10.05.2014

"MÜƏLLİM GÜNÜ" HAQQINDA (qısa tarixçəsi)

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il oktyabr ayının birinci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.

Təhsil Naziri Mikayil Cabbarov "Əziz müəllimlər! Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram."

Əziz müəllimlər!  Sizi 5 oktyabr  - Beynəlxalq Müəllimlər Günü münasibətilə  təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.

Müəllim, ulu öndərimizin  söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır.

Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz  böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli,  Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllimlər. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti  üzərində qurulub. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.

Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. 

Həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına  qəbul imtahanlarında 500  və daha artıq bal toplayan  300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb. Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik.

P.S. Biz yazmağı, öyrənməyi, düşünməyi müəllimlərimizdən öyrənmişik. Keçmişimizi müəllimlərimizlə xatırlamışıq, bu günümüzü onlarla paylaşmışıq. Ancaq müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır. Necə deyərlər, gələcək müəllimlərin əsəridir.