5.21.2015

Xoşbəxt o müəllimdir ki, onu əbədiyyət bəxş etmiş kamil insan olaraq xatırlasınlar


 Aynur ZAMANOVA,

 129 №-li Məktəbin informatika müəllimi 
İsgəndərdən soruşurlar: “Atanı çox sevirsən, yoxsa müəllimini?” Cavab verir: “Müəllimimi. Atam məni fani dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”.
Coxlarının ilk müəllimi ata və anası olmuşdur. Dilimizi onların dili ilə açmışıq, dunyaya göz açdığımızda onların gözü ilə baxmışıq. İlk dəfə yaxşı nədir, pis nədir kəlmələrini də onlar bizə öyrədiblər. Daha sonra bağçada tərbiyəçilərimiz, bundan sonra isə orta məktəb müəllimlərimiz, ali məkrtəb müəlimlərimiz həyatımızda dərin izlər buraxır. Xoşbəxt o müəllimdir ki, onu əbədiyyət bəxş etmiş kamil insan olaraq xatırlasınlar.
Kimdir müəllim? Müəllim - anadan olandan ölənə qədər, bütün həyatı boyu dünyanı rəngbərəng edən, onu istiqamətləndirməyə çalışan, doğru yol göstərəndir; millətinə həyat yolunda rəhbərlik edən, əxlaqını və xarakterini inkişaf etdirən və ona əbədiyyət şüurunu aşılayan, yer üzündə mələk xislətini özündə cəmləşdirən bir varlıqdır. Onun sehrli əllərində ən dəyərsiz şeylər belə, tayı-bərabəri olmayan ləl-cəvahirata çevrilər. Qısa bir zamanda, qarşısına aldığı yüzlərcə insana hisslərini aşılamaq müəllimdən başqa heç kimə qismət olmamışdır. Müəllim - əsrlərdir insanların həyatını yönləndirən, rəngarəng edən və həyatımızın ayrılmaz bir hissəsidir. Müəllim canlı varlıqdır, ancaq digər varlıqlardan fərqli vəzifə daşıyır. Müəllim - cəmiyyətə şəxsiyyət yetişdirir. Müəllim eyni zamanda bioloji, mədəni, əxlaqi, sosial, dərrakəli, hissiyyatlı, fiziki, ruhi gücə sahib varlıqdır.

Vətənə məhəbbət dərsləri 24 May 2014

İradə ƏLİYEVA,

"Azərbaycan" 
 Müəllim adı bütün zamanlarda şərəfli olub. İstər şəhərdə, istərsə kənddə insanlar bu peşə sahiblərinə həmişə hörmət, ehtiram bəsləyiblər. Yüksək müəllim adını daşıyanlar isə daim bunun məsuliyyətini, mənəvi cavabdehliyini hiss ediblər. Axı onlara xalqın ən qiymətli sərvəti - gənc nəsil, vətənin sabahı etibar edilib.
Müəllim nümunə deməkdir. Təsadüfi deyil ki, ziyalı sözünü işlədəndə də nədənsə, ilk növbədə, insanın gözü önünə müəllimlər gəlir. Çünki ömürlərə işıq müəllimin biliyindən, ziyasından düşür.
Hansı fənni tədris etməsindən asılı olmayaraq bu peşə sahibləri ziya, bilik bəxş edəndir. Haqqında danışacağımız müəllimin keçdiyi fənn isə bir qədər qeyri-adidir. O, artıq 30 ildən çoxdur orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı ilə məşğuldur.
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar Əliyevin pedaqoji fəaliyyəti ən yaxşı müəllimlik nümunələrindəndir. Keçdiyi həyat yolu isə şagirdlərinə, yetirmələrinə bir örnəkdir.

Dil böyük bir aləmdir

 Rəbiyyə BAYRAMOVA,
129 nömrəli Məktəbin ingilis dili müəllimi

 Hal-hazırda elm və texnika o qədər inkişaf edib ki, hamı dünyanın istənilən ölkəsinə gedə bilir. Yalnız bir şərtlə, o da dil bilmək. Müasir dövrdə insanları bir-birinə yaxınlaşdıran, onlar arasında ünsiyyət  yaradan yeganə faktor dildir. Məktəbimizdə belə dillərdən biri sözsüz ki, ingilis dilidir. İngilis dilini öyrənmək elmi biliklər xəzinəsinə baş vurmaqdır. Xarici dil bilmək gələcəkdə iş tapmaq şansını artırır. İngilis dilini nəyə görə öyrənmək lazımdır?
İngilis dilinin öyrənilməsinin fərdi və ümumi əhəmiyyəti:
Bu gün ingilis dilini öyrənmək bir sıra səbəblərə görə zəruri əhəmiyyət kəsb edir:

