6.21.2014

Təhsil Şurası "Respublikanın təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi" layihəsi


Təhsil Şurası "Respublikanın təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi" layihəsinin tətbiqinə başladı. Bu layihə çərçivəsində Təhsil Şurasının əlaqələndiriciliyi ilə Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəblə Şirvan şəhərindəki 1 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumu Təhsil Şurasının sədri professor Əjdər Ağayevin tövsiyəsi ilə Şuranın idarə heyətinin üzvü, Proqram rəhbəri Böyükağa Mikayıllı, Şirvan şəhər 1 nömrəli məktəb-liseyin direktoru Rəfiqə Rzayeva və 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə imzaladılar.
İmzalama mərasimində Şirvan şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Elçin Həsənov və Təhsil Şurası idarə heyətinin üzvü Sevinc Niftiyeva da iştirak etdilər.