Təhsil tariximizdən

Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma istiqamətində meyarlar müəyyənləşdiriləcək


“Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də maliyyələşmə mexanizmlərinin işlənməsi və hazırlanmasıdır”. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, ölkə prezidentinin müvafiq sərəncamında qeyd edildiyi kimi, 5 ay müddətində dövlət strategiyanın icrası ilə bağlı fəaliyyət planı hazırlanaraq hökumətə təqdim edilməlidir: “Həmin fəaliyyət proqramı təsdiq edildikdən sonra müvafiq dövlət proqramları vasitəsi ilə digər istiqamətlərdə olduğu kimi, Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sistemi və meyarlar müəyyənləşdiriləcək. Hazırda fəaliyyət planının hazırlanması istiqamətində işlər gedir. Bu barədə danışmaq bir qədər tezdir”.

Müəllimlərin sertifikatlaşdrılması gözlənilir


AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Təhsil 
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, bu sistem tətbiq olunsa, orta məktəblərdə müəllim işləyənlər sertifikatlaşdırmadan keçdikdən sonra onlara nəticələri özündə əks etdirən sənəd veriləcək: “Əgər müəllim nəzərdə tutulan yüksək nəticəni əldə edərsə, onda o, əmək fəaliyyətini davam etdirəcək və əmək haqqına əlavələr ediləcək”. O bildirib ki, əvvəlcə müəllimlər sertifikatlaşdırılmada könüllü şəkildə iştirak edəcəklər: “Yəni hansı müəllim istəyirsə, sertifikatlaşdırmadan keçə bilər.
Belə bir təcrübə dünya ölkələrində tətbiq olunur. Gürcüstanda sertifikatlaşdırmadan keçən müəllimlə keçməyən müəllimin əmək haqqı arasında 500 dollar fərq olur. Bu isə müəllimlər üçün çox böyük stimuldur. 3-5 il bunu könüllü etmək olar. Bundan sonra ortaya artıq məcburi mexanizmlər qoymaq olar. Müəllim işləmək istəyən ya sertifikatlaşdırılmadan keçib məktəbdə işləməli, ya da işləməməlidir”. F. Qədirovun sözlərinə görə, hazırda Azərbaycanda belə bir proseduru həyata keçirə bilən başqa bir qurum yoxdur: “Ona görə də Təhsil Nazirliyi özü bu prosesə başlamaq və onu həyata keçirmək istəyir. Ancaq gələcəkdə bu prosedurun müstəqil təşkilat tərəfindən aparılması da mümkün ola bilər”. Müəllimlərin sertifikatlaşdırılması məsələsinə münasibət bildirən Çağ Öyrətim İşlətmələri Şirkətinin baş pedaqoji müşaviri Nazim Əkbərov deyir ki, təhsil işçilərinin belə bir yoxlamadan keçirilməsi müsbət addımdır: “Lakin, burada sertifikatlaşdırılmanın hansı qurum tərəfindən və necə həyata keçiriləcəyinə diqqət yetirmək lazımdır. Əgər, müəllimlərin sertifikatlaşdırılması obyektiv aparılmayacaqsa, o zaman bu prosesdən uğurlu nəticə gözləmək olmaz”.
“Sertifikatlaşdırılmanı təkcə orta məktəblərlə məhdudlaşdırmaq olmaz”, – deyən Nazim Əkbərovun sözlərinə görə, hər bir orta məktəb müəllimi eyni zamanda bir universitet məzunudur: “Əgər universitetdə tələbəyə normal təhsil verilmirsə, məzun olduqdan sonra həmin şəxs sertifikatlaşdırılmadan necə keçəcək. Ona görə də sertifikatlaşdırılmaya bütövlükdə təhsil sistemini əhatə edəcək şəkildə yanaşmaq lazımdır. Ən əsası isə odur ki, sertifikatlaşdırılmanı həyata keçirmək üçün elə bir qurum seçilməlidir ki, heç kim bu qurumun obyektivliyinə şübhə etməsin”.
Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqqlarının nə qədər artırıla biləcəyini açıqlamayıb. Bu məsələyə şöbə müdirinin münasibətini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən bizə cavab verən olmadı. Apardığımız təxmini hesablamalar göstərir ki, sertifikatlaşdırılmanın tətbiq olunmasından sonra Təhsil Nazirliyinə əməkhaqlarını artırmaq üçün ən azı 4,5-5 milyon dollar vəsait lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ümumtəhsil müəssisələrində 170 minə yaxın müəllim işləyir. Ölkədə 1 milyon 300 min şagird olduğu üçün məktəblərdə ən azı 100 min müəllimin (13 şagirdə 1 müəllim) işləməsi lazımdır. 100 min müəllimin əməkhaqqını Gürcüstanda olduğu kimi, ən azı 45 dollar artıra bilmək üçün Təhsil Nazirliyinin daha 4,5 milyon dollara ehtiyacı var. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin layihəsində təhsil xərclərindən əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə 152 milyon manatın ayrılması nəzərdə tutulub. 
Orta məktəb müəllimlərinin sertifikatlaşdırılmadan keçirilməsi nəzərdə tutulur. Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqlarının artırılacağı gözlənilir. Zəif nəticə əldə edən müəllimlər isə işlərini itirə bilərlər. Məlumat üçün bildirək ki, hazırda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun da qeyd etdiyi kimi, Gürcüstanda müəllimlər sertifikatlaşdırılmadan keçirilir. Qonşu ölkədə sertifikatlaşdırılmadan keçən müəllimlərin əməkhaqlarına ən azı 76 lari (45 dollar) əlavə edilir. İngilis dilini və kompyuterdə işləməyi bilən müəllimlərin əməkhaqqı isə digər müəllimlərlə müqayisədə 200 lari (120 dollar) çoxdur. Gürcüstan Prezidenti Mixael Saakaşvili mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda müəllimlərin minimum əməkhaqqı 350 lariyə (210 dollar) bərabərdir: “Ancaq sertifikatlaşdırılmadan sonra orta aylıq əməkhaqqı 600 lariyə (365 dollar) yüksələcək. Sertifikatlaşdırılmadan daha yüksək nəticə əldə edənlər isə 1000 lari (600 dollar) əməkhaqqı alacaqlar”. Onu da qeyd edək ki, Gürcüstanda 2014-cü ilə qədər bütün müəllimlərin sertifikatlaşdırılmdan keçiriləcəyi gözlənilir.



Azərbaycan təhsil sistemində “Çağ” Öyrətim Şirkətinin yeri
Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,
Qafqaz Universitetinin kafedra müdiri,
pedaqoji elmlər doktoru, professor,
ajdar1937@box.az

АЧАР СЮЗЛЯР: təhsil, keyfiyyətli təhsil, “Çağ” Öyrətim Şirkəti, nailiyyət, təlim metodu və texnologiyaları. KEY WORDS: education, qualitative education, “Çağ Öyrətim” Company, achievement, teaching method and methodology. КЛЮЧЕВЫЕ СЛОВА: образование, качественное образование, Компания «Чаг» Ойретим, достижение, методы и технологии обучения.

