4.28.2015

Xarici Dillər Təmayüllü Gimnaziyada unudulmaz gü

    Aprelin 27-də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivi maraqlı bir tədbirə tamaşa etdi. Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan
Ramazanovanın birinciləri müəllimlərinin rəhbərliyi ilə pedaqoji elmlər doktrou, professor Əjdər Ağayevin kiçik yaşlı məktəblilər üçün yazdığı “Pişik balasının səhvi”  birpərdəli pyesini səhnələşdirib təqdim etdilər. Tamaşadan öncə çıxış edən Şəcahan Ramazanova söylədi ki, pyeslə tanış olan kimi onun səhnə variantını düşünmüş və şagirdlərini onun yüksək səviyyədə təqdim olunmasına hazırlamışdır. Professor Əjdər Ağayev bu əsəri uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla elə ustalıqla qələmə alıb ki, uşaqlar onu sevə-sevə oxuyur, asanlıqla qavrayır, həvəslə ifa edirlər. O, ümidvar olduğunu bildirdi ki, birincilərin ilk işi olan bu tamaşa rəğbətlə qarşılanacaq, etimadı doğruldacaqdır.