TARİXİN İBRƏT DƏRSLƏRİ

Sevil QULİYEVA,
   129 nömrəli Məktəbin coğrafiya müəllimi
 
Sinifdənxaric işlərin əsas məqsədi şağirdlərə təbiətdə və sosial sahədə özlərini aparmağı öyrətmək, öz qabiliyyətlərini maksimum göstərməkdən ibarətdir.
Coğrafiyada sinifdənxaric işlərin əsas vəzifələri bunlardır:
1.    Şagirdlərin fənnə idrak maraqlarını formalaşdırmaq
2.    Coğrafiyanın həyatla əlaqəsini artırmaq
3.    Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək
Sinifdənxaric işlər ilk növbədə təlimin diyarşünaslıq prinsipinin həyata keçirilməsi üçün əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq, Mən “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi və ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə” həsr olunmuş   tədbiri keçirtdim. Maraqlı olacağını nəzərə alıb tədbirin ssenarisini oxucularla bölüşmək istərdim.

I HİSSƏ
Tədbiri 10 “c” sinif şagirdi  FƏRİD MƏMMƏDOV “Qarabağ” şikəstəsilə başladı.
Tədbirin planı:
1.    Azərbaycan II Dünya müharibəsində
2.    Azərbaycan Sovet dönəmində
3.    Azərbaycanın müstəqil olması
4.    Azərbaycan müasir dövrdə

Təsviri İncəsənətin gözəllikləri və incəliklər

Sevda MƏMMƏDOVA,

129 nömrəli Məktəbin rəsm müəllimi

Təsviri incəsənəti olmayan xalq yaşaya bilməz. Rəsm insanın ruhunun aynasıdır. Hər bir rəssam çəkdiyi rəsm və əsərlərdə ya öz daxili dünyasını, ya da gözü ilə gördüyünü təsvir edir. Hər bir rəsmi çəkən insan rəssam ola bilməz. Çünki ona ilham verən daxili dünyasıdır.Təsviri incəsənət dedikdə bir çox məqamlar nəzərdə tutulur.
Məsələn: Qrafika, rəngkarlıq, heykəltəraşlıq, xalçaçılıq, boyaçılıq, rəssamlıq və s. Bunların hər birində rəssamın böyük rolu var.Həyatın, təbiətin, səmanın gözəlliyində belə rəsmin böyük rolu var.
Təsviri incəsənəti olmayan xalq yaşaya bilməz və inkişaf edə bilməz. Bunu zaman göstərir. Təsviri incəsənət xalqın tarixini, mədəniyyətini, keçmişini özünə əks etdirir. Təsviri incəsənət ta qədim dövrdən yaşayır.

Gəlin, kitab oxuyaq

Faizə ƏZİMOVA,
129№li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Məlum olduğu kimi, Təhsil naziri cənab Mikayıl Cabbarov  “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması” haqqında müvafiq əmr imzalamışdır. Bu əmrə əsasən 129№li tam orta məktəbdə də xüsusi fəaliyyət planı hazırlanıb.Fəaliyyət planına əsasən məktəbdə Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı tərtib edilərək, məktəbin elanlar lövhəsinə asılmışdır. Məktəb kitabxanasında xüsusi bölmə yaradılaraq, dünyaca məşhur yazıçı və şairlərin əsərləri sərgilənir. Əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran”, Braziliya yazıçısı Paulo Koelhonun “Əlkimyagər”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Nobel mükafatı laureatı Orxan Pamukun “Mənim adım Qırmızı” kimi bestseller əsərləri haqqında qısa məlumat verilərək şagirdlər mütaliəyə cəlb edilir.

