Milli vətənpərvərlik tərbiyəsi

Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsiGənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən
asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə
təsdiq olunmaları üçün şərait yaradır
.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə,  öz  ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.  
Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir.  Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin  təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

HEYDƏR ƏLİYEVİN MİLLİ VƏTƏNPƏRVƏRLİK ELMİ

KONSEPSİYASI
Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli vətənidir. 



Bütün Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Öz parlaq nitqlərində, məzmunlu çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni - müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə
təkrar etmişdir. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, vətəninə bağlı olan, ömrünün 34 ilini milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr
vermədi, milli-mənlik və milli kimlik şüurumuzun inkişafına təkan verdi. Genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bu günki inkişafımızın təməlini təşkil edir. Heydər Əliyevin milli şüur - vətənpərvərlik şüuru elmi
konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü, qüdrəti, ədəbi səcdəgahıdır. Səməd Vurğunun “Azərbaycan” şeirini
söyləyərkən Ulu öndərin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, ağlını, zəkasını, öz xalqına, millətinə həsr etmiş Ulu öndərimiz Heydər Əliyevin bizlərə müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli məsələ bütün xalqımızda, xüsusən gənc nəsildə milli şüurun formalaşdırılması məsələsidir. Ümummilli liderin fikrincə, milli şüur, öncə vətənpərvərlik şüurudur. Heydər Əliyev çıxışlarının birində göstərirdi: “O vaxt Azərbaycan gəncləri elmi
şüurla, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi, 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”.  Bütün xalqımızın milli şüurunun oyanması ilə müşayiət olunan bu hərəkat özünün siyasi məzmununa görə dünyada gedən qlobal proseslərin ümumi kontekstinə qovuşdu. Azərbaycan xalqının milli varlığının təməlini milli şüurda və milli birlikdə görən Ulu öndərin fikrincə “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları Azərbaycanın öz müstəqilliyini əldə edəcəyi, milli azadlığa nail olacağı ümidilə
yaşamışlar”.
Milli şüur hər bir insanın mənsub olduğu millətə və vətənə bağlılıq hisslərini əks etdirən, öz hərəkət və davranışına, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin məcmusudur. Milli şüur mənəvi dəyərləri, milli adət-ənənələri özündə ehtiva edir. Milli şüurun formalaşmasında soy-kökə qayıdış, milli əxlaq, vətənə məhəbbət, milli vətənpərvərlik və qürur hissləri kimi mühüm göstəricilərlə yanaşı, özünüdərketmə, öz layiqli yerini müəyyənləşdirmə kimi hisslər də əsas rol oynayır. Ulu öndər milli şüurla Vətən, torpaq arasında üzvi
bir bağlılıq olduğunu görür, milli şüuru milli-mənəvi bütövlüyümüz hesab edirdi.
Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini də müasir nəsli milli ruhda, milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur. Müasir nəslin milli ruhda tərbiyəsi: - soy kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət
və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan maksimum istifadə etməkdən ibarətdir.
Ulu öndər Gənclərin birinci forumundakı nitqində (1996-cı il) öz narahatlığını belə bildirirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən, gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!”. Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə
vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”.  Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır. İndiki halda milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Heydər Əliyev gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən Ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və
milli mənlik şüurunun inkişaf etdirilməsi ilə mümkündür. Ulu öndər Heydər Əliyev deyirdi ki, milli mənlik şüuru Vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdir, milli rəmzlərə, adətlərə, ənənələrə yeni
mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev, gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.  Milli vətənpərvərlik hissinin formalaşdırılması, təbii ki, milli şüurun əsasında duran
həyat verir, dini etiqadlar, müqəddəs bayramlar, xalqın özünə qaytarılır, bu qayıdışda yeni bir ruh, yeni təfəkkür, yeni mənəviyyat, milli vətənpərvərlik hissi öz əksini tapır. Özünə, öz kökünə qayıdan, dirçəliş prosesi xalqımızın, xüsusən gənclərin gözləri qarşısında və onların fəal iştirakı zəminində baş verir. Özünü öz ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, dəyanətli, iradəli, əqidəli vətənpərvər gənc özünün əməli fəaliyyəti, elmə münasibəti ilə millətin adı və varlığı ilə fəxr edir, onlarda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi reallaşır. Ulu öndər gənclərlə görüşlərində bu fikirləri dönə-dönə xatırladırdı: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.
Göründüyü kimi, milli mənlik şüuru hər bir millətin varlığının, milli özünüidarə və özünütəsdiqləməsi, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin təzahür formasıdır. Milli mənlik şüurunda millətin adı, varlığı, dili, dini, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti və s. yaşayır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini
etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Axı, torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs mədfənidir. Ulu öndər Heydər Əliyev bu hissləri öz məcrasına yönəldərək, milli-mənəvi simanın daha məzmunlu istiqamət almasına, milli prosesləri milli mənafeyə uyğun şəkildə daha dəqiq tənzim etməyə, milli hiss və emosiyalardan yaranmış ümman - millət və xalq adlanan ümmana yönəltməyə nail olmuşdur. Gənclərin vətənpərvərlik səyləri xalqımızın qüdrətli, yenilməz hərəkatı ilə birləşir və tariximizin əzəmətli, unudulmaz və misilsiz qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Bu isə, öz növbəsində, insanlarda milli borc, torpağa bağlılıq, milli şüur və iftixar, vətəndaşlıq hissinin yaranmasına gətirib çıxarır. Milli mənlik şüuru, milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər
bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir
.
Milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu seçmək kimi mənəvi keyfiyyətlər də Ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyasında önəmli yer tutur. Xalqımızın özünəməxsus zəngin tarixi keçmişini düzgün, dərindən bilmək, həmişə öz tarixi keçmişimizə
hörmət və məhəbbətlə yanaşmaq, gənclərdə milli vətənpərvərlik hissini daha da artırır, möhkəmləndirir. Milli qeyrət, milli ləyaqət rəmzinə daim hörmətlə yanaşan Heydər Əliyev deyirdi: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik”.
Milli soy-kökünə bağlılıq ən yüksək mənəvi dəyərdir. Ona görə ki, soy-kök milli kökdür, mənəvi kökdür. Xalqın milli mənliyi həm də onun soy-kökünə necə bağlılığı ilə ölçülür. Respublikamızda gənclər gününə həsr olunmuş idman bayramında söylədiyi nitqində Ulu öndərimiz demişdir: “Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdiriblər. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə daim sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik”.
Ulu öndərin hər il dövlət səviyyəsində keçirilən Novruz bayramında xalqın içərisində olması, xalqı təbrik etməsi, Onun milli adət-ənənələrimiz, qədim adətlərimizin qorunub saxlanılmasına münasibəti, Onun öz milli soy-kökünə - Azərbaycançılıq kökünə qəlbən bağlı olduğunu bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nümunəsi bütün xalqımızda milli-vətənpərvərlik hissinin oyanmasında canlı örnəkdir. Milli vətənpərvərlik hissi, ruhu, milli mənəviyyatımızın açarı, zəngin milli sərvətimiz, ruhumuz, eşqimiz, canımız,
bir-birimizlə əhdü-peymanımız (B.Vahabzadə), böyük milli dəyərimiz, xalqımızın varlığını yaşadan canlı abidəmiz, “Varlıq möhürümüz” (Nizami Cəfərov) olan doğma dilimizə vətəndaş qayğısı ilə üzvi surətdə bağlıdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bizim zəngin, böyük söz ehtiyatına malik olan gözəl
m öz tarixini yaxşı bilə bilməz. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər”. Yaxşı deyiblər ki, əgər bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini məhv et. Göründüyü kimi, vətənə sevgi Ana dilinə hörmətlə başlay
dilimiz var və Mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə Mən yalnız Azərbaycan dilində çıxış edir və danışıram, dil xalqın böyük milli sərvətidir. Bu sərvəti mənimsəmək, bu dildə səlis danışmaq, bu dili ana dili kimi sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən ad
aır. Ana dilinə hörmət millətə hörmət, ana dilinə sevgi isə millətə sevgi deməkdir. Ulu öndərimiz çox zəngin və gözəl bir dildə, Azərbaycan dilində səlis, ifadəli, emosional, təsirli, mədəni danışması ilə fəxr edir, qürur və şərəf duyurdu,
bununla da, O, doğma dilimizi daha da şərəfləndirirdi. Dilimizə - milli sərvətlərimizə, mədəniyyətimizə, tariximizə nə qədər yüksək qiymət versək, qeyri-millətlərin yanında xalqımızın dəyəri, qiyməti o qədər artar
.
Milli vətənpərvərlik hissini milli mədəniyyətə, milli təhsilə qayğı göstərmədən, milli mənafeyi qorumadan və vicdan azadlığını təmin etmədən, sadəcə, təsəvvür etmək qeyri-mümkündür. Çünki xalqı, milləti dünyada tanıdan, dünya sivilizasiyasında özünəməxsus yer tutmasında da milli mədəniyyətin, milli təhsilin rolu böyükdür.  Ulu öndərin fikrincə, yunanlara bütün dünyada hörmət gətirən onların antik mədəniyyətidir. Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın inkişafı tarixində elm, təhsil və mədəniyyətin hamisi kimi möhtəşəm yerini tutmuşdur. Ulu öndər təhsilə yüksək qiymət verərək onu “Xalqın gələcəyi” adlandırırdı. “Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir”. Ulu öndərin milli vətənpərvərlik elmi konsepsiyası - milli şüurumuzun, milli mənlik şüurumuzun təşəkkülü, milli soy-kökümüzə, milli özünə qayıdış, milli özünüdərk etmənin, milli-mənəvi sərvətlərimizə münasibətin, çox mühüm, humanist problemlərin: doğma dilimizə, dinimizə, tarixi keçmişimizə münasibətin öyrənilməsində Azərbaycan xalqının milli ruhunu, milli vətənpərvərlik hissini, milli qürurunu, milli mənliyini, milli heysiyyatını, vətəndaşlıq şüurunu, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbətin ifadəsi olan perspektiv fəaliyyət proqramıdır.
Nubar Muxtarova, professor,
YAP-ın Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri


20 yanvar - gənclərin qürur mənbəyi

Məşhur Çin filosofu Konfutsi insan hisslərindən bəhs edərkən deyirdi ki, adamların qəlbindəkiləri bilmək təbiəti dərk etməkdən çətindir. Təbiətin yazı və payızı, qışı və yayı var, səhəri, axşamı var. İnsanın sifəti isə bilinməzdir. Hisslər çox dərinliklərdə gizlənilmişdir. Deyərdim ki, Azərbaycan xalqının illərdir yaşadığı 5-ci fəsli, milli qəhrəmanlıq fəsli var. Nə qədər acı olsa da, xalqımızın yaddaşına faciə kimi daxil olsa da 20 yanvar xalqımızın milli tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrini təşkil edir. 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSR rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə paytaxt Bakıya və digər rayonlarımıza Sovet hərbi hissələri yeridildi. Qanlı 20 yanvar hadisəsi baş verdi.
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq yanvarın 22-də xalqımız öz şəhidləri ilə vidalaşdı. Həmin günlərdə Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyənə gələrək təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bildirdi və 20 yanvar faciəsinə siyasi qiymət verdi. Bu faciənin bütün ictimaiyyətə və dünyaya çatdırılması,  əbədiləşdirilməsi yönündə böyük addımlar atıldı, mühüm işlər görüldü.Beləcə hər il olduğu kimi bu il də qəhrəmanlıq tariximiz öz yaddaşını gənc məktəblilərin dilində varaqlayırdı. Ürəyi vətənpərvərlik hissləri ilə döyünən, gözlərində qisas almaq qəzəbi alovlanan millətimizin gələcəyi olan məktəblilər müxtəlif yerlərdə təqdirə layiq tədbirlər təşkil etmişdilər. Bu qanlı tarixi Tərlan Heybətov adına 126 nömrəli tam orta məktəbin pedaqoji və şagird kollektivi qürur və kədər hissi ilə xatırladılar. Məktəb 19 yanvar 2015-ci ildə öz şagird və müəllim kollektivinin dəstəyi ilə hazırlanan “20 yanvar biz gənclərin qürur mənbəyidir” adlı tədbirlə yaddaşlara iz saldı. Tədbir 20 yanvar faciəsində həlak olmuş, eləcə də vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikası Dövlət

Himninin  şagirdlər tərəfindən səslənməsi ilə başladı. Tədbirdə ilk olaraq söz məktəbin direktoru Şəmsi Qocayevə verildi. O, qanlı tariximizə qısa nəzər yetirməklə o günün həqiqətlərini bir daha gözlər önünə gətirdi. Tədbirin aparıcıları 8 A sinif şagirdləri  Fizzəxanım Mehdiyeva və İlkin Əbiyev  tədbirə giriş verməklə növbəti çıxışlar üçün sözü öz sinif yoldaşlarına və məktəbin digər şagirdlərinə verdilər. Tədbir 8 A və 5 C sinif birliyinin birgə yaratdığı kompozisiya əsasında təşkil olunmuşdu. Tədbirdə 20 yanvarla bağlı şeirlər, o tarixə aid mahnılar və hekayələr dinlənildi. Tədbirdə həmçinin məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova, müəllimlərdən Aynur Yaqubova, Rima Məsimova, Elmira Həsənova,  Sudəbə xanım, kitabxanaçı Aybəniz Quliyeva və valideynlər iştirak edirdi. Çıxış edən və öz istedadı ilə fəqrqlənən 8-ci sinif şagirdlərindən Aytac Abdullayeva, Fazilə Abbasova, Vüsal  Abbasov, Selcan Əmrahlı, Ariz Göyüşzadə, Zaur Quliyev, Fidan Məmmədova, Sayad Yusifov, Fizzəxanım Mehdiyeva, İlkin Əbiyev və 5-ci sinif şagirdlərindən Zərnigar Ələsgərli, Nuray Əhmədova, Azər Məmmədəliyev, Fidan İbişova, Nicat Kazımov, Fidan İsmayılova,  bədii qiraətçi Ülkər Piriyeva, məktəbin direktor müavini Səidə Əhmədova tarixçi və şair Şəmsi Qocanın vətənpərvərlik mövzusunda yazılmış şerlər kitabı və digər hədiyyələrlə təltif edildilər. Tədbirin sonunda direktor Şəmsi Qocayev tədbirin yüksək səviyyədə təşkil  olunmasına görə Səidə Əhmədovaya, müəllim və şagird kollektivinə təşəkkürünü bildirdi, 20 yanvar şəhidlərinə Allahdan rəhmət dilədi.

Ülkər PİRİYEVA

Orta məktəb tarix dərsliklərində  “20 Yanvar” faciəsi necə əks olunub? 

20 Yanvar hadisəsi dövrünə görə “faciə”, “qanlı şənbə”, imperiyanın cinayəti” kimi qiymətləndirilsə də, əslində xalqın illərlə içində boğulub qalmış torpaq təəssübkeşliyi,
azadlığı uğrunda canından keçə bilmək bacarığı, əzm və iradəsinin bariz şəkidə nümayişi idi. Əliyalın düşmən üzərinə getməklə bir daha dünya xalqlarının qarşısında minilliklərin, əsrlərin arxasından boylanan Babək qeyrətli, Cavanşır cəsarətli, Tomiris qisaslı, Koroğlu hünərli Azərbaycan xalqının özünü təsdiq etməsi idi. Tarix bizi o şanlı səhifələrdən uzaqlaşdırdıqca “20 yanvar” faciəsi milli vətənpərvərlik tərbiyəsi yaratmaq baxımından müstəqilliyimizə gedən yolun başlanğıcı, istiqlal yolunun ilk zirvəsi kimi gənc nəslə çatdırılmalıdır. Televiziya verilişləri, qəzet materialları, indi bütün xalqın and yerinə çevrilmiş vətən oğullarının uyuduğu əbədi məkan-“Şəhidər xiyabanı”nı məktəbilərin ziyarət etməsi, həmçinin o hadisələrin şahidlərinin söhbətləri vətənpərvərlik və şəhidlik zirvəsi haqqında müəyyən hisslər yaradır. Lakin bu istiqamətdə ən mühüm vəzifə məktəb dərsliklərinin və bu mövzuları tədris edən müəllimərin üzərinə düşür.Orta məktəblərin V və XI sinif “Azərbaycan tarixi “dərsliklərində bu tarixi hadisə dərs mövzusu kimi öz əksini tapmışdır. İbtidai siniflərdə bu mövzuda şeirlər öyrənən, keçirilən müxtəlif tədbirlərdə məlumat əldə edən şagirdlər V sinifdə artıq geniş və sistemli şəkildə tarixi biliklər qazanır. Kimlərə şəhid deyilir, şəhidlik zirvəsi, buna çatmağın yolları, xalqımızın and yeri, qan yaddaşı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, təkrarlanan tarix kimi məvhumlar dərs zamanı tədqiqat prosesində şagirdlər tərəfindən birgə iş zamanı aydınlaşdırılaraq dərk edilir. Vətənin darda olduğu o ağır günlərdə xalqı birəşdirən amillər, dövrünə görə ən müasir silahlarla təchiz olunmuş sovet ordusunun üzərinə əliyalın gedən vətən övladlarının azadlıq yanğısı və ən nəhayət belə bir ağır dövrdə həqiqətən xalqının yanında olmağı bacaran siyasi liderimiz kimi fikirlər illüstrasiya,şəkil, sənədli materiallar vasitəsi iə müəllimin köməyi ilə şagirdlərə çatdırılır.Tarixi hadisələr biri digərinin səbəbi və biri digərindən doğan nəticədir. Orta məktəb tarix dərsliklərində də hadisələr eyni qayda ilə mövzu şəklindədir. Dərslikdəki mövzuların ardıcıl və xronoloji qaydada əks olunması tarixi prosesləri yaradan səbəbləri öyrənməklə yanaşı, onun nəticələrini şagirdlər tərəfindən də asanlıqla dərk edilməsini təmin edir. Məhz buna görə sonrakı mövzuları mənimsəmək və oxşar hadisələr arasında müqayisə aparmaq asanlaşır. V sinif  “Azərbaycan tarixi” dərsliyindəki “Qanlı Yanvar” mövzusu həm tarixi hadisə kimi şagirdlər tərəfindən mənimsənilməsi, həm ondan əvvəlki “Dirçəliş” mövzusunun nəticəsini göstərmək, həm də ondan sonrakı “İstiqlalımızın bərpası” mövzusunun səbəbini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, keçən əsrdə ərazi iddiasında olan ermənilərin xalqımıza qarşı törətdikləri “Mart soyqırımı” və “Xocalı faciəsinin” mahiyyətini dərk etmək baxımından da önəmlidir. Dünyanın diqqətindən kənarda qalan, təklənən Azərbaycan xalqının həmin dövrdə üz tutduğu, pənah gətirdiyi yeganə bir insan-Ümummilli lider Heydər Əliyevin heç kimin cəsarət etmədiyi bir işi görməsi- Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib sovet ordusunun bu vəhşiliklərini, xalqın haqq səsini dünya ictimaiyyətinə çatdırması XI sinif dərsliyində əks olunsa da, V sinif dərsliyində bu barədə yazılmamışdır. Eyni zamanda, V sinif dərsliyində 20 yanvar şəhidlərinin sayı da göstərilməmişdir. Arzu edərdim ki, 20 yanvar faciəsi dərsliklərimizdə tam dolğunluğu ilə əks etdirilsin, bu hadisənin mahiyyəti bütün yaş qruplarında müvafiq qaydada şagirdlərə aşılansın.
İlhamə MƏMMƏOVA,
Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi.



No comments:

Post a Comment