SUMMARY The article deals with development of educational system in Azerbaijan during the last 20 years, achievements gained by pupils and students as well as role of “Çağ” Oyretim Company in improvement of education in Azerbaijan is disclosed. National leader Heydar Aliyev’s care for establishment of the educational field that is of great importance in relations between Azerbaijan and Turkey and his primary assistance to “Çağ” Oyretim Company for beginning its activity are mentioned. Greater achievements of “Çağ” Oyretim Company’s educational establishments year by year, opportunities of Azerbaijani youth to open to the world after having studied in these establishments, success gained by the pupils and students in the world competitions are stated. High appreciation of the activity of “Çağ” Oyretim Company by Ilham Aliyev, President of the country in the current stage of development is brought to notice.
РЕЗЮМЕ В статье говорится о развитии образовательной системы в Азербайджане в последние 20 лет, об успехах, достигнутых учащимися и студентами, раскрывается позиция Компании «Чаг» Ойретим в развитии образования в Азербайджане. Отмечается забота великого предводителя Гейдара Алиева о формировании сферы образования, которая имеет большое значение для отношений между Азербайджаном и Турцией. Здесь говорится о наибольших достижениях учебных заведений Компании «Чаг» Ойретим из года в год, о возможностях выйти в мир азербайджанской молодежи, получающей здесь качественное образование, рассказывается об успехах, завоеванных учащимися и студентами на мировых состязаниях по знаниям. Также доводится до сведения высокое значение, которое Президент страны Ильхам Алиев придает деятельности Компании «Чаг» Ойретим на нынешнем этапе развития.
Yeni əsrdə yeni təhsil Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil dövlətimiz indiyədək keçdiyi 20 il ərzində ən xoş duyğular oyadan nailiyyətləri ilə bütün dünyanın diqqətini cəlb edir. Qazanılmış uğurların ilk çeşmələri öz mənbəyini təhsil bulağından götürür. Təbiət öz gözəllikləri ilə insanları ehtizaza gətirir. Təbiət öz sərvətləri ilə insanları zənginləşdirir. Təbiət öz sirləri ilə insanları düşünmək məcburiyyətində qoyur. İnsan düşünə-düşünə qurur, yaradır. Bu qanunauyğunluq sistemində təhsil ayrıca yer tutur. Çünki savadlanmadan, təhsillənmədən, maariflənmədən, elmlərə yiyələnmədən mövcud olan qanunauyğunluqları dərk etmək, təbiətin sirlərini aça-aça ondan öz mənafeyinə istifadə etmək mümkün deyildir. XXI əsr mövcud möcüzələrin aşkarlanması və dərk olunan yeni möcüzə həqiqətlərini meydana qoyduğu əsrdir. XXI əsr elm, təhsil, sürət əsridir. Təbii qanunauyğunluq olaraq bu əsrdə, ötənlərdə elmdə olduğu kimi, təhsildə də sərhədsizləşmə meydana gəlmişdir. Hələ ötən əsrin sonlarından başlanan bu proses qloballaşan dünyanın ilkin elementlərindən biridir. Müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan Respublikasının dünyaya çıxış əlaqələrində əsas yerlərdən birini təhsil tutur. Çünki yalnız təhsil yolu ilə, yüksək ixtisaslı kadrlar hazırlamaqla dünya səhnəsinə çıxmaq, dost, həmkar birliyi yaratmaq, inkişafa təkan verən layihələr irəli sürmək, yer üzündə öz sivil mədəniyyətini, zəngin tarixi dəyərlərini, sülhsevərlik və əmin-amanlıq amalını, tanınmaq və tarixi yaşarlıq haqqı qazanmaq istəyini gerçəkləşdirmək mümkündür. Təhsil sahəsində ölkədə icra edilən çox təsirli və müvəffəqiyyətli siyasət ilə azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrindəki məktəblərə göndərilməsi və müxtəlif ölkələrlə razılaşmalar çərçivəsində dövlət dəstəyi ilə təhsil almaq üçün xaricə göndərilməyə, bu prosesin müvəffəqiyyətlə tamamlanmasını təmin etmişdir (1, 204). Bu gün Azərbaycanda təhsil müasir standartlara uyğun olaraq inkişaf edir. Öz ana dili ilə yanaşı, beynəlxalq ünsiyyət dilini – ingilis dilini bilən, informasiya-kommunikasiya texnologiyalarına mükəmməl yiyələnmiş gənclər hazırda dünyanın bir çox ölkəsində müxtəlif pillələrdə təhsil alır, elmi dərəcələr qazanır, nüfuzlu elm ocaqlarında və şirkətlərdə aparıcı mütəxəssislər kimi çalışırlar. Həqiqət naminə qeyd etmək lazımdır ki, ölkəmizdə təhsil nailiyyətlərinin qazanılmasında “Çağ” Öyrətim Şirkətinin xüsusi rolu vardır. “Çağ” Öyrətimin Azərbaycanda fəaliyyətə başlaması, zəngin, səmərəli təcrübə qazanaraq, fəaliyyətini genişləndirməsi, ilk növbədə, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (1, 24).
