2.04.2016

İnam həm də əqidə formalaşdırır

Bu yazı Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəfəq Mustafayevanın iş təcrübəsindən bəhs edir.

İzlədiyim dərslərdə motivasiyanın elektron resurslardan istifadə edilərək qurulmasının həmişə növbəti mərhələlərdə səmərə verdiyinin şahidi olmuşam. Şəfəq Mustafayevanın dərsi də bu baxımdan istisna olmadı.
“Halalar, ay halalar,
Dağda ceyran balalar. 
Quşlardan hansı quşdur, 
Yumurtasız balalar?” 
Monitorda təbiətin əsrarəngiz canlılarının - quşların nümayişi fonunda səslənən bu tapmaca şagirdləri sanki sehrli bir aləmə qərq etmişdi. Axı, uşaqlar üçün təbiət həmişə sehrli bir məna daşıyır. Müəllimin də ustalığı ondadır ki, bu dünyanın sehrini şagirdinin gözləri qarşısında yavaş-yavaş açsın, ona dünyanın rənglərini duymağa yol göstərsin.

Həqiqət elmdə təcəssüm olunur

Bu yazı Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Atlas Namazovanın iş təcrübəsindən bəhs edir.

Dərs prosesində tətbiq olunan metodlar, üsullar o zaman səmərəli nəticə verir ki, müəllim onun mövzuyamüvafiqliyini təmin etsin, şəraitə, məqama uyğun istifadə imkanlarına malik olsun. Əlbəttə ki, bu, müəllimdən yaradıcı yanaşma, tədris etdiyi mövzunun incəliklərinə, eyni zamanda şagirdlərinin mənəvi aləminə, psixikasına bələdolma bacarığı tələb edir. Metod və üsulların səmərəli tətbiqi, əgər belə demək mümkünsə, mövzunun mənimsədilməsinin ana xəttini təşkil edir. Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Atlas Namazovanın dərsində də müəllimin pedaqoji prosesə metodoloji yanaşmasının əsasında məhz səmərəli metod seçiminin dayandığını görmək mümkün idi. Əlbəttə ki, bu, ilkin yanaşmamdır. Atlas Namazova 4-cü sinifdə Azərbaycan dilindən tədris etdiyi “Zəm-zəm suyu” mövzusunu həm kollektiv, həm qrup şəklində şagirdlərə izah etməklə, əqli hücum, klaster üsullarını tətbiq edir, sorğu, müşahidə və suallarla şagirdlərinin əldə etdikəri bilikləri yoxlayır, möhkəmləndirirdi.

Mənəviyyat dərsi

Bu yazı Şəki şəhərindəki 14 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Əlifovanın iş təcrübəsindən bəhs edir.

Əgər biz elmdən bir damla belə qoparıb götürə biliriksə, demək ki, bizim ruhumuzda o elm bir damla da olsa əks olunmaqdadır. Damlalar artıdqca elm bir dəryaya çevrilib ruhumuza tükənməz güc, enerji bəxş edir. Həyatın mahiyyəti elmdə əks olunmuşdur. Elm öyrənildikcə, həyat da öyrənilir. Aynur Əlifovanın bir müəllim olaraq həyat amalını məhz bu amilin təşkil etdiyinin şahidiyəm neçə müddətdir. Dərsini izləyərkən də buna əmin oldum. Müəllim nə qədər çox elmə, elmi potensiala malik olarsa, təbii ki, yetirmələrinə daha çox elm aşılaya biləcək. Mənim üçün o müəllimin işi dəyərlidir ki, o müəllim dərsi yalnız keçəcəyi mövzu ətrafında deyil, həyat həqiqətlərinin əks olunduğu bir ideya ətrafında cərəyan etdirə bilsin. 
Həmin gün onun sinif otağı sanki Günəşin doğuşundan sonra təbəiətin bələndiyi gözəlliyi xatırladırdı. Hər bir şagird bu gözəlliyin bir parçasına çevrilmişdi. Sanki hər biri Günəşin bir zərrəsi idi. Bir azdan bu zərrələr işıq saçacaqdılar. Hər biri öz cavabları ilə öz biliklərini sevinclə təqdim edəcəkdilər.

Fizika həyatın özüdür

317 nömrəli tam orta məktəbin fizika müəllimi Şahnaz Səfərova və şagirlərinin maraqlı “Fizika gecəsi”ndən qeydlər.

Yanvarın 21-də Bakının Suraxanı rayonundakı 317 nömrəli tam orta məktəbin müəllim, şagird və valideyn kollektivi maraqlı “Fizika gecəsi”nə tamaşa etdi. Məktəbin fizika müəllimi Şahnaz Səfərovanın hazırladığı bu tədbir təhsil ocağının səhnəsini sözün həqiqi mənasında, fizikanın ecazkar aləmi ilə əhatələyə bilmişdi. Bu tədbirin bir sıra özəllikləri var idi. Onlardan ən başlıcası o idi ki, Şahnaz Səfərova təqdim etdiyi ssenari sayəsində fizikanın insan həyatında, cəmiyyətdə nə qədər önəmli bir rola malik olduğunu göstərməyə çalışmış və buna nail olmuşdu. İkinci mühüm məqam ondan ibarət idi ki, tədbirin təşkilində şagirdlər nə qədər maraqlı səhnəciklər, oyunlar, tamaşalar nümayiş etdirirdilərsə, bir o qədər də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, laboratoriya, əl işlərinin nümayişinə şərait yaradılır, bu da öz növbəsində “Gecə”nin daha maraqlı,