Məktəbdə maraqlı tədbirlər sistemli olaraq keçirilir

Nuranə SEYİDOVA, 129 nömrəli məktəb , UBT rəhbəri

Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidələrinə və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Bilikli, tərbiyəli uşaq hazırlayırıqsa - bir neçə ildən sonra savadlı, peşəkar və vətənini sevən gənci gördükdə onunla və haqlı olaraq  özümüzlə fəxr edirik. Dünyanı uşaqlarsız, uşaqları məktəbsiz, məktəbliləri isə dərsdən sonra, yəni asudə vaxtlarda keçrilən tədbirlərsiz təsəvvür etmək mümkün deyil. Şagirdlər üçün təşkil olunan tədbirlər və bu tədbirlər zamanı onlara aşılanan bir çox hisslər, xüsusilə də vətənpərvərlik, mərdlik, tolerantlıq, qayğıkeşlik kimi hislər bütün dövrlərdə olduğu kimi müasir elektron dövrümüzdə də öz aktuallığını itirməmişdir.
Məktəbimizdə şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət etmiş, davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə müntəzəm olaraq əlaqə saxlamışıq. Davamiyyətin güclənməsinə çalışmışıq, gündəliklərin yığılıb yoxlanılması, şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət etmişik.

Vətənpərvərlik ruhu

Mehriban MƏMMƏDOVA,                                                                  

129№-li Məktəbin Azərbaycan  dili və ədəbiyyat müəllimi

 Yeniliklərə daim açıq olan 129№-li tam orta məktəb rəhbərlik başda olmaqla, təhsildəki yeniliklərə sevə-sevə qoşulur. Məktəbimizdə mütəmadi keçirilən idman (dama, şahmat və s.), bilik yarışları (müxtəlif fənnlər üzrə), şagirdlərin ayrı-ayrı müsabiqələrdə, respublika əhəmiyyətli tədbirlərdə iştirakı onların dünyagörüşünün artmasında müstəsna rol oynayır. Məktəbimizdə ölkəmiz üçün əhəmiyyətli olan tarixi günləri əks etdirən divar qəzetləri, bülletenlər buraxılır, disputlar keçirilir.       Bu il Tarixi ərazilərimizi tanıyaq” devizi altında Şəki, Lənkəran, Naxçıvan,  Quba və digər bölgələrimizin tarixi keçmişi, bu günü, adət-ənənələri, milli mətbəxi, milli geyimləri haqqında 6-cı sinif şagirdləri məlumatlar toplamış, tədbir iştirakçılarına təqdim etmişlər. Eyni qaydada 7-ci sinif şagirdləri isə şairlərimiz, yazıçılarımız haqqında məlumatlar əldə etmiş, maraqlı kompozisiya hazırlamışlar.

Tarixi keçmişimiz və bu günümüz

Nübar SƏLİMOVA,
129 nömrəli Məktəbin tarix müəllimi, metodst-müəllim
XXI əsr  BMT tərəfindən “Təhsil əsri” elan edilmişdir. Təhsilə diqqət və qayğı ən vacib məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır.” Ona görə də Azərbaycanda gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin və məktəbin çox böyük əhəmiyyəti vardır. Bu baxımdan da Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə də təhsilə və onun keyfiyyətinə xüsusi diqqət edilir. Müstəqil düşüncəyə malik şəxsiyyət yetişdirmək, formalaşdırmaq müəllimlərin qarşısında duran əsas vəzifələrdən biridir. Biz tarix müəllimlərinin də əsas məqsədi gələcəyimiz olan şagirdlərin bir vətəndaş kimi yetişdirilməsində, doğma vətənimiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, xalqının, millətinin azadlığı naminə canından keçməyi özünə şərəf bilən şəxsiyyətlər formalaşdırmağa layiqli töhfəmizi verməkdir. Bunlara nail olmaq üçün bütün məsuliyyətimizlə çalışmalıyıq.

Məktəbdə ekskursiyaların keçirilməsinin əhəmiyyəti

 Rəfiqə HÜSEYNOVA,
129 nömrəli Məktəbin coğrafiya müəllimi
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyət həyatının, fəaliyyətinin, mühüm bir sahəsidir”. Ulu Öndər Heydər Əliyevin söylədiyi bu kəlam məktəbimizin müəllim və şagirdlərinin devizinə çevrilmişdir. Şagirdlərimizin tarix, coğrafiya, ədəbiyyat, rus dili fənlərindən aldıqları bilikləri daha yaxşı mənimsəməsi üçün məktəbimizdə tez-tez ekskursiyalar təşkil olunur, keçmişimizdən bizə xəbər verən tarixi abidələrimizi, görkəmli yazıçı və şairlərimizin ev muzeyinə, “Quba soyqırım memiorial kompileksinə”, Şəhidlər Xiyabanına ekskursiyalar təşkil olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompileksi” 1918-ci ilin may ayında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu qərar 1918-ci ildə ermənilərin bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və xalqımızın tarixində baş verən hadisələrin dərindən öyrənilməsinə təsir göstərəcəkdir.

