9.04.2014

Elmi düşüncənin yaşaması üçün zaman süzgəcindən keçməsi əsas şərtdir...

Elmi düşüncənin yaşaması üçün zaman süzgəcindən keçməsi əsas şərtdir...
Tusinin kitabxanasında üç pəncərə var idi. Üç tərəfdən otağa günəş işığı sanki bir hikmət kimi süzülürdü. Gündüzlər hər bir pəncərədən divar boyunca düzülmüş kitabların üzərinə şəfəq saçırdı. Gecələr isə otağı şam işığı aydınladırdı. Döşəməyə üzəri buta naxışlı palaz salınmışdı. Qədmi əlyazmaların düzüldüyü rəf kitabxananın baş tərəfində idi. Yan rəflərə nisbətən müasir dövrün kitabları və Tusinin öz əsərləri düzülmüşdü. Əjdər onları müşahidə edərkən içində hiss edirdi ki, hər bir əsər elə bil ki, ona Tusinin gözləri ilə baxır. Hər bir əlyazma müəllifinin ruhu elə bil ki, otaqda dolaşır. Əjdər kəndlərindəki kiçik, amma zəngin kitabxananı xatırladı. Yadındaydı tez-tez kitabxanaya gedərdi.

Müəllim peşəsini sevərsə...

Yaqut Ələsgərova biologiya müəllimidir. Eyni zamanda poeziyanın, ədəbiyyatın vurğunudur. Elə buna görə də onun dərslərində təbiətin poetik səsini dinləmək mümkündür. Bu səs müəllimin öz səsi ilə qovuşanda, şübhəsiz ki, daha da, cazibədar, cəlbedici səslənir. Yaqut müəllimin təbiətə, poeziyaya vurğunluğu təsadüfü deyil. Axı o, Azərbycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri salyanlı Aşıq Bəylərin övladıdır. Görkəmli aşığın ailəsində Yaqut hələ uşaq yaşlarından poeziyaya vurğun olub. Ailə mühiti ona ədəbiyyat, mənəvi dəyərlər, eləcə də xeyirxahlıq duyğuları aşılayıb. Aşıq Bəylər xeyirxah insan olub. Bunu Salyanda onu tanıyanların hər biri təsdiq edə bilər. Həm də aşığın bu xeyirxahlığı heç vaxt özünü xeyriyyəçi kimi tanıtmaq məqsədi daşımayıb. Ötən əsrin 60-70 – ci illərində Salyanda belə bir tendensiya var imiş. İmkanlı adamlar gecələr ərzaq dolu çantaları kasıb ailələrin qapısı ağzına qoydurarmışlar. Heç kəs də bilməzmiş ki, bu payı kim göndərib. Belə xeyriyyəçilərdən biri də Aşıq Bəylər olub. Yaqut Ələsgərovanın böyüdüyü ailə mühitinin özəlliklərindən biri də ailədə həmişə yaradıcı insanların tez-tez qonaq olması olub.