Xalq təbabəti

Öskürəyə faydalı bitki və çaylar - SİYAHI

Uzun sürən öskürəyin qarşısını dərman qəbul etmədən alın
Uzun sürən öskürəklər bəzən hansısa bir xəstəliyin xəbərçisi olmaya da bilər. Ona görə də dərman qəbul etməkdənsə bitkisəl müalicələrlə uzun sürən öskürəyin qarşısını ala bilərsiniz. Ailəm.az öskürəyə faydalı olan bitki və bitki çaylarının siyahısını sizə təqdim edir.                
1. Evkalipt: Bəlğəm təmizləyici təsirə malikdir. Evkalipt çayının hazırlanması üçün 3 ədəd evkalit yarpağının üzərinə isti su töküb qapaqlı fincanda 5-10 dəqiqə saxlayın. Gündə 2-3 dəfə içilməlidir.                                                                                             

2. Cirə: Bəlğəmi təmizləyir. 2-3 qram cirə toxumunun üstünə isti su əlavə edib 5-10 dəqiqə qapaqlı stəkanda dəmləyin. Sonra için. Hazırlanan cirə çayı gündə 2-3 dəfə içilməlidir.                                                                                            

3. Mine çiçəyi: 3 qram əzilmiş çiçəyin üzərinə qaynadılmış isti su əlavə edib 10-15 dəqiqə dəmləyin və gündə 2-3 dəfə için.                                                                   

4. Heyva: Öskürəyi sakitləşdirmək və boğazı yumşaltmaq üçün cökəylə qarışdırılaraq istifadə edilir. Heyva meyvəsi və yarpaqları öskürəyi azaldır. 1 çay qaşığı heyva toxumunun üstünə qaynar su töküb fincanın ağzını bağlayıb 10-15 dəqiqə dəmləyin. Axşam yatarkən için.                                                         

5. Bamya çiçəyi: 2-3 qram quru və parçalanmış çiçək yarpaqlarının üzərinə 200 ml qaynar su əlavə edin, 5-10 dəqiqə dəmlədikdən sonra için.                        

6. Nərgiz çiçəyi: Öskürəyi sakitləşdirmək və tərləmək üçün istifadə edilir. 2-3 qram bitkinin üzərinə 200 ml yenicə qaynamış su əlavə edib 10 dəqiqə dəmlədikdən sonra için.                                                                                                                  

7. Hil: Öskürəyi sakitləşdirməyə faydalıdır. 2 qram toz halına gətirilmiş hilin toxumunu qapalı bir fincana qoyub üzərinə qaynar su tökün. 10-15 dəqiqə dəmləndikdən sonra içilir.                                                                                

8.Miyan kökü: Quru öskürəkdə istifadə edilir və sakitləşdirici təsirə malikdir. 2 qram miyan kökünün üzərinə soyuq su əlavə edilir. Qaynadıqdan sonra ilıq olana qədər gözləyin və için.                                                                                    