“Çağ” Öyrətim həqiqətləri Ulu öndər hələ Naxçıvan Muxtar Respublikasının sədri olarkən, təhsilin inkişafına nail olmaq yollarını araşdırmış, bütün fəaliyyəti dövründə bu yolların tapılmasına və inkişafına dəstək olmuşdur. O, hələ 1992-ci ildə demişdir ki, biz yeni, demokratik və sərbəst bazar iqtisadiyyatına üz tutmuşuq. Yeni cəmiyyət isə heç vaxt köhnə sovet məktəbi ilə inkişaf edə, möhkəmlənə bilməz. Bizə yeni, quracağımız cəmiyyətə uyğun məktəblər lazımdır. Azərbaycana ən yaxın belə məktəblər sistemi Türkiyədir, ona görə də biz onlardan öyrənməli, öz təhsil sistemimizi qurmalıyıq. Məhz bu məqsədlə o, bu gün Respublikamızda təhsilin bayraqdarına çevrilmiş “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda təhsil quruculuğu işinə başlamasını alqışlamış və bunun üçün şərait yaratmışdır. “Çağ” Öyrətim Şirkəti fəaliyyətə başladığı illərdə Azərbaycan dövlətinin mənəvi dəstəyini alsa da, maddi cəhətdən xeyli çətinliklərlə üzləşdi. Kiçik, darısqal otaqlardan geniş otaqlara, şəraiti imkansız olan binalardan möhkəm maddi-texniki bazası olan binalara, az tələbə kontingenti, müəllim heyətindən çoxsaylı kontingentə və professor-müəllim tərkibinə çatana qədər əziyyətli, səyli yollar keçildi. “Çağ” Öyrətim Şirkəti qətiyyətlə fəaliyyətə başladı, ötən 20 il ərzində Azərbaycanın inkişafı ilə həmahəng inkişaf etdi, dünyada tanınan təhsil qurumuna çevrildi. Bu müddətdə Şirkət Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsində də mühüm rol oynadı. Azərbaycanlı və türkiyəli gənclərin “iki dövlət, bir millət” mövqeyini formalaşdırdı, milli-mənəvi dəyərlər daşıyıcısı olan yeni yetişən gənclərin ümumbəşəri keyfiyyətlər qazanmasına şərait yaratdı. “Çağ” Öyrətim Şirkəti bu müddətdə dünyanın 100-ə yaxın ölkəsində təhsil ocaqlarını qurdu, irqindən, cinsindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, müxtəlif millətlərdən olan insanları burada həm təhsil almağa, həm də fəaliyyət göstərməyə dəvət etdi. O, buna uğurla nail oldu. “Çağ” Öyrətim Şirkəti idarə heyətinin sədri Ənvər Özəranın söhbət zamanı qeyd etdiyi bir fikri xatırlamaq istərdim. O, bildirir ki, “Çağ” Öyrətim Şirkətinin qazandığı nailiyyətlər təbiidir. Bir binanın təməli möhkəmdirsə, onun uzunömürlülüyü və səmərəliliyi heç kəsdə şübhə doğura bilməz. “Çağ” Öyrətimin təməli də sağlam əqidəli insan tərəfindən qoyulmuşdur. Onun memarı da, təməlini qoyan da, böyüdüb, boya-başa çatdıran da Heydər Əliyev kimi dühadır, bu gün onu qayğı ilə dəstəkləyən prezident İlham Əliyevdir, ilk gündən bugünədək doğma övladı kimi bağrına basan isə Azərbaycan xalqıdır” (3). Yeri gəlmişkən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil strukturu haqqında qısaca məlumat verməklə, onun fəaliyyətinin dairə kompleksini yada salmaq və bununla da fəaliyyət istiqamətlərini aydın qavramağa yardımçı olmaq istərdim. Şirkət xarici sərmayəçilər tərəfindən Azərbaycanda qurulmuş məhdud məsuliyyətli müəssisə hesab edilir. Şirkətin Ortaqlar Məclisinin qərarı ilə onun idarəedilməsinin bütün səlahiyyətləri kollegial qaydada Şirkət idarə heyətinə, icraçı şəxs olaraq da Şirkətin prezidentinə verilmişdir. Şirkətin fəaliyyətinin əsas məqsədi Azərbaycanın istedadlı və xüsusi qabiliyyətli yeniyetmə və gənclərini müasir səviyyəli təhsillə - təlim-tərbiyə işi ilə təmin etməkdən ibarətdir. Şirkətin strukturuna ümumtəhsil mərhələsində Azərbaycan-Türkiyə özəl liseyləri; ali təhsilə hazırlıq mərhələsində “Araz” kursları; ali təhsil mərhələsində “Qafqaz” Universiteti daxildir. Şirkətin təhsil müəssisələri beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycanı şəriksiz təmsil edərək, indiyədək 400-dən çox qızıl, gümüş və bürünc medal qazanmışdır. O, ölkə təhsil yarışı qaliblərinin 90%-ni təşkil edir. Liseylərin məzunlarının orta hesabla 98%-i, kurs müdavimlərinin 91%-i elə ilk ildə həm respublikanın, həm də xarici ölkələrin qabaqcıl ali məktəblərinə qəbul olunurlar. Ölkəmizdə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan və Prezident təqaüdü alanların hər beşdə biri “Çağ” Öyrətim lisey və kurslarının məzunlarının payına düşür. Ali təhsildə ilk dəfə kreditli sistemi tətbiq edən Qafqaz Universiteti həm elmi tədqiqatları, həm də yüksək səviyyəli mütəxəssislər hazırlığında əldə etdiyi keyfiyyətə görə fərqlənir. “Çağ” Öyrətimçilər Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan xalqının onlara göstərilən etimada sədaqəti həmişə doğrultmuş və indi də doğrultmaqdadırlar. Kreditli təhsil sistemi akademik borcu olan tələbələrə fənni təkrar etməklə, daha yaxşı mənimsəmək, yaxşı oxuyan tələbələrə isə ali təhsili vaxtından tez başa vurmaq və ya büşqa ixtisaslardan seçdiyi fənləri öyrənməklə, özlərinin peşə hazırlığını təkmilləşdirmək imkanı verir. Şirkətin ümumtəhsil mərhələsini təşkil edən Bakı, Sumqayıt, Quba, Ağdaş, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki şəhərlərindəki 10 liseyi, 1 gimnaziyası, 2 ibtidai məktəbi və 12 bölgədə ali təhsilə hazırlıq kursları hər il diqqətçəkən nailiyyətlərin sahibi olurlar (2, 54-55). “Çağ” Öyrətimin liseyləri bu gün Azərbaycan təhsilinin ən nüfuzlu və sanballı təhsil ocaqları hesab olunurlar. Son 15 il ərzində ABŞ, İspaniya, İtaliya, İngiltərə, Almaniya, İndoneziya, Meksika və digər 28 ölkədə keçirilən dünya bilik olimpiadalarında iştirak edən liseyin şagirdləri Azərbaycana qalib medalları ilə qayıtmışlar. Şagirdlər 2011-ci ilədək 95 qızıl, 154 gümüş, 225 bürünc, cəmi 474 medal qazanmışlar. Təkcə 2010-2011-ci tədris ilində məktəblilər respublikamıza 42 medal – 6 qızıl, 16 gümüş və 20 bürünc medal gətirmişlər. İnformatika