru deyil.

Uşaqlar qara laqeyddirlər...

 Son zamanlar çox təsadüfi hallarda televizora baxıram. Bunun  başlıca səbəbi iş rejmimin gərgin  olmasıdır. Belə təsadüf zamanı  kanalların birində “Yolçu” verilişinə baxırdım. Aparıcı Qusar rayonundan veriliş hazırlamışdı. Kiçik yaşlı məktəblilərdən tutmuş gənclərə qədər hamının əlində xizək dağ  yamacında sürüşürdü. Uşaqlıq illərim, xatirələr yada düşdü. Mən də gözəl təbiəti olan dağ rayonunda dünyaya göz açmışam. Uşaqlığım, gəncliyim bu yerlərdə keçib.
Bu yerlər ilin bütün fəsillərində insanın ruhunu oxşayır. Ancaq indi qışın oğlan çağı olduğuna sizinlə qış xatirələrimi bölüşmək istirəm.Evimiz Qafqaz sıra dağlarının ətəyində yerləşir. Desəm ki, dağların ətəyindən də respublikamızın böyük dağ çaylarından biri axir bu gözəlliyi duymamaq, hiss etməmək mümkün deyil. İlin beş ayı torpaq qarla örtülü olur. Yollar buz bağlayir. Bu cətinliklər böyüklərə problem yaratsa da sözün həqiqi mənasında uşaqlar qarın, qışın gəlişini həsrətlə gözləyirdilər. Hər gün uşaqlar dərsdən sonra əllərində xizək cayın sahilinə, dağ ətəklərinə yollanırdılar.
 Son illərdə demək olar ki, əlində xizək bir uşaq belə gözümə dəymir. Sual meydana çıxır. Səbəb nədir ki, usaqlar belə vərdişlərə göz yumur?
 Sualın cavabı çox da çətin deyil. Çətinlik son zamanlar uşaqların dərs yükünün artmasıdır. Nəzərə alaq  ki, şagirdlər  günün ikinci yarısını da əlavə hazırlıqlara gedir. Buna görə kilometrlərlə yol qət etməli olurlar. Bir zamanlar əllərində  xizək sürüşən uşaqlarla dolu kücələrdə indi günün istənilən vaxtı  məktəbli ilə çantası gəzən uşaqları görmək olar. Hətta axşam saat 23 də belə...

Zöhrə MİRZƏYEVA, Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı tam orta məktəbin müəllimi


Məktəblərdə pisxoloqun rolu
Bir çox ölkələrdə psixoloji məsləhətin yeni və prespektivli sahələrdən biri kimi məktəblərdə psixoloqların psixoloji xidmətləri son zamanlarda formalaşmağa başlayıb. Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin təlim və tərbiyyəsi sahəsindəki çətinlikləri, şagirdlərdə şəxsi və intelektual inkişafındakı qüsurları aradan qaldırmaq, təlim-tərbiyyə sahəsində məktəbdə aparılan işin keyfiyyətini yüksəltmək və şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Məktəbdə psixoloji xidmət fəaliyyətinin iki istiqaməti qeyd olunur: aktual və perspektiv. Aktual istiqamət şagirdlərin təlim və tərbiyyəsindəki bu və digər çətinlikləri, onların davranışlarında, ünsiyyətlərində, şəxsiyyətin formalaşmasındakı qüsurlarla bağlı problemlərin həll edilməsidir. Perspektiv istiqamət hər bir şagirdin inkişafı, cəmiyyətdə yaradıcı həyata onun psixoloji hazırlığının formalaşması aiddir. Məktəbdə psixoloji xidmətin əsas istiqamətini aşağıdakı kimi müəyyənləşdirmək lazımdır: Öncə şagirdin pisixi inkişafında baş verən qüsurları və bu qüsurların aradan qaldırmaq kimi xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb olan halları aşkara çıxarmağa cəhd etməlidir. Məktəbdə psixoloq bütün yaşda olan şagirdlərə nəzarət etməlidir, ona görə məktəb psixoloqu uşaqların 1-ci sinifə qəbulunda iştirak etməli və bu zaman onların zəif, formalara uyğun gəlməyən cəhətlərini aşkara çıxarmalı, müvəffəqiyyətlə oxumalarına müsbət və mənfi təsir göstərə biləcək iradi fəallığının, emosianal iradi cəhətdən hazırlığına diqqət yetirməlidir. Psixoloq məktəb müəllimlərinə məsləhət verməlidir. Məsələn; şagirdlərin tədris materiallarını mənimsəmələrindəki çətinliklər, oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı, müəllimlə sinif arasındakı münasibətləri nəticə vermədikdə, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət verməklə bağlı və s. məsələlərdə məsləhət verməsi çox vacibdir. Psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxır. Bununla da, şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır. Psixoloq iş aparan zaman düzgün sual verməyi, psixoloji problemi müəyyənləşdirməyi, lazimi məlumatı əldə etməyi, həmin məlumatı təhlil etməyi və araşdırıb çətinlikləri aradan qaldırmağı bacarmalı və aşağıdakı işləri həyata keçirməlidir. 1. Ayrı-ayrı fənlər üzrə şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkar etməlidir. 2. Şagirdlərin intizamsızlıqlarının psixoloji səbəbini tapmalıdır. 3. Şagirdlərin əqli inkişafının, şəxsiyyətinin və emosional iradi xüsusiyyətlərini aşkar etməlidirlər. 4. Şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin pozulmasının, sinifdə şəxsiyyətlərarası münasibətlərin pozulmasının psixoloji səbəblərini aşkar etməlidirlər. 5. Şagird-müəllim, sinif-müəllim münasibətlərinin pozulmasının səbəblərini araşdırmalıdırlar . 6. Uşağın məktəbə hazırlığının psixoloji hazırlanmasını bilməlidirlər. 7. Şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə hazır olmalarının psixoloji durumunu bilməlidirlər. 8. Şagirdin yeniyetməlik dövründən ilk gəncliyə keçməyə hazır olmalarının psixoloji durumunu bilməlidirlər. 9. Şagirdlərin şəxsiyyəylərində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinlikləri aradan qaldırmalıdırlar. 10. Şagirdlərin yaşlılar və həmyaşıdları ilə qarşılıqlı münasibətlərində özünü göstərən qüsurları aradan qaldırmalıdırlar. 11. Məktəb psixoloqu şagirdlərin davranış və mənimsəmələrinin psixoloji təhlilini verməklə yanaşı, onların şəxsiyyətlərinin və qabiliyyətlərinin fərqi pisixi xüsusiyyətlərini dəqiq, ətraflı açmaq məqsədi ilə yardımçı işləri təşkil etməlidir. 12. Məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində iştirak etməlidir. 13. Psixoloq psixologiya kabineti və məktəb kitabxanasının köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyə probleminə aid pisixoloji pedqogika ədəbiyyatlarından və şagirdlər üçün pisixoloji ədəbiyyatlardan ibarət bölmə və kitabxana yaratmalıdır və s. Bütün bunların əsasında psixoloq gündəlik işində istifadə etməklə yaranmış çətinlikləri aradan qaldırmaqla, qarşısını ala bilər və gözəl nailiyyətlər əldə etməklə uğur qazana bilər.

Hazırladı: Surə CƏBRAYILOVA, İsmayıllı rayon Talıstan kənd tam orta müəllimi


No comments:

Post a Comment