Uşaqlarda bağırsaq disbakteriozu

Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.
Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.
İnsan bağırsaqlarında onun orqanizmi üçün xeyirli bakteriyalar (bifidobakteriyalar, laktobakteriyalar, bağırsaq çöpləri, bakteroidlər) yaşayır. Bağırsaqlarda həmçinin “neytral” (onlar insana nə xeyir, nə də zərər verir) və zərərli bakteriyalar da məskən salmışdır. Disbakterioz zamanı bağırsaqlarda xeyirli bakteriyaların miqdarı azalır, neytral və zərərli bakteriyaların sayı isə artır.
Yenidoğulmuşların bağırsaqları sterildir. Anadan olandan sonra bağırsaqlarda bakteriyalar məskunlaşmağa başlayır. Təbii şəkildə ana südü ilə qidalanan körpənin bağırsaqlarında xeyirli bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Körpələrin rasionuna vaxtından qabaq (5 ay tamam olmamış) əlavə qidalar (sıyıqlar, meyvə-tərəvəz və s.) daxil edilərsə, onlarda disbakterioz əmələ gəlir. Disbakterioz körpələr üçün təhlükəli hesab edilir. Bu onlarda çəki artımını ləngidə bilər, hətta çəkinin azalmasına da səbəb ola bilər.
Bir qədər böyük yaşlı uşaqlarda qeyri-düzgün qidalanma, stres, antibiotiklər, hormonlar və digər preparatların qəbulu, əlverişsiz ekoloji mühit disbakterioza səbəb ola bilər.
Disbakterioz zamanı uşagın nəcisində həzm olunmamış hissələr nəzərə çarpır; nəcisin çox üfunətli, kəskin, qıcqırmış qoxusu olur. Uşağın gərginləşmiş qarnında tez-tez ağrılar, uğultu olur, onun iştahası pisləşir, tez-tez ishal, qəbizlik baş verir. Körpənin rəngi avazıyır, o süstləşir, dərisi quru, allergik səpgili olub qabıq verir, ağız bucaqlarında çatlar meydana çıxır. Disbakteriozlu uşaqlar daha tez-tez soyuqdəymə və bağırsaq infeksiyaları ilə xəstələnir, onlarda əksər hallarda uzunmüddətli üzücü qəbizlik olur.
Disbakteriozun diaqnostikası üçün aşağıdakı üsullardan istifadə edilir:
- koproqramma. Bu üsulla bağırsaq tərəfindən qidanın nə dərəcədə həzm olunması və bağırsaqda iltihab olub-olmaması dəqiqləşdirilir;
- nəcisin patogen mikroblara əkilməsi. Bu üsulla nəcisdə zərərli floranın miqdarı və onların hansı antibiotiklərə qarşı həssas olduğu təyin edilir. Nəcis analizi yığılan zaman xüsusi şərtlərə riayət edilməlidir: nəcis təzə yığılmış (2 saatdan artıq saxlanmasına icazə verilmir) və miqdarı 5-10 qramdan az olmamalıdır. Dizbakterioza analiz verilən ərəfədə bağırsaq florasını bərpaedici preparatların qəbulu dayandırılmalıdır.
Bağırsaq disbakteriozunun müalicəsi çətin və uzunmüddətli olur. Bu zaman valideynlərdən səbirli olmaları və həkim təyinatlarını dəqiqliklə yerinə yetirmələri tələb olunur. Müalicə əvvəlcə bakteriofaqlarla (təkcə zərərli mikroorqanizmləri məhv edən viruslar) və bağırsaq antiseptikləri ilə başlayır. Ağır hallarda hətta antibiotiklərdən də istifadə oluna bilər. Qidanın yaxşı həzm olunması üçün uşağa fermentlər də təyin olunur.
Bağırsaqlar əksər zərərli mikroorqanizmlərdən təmizləndikdən sonra uşaqlara bifido və laktobakteriyalardan ibarət xüsusi preparatlar təyin edilir. Bu preparatların köməyi ilə bağırsaqların xeyirli mikroflorası tədriclə bərpa olunur. Həkim məsləhəti olmadan uşaqlarınıza hətta ən etibarlı və sınaqdan keçmiş preparatları da vermək olmaz. Onlar uşaq orqanizmi üçün tam yararsız və bəzi hallarda isə təhlükəli ola bilərlər.


















Uşaqlarda hansı öskürək Astma xəstəliyinin əlamətidir?

Mütəxəssislər, hansı öskürəyi hansı xəstəliyə işar














Mütəxəssislər, hansı öskürəyi hansı xəstəliyə işarə etdiyini izah edir.
Qış aylarıyla birlikdə xəstəliklər də yayılmağa başladı. Xüsusilə soyuq havalarda asanca təsirlənən uşaqlar xəstələnir və davamlı öskürürlər.. Uşaqların öskürəkləri ümumiyyətlə 1-2 həftədə düzəlir amma bəzilərində 2 həftədən daha uzun çəkir və ya nəfəs sıxışması görülür. Öskürəyin keçməməsi üzərinə ailələr uşaqlarının astma, bronxit ya da sətəlcəm xəstəliklərinə tutulduğunu sanaraq narahatlıq keçirir.
Astma pis bir xəstəlikdirmi?
Ailələr astma xəstəliyindən çox qorxduqları üçün ümumiyyətlə həkimlər astma sözünü istifadə etməyə çəkinirlər. Bu səbəblə bronxit, spastik bronxit, allergik bronxit kimi adlara üstünlük verilir. Əslində bütün adlar eynidir. Bu adlar astma ilə eyni mənaları daşıyır. Astmadan qorxmamaq lazımdır. İlk edilməsi lazım olan astma diaqnozunun doğru qoyulmasıdır.