fənnindən keçirilən Respublika fənn olimpiadalarında verilən qızıl medalların hamısını yalnız Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri əldə etmişlər. “Araz” kurslarının dinləyicilərindən ali məktəblərə qəbulda ötən ili 220 nəfəri 600-dən çox, 2 nəfəri isə 700 bal toplamışdır. Təbiət fənləri, ingilis, əsas təhsili ingilis dilində olan liseylərin maddi-texniki bazasının da tam müasir tələblərə cavab verməsi orada təhsil alanların istədikləri hər hansı ali məktəbdə təhsil ala bilmək imkanını təmin edir. Müəllimlərinin əksəriyyəti azərbaycanlı pedaqoqlardan ibarət olan bu məktəblərin məzunlarının xeyli qismi dünyanın ən tanınmış universitetlərinə qəbul olunurlar. Amerika Birləşmiş Ştatlarının Hyuston, Texas, Viskonsin, M.Lomonosov adına Moskva Dövlət Universitetinin, Almaniya, İngiltərə, Fransa, Çin, İsveçrə, Türkiyə - ümumiyyətlə, 40-a yaxın dövlətin 50-dən artıq ali məktəbində təhsil alan məzunlar həm də Azərbaycanı, onun mədəniyyətini, elmini layiqincə təmsil edirlər. Qeyd etmək istərdim ki, “Çağ” Öyrətimin 40-dan artıq məzununun Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alması faktı Ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir: “Sovet dövründə biz ildə iki dəfə Lomonosov adına Universitetə təhsil almağa yola salanda, bununla fəxr edirdik. Baxın indi hər il bu məktəbdən neçə nəfər bu universitetdə təhsil alır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türk liseylərinin qazandığı uğurlarla tanış olduqdan sonra demişdir: “Mən Türk liseylərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bunları quran, işlədən insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək mükafatlar qazanırlar. Bu bizi çox sevindirir və onu göstərir ki, həmin liseylər Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirirlər. Əlbəttə ki, bir prezident kimi mən bu liseylərin öz fəaliyyətlərini davam etdirmələrini və daha da genişləndirmələrini istərdim” (3). Ölkə başçısının liseylərin fəaliyyəti ilə bağlı arzuları gündən-günə reallaşmaqdadır. Sevindirici haldır ki, “Çağ” Öyrətimin təşəbbüsü ilə gerçəkləşən layihələr Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin dünyaya tanıdılmasında müstəsna rol oynayır. Bakıda keçirilən məktəblilərin Beynəlxalq Ətraf Mühitin Mühafizəsi ilə əlaqədar layihə olimpiadasının təşkilatçılarından biri ardıcıl olaraq “Çağ” Öyrətim Şirkətidir. Şirkət onlarla belə layihələrin təşkilatçısı və ya iştirakçısı olmuşdur. Bu tədbirlərin əsas qayəsi isə mədəniyyətimizin, dilimizin, tariximizin, incəsənətimizin, folklorumuzun, Azərbaycan təbiətinin zənginliyini nümayiş etdirmək, təbliğ etməkdir. Şirkətin “Araz” kursları təsis edildiyi gündən bu günə qədər abituriyent olacaq şagirdlərin tələbə adını qazanmaları üçün ciddi cəhdlə çalışır. Hər il ali məktəbə qəbul imtahanlarında “Araz” kursları dinləyicilərinin çox yüksək səviyyədə uğur qazanması bu fasiləsiz təhsil müəssisəsini əsl mayaka çevirmişdir. “Araz”çılar “Elm naminə Azərbaycan üçün dünya ilə yarışırıq” devizini əsas götürür və öz məqsədlərinə ən yüksək reytiniq səviyyəsində nail olurlar. “Çağ” Öyrətim Şirkətinin ali təhsil pilləsində yer tutan “Qafqaz” Universiteti Azərbaycan təhsilində innovativ meylləri ilə diqqəti cəlb edir, müasir təlim metod və texnologiyalarının, tələbə müstəqil fəaliyyətinin geniş yer tutması, tələbə-müəllim əməkdaşlığının tam demokratik əsasda qurulması həm öyrədənlərin, həm də öyrənənlərin yüksək əhvali-ruhiyyə, yenilik həvəsi ilə çalışmalarını təmin edir. Boloniya prosesi tələb və prinsiplərinə əməl olunması, kredit sisteminin tətbiqi Universitetin bir sıra dünya universitetləri ilə yarışa bilməsinə və inteqrasiyasına imkan verir. Bu yaxınlarda keçirilmiş “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim” elmi-praktik konfransında Universitetin rektoru professor Ahmet Saniç qürur hissi ilə bildirdi ki, bu təhsil ocağının istər ölkə daxilində, istərsə beynəlxalq aləmdə əldə etdiyi uğurların səbəbi bu yolun inamla, böyük səylə, qətiyyətlə, qardaşlıq və dostluq, etimada sədaqət duyğuları, insanların fədakarlığı ilə başlanmasındadır. O, qeyd etmişdir ki, ixtisas seçimində keçid dövrünü yaşayan Azərbaycan iqtisadiyyatının zəruri tələbləri nəzərə alındı, Azərbaycanın beynəlxalq bilik yarışlarında, olimpiadalarında təmsil olunmasına çalışıldı. Beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil əlaqələrinin inkişafı, müəllim və tələbə mübadiləsi, müştərək elmi konfransların keçirilməsi baxımından mühüm işlər görüldü. Xaricdə təhsil alan və işləyən məzunların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi fəaliyyətlərə cəlb olunması təmin edildi. Məzunların yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Universitet – iş dünyası əlaqələrinin inkişaf etdirilməsi daim diqqət mərkəzində oldu. Təhsildə keyfiyyətin idarə olunması, fundamental elmi-tədqiqatların aparılması istiqamətində zəruri addımlar atıldı... Göründüyü kimi, “Qafqaz” Universitetinin “təməl daşı” uzaqgörən məqsədyönlülüklə atıldığından, ötən hər bir ildə davamlı olaraq yeni-yeni problemlərin həlli həyata keçirildi, “Qafqaz” daha da ucaldı – daha da yüksəldi. Bu gün ən önəmli faktlardan biri budur ki, ölkəmizdə ali məktəblərə qəbul zamanı 650-700 bal toplamış abituriyentlərin əksəriyyəti “Qafqaz” Universitetində təhsil almağa üstünlük verirlər. TQDK-nın keçirdiyi imtahanda 500-dən yuxarı bal toplayanlara Pedaqoji fakültədə, 600-dən yuxarı bal toplamış bütün abituriyentlərə digər fakültələrdə ödənişsiz təhsil, 650-dən çox bal toplamış tələbələrə isə əlavə