3.20.2014

Novruzun mənşəyi və tarixi


Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər.

Ədəbiyyat dərslərində dram əsərlərinin tədrisi üsulu


Hazırda təhsil sahəsində uğurla həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar təhsilimizin dünya standartlarının tələblərinə cavab verməsi üçün yönəlmişdir.
Bu baxımdan bir müəllim kimi qarşımızda duran məsuliyyətli işi başa düşürəm. Cünki gənc nəslin düzgün yetişdirilməsi məhz müəllimlərdən asılıdır. Düşünürəm ki, bunun üçün qarşımızda duran ilk amil pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət zamanı müəllim-şagird münasibətləri şagird şəxsiyyətinin formalaşmasına şərait yaradır.
  Bu ünsiyyət formasının hansı növündən istifadə edilməsindən asılı olmayaraq, müəllim şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil edə bilməsə, pedaqoji fəaliyyətində müsbət nəticələr əldə edə bilməz. Eyni zamanda müəllim və şagird vəhdəti dərsin daha maraqlı keçməsinə şərait yaradır. Yeni mövzunu təkcə müəllim deyil, şagirdlər də araşdırmalı və birlikdə müzakirə etməlidirlər. Bu da əldə edilmiş yeni məlumatın daha da yaddaqalan olmasına, hər kəs tərəfindən mənimsənilməsinə gətirib çıxarar.

Bir möcüzənin sehrində

     Hər bir müəllim sinifdə elə bir mühit yaratmağa çalışır ki, şagirdlər həmin mühitdə nə isə öyrənməyə cəhd etsin, aparılan müzakirələrdə fəal iştirak edə bilsin. Müəllim şagird üçün bir dərs – 45 dəqiqə ərzində sirli-sözlü, söhbətli bir aləm yaradır. Əgər bütün şagirdlər bu aləmə qoşulubsa, bu, 45 dəqiqə ərzində müəllimin yaratdığı bir möcüzədir, əslində. Belə bir möcüzəli – maraqlı dərslərdən biri də Şirvan şəhər 9 saylı tam orta məktəbin müəllimi Qəmbərova Zemfiranın XIa sinfində apardığı dərs oldu.

 Qeyd edim ki, Qəmbərova Zemfira məktəbin qabaqcıl rus dili müəllimidir. Dərs apardığı siniflərdə şagirdlərə rus dilini öyrətməklə yanaşı, onlara yeri gəldikcə tanınmışların, məşhurların həyat və yaradıcılıqlarını təhlil etməklə onların Azərbaycanla bir başa əlaqələrini də müzakirəyə cəlb etdirir. Zemfira müəllimin məktəbdə təşkil etdiyi bir nümunəvi dərsi dinləməli oldum. Əvvəldən mövzunun adını öyrənmişdim. Marağıma səbəb olmuşdu ki,

Müəllimin öz dərsi haqqında düşüncələri

Hər bir dərs bir aləmdir
Bu günlərdə Göyçay rayonu H.R.Əfəndi adına Qaraman kənd tam orta məktəbin V sinfində “Domestic animals” mövzusunda interaktiv təlim üsulu və IKT-dən geniş isdifadə edərək açıq dərs keçirdim. Dərsdə məktəbin direktoru M.İsmayılova, direktor müavini V.Məmmədov, rayon Təhsil Şöbəsinin metodistləri Kəbirə Həbibova, Afaq xanım, Sülh Korpusunun nümayəndəsi Sally Regan, rayonun digər məktəblərinin direktorları, dil-ədəbiyyat, riyaziyyat, sinif müəllimləri iştirak etdilər. 



Şagirdlərlə salamlaşdıqdan sonra yeni dərsə başladım, slaydda heyvan şəkilləri nümayiş etdirib sinfə belə bir sualla müraciət etdim: “What do you think about when you see this pictures?”

Maqnit sahəsinin hərəkət edən yükə təsiri. Lorens qüvvəsi.

Müasir dövrdə fizika elmi-texniki tərəqqinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu elm sahəsində əldə olunan nailiyyətlər canlı və cansız təbiətin sirlərinin açılmasında, həyat və məişətimizdə, tibb sahəsində, xalq təsərrüfatının ən müxtəlif sahələrində irəli çıxan çətinliklərin aradan qaldırılmasında özünü göstərir. Fizika, kimya və biologiyadan məktəb kursunun başlıca vəzifəsi şagirdlərin təfəkküründə təbiətin əsas qanunlarını cəmləşdirmək və buna əsasən də obyektiv aləmin tam mənzərəsini yaratmaqdır.

OTURAQ HƏYAT TƏRZİ - SİVİLİZASİYANIN XƏSTƏLİYİ

Müasir dövrdə məktəb təkcə təhsil verməklə kifayətlənməyib, yetişməkdə olan nəslin şəxsiyyət kimi formalaşmasına da xidmət edir. Müəyyən mərhələlərdə məktəbəqədər təhsil müəssisələri, orta ümumtəhsil məktəbləri və ali məktəblər biri digərini əvəz etsə də onların məqsədi eynidir: Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olub, onları fiziki və zehni cəhətdən inkişaf etmiş, bilikli, dünyagörüşlü, ahəngdar şəxsiyyət kimi formalaşdırmaq. Əfsuslar olsun ki, bir çox hallarda məktəbin funksiyası şagirdlərin biliklərə yiyələnməsi ilə məhdudlaşdırılır. Vaxtilə H.B.Zərdabi məktəblərimizdə şagirdlərin fiziki inkişafına, sağlamlığına lazımi diqqət yetirilmədiyini ciddi tənqid etmişdir.

O, "Məktəb gigiyenası" adlı məqaləsində yazırdı: “Məktəbli uşaqlarda qan azlığı, əsəbilik, yorğunluq, mədə pozğunluğu, vitamin çatışmazlığı, müxtəlif növ daxili xəstəliklər, göz xəstəlikləri, onurğa sütununun əyilməsi kimi ağır hallar özünü göstərir. Məktəbdə əsas diqqət zehni inkişafa yönəlir, uşaq orqanizminin normal fiziki inkişafına isə lazımi diqqət yetirilmir”. H.B.Zərdabi vəziyyətdən çıxış yolu kimi məktəblərdə bədən tərbiyəsi və idmana qayğını artırmağı, tibbi xidməti gücləndirməyi, tədris yükünü ixtisar etməyi, gigiyenik tələblərə ciddi əməl olunmasını vacib sayırdı.