Öskürən hər uşaqda astma vardırmı?
Hər öskürən uşağa astma diaqnozu qoyulması çox səhvdir. Astma diaqnozunun bu mövzuda mütəxəssis həkimlər tərəfindən qoyulması lazımdır. Astma diaqnozu uşaqlarda astma mövzusunda da bir mütəxəssislik olan "uşaq allergiyası mütəxəssisi" yeni adıyla "uşaq immünolojisi və allergiya xəstəlikləri mütəxəssisləri" tərəfindən qoyulmalıdır. Diaqnoz doğru qoyulsa ən az müalicə və ən az dərmanla uşağa zərər vermədən müalicə edilə bilər. Əks halda uşaq astmaya bənzəyir deyə bir çox gərəksiz dərman verib dərmanlarla orqanizmi yükləmiş olarıq.
Astmanın əlamətləri nələrdir:
Uşaqdakı hər qrip çox ağır keçir və xüsusilə 2 həftədən uzun olan öskürək olarsa
-Nəfəs çatışmaması olursa.
-Çox tez öskürək olursa
-Xüsusilə qaçan zaman öskürək, sinədə sıxışma və ya xışıltı olursa
-Səhərə yaxın öskürəklər olursa
-Yuxuya getdikdən 1-2 saat sonra öskürək başlayırsa
-Öskürək səbəbiylə yuxudan ayılırsa.
Bu saydıqlarım hər hansı bir uşaqda təkrarlanırsa uşaq mütləq astma cəhətdən araşdırılmalıdır. Xüsusilə də uşağın ana, ata, qardaş və ya yaxın qohumlarında astma, egzama, allergik soyuqdəymə kimi allergik xəstəliklər varsa astma olma riski çox yüksəkdir.
 
Astmalı uşaqlarda nələrə diqqət etmək lazımdır?
Astmalı uşaqlara doğru diaqnoz qoyulduqdan sonra müvəffəqiyyətli bir müalicə ilə normal uşaqlardan heç bir fərqi qalmaz. İdman etmələrində qorxu olmadığı kimi idmanın faydası da vardır. Yalnız necə idman etmələri və nə cür tədbir almaları lazım olduğunu bilməlidirlər. Astmalı uşaqları tərləyincə pis olar deyə evlərə həbs etmemek lazımdır.


Astmalı uşaq nələrdən qorunmalıdır?
Allergiyası olduğu hərşeydən qorunması kifayətdir. Məsələn; ev tozu alanda allergiyası olan uşaqlar buna istiqamətli tədbirlər görməlidir.. Ayrıca yanlarında siqaret çəkilməməli, iti qoxulu ətirlər istifadə olunmamalıdır. Evdə buxar maşınlarının işlədilməsi belə zərərli ola bilər.
Sonda isə bütün uşaqlarımıza sağlamlıq arzu edirəm.



Uşaqları xəstəlikdən qorumaq yolları


Payızı geridə buraxmağımıza az qalıb.Bu günlərdə soyuqdəymə, qrip, farengit, sinüzit və orta qulaq iltihabı kimi tənəffüs yolu infeksiyaları xəstəlikləridə artır.


Fəsil dəyişmələrində uşaqları xəstəliklərdən qorumaq üçün alınması lazım olan tədbirlər aşağdakılardır;
Uşağınızı xəstəliklərdən qorumanın ən əhəmiyyətli nöqtəsi; xəstələrlə yaxın təmasda olmasından qaçınmaq və bədən müqavimətini saldığı üçün soyuqdan qorumaq olmalıdır.
Məktəbin birinci ili əhəmiyyətlidir ...
Uşağınız istər birinci sinifə başlasın, istər yuxarı sinifdə oxusun, istərsədə baxçaya getsin... Məktəbin birinci ili ümumiyyətlə bir çox tənəffüs yolu infeksiyası keçirilən, uşağın tez-tez xəstə olduğu bir dövrdür. Hətta bu müddət iki il davam edə bilər. Bu dövrdə immunitet sistemi heç görmədiyi infeksiyalarla qarşılaşar və əslində bədən bir tərəfdən də immunitet qazanar. Bir neçə il içində vəziyyət ümumiyyətlə düzələr.

İldə neçə dəfə infeksiya normaldır?
Bir uşağın ildə 6-12 tənəffüs yolu infeksiyası keçirməsi normaldır.
Uşaqlarda tez-tez tənəffüs yolu infeksiyası keçirməsinə səbəb olan faktorlar nələrdir?
Allergik xəstəliklər, astma, boğazəti kimi problemlər uşaqların daha tez-tez tənəffüs yolu infeksiyaları keçirməsinə səbəb olar. Siqaret dumanına məruz qalmaq da infeksiyaları artıran əhəmiyyətli bir faktordur. Çoxuşaqlı ailələrin uşaqları və baxçaya  erkən başlayan uşaqlar əlbəttə ki, daha çox xəstə olurlar.

Paltarına diqqət edin!
Uşağınızın bədən müqavimətinin düşməməsi üçün çölə çıxararkən paltarlarının kifayət qədər qalın olmasına diqqət edin. Xüsusilə çöldəykən soyuqdan qorumaq üçün körpənizi qat qat geyindirmək, qalın bir qat giydirməktən istilik izolasyonu baxımından daha yaxşıdır. Ayrıca körpələrdə daha çox başdan istilik itkisi olduğu üçün, başını örtməyə laqeyd yanaşmayın.
Xəstə insanlardan uzaq tutun ...
Soyuq hava insanların bağlı mühitlərdə bir araya gəlib, bir-biri ilə təmasını asanlaşdırdığı üçün üst tənəffüs yollarının qış mövsümündə daha çoxxəstəliyə yoluxmasına səbəb olur. Buna görə uşağınızı mümkün olduğunca xəstə insanların iştirak etdiyi temperaturda saxlamayın. Əgər evdə olan bir ailə fərdi ya da siz həstəysənız uşağınıza infeksiyasının bulaşmaması üçün mütləq maska ​​taxın.
C vitamini istifadə edin...
edilən araşdırmalar C vitamininin infeksiyalardan qorunmada faydalı ola biləcəyini, ancaq infeksiya meydana gəldikdən sonra fayda vermədiyini göstərir. Uşağınızın kifayət qədər C vitamini, hədda təbii yollarla almasını təmin edin.

Bunun bir çox səbəbi var. Birincisi uşaqlarda xüsusilə tənəffüs yolu infeksiyası edən virus və bakteriyaların soyuğu sevməsidir. İkinci səbəbi isə; məktəblərin açıq olmasıdır. Məktəblər, çox vaxt infeksiyaların sürətlə yayıldığı bir mühit olur. İmmunitet sistemləri daha həssas olan uşaqlar da qışı yoluxucu xəstəliklərlə qarşılayır.










Yoluxucu xəstəliklərə qarşı uşaqlarınıza fərdi təmizlik şüurunu aşılayın...
Soyuqdəyməyə tutulmamaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtələrdən biri əl təmizliyidir. Qrip virusu  asqıraq və öskürəklə çölə atılan havadakı bu virusu daşıyan damlacıqlar yolu ilə yoluxur. Havada asılı qalmaq yolu ilə bir başqa adama yoluxur. Amma əksəriyyətlə bu damlacıqlar birbaşa öskürəkdən çox öskürən adamın əliylə ağızını bağlaması nəticəsində, əlinə bulaşan virusların bir başqasına toxunaraq bulaştırması və ya yediyi bir şeyi paylaşması nəticəsində meydana gələr. Bu baxımdan qiymətləndirdiyimizdə sıxlıq mühitlərdə olmamaq lazımdır. Məktəb və baxçaya getmək məcburiyyətində olan uşaqlar üçün ən əhəmiyyətli və diqqət yetirilməsi lazım olan nöqtə isə yenə əl təmizliyidir.





Uşağı kitab oxumağa necə alışdırmaq olar?
Bu vərdiş beyni inkişaf etdirir 

Vərdişlərimiz bizi idarə edir və bilavasitə həyatımızı təşkil edir. Kitab oxuma da bir vərdişdir. Bu alışqanlığı olan insan başqalarında gözəl təəssürat yaradır, daha savadlı və daha uğurlu olur. Təəssüf olsun ki, müasir zamanda kitab oxumağa maraq azalır. Müasir gənclər daha çox kompüter oyunları, sosial şəbəkələr, çat, mobil telefon və s. ilə başlarını qatırlar. Psixoloqlar məsləhət görürlər ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. 
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, fantaziya və yaradıcılıq qabiliyyətini, həyat təcrübəsini də artırır: "Yeni sözlərin öyrənilməsi, yeni hadisələrin, obrazların dərk edilməsi sayəsində beyin inkişaf edir. Kitab oxuyan insan daha savadlı yazır və fikrini daha düzgün çatdıra bilir". 

Müsahibimiz bildirib ki, kitab oxumağı alışqanlıq halına gətirmək olar: "Çox vaxt valideynlər uşaqların kitab və ya dərs oxumağa marağının olmamasından şikayət edir. Onlar hər nə etsələr də, uşaqlarda kitab oxumağa həvəs yarada bilmirlər. Uşaqları kitab oxumağa həvəsləndirmək üçün ilk növbədə onlarda bu vərdişi yaratmaq lazımdır. Bunun üçün valideynlər, yaxud nənə-baba və ya dayə uşaqlara kiçik yaşlarında yatmazdan əvvəl kitab oxumalı və bunu hər gün eyni vaxtda etməlidirlər. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha çox nailiyyətlər əldə edirlər". 

Uşağının kitab oxumasını istəyən valideyn özü də ona nümunə olmalıdır. Belə ki, valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Ümumiyyətlə, uşağı düzgün tərbiyə etmək istəyən valideyn ona düzgün nümunə olmağı bacarmalıdır. 

Qurbanova məsləhət görür ki, uşaqlara kitabları sevdirmək üçün evdə kitab guşəsi yaratmaq da önəmlidir. Bir otaqda və ya otağın hansısa küncündə müxtəlif qəzet, jurnal və kitablardan təşkil olunmuş kitabxana təşkil etməklə uşağın diqqətini cəlb etmək olar. Bununla yanaşı uşaqları müntəzəm kitab mağazasına aparmaq, orada müəyyəm vaxt keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. "Əgər övladınızın seçdiyi kitab sizi maraqlandırmırsa, həmin kitabı almaqdan imtina etməyin. Uşağın seçiminə hörmət edərək onun kitab oxumağa olan həvəsini daha da artıracaqsız. Eləcə də həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək yaxşı nəticə verəcək. Hər bir ailə üzvünün oturub kitab oxuması ailə üzvlərinin arasında mehribanlığın artmasına, uşaqların daha da savadlı böyüməsinə təsir edir". 

Həmsöhbətimiz hesab edir ki, oxunan kitabları birgə müzakirə etmək də uşaqda kitaba, biliyə qarşı marağı formalaşdırır. Belə ki, müzakirələr nəticəsində uşaq kitabda yazılanları daha yaxşı başa düşəcək. Eləcə də oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də olar. Bu üsul uşaqda öz fikrini düzgün çatdırmaq qabiliyyətini artırır. 

Psixoloqun bildirdiyinə görə, bəzi uşaqlarda kitab oxumağa maraq oyatmaq çox çətin olur: "Yaxşı olar ki, bu cür uşaqları maraqlandırmaq üçün valideynlər əlavə vasitələrdən istifadə etsinlər. Məsələn, səsli kitablar, uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqları kitab oxumağa maraqlandırmaq olar. Bu gün hətta balaca uşaqlar üçün də oyuncaq tipli, rəngbərəng kitablar satılır" deyən A.Qurbanova əlavə edib ki, uşaq kitab oxumaqda çətinlik çəkirsə, mütləq onun eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır: "Diqqət əksikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Bu səbəbdən də ilk növbədə uşaqlarda bu problemləri korreksiya etmək uğurunda çalışmaq lazımdır. Uşaqlarda kitab oxumaq vərdişini yaratmaq üçün onları televizor, kompüter, mobil telefon və s. bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq vacibdir. Əks halda uşağın beyni lazımsız informasiya ilə yüklənir və uşaq özünü yorğun hiss etdiyi üçün kitab oxumaq istəmir". 

Onun dediyinə görə, valideyn uşağın kiçik uğurlarını belə tərifləməlidir: "Uşağınız heç olmasa, 15 dəqiqə kitab oxusa belə, onu tərifləyin. Nəticədə gələn dəfə o, daha çox oxuyacaq. Uşağı tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə onların motivasiyasını artırmaq olar". 

No comments:

Post a Comment