olaraq təqaüd almaq hüququ verilir. Tələbələr burada azad, demokratik şəraitdə, sosial təminatlı mühitdə, insanların yüksək ünsiyyət və davranış mədəniyyəti əhatəsində, hamıya yönəlmiş eyni qayğı və tələbkarlıq, obyektivlik, ədalət və humanizm göstəriciləri nümunəsində təhsil ala bilirlər. “Çağ” Öyrətim” Şirkətinin təhsil ocaqlarında yüksək təlim prosesi ilə yanaşı, hər bir öyrənəndə estetik, fiziki, ekoloji, iqtisadi və hüquqi keyfiyyətlərinin formalaşdırılması, onlarda geniş dünyagörüşü yaradan milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə gündəlik fəaliyyət sahəsinə daxildir. Bir çox klub və dərnəklər, jurnal nəşrləri, idman bölmələri, teatr və özfəaliyyət işləri, müsabiqə və yarışlar tələbələr tərəfindən təşkil olunur. Tələbə liderliyinə, idarəetmə keyfiyyətlərinə yiyələnməsinə, təşəbbüs və icraçılıq məsuliyyətinin dərk edilməsinə sistemli diqqət verildiyindəndir ki, tələbələrin hər biri bu keyfiyyətlərin daşıyıcısıdır. Onlar rəqs dərnəyi, teatr klubu, intellektuallar məclisi və digər yaratdıqları bu kimi özfəaliyyət qurumlarında görkəmli elm və mədəniyyət, dövlət və ictimai xadimlərlə tələbə görüşləri keçirir, Azərbaycan tarixini, təbiətini, ekologiyasını və s. öyrənmək məqsədi ilə səyahətlər, ekskursiyalar təşkil edirlər. “Çağ” Öyrətim”in təhsil müəssisələrində aparıcı istiqamətlərdən birini yurdsevərlik – vətənpərvərlik tərbiyəsi təşkil edir. Bunun üçün müxtəlif iş formalarından istifadə edilir. Təlim prosesində ayrı-ayrı mövzuların verdiyi imkana görə vətənpərvərlik duyğuları fəallaşdırılır, təlimdənkənar tədbirlərdə isə konkret müəyyənləşdirilmiş mövzuların şərhi, müzakirəsi, təsvirli izahı zamanı bu aspektdə geniş məlumatlar verilir, analitik təhlil aparılır. Xocalı soyqırımına, 20 Yanvar 1990-cı il faciəsinə, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisinə və ona ətraf rayonlara hücumu, torpaqların 20%-nin zəbt edilməsi, Çanaqqala savaşı və digər unudulmaz tarixi hadisələrə, şəhidlərin xatirəsinə həsr edilmiş kompozisiyalar, rəsm-şeir müsabiqəsi, filmlərə baxış, döyüş iştirakçıları ilə görüşlər və digər mərasimlər tələbələrin dosta məhəbbət, düşmənə nifrət hissini coşdurur, Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün onlarda qətiyyətlilik əzmini formalaşdırır. “Çağ” Öyrətim”in ölkədaxili və beynəlxalq əhəmiyyətli layihələri, proqramları öz öyrədiciliyi, inkişafetdiriciliyi, estetik təsiri ilə uzun müddət xatirələrdə yaşayır. Məhz elə buna görə də Təhsil Naziri Misir Mərdanov bu cəhətə diqqət yetirərək, qeyd edir ki, liseylərin KABİTEF – Təhsildə Yüksək Texnologiyaların Tətbiqi sərgisi, Mədəniyyət Qovşağı Azərbaycan sərgisi, Bilik sərgiləri, “Təhsilimizin Ulduzları” proqramı, hər il yüksək səviyyədə keçirilən məzuniyyət proqramları, “Ana dilimizi sevək, sevdirək” olimpiadası, İNEPO – Avrasiya Beynəlxalq ətraf Mühitin Mühafizəsi Olimpiadalarının təməli rolunu oynayan sərgilər, idman yarışları, “Qafqaz” Universitetinin təşəbbüsü və iştirakı ilə Milli Məclislə birlikdə bələdiyyə məsələlərinə həsr olunmuş Beynəlxalq konfrans, hər il müxtəlif iqtisadi, ictimai problemlərin həllinə həsr edilmiş respublika və beynəlxalq səviyyəli müxtəlif konfranslar, qardaş Türkiyə ilə müştərək tariximizə, ədəbiyyatımıza dair nəşr edilən ciddi, sanballı əsərlər təhsil tariximizdə yadda qalan hadisələrdir (2, 9). “Qafqaz” Universiteti öz məzunlarının biliyi və işgüzarlıq xüsusiyyətləri ilə əhsənə layiq keyfiyyət göstəricisi qazanmışdır. İlk məzun buraxılışını 1998-ci ildə keçirmiş “Qafqaz” Universitetini bu günə qədər 2332 bakalavr, 226 magistr, 20 doktorant, 2560 tələbə bitirmişdir. Hazırda məzunların 87%-i müxtəlif fəaliyyət sahəsində çalışır. Bunların 336-sı Azərbaycan xaricində - Türkiyə, Rusiya, ABŞ, Almaniya başda olmaqla, 52 fərqli ölkədə işləyir və ya təhsillərini davam etdirirlər (2, 58-59). Son 5 ildə “Qafqaz” Universiteti 22 Beynəlxalq elmi konfransa ev sahibliyi etmiş, professor-müəllim heyətinin 21 monoqrafiyası çap olunmuş, 500-dən yuxarı elmi məqalələr elmi nəşrlərdə yer tutmuşdur. Universitet dünyanın 17 ölkəsində fəaliyyət göstərən 35 universitetlə əməkdaşlıq əlaqəsindədir. Ekspertlərin belə bir fikri ilə biz də razılaşırıq ki, “Qafqaz” Universiteti bir dünya Universiteti olmaq məqsədinə nail olmuş, bu istiqamətdə bütün struktur vahidlərində inkişaf strategiyası hazırlamışdır. Ən önəmli hallardan biri də budur ki, əvvəlcə “Qafqaz” Universiteti, daha sonrkı mərhələdə isə “Çağ” Öyrətimin digər təhsil müəssisələri zəruri prosedur qaydalarını yerinə yetirərək, qısa müddət ərzində “TS-EN-İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sertifikatı”nı qazanmışdır. TS-EN-İSO 9001:2000 Keyfiyyəti İdarəetmə nədir? Texnologiya və Kommunikasiya sahəsindəki sürətli inkişaf bütün sahələrdə ciddi rəqabətə səbəb olmuşdur. Mövcud iqtisadi rəqabətdə qalib gəlməyin yeganə yolu isə istehlakçının ehtiyac və tələblərinə uyğun mal istehsalı, marketinq və satış sonrası xidmətlər daxil olmaqla, bütün mərhələləri əhatə edən və davamlı inkişafı başlıca məqsəd olaraq qarşıya qoymuş keyfiyyəti idarəetmə sisteminin tətbiq olunmasından keçir. Müasir dövrdə “İSO 9000 Keyfiyyəti İdarəetmə Sistemi” ən çox rəğbət görən və beynəlxalq səviyyədə tətbiq edilən standartlardır. Beynəlxalq standartlar təşkilatı (İSO) keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində müştərinin mənafeyinin qorunması, liderlik keyfiyyətlərinin, əksəriyyətinin iştirakının təmin olunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qəraraalma mexanizmi, istehsalçı və istehlakçı arasında müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsipləri əsas götürür. “Çağ” Öyrətim İşlətmələrini və nəzdnindəki bütün təhsil müəssisələri tətbiq etdikləri müasir tədris və təlim metodları ilə bərabər, beynəlxalq standartlara uyğun idarəetmə sistemini uğurla həyata keçirir. EN (Europeane Norm) - Avropa standartlarının ixtisar olunmuş variantıdır, Avropa birliyi çərçivəsində standartlar arasında uyğunluğu təmin etmək üçün təşkil edilmişdir. “TSE (Türk Standartları Enstitüsu)” - standartla uyğun gələn və keyfiyyətli məhsulların istehsalını təşviq etmək üçün hər cür fəaliyyəti əlaqələndirmək və bununla əlaqədar müvafiq sənədlərin tərtibini təmin etmək məqsədilə qurulmuşdur. “TSE” “İSO”nun üzvü və Türkiyədə yeganə təmsilçisidir (1, 30-31). Göründüyü kimi, “Çağ” Öyrətim İşlətmələri Şirkəti təhsilin və təhsili idarəetmənin keyfiyyəti məsələlərinə beynəlxalq standartlar səviyyəsində diqqət yetirir, buna görə də dünyanın tanınmış ali məktəbləri ilə əməkdaşlıq yarada bilmək haqqını qazanır. “Qafqaz” Universitetində professor-müəllim heyətinin elmi fəaliyyətləri bir neçə istiqamətdə öz həllini tapır. Əvvələn, hər bir bölmənin (kafedranın) əməkdaşları ən aktual mövzularda elmi-tədqiqat işlərini yerinə yetirirlər. İkincisi, Universitetində fəaliyyət göstərən Elmi-Tədqiqat Araşdırmalar İnstitutu və Pedaqoji-Psixoloji Araşdırmalar Mərkəzi ayrıca olaraq tədqiqat işlərinin aparılması və nəticələrinin çapa hazırlanmasını yerinə yetirir. Nəşriyyat şöbəsi Universitetin aylıq elmi jurnallarının, topluların, tələbə jurnallarının, elmi-konfrans materiallarının, dərslik və tədris vəsaitlərinin, proqramların və müvafiq monoqrafik əsərlərin çapını təmin edir. Bu nəşrlər Türkiyənin və digər əlaqədar ölkələrin kitabxanalarına göndərilir. Məqalələr Azərbaycan türkcəsində, Türkiyə türkcəsində, ingilis dilində və rus dilində hazırlana bilir. Universitetin doktoranturası olan bölmələrində magistratura təhsilli gənclər dissertasiya mövzuları üzərində işləyirlər. Son 2 ildə 10 nəfər doktorant dissertasiya müdafiə edərək, fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Professorlardan Niftalı Qocayevin, Həmzağa Orucovun, Akif Hüseynlinin, Xəlil İsmayılovun, Əjdər Ağayevin, Ömər Okumuşun, Ahmet Saniçin, Cihan Bulutun, Minəxanım Təhləlinin kitabları və elmi məqalələri, Beynəlxalq konfransdakı məruzə mətnləri elmi və tədris əhəmiyyəti daşıyan nəşrlər kmi diqqəti cəlb edir. Doktorlardan Mehmet Rıhtımın, Erdal Karamanın, Bayram Gündoğdunun, Nərminə Əliyevanın, Səriyyə Gündoğdunun, Mustafa Gülün, Ətrabə Gülün, İsa Qasımovun və digərlərinin kitabları, məqalələri və elmi konfrans materialları Azərbaycandan əlavə Türkiyə nəşrlərində yayımlanmışdır. Universitetin müxtəlif dillərdə çap olunmuş kitablarla zəngin elmi kitabxanası, həm müəllimlərin, həm də tələbələrin tez-tez müraciət etdikləri bilik ocağıdır. Universitetin internet sistemi dünyaya texnoloji çıxış vasitəsi ilə bu istifadəni daha da genişləndirir. Hər bir əməkdaş ona məxsus kompyüterdən istifadə etməklə, informasiya almaq imkanına malikdir. Eləcə də tələbələr üçün belə bir imkan vardır. Ümumuniversitet, bölüm və fakültə aylıq konfrans və seminarları müasir məlumatları çatdırmaqla yanaşı, iş təcrübəsini, problemləri, perspektivləri müzakirə baxımından da faydalılığı ilə seçilir. Bir çox halda qlobal mövzulu Beynəlxalq konfranslar digər qurumlarla birlikdə təşkil olunur. Məsələn, “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” adlı I (2003), II (2007) Beynəlxalq konqreslərdə region ölkələrinin iqtisadi və beynəlxalq münasibətləri əsas müzakirə obyekti olmuşdur. Azərbaycan da daxil olmaqla, 19 ölkəni təmsil edən alimlərin iqtisadiyyat bölməsi üzrə 140, beynəlxalq münasibətlər bölməsi üzrə 67 olmaqla, cəmi 207 məruzəsinin dinlənildiyi konqresin 1400 səhifəlik materiallarının 3 cilddə çap edilərək, iştirakçılara paylanmasının böyük rəğbətlə qarşılanması təbiidir. İştirakçı olan 117 xarici alim və tədqiqatçı konqresin sonuncu günündə Bakının tarixi yerləri və muzeyləri ilə tanış olmuş, Qız qalası, Şirvanşahlar sarayı, Karvansaray, Atəşgah və digər tarixi abidələrin ziyarət edilməsi konqres iştirakçılarında böyük maraq doğurmuşdur. Konqres iştirakçıları üçün azərbaycanlı ailələrdə şam yeməyinin təşkil edilməsi onlarda Azərbaycan xalqının qonaqpərvərliyi, humanizmi, milli mətbəxi və adət-ənənələri haqqında dolğun təsəvvür yarada bilmişdir. Keçirilən bütün konfranslarda belə bir yanaşmadan istifadə edilir.
Nəticə
Göründüyü kimi, Azərbaycanda təhsilin modernləşməsində və onun inkişafında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələri əhəmiyyətli rol oynaya bilmişdir. Müstəqil Azərbaycanın yaşıdı olan “Çağ” Öyrətim bu illərdə Türkiyə-Azərbaycan təhsil və mədəni əlaqələrinin, mənəvi birlik və dostluq duyğularının formalaşmasında, Türk dünyasının dünyada tanıdılmasında, təhsillə, biliklə, maariflənmə yolu ilə özünütəsdiqin və dünyanı dərkin reallaşmasında, xeyirxahlığın, humanizmin, ədalətin, bəşəri mədəniyyətin, sülhün, əmin-amanlığın, insan kamilliyinin dünyəvi faydalılığının yayılmasında əhəmiyyətli işlər görmüşdür. Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bir fikri xatırlatmaq istərdim. O, demişdir: ““Çağ” Öyrətim” təşkilatı çox böyük işlər görür. Mən onun fəaliyyətindən çox razıyam”. ИСТИФАДЯ ЕДИЛМИШ ЯДЯБИЙЙАТ:

1. Heydər Əliyev və Çağ Öyrətim Şirkəti. Bakı, 2007 2. Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim elmi-praktiki konfransın materialları. Qafqaz Universiteti nəşriyyatı, Bakı, 2012 3. “Təhsil və zaman” qəzeti.


