5.19.2015

Məktəbdə Hamkərlar Təşkilatının rolu


 Məhluqə Akimova
Riyaziyyat müəllim, məktəb Həmkarlar Təşkilatının üzvü
Azərbaycan Həmkarlar İttifaqının sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və sosial hüquqlarının qorunmasında, əməyin və sağlamlığın muhafizəsində və bir çox başqa problemlərin həllində yeri və rolu  çox böyükdür.
Bu gün əhalinin sağlamlığının qorunması, işçilərin müalicə-profilaktika, sanitar-məişət xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını Həmkarlar İttifaqları özünün ümdə vəzifələrindən hesab edir.

Ümummilli lider Heydər Əliyevin uzun illər Azərbaycanda sanatoriya və kurort sahəsinin Inkişafında göstərdiyi əvəzsiz xidmətləri işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır.
Bakı şəhəri 129 saylı tam orta məktəb 1979-cu ildən fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı ildən məktəbdə həmkarlar təşkilatı  yaradılıb. Həmkarlar təşkilatının rolu və fəaliyyəti əvvəlki illərdə o qədər də nəzərə çarpmırdı.
2013-cü ildən hörmətli Mikayıl Cabbarov Təhsil Naziri kimi fəaliyyətə başladı. O zaman Təhsil Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqı arasinda sənəd imzalandı və məktəblərdə Həmkarlar Təşkilatının fəaliyyəti gücləndirildi.
2012-ci ildən 129 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunan S.Mehdi-zadə pedaqoji şuranın iclasında həmkarlar təşkilatının iş prinsiplərindən danışdı. Samir müəllim Azərbaycan Həmkarlar İttifaqı ilə imzalanmış sənədin bəzi müddəaları ilə müəllimləri  tanış etdi  və məktəb həmkarlar təşkilatının fəaliyyətinin artırılmasını təklif etdı. 2013-cü ilin aprel  ayında məktəb həmkarlar təşkilatı yeni tərkiblə işə başladı. Məktəb həmkarlar təşkilatının yeni tərkibi işə başladığı gündən məktəbin bütün işlərində  yaxından iştirak etməyə başladı.
2012-2013-cü dərs ilindən məktəbdə müəllimlərin dərs bölgüsü həmkarlar təşkilatinin üzvlərinin iştirakı ilə həyata keçirilir. Bu zaman dərslərin müəllimlər arasında bərabər  bölünməsi  təmin edilir. Nazirin “Etik qaydalar” haqqında  verdiyi  qərara riayət etmeyən müəllimlərin məsələsi məktəb rəhbərliyi ilə birlikdə  həmkarlar təşkilatının iclasında müzakirə olunur, qəbul edilmiş qərarlar məktəbin elanlar guşəsindən asılır.
Məktəbdə növbətçilik, təmizlik, yanğından təhlükəsizlik işlərinin həyata keçirilməsində də məktəb həmkarlar təşkilatının rəhbərliyi və üzvləri yaxından iştirak edirlər. Demək olar ki, bu işlərə həmkarlar təşkilatının üzvləri nəzarət edir və  məktəb rəhbərliyinə mütəmadi olaraq məlumat verir.
Məktəb həmkarlar təşkilatının müəllimlərin hüquqlarının qorunmasında  və onların bir çox başqa problemlərinin həll olunmasında çox böyük rolu var. Müəllimlərin sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunması da məktəb həmkarlar təşkilatının üzərinə düşür. Müəllimlərin sağlamlığının qorunmasının qayğısına qalan həmkarlar təşkilati ölkə daxilindəki və ölkə xaricindəki sanatoriya və müalicə ocaqlarında müəllimlərin yerləşdirilməsinin təmin olunmasına çalışır.
Yay aylarında ölkəmizin səfalı rayonlarına turların təşkil olunmasında da məktəb həmkarlar təşkilatının rolu danılmazdır. Maddi cəhətdən sıxıntısı olan işçilərə yardımların olunması həmkarlar təşkilatı tərəfindən həyata  keçirilir.
Beləliklə, məktəbimizin həmkarlar təşkilati öz fəaliyyətini gücləndirməyə çalışır. Bakı şəhəri, Nizami Rayonu 129 saylı tam orta məktəbin həmkarlar təşkilati məktəbə və məktəbin kollektivinə yaxından kömək etməyə özünü borclu bilir və bu istiqamətdə işini qurur.




No comments:

Post a Comment