İşığa gedən yol...

 Xatirələrə həkk olunan görüş

Mayın 16-da Bakının Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbdə Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, prezident təqaüdçüsü, əməkdar müəllim, professor Əjdər Ağayevlə görüş keçirildi. Tədbirin təşkilatçıları bu görüşə “İşığa gedən yol” adı vermişdilər. Görüşdə professor Əjdər Ağayevlə bərabər Şuranın idarə heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, Qafqaz Universitetinin müəllimi Mehmet Çinar, eləcə də Bakı şəhərinin digər məktəb  rəhbərləri, müəllimlər iştirak edirdilər. Görüşü giriş sözü ilə açan 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov söylədi ki, Əjdər Ağayevin müəllimlərlə görüşə gəlməsi 230 nömrəli tam orta məktəb üçün əlamətdar bir hadisədir. Bakının ayrı-ayrı məktəblərinin rəhbərləri, müəllimləri bu əlamətdar
hadisənin iştirakçısı olmaq, görkəmli alimlə görüşmək üçün 230 nömrəli tam orta məktəbə təşrif gətirmişlər, deyən Elşən Qafarov professor Əjdər Ağayevi və digər qonaqları salamladı. Qeyd etdi ki, Əjdər Ağayev bir alim, müəllim, jurnalist, ictimai xadim, nasir, şair olaraq ictimaiyyətə yaxşı tanışdır. Bu günkü görüş əsasən o amala xidmət edir ki, müəllimlər görkəmli alimin əsərlərinin, pedaqoji irsinin müəyyən qismi ilə tanış olsunlar, onu daha yaxından tanısınlar. Elşən Qafarov söylədi ki, məktəbin müəllimləri professor Əjdər Ağayevin bir neçə əsəri haqqında təqdimat hazırlayıb. O, çıxış üçün sözü müəllimlərə verdi.

5.20.2015

Coğrafiya fənni üzrə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlığı altında keçirilən BİLİK YARIŞLARI

  Faizə HÜSEYNOVA, 129 №-li
Məktəbin coğrafiya müəllimi

 Orta məktəblərdə tədris olunan fənlər içərisində coğrafiyanın öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında bu fənnin rolu çox böyükdür. Uşaqlarda bu sevgi fənnin maraqlı olması ilə bərabər həm də yaşadığımız dünya, o cümlədən respublikamız, onun çeşid-çeşid bölgələri, dağları, meşələri və dənizləri haqqında bilik verməsi, onları qiyabi olaraq "dünya səyahəti"nə çıxara biməsi ilə bağlıdır. Vətənimizin müharibə şəraitində olduğu bir vaxtda şagirdlərin ölkəmizin yaşayış məntəqələrini, dağlarını, düzənliklərini, çaylarını, göllərini daha yaxşı tanımalarına böyük ehtiyac var. Şagirdlər nəinki coğrafi adları bilməli, həmçinin bu adların yaranma tarixini, mənşəyini öyrənməli, adları dəyişdirilmiş yurd yerlərimiz haqqında məlumata malik olmalıdırlar. Şagirdləri Vətənimizin füsunkar təbiəti ilə yaxından tanış etmək üçün bu fənnin çox böyük imkanları var. Xüsusilə VIII sinif "Azərbaycanın fiziki coğrafiyası", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası" dərsliklərinin rolu böyükdür. 

ŞAGİRDLƏRİN VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏSİ

Svetlana ƏMİROVA,

 129№li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

İnsan özünü dərk etdiyi  gündən  həyat yolunu seçməli, seçdikləri naminə mübarizə aparmalı ,  məqsədinə  çatmaq üçün fədakarlıq göstərməlidir. Bunları əldə etmək üçün bizə yardımçı və istiqamət verən bir məkan , daim bizi xoş gələcəyə səsləyib, keçmişimizi xatırladıb,  bu günümüzlə yaşayan insanlar olmalıdır. Bu məkan – məktəb, bu insan – müəllimdir. İlk dəfə məktəbə addım atan hər bir şagird yeni həyata atıldığını dərk edir. Bu baxımdan  məktəb və müəllimin gənc nəslin tərbiyəsindəki rolu danılmazdır. 