Müasir məktəin həyatı Müasir təhsil müəssisəsi yeni nəsilə təlim və tərbiyə vermək üçün pedaqoji işçilərin, uşaqların və onların valideynlərinin məqsədli qarşılıqlı münasibət mexanizmidir. Belə bir şəraitdə dövlətin təhsil sahəsindəki siyasətinin kollektivə çatdırılmasında və koordinasiya edilməsində təhsil müəssisəsinin rəhbərinin aparıcı rolu aktuallıq kəsb edir. İldən – ilə təhsil müəssisəsinin rəhbərinin nüfuzu, imici artır. Belə yüksələn xətlə kollektivdə öz işini quran, idarəetmə elmini Y.A.Komenskinin, B.A.Suxomlinskinin, amerika alimi Fredrin, Teylorun, alman sosioloqu və ekonomisti Meri Parker Folletin əsərlərindən, məqalələrindən öyrənən, ümumi təhsildə
kurikulum islahatı və onun idarə olunması, İKT-nin təhsildə tətbiqi və idarəetmə sistemləri, Kipr Universitetinin dəstəyi ilə keçirilən “Egitimde Bilişim Texnolojileri” və digər yaradıcı təlim treninqlərində iştirak etmiş və sertifikat qazanmış, təhsilin inkişafında görülmüş səmərəli işlərə görə beynəlxalq, respublika və yerli təşkilatların diplom, təşəkkürnamə və fəxri-fərmanları ilə təltif olunmuş Şəki şəhər 11 №-li tam orta məktəbin direktoru Sədiyeva Ədalət Malik qızı idarəetmə texnologiyalarını addım-addım öyrənmiş və onu doğma kollektivin yüksək, faydalı idarə olunmasına, müəllimlərin peşə səviyyəsinin yüksəldilməsinə tətbiq etmişdir. Bunun nəticəsidir ki, 11 №-li tam orta məktəbin dialektik inkişafı, onun ilbəil uğurlarının yüksələn xətlə artması ölkəmizdə pedaqoji ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. Ədalət müəllimin idarəçilik fəaliyyətini bir neçə saat müşahidə etdikdə aşağıdakı keyfiyyətlərin onda formalaşmasını hiss etdim və təhsil müəssisəsinin rəhbərinə xas müsbət keyfiyyətlərin olmasının şahidi oldum. Ədalət müəllim səbirlidir, tez nəticə çıxaran deyil, şagirdlərin valideynlərinə diqqətlə qulaq asmağı bacarır, hətta əsaslandırılmamış iradlar söyləniləndə belə səbirlidir. Eyni məsələni lazım gəlsə on dəfə izah edir. Ədalət müəllim taktikalıdır. Hər hansı bir problemli şəraitdə səsinin tonunu qaldırmaz, tələsik nəticə çıxarmamaq qabiliyyəti vardır. Yaddaşı möhkəmdir. Söz verdisə vaxtında yerinə yetirir. Öz tabeliyində olanlara belə bir fikri çatdırır ki, dərs müqəddəsdir. Məhz məktəb rəhbərində bu keyfiyyətlərin realizə edilməsi təlim – tərbiyə işinə öz təsirini göstərir. Məktəbin idarə olunmasında məktəbdaxili nəzarətin optimal təşkili mühüm rol oynayır. Məktəbdə rəhbər işçilərin təlim – tərbiyə işlərinə nəzarət qrafiki tərtib edilmiş, onlar arasında iş bölgüsü elə aparılmışdır ki, bütün təlim – tərbiyə prosesi daim diqqət mərkəzindədir və nəzarət altına alınmışdır. Cari ildə məktəbin pedaqoji şura iclaslarında “Azərbaycan dili və riyaziyyat fənlərindən dərs deyən müəllimlərin peşəkarlıq səviyyəsi öyrənilməsi” məsələsi müzakirə edilmişdir. “Məktəbin 7, 8, 9, 10 və 11-ci siniflərdə riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi” məsələsinin müzakirəsi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir. “5 və 6-cı siniflərdə yeni tədris proqramlarının (kurikulum) tətbiqi ilə əlaqədar olaraq müəllimlərin peşəkarlıq səviyyəsini araşdırmaq məqsədilə monitorinqin nəticələri barədə” və başqa məsələlərin həlli təlim – tərbiyə işinin yüksəlməsinə öz təsirini göstərmişdir. Məktəbdə müxtəlif nəzarət mexanizmlərindən səmərəli istifadə nəinki direktorun, həmçinin bütün pedaqoji kollektivin imicinin yüksəlməsinə gətirib çıxarmışdır. Direktoryanı müşavirə də məktəb idarəçiliyinin operativ orqandır. Şəki şəhər 11 №-li tam orta məktəbdə bu orqan lazımı səviyyədə fəaliyyət göstərir. “İbtidai siniflərdə, “Təsviri incəsənət” və “Həyat bilgisi” fənlərinin tədrisi ilə əlaqədar olaraq müəllimlərin peşəkarlıq səviyyəsinin monitorinqinin aparılması, 9-11-ci siniflərdə “Azərbaycan dili” fənninin tədrisi vəziyyətinin yoxlanılması barədə və sair məsələlərin müzakirəsi tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək göstərmişdir. Məktəbdə şagirdlərin dərsə davamiyyətinin yüksəldilməsi və bunun stabilləşdirilməsi sahəsində də maraqlı tədbirlər həyata keçirilmişdir. Bu da dekabr ayının 2 – dən 20-dək olan dövrdə şagirdlərin dərsə davamiyyətinin monitorinqinin aparılmasıdır ki, bunun təhlili nəticəsində ən yaxşı davamiyyəti olan siniflər mükafatlandırılmışdır. Məktəbdə fəaliyyət göstərən “Vətənpərvərlik klubu” nun üzvləri iş planlarına uyğun olaraq şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasına daim kömək edirlər. Klubun üzvləri Qarışıq tipli internat məktəbdə, Uşaq evində və hərbi hissələrdə olur və konsert proqramları ilə çıxış edirlər. Məktəbin Nə? Harda? Nə zaman? İntellektual klubu rayonda keçirilən yarışlarda müvəffəqiyyətlə çıxış edir. Beynəlxalq və respublika səviyyəli müsabiqə və olimpiadalarda məktəbin şagirdləri yüksək nəticə göstərirlər. Onlardan Qarayev Murad 2012-ci ildə M.İbrahimovun 100 illik yubileyinə həsr olunmuş respublika inşa müsabiqəsində II yerə, İmamverdiyev Pərvin –Tarix fənni üzrə fənn olimpiadalarının respublika turunda IV yerə, Balakişiyev Aytac 2012-ci ildə biologiya fənni üzrə məktəblilərin fənn olimpiadasının Respublika turunda III yerə çıxmışdır. Manafova Natella riyaziyyat-məntiq olimpiadasının Respublika turunda 2-ci yeri tutmuşdur. 2013-cü ildə Yusifova Fəridə akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Ana müqəddəslik zirvəsi” müsabiqəsinin qalibi olmuşdur və s. 15 şagird respublika səviyyəli müsabiqə və olimpiadalarda uğurlar qazandığına görə məktəbin istedad bankına daxil edilmişdir. Bu ildə şagirdlər müxtəlif müsabiqə və olimpiadalarda uğurla çıxış edərək mükafata layiq yerləri tutmuşlar. Bunlardan “Ana dilimizi sevək, sevdirək” müsabiəqsində musiqi kateqoriyası üzrə Rəhimə Əzimova, tək ifaçılıq kateqoriyası üzrə isə Aynur Paşayeva respublika turunda iştirak etmək hüququ qazanmışlar. Biologiya fənni üzrə Həsənova Aygün və Hüseynova Amella rayon olimpiadasının qalibi olmuş, respublika turunda iştirak etmək hüququ qazanmışdır. İNEPO - ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq layihə olimpiadasında şagirdlərin iştirakı artıq ənənə halını almışdır. 4 il ardıcıl olaraq şagirdlərin layihələri mükafata layiq yer tutmuşdur. Bu ildə “Səsdən alınan enerji” layihəsində iştirak etməyə dəvət almışlar. Məktəbin şagird kollektivinin fəaliyyəti ümumməktəb vəzifələrinin həyata keçirilməsinə yönəldilmişdir. Bütün siniflərdə real fəaliyyət göstərən şagird özünüidarəsi məsələləri real və müstəqil həll edir. Məktəbdə hər bir şagirdin sevimli məşğuliyyəti var. Onlar dərnəklərdə, idman bölmələrində klublarda və s. fəaliyyət göstərirlər. Məktəbdə hərbi – idman işlərinə də diqqət normaldır. Bu il “Cəsurlar” hərbi – idman turizm oyununun rayon birinciliyində məktəbin komandası qalib olmuş və bölgə turunda Şəki rayonunu təmsil eədəcəklər. Hal–hazırda məktəbdə 941 nəfər şagird 48 sinifdə komplektləşdirilmişdir. Bunların təlim – tərbiyəsi ilə 145 nəfər müəllim məşğul olur. Müəllimlərin öz işinə yaradıcı münasibəti məktəb şagirdlərinin müvəffəqiyyətlərinin artırılmasına stimul verir. 2012-2013-cü təhsil ilində məktəbi bitirən 62 nəfər şagirddən 52 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 30 nəfəri respublikanın ali məktəblərinə, 6 nəfəri isə Türkiyə dövlətinin ali məktəblərinə daxil olmuşdur. Şagirdlərdən 4 nəfəri 600-dən yuxarı bal toplamışdır. 11 №-li tam orta məktəb 2010-2011-ci tədris ilində “ilin ən yaxşı məktəbi” Respublika müsabiqəsində qalib gələn 50 məktəbdən biri olmuşur. Ədalət müəllimin Şəki 11 №-li tam orta məktəbə rəhbərlik etməsinin on ili tamam olur. Ürəyə yatan gözəl işgüzarlıq fəaliyyəti insanı həyatın mənasını düşünməyə məcbur edir. O, işinin adamlara, vətənə gərəkliyini dərk edəndə isə ürəyi fərəhlə dolur, yeni – yeni nailiyyətlərə doğru irəliləyir.

