2.10.2015

SƏHNƏCİK: “ TIQ-TIQ XANIM”IN NAĞILI

 Məktəbli oxusu


Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalamışdır. Mütaliə insanı formalaşdırır, inkişaf etdirir, nitqini zənginləşdirir. Elə buna görə də şagirdlərdə birinci sinifdən başlayaraq mütaliəyə maraq yaratmaq lazımdır. Ancaq hələ “Əlifba”nı tam öyrənməmiş şagirdlərə səhnəciklər vasitəsilə hər hansı bir əsəri mənimsətmək olar.
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın Id sinfinin şagirdləri də Abdulla Şaiqin “Tıq-Tıq xanım”əsərini səhnələşdirərək gimnaziyanın Akt zalında nümayiş etdirdilər. Səhnəcik şagirdlər, valideynlər və müəllimlər tərəfindən maraqla qaşılandı. Həmin ssenarini və şəkilləri oxucularla paylaşırıq.  
                       

Tıq-Tıq xanım-----C.Fatimə
Çoban---------------Rəşid
Tülkü----------------Nəzrin
Kirpi----------------Ə.Fatimə
Siçan-------------- - Murad
Aparıcı-------------Aynur
Atlılar:-------------Teymur, Fuad, Nihal
Musiqiçilər:-------tar-İsmayıl, kamança-Bəylər, nağara-Rüfət
(Səhnə: gül-çiçək, yerdə xalça sərilib, ətrafda ağaclar var.)
APARICI:
Gəlin sizə uşaqlar, söyləyim bir hekayət
Dozanqurdu edirdi, yalnızlıqdan şikayət,
Soğan qabıqlarından çadra geyindi, şıq-şıq

Fındıq qabıqlarından çarıq geyindi tıq-tıq,
Sürmə çəkdi gözünə,
Sığal çəkdi özünə.
Yola düşdü, düzəldi, geniş bir düzə gəldi,
Dost gəzirdi özünə.
(Tıq-tıq bəzənir, düzənir, ayağına nə isə batır...
--uy, uy, uy...)
MAHNI:
Sürmə çəkdim gözümə,
Düşdüm çölün düzünə,
Dost gəzirəm özümə,
Dost gəl hardasan?
Tez gəl hardasan
Tıq-tıq –tıq.  (2)
COBAN TÜTƏK ÇALIR—(qoyunlar mələşir) Tıq-Tıq dinləyir, əzilib-büzülür.
-         Qara qız, hara gedirsən belə? Hi, hi, hi (gülür)
-         Ey, bura bax, qara özünsən, mən saçı suray xanımam, donu duray xanımam.
-         Yaxşı, ay xanım, hara gedirsən belə?
-         Cərə gedirəm, cürə gedirəm, sənə nə var hara gedirəm, özümə dost axtarıram.
-         Özünə dost axtarırsan? Mən hazır.
     -      İşdir, birdən açıqlandırsam səni, nəylə vurarsan məni?
HM...(fikirləşir)
-         Çomağını qaldırıb Tıq-Tıqı vurmaq istəyir.
Tıq-Tıq qaçır
-         Siz buna baxın ha, bunun dostluğuna baxın.
MAHNI:
Baxdım, baxdım güzgüyə,
Qorxdun, qorxdum göz dəyə.
Ah, gözələm mən
Bax gözələm mən
Tıq-tıq-tıq-tıq.
TÜLKÜ kresloda oturub ayağı ayağının üstə
-         Nazlı xanım, duzlu xanım, xeyir ola, hara belə?
-         Cərə belə, cürə belə
Sənə nə var, hara belə
Özümə dost axtarıram.
-         Dost axtarırsan? Məndən yaxşı dost?
-         İşdir, acıqlandırsam səni, nəylə vurarsan məni?
-         Salaram səni dişlərimə, əzərəm            
(Tıq-tıq qaçır, yıxılır kədərlə oxuyur)
MAHNI:
Çəməndə çiçək qoşa
Göydə kəpənək qoşa
Suda balıq tək deyil
Yuvada böcək qoşa
-Siçan pilləkənlərlə qaçıb qabağını kəsir.
-Tıq-tıq xanım
Saçı suray xanım,
Donu duray xanım
Hara gedirsən?
-Cərə gedirəm, cürə gedirəm
Sənə nə var hara gedirəm?
Özümə dost axtarıram.
-Özünə dost axtarırsan?
Gəl ikimiz dost olaq. Bir yerdə yaşayaq. İşimiz də yüngül olar.
-İşdir acıqlandırsam səni, nəylə döyərsən məni?
-Quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm.
-Yaxşı, mən razı.
(Nəlbəki rəqsi)
Tıq-Tıq xanımla Siçan qabaq-qabağa oynayırlar
(3 nəfər çalğıçı-tar, kaman, nağara çalır)
-Xan pişiyi bəzəyib,  toyudur, gedim əlimə keçəndən daşıyım evə, dar gündən ötrü.
-Bəs  mən?
Ora getmək xatalıdır, otur ev eşiyə bax.
(Xan evi bəzənib, bəylə gəlin oturublar başda, musiqi çalınır, hamı oynayır, bu vaxt siçan o tərəfdən qaçır)
Gəlin pişik:
Siçanı görüb:
-Myau, myau, myau....
Bəy pişik:
-Yeri deyil, hövsələn olsun.
Siçan pişiyin səsini eşidən kimi yıxılıb ürəyi gedir, sonra yenidən ayağa durub özünə azuqə toplayır.
Başqa səhnə: Tıq-tıq darıxıb çölə çıxır.
Bu vaxt kirpi oradan keçir
Kirpi:-Nə olub, kefin yoxdu?
-Siçan bəy özü kefdə, məni tək qoyub evdə
Yox ondan dost olmaz, gəl sənimlə dost olaq.
-hi, hi, hi...(gülür)
-Mənim öz dostlarım özümə bəsdir. (gülə-gülə gedir hi, hi, hi....)
Bu vaxt gölün sahilində gəzən Tıq-tıq suya yıxılıb boğulmağa başlayır.
Yol ilə üç nəfər atlı toya gedir.
-Ay gedən atlı, əli baratlı, xan evinə gedərsiz, cücə -plov yeyərsiz
Siçanqulu bəyə deyərsiz.
Tıq-tıq xanım
Saçı suray xanım.
Donu duray xanım
Düşüb dəvə çuxuruna
Tez özünü yetir ona.
Atlılar səsə qulaq asırlar, sonra toy evinə gəlib göl sahilində eşitdiklərini gülə-gülə adamlara danışırlar.
Siçan gizlicə söhbətə qulaq asır, qaçıb Tıq-tıqın yanına gəlir.
-Əlini mənə bəsdərəcik,
-Yox, yox mən səndən küsdərəcik( 3 dəfə təkrar)
-Küstərəcik, ha  küstərəcik, mən də sənə quyruq göstərəcik. (dönüb gedir, Tıq-tıq Siçanın quyruğundan tutub sudan çıxır.)
MAHNI:(başını aşağı salıb kədərli, kədərli  oxuyur)
-Bir körpə böcəyəm mən
Çiçəkdən göyçəyəm mən,
Dost axtardım tapmadım.
Təkcəyəm, təkcəyəm, mən.
S   O   N.
Tərtibçi:Şəcahan RAMAZANOVA,                                                                                             

S.Bəhlulzadə adına XDTG-nın ibtidai sinif müəllimi                          

1 comment:

  1. tesekkur edirem elnan yazib kocurmeye ehtiyac qalmadi. hazir yazmiiniz cox saqolun

    ReplyDelete