FİZİKANI NECƏ SEVDİRİRİK?

Nüşabə QURBANOVA,

129 N-li Məktəbin fizika fənni üzrə metodbirləşmə sədri
Hər bir müəllimin ən böyük istəyi keçdiyi mövzunun şağirdlər tərəfindən asanlıqla  mənimsənilməsinə nail olmaqdır. Biz fizika müəllimləri də 2014-2015-ci tədris ilini uğurla başa vuraraq buna nail olmağa çalışırıq. İstər dərslərimizdə, istərsə də dərsdənkənar işlərimizdə istedadlı şağirdlərin aşkarlanması istiqamətində mühüm işlər aparırıq. Məqsədimiz dövlətin təhsilə diqqət və qayğısının nəticəsi olaraq nəticələrimizi yüksəltmək və ölkəmiz üçün bilikli, savadlı, vətənpərvər vətəndaşlar yetişdirməkdir. Bunun üçün məktəbdə şağirdlərin olimpiadaya hazırlanmasında, divar qəzetlərinin çıxarılmasında, şağirdlərin əl işlərinin hazırlanmasında fizika müəllimləri mühüm işlər görmüşdür. Metodbirləşmənin hazırladığı “Gənc fizik” divar qəzeti daim yeniliklərlə müəllimlər və şağirdləri xəbərdar edir. Texnologiyanı tədrisə tətbiq etmədən nəticələrin yaxşılaşdırılmasına nail olmaq inandırıcı deyil.

Məktəbin idman nailiyyətləri ilbəil artır

Selyadar MƏMMƏDOV, 129  N-li Məktəbin fiziki tərbiyə müəllimi
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir ölkədir. Ölkəmizdə idmanın minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün daha uca zirvələrinin fəthinə doğru gedir.
Dahi öndərimiz Heydər Əliyev müdrik bir ümumiləşdirmə apararaq söyləmişdir: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.

5.19.2015

Riyaziyyatın özünəməxsus gözəlliyi var

Kəmalə ALLAHVERDİYEVA, 129 №-li məktəb

Riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri
Bu gün Azərbaycan dövlətinin davamlı inkişafı onun təhsil sisteminin keyfiyyətindən asılıdır. Dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri təhsil sistemini daha da aktuallaşdırmış və bu məsələni ölkəmizin inkişafının əsas amilinə çevirmişdir. Dövlət rəhbərinin təhsilin inkişafına xüsusi diqqətinin nəticəsidir ki, bu proses uğurla həyata keçirilir. Hazırda ölkənin iqtisadi həyatında baş verən islahatlar elektron hesablama texnikasının geniş tətbiqinə əsaslanır. Cəmiyyətin tələbləri  riyaziyyatın daha da formalaşmasına şərait yaradır. Riyaziyyatın özünəməxsus gözəlliyi var. Riyaziyyatla məşğul olan hər bir kəsdən işləmək həvəsi, fikri cəmləşdirmək və gərginlik tələb olunur. Bunun üçün müəllimlərimiz öz peşə hazırlıqlarını durmadan artırırlar. Onlar İKT-nin əsaslarına və pedaqoji texnologiyaları mükəmməl mənimsəmək üçün ixtisasartırma kurslarından keçir, riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikasını açmağa çalışır, riyaziyyat fənninin tədrisində bu metodun üstün cəhətlərini öyrədir, yeni biliklər öyrədir, bu biliklərin həyatdakı yerini müəyyənləşdirirlər. Riyaziyyatın dərk edilməsində müəllim əməyinin rolu böyükdür. Tədris etdiyimiz riyaziyyat elminin mühüm rolu ondan ibarətdir ki, o, insanın intelektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Hazırda məktəbimizdə tətbiq olunan yeni proqram riyaziyyatı I sinifdən başlayaraq bütün siniflərdə sıx əlaqəli tədris etməyi nəzərdə tutur.

Məktəbin idman nailiyyətləri ilbəil artır

 Selyadar MƏMMƏDOV, 129№-li Məktəbin fiziki tərbiyə müəllimi

Azərbaycan zəngin idman ənənələrinə malik olan bir ölkədir. Ölkəmizdə idmanın minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün daha uca zirvələrinin fəthinə doğru gedir.
Dahi öndərimiz Heydər Əliyev müdrik bir ümumiləşdirmə apararaq söyləmişdir: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.
Təsadüfi deyildir ki, ölkəmizdə bütün təhsil müəssisələrində fiziki tərbiyə və  idman sağlam nəsil yetişdirmək üçün vacib sahələrdəndir, dövlət buna həmişə qayğı göstərir.

Məktəbdə Hamkərlar Təşkilatının rolu


 Məhluqə Akimova
Riyaziyyat müəllim, məktəb Həmkarlar Təşkilatının üzvü
Azərbaycan Həmkarlar İttifaqının sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və sosial hüquqlarının qorunmasında, əməyin və sağlamlığın muhafizəsində və bir çox başqa problemlərin həllində yeri və rolu  çox böyükdür.
Bu gün əhalinin sağlamlığının qorunması, işçilərin müalicə-profilaktika, sanitar-məişət xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını Həmkarlar İttifaqları özünün ümdə vəzifələrindən hesab edir.

Fəaliyyətimiz yeniliklərin tətbiqi üzərində qurulub

 Həqiqət SALMANOVA, 129 №-li məktəbdə
ibtidai siniflər üzrə direktor müavini 
2008/2009-cu dərs ili Azərbaycan təhsilinin tarixində ölkəmizdəki müsbət təcrübəni və eləcə də dünyanın inkişaf etmiş ölkələrindəki mütərəqqi təhsil təcrübələrini, yanaşmaları özündə əks etdirən yeni kurikulumlarla tədrisin başlanması ili kimi qalmışdır. Məlumdur ki, təhsildə islahatyönümlü işlərin aparıldığı mərhələdə müəllimdən daha çox öyrənmək, mütaliə etmək tələb olunur.

Arzularına qovuşan müəllim

Həyatda  ən  gözəl  şey  dünyanı  anladığın  gündən  arzularının  reallığa   çevrilməsidir. İnsanın  hər  bir  arzusu  həqiqətə  çevrildikcə, sanki  həyatının  yeni  bir  dövrünü  yaşayır, təbiətdən  doyunca zövq  alır,  mavi səmalar  isə  onun üçün  tayı-bərabəri  olmayan  laləzarlıq olur. Heç vaxt yorulmayan  göylər şahı qartal kimi qanad  çalır, süzdükcə süzür, uçduqca uçur... Bu  zaman  həyatın  bütün  gözəllikləri çılpaqcasına gözlərin önündə canlanır, dünyada özünü xöşbəxtlərin xöşbəxti hesab edirsən.

“Həyat bilgisi” fənnindən “Biz bunları bacarmalıyıq” mövzusunu qruplarla necə tədris edirəm?

 Sevil QULİYEVA,
129 nömrəli tam orta məktəbin

coğrafiya müəllimi
Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Bu gün hər bir müəllimin qarşısında duran ilk vəzifə nurlu sabaha yol tapa biləcək vətəndaşlar yetişdirməkdir. İnteraktiv, qarşılıqlı əlaqə, ünsiyyət şəraitində qurulmuş dərs şagirdi və müəllimi yormur, tədris prosesində özünü sərbəst hiss edən şagirdin düşünmə qabiliyyəti daha da inkişaf edir.

Zəngin ideyalar məktəbi

Hələ ötən il Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr
 olunmuş xüsusi buraxılış hazırlayarkən məktəbin işi ilə yaxından tanış olmuş, bu təhsil ocağının  direktoru Samir Mehdizadənin rəhbərliyi ilə yeniliklərin, mütərəqqi ideyaların meydanına çevrildiyinin şahidi olmuşdum. Düşünmüşdüm ki, burada həyata keçirilən hər bir tədbirin, fəaliyyətin əsasında pedaqoji işə, məktəbşünaslığa dərindən bələdlilik, eyni zamanda, işə sonsuz məhəbbət dayanır. Ötən bir il ərzində düşüncələrimdə həqiqətən də yanılmadığımın şahidi oldum. 129 nömrəli tam orta məktəb Samir Mehdizadənin rəhbərliyi ilə 2014-2015-ci dərs ilində də maraqlı ideyalara dəstək vermək, onların həyata keçirilməsinə ev sahibliyi etmək, hətta Azərbaycan təhsilini xaricdə təmsil etmək kimi mühüm tədbirlərə qoşuldu.

Məktəbdə Təhsil Şurasının genişləndirilmiş iclası keçirildi
Təhsil Şurası məktəbin iş təcrübəsini respublikaya yaydı