Rəşad RƏŞİDOV, “Təhsil və zaman” qəzetinin bölgə müxbir, Qətibə MAHMUDOVA, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi


Məzunlar doğma məktəbdə

Ümummilli lider H. Əliyev Azərbaycan Respublikası gənclərinin 2 fevral 1996-cı ildə keçirilmiş I forumundakı nitqində belə demişdir: “Bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə çatmaqdır. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.” Ulu öndərin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin bu gün gələcəyimiz olan gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, gənclərimiz bütün sahələrdə öz bacarıqlarını göstərir və gənc liderlərimiz yetişməkdədir. Yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətinin aşılanması məqsədilə Çeşməli kənd tam orta məktəbində 1 fevral 2014-cü il tarixdə məktəbin məzunları ilə pedaqoji kollektivin görüşünün keçirilməsi artıq 3 ildir ki ənənə halını almışdır. Bu tədbir gənclər gününə həsr olunmuşdur. “ Gənclər gələcəyimizdir” başlığı altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ziyafət Xasiyeva tədbir iştirakçılarını salamlayaraq gəncləri təbrik etdi və çıxışında qeyd etdi ki, liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş mövqeyi olan gənclərin formalaşmasında bu cür tədbirlərin rolu əvəzsizdir. Müstəqil Azərbaycanın gələcəyi gənclərdir deyən Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti və 2010-2015-ci illərdə gənclər haqqında Dövlət Proqramının qəbul olunması dövlətimiz tərəfindən gənclərimizə göstərilən diqqətin təzahürüdür. Dünya ölkələri içərisində Azərbaycan ilk ölkədir ki, gənclər üçün xüsusi gün ayrılıb. Gənclərlə belə görüşlərin gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı.
Tədbirdə məktəbin müəllimləri-Əhmədov Alməmməd, Məmmədova Almaz, İsrafilov Namiq, Abdullayev Cəmil, Mustafayev Rəhman və Əhmədova Ruziyyə çıxış etdilər. Müəllimlər gəncləri təbrik edərək müxtəlif ali təhsil ocaqlarından səsləri gələn məzunlarla qürur duyduqlarını xüsusi olaraq qeyd etdilər. Məktəbin riyaziyyat müəllimi Əhmədov Aqil bir məzun kimi çıxış edərək gəncləri təbrik etdi və vurğuladı ki, internetdə mənim məktəbımin saytında məktəbimizin 3 şagirdinin Əlifov Murad, Abdurrahmanov Etibar və Mahmudova Çinarənin adı var. Müəllim gələcəkdə bu ardıcıllığın davamlı olmasını arzuladı. Mənzunlardan Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında təhsil alan Məmmədova Pərvanə, Quliyev Aydın, Mustafayeva Səma, BDU-da təhsil alan Qaffarova Mehparə, Mazanov Ramin, Mahmudova Çinarə çıxış etdilər. Məzunlar sevinc içərisində idilər, çünki oxuduqları məktəblə çoxdan görüşmürdülər. Onlar tədbir iştirakçılarını salamlayıb müəllimlərə xüsusilə məktəbin direktoru Ziyafət Xasiyevaya belə bir görüşü təşkil etdiyinə görə minnətdarlıqlarını bildirdilər və qeyd etdilər ki, müəllim əməyi ən ağır, ən şərəfli əməkdir. Ötən illər ərzində biz Sizin dən düşmüş saçlarınızı, üzünüzdə yaranan cizgiləri görürük. Bu, namuslu əməyin təcəssümüdür. Torpağının 20%-i işğal altında, müharibə şəraitində olan bir ölkə üçün vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir. Bu gün Çeşməli kənd tam orta məktəbinin hərbi hazırlıq müəllimi Rəhman Mustafayevin əməyinin nəticəsidir ki, məktəbin məzunalarından bir çoxu vətən torpaqlarını qorumaq amalı ilə ordu sıralarında zabit və gizir kimi çalışır bəziləri isə hərbi məktəblərdə təhsil almaqdadır. Hərbiçi gənclərimizdən Məmmədov Şahin öz çıxışında gəncləri vətənpərvər olmağa səslədi və şagirdlərin bu ruhda böyüməsində müstəsna əməyi olan müəllimlərə öz təşəkkürünü bildirdi. Məktəbimizn XI sinif şagirdləri Musayev Elnur, Şamilli Xəyalə, X sinif şagirdi Əsgərova Nuranə, IX sinif şagirdi Mustafayeva Aynurə çıxış edərək gəncləri təbrik etdilər və tələbələrə təhsildə uğurlar arzuladılar. Bir də onu arzuladılar ki, gələcəkdə bizdə bu gün burada qürurla əyləşən tələbə məzunların sırasında olaq. Rəsmi hissə başa çatdıqdan sonra məzunlar pedaqoji kollektivlə birgə çay stolu arxasında şirin söhbətlərini davam etdirdilər və keçmiş xatirələri yada saldılar. Bu xatirələrin şirinliyindən məclis iştirakçılarının hamısına pay düşdü. Şəkinin dadlı-duzlu lətifələri məclisi daha rövnəqləndirdi.
Gülarə CAMALOVA, Şəki rayonu Çeşməli kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

1 comment: