5.10.2016

Mövzu: “Kreativ düşüncə və Təhsildə onun rolu”

Dadaşov Müşfiq Adil oğlu M. İbrahimov adına Biləsuvar lisey – məktəb kompleksinin tarix müəllimi, tarix kafedrasının müdir

Xülasə: Kreativlik nədi, kreativlik tarixi, onun təhsildə rolu və əhmiyyətini açıqlamağa çalışmışam. Eyni zamanda Azərbaycanda kreativ düşüncə tarixinə qısaca nəzər yetirərək bu ənənənin müasir təhsil sistemimizdə və təlimin təşkilindəki rolunu vurğulamışam.
          Açar sözlər: Kreativlik, Kostruktizm,  “Afina akademiyası”  ,  psixologiya assosiasiyası, atomistlər məktəbi, “Lu” dövlətinin, şərq kreativliyi, antik dövr kreativliyi
 Müasir təhsilimizin dünyanın öncül təhsil sistemlərinə inteqrasiya olması və əməkdaşlığın genişlənməsi  bu sahədə təcürrübələrin artmasına, səmərəli fəaliyyətin daha düzgün qurulmasına yardım etmiş oldu. Bununla bağlı  bir sıra yanaşma və ifadələr təhsilimizə daxil olur, yada həmin  yanaşma və ifadələrə münasibət yenilənərək, müasir tələblərə uygun təkmilləşirdi. Bu yanaşmalarda müasir təhsildə kreativlik (yaradıcı) və onun əhmiyyəti müstəsna əhmiyyət kəsb etməyə başladı. Bu zərurəti nəzərə alsaq  “Kreativ düşüncə və Təhsildə onun rolu” mövzusuna seçməyim təsadüfi